N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   23   24   25   26   27   28   29   30   31

 

143


 

Korporativ‐Kitabxana 

İnformasiya 

Şəbəkəsinin  

proqram  təminatı  ilk  növbədə,  şəbəkənin  məhsuldarlığını,  

etibarlı 

fəaliyyətini, 

kompüter, 

perferiya, 

telekommunikasiya qurğularının şəbəkədə işləməsini təmin 

etməli,  beynəlxalq  şəbəkə  standartlarına  cavab  verməli,  

şəbəkənin  digər  informasiya  sistemlərinə  inteqrasiyasını 

təmin  etməlidir.  Şəbəkədə  texnoloji  proseslərin  yerinə 

yetiriləməsi  isə  Korporativ    Kitabxana  İnformasiya 

Sistemləri vasitəsi ilə yerinə yetirilir. Korporativ  Kitabxana 

İnformasiya Sistemləri aşağıdakı tələblərə cavab verməlidir: 

 

Müxtəlif  maşınla  oxunan  formatda  hazırlanmış  qeyri‐



məhdud  sayda  və  həcmdə  paylanmış  məlumatlar 

bazaları ilə işləyə bilməlidir; 

 

Biblioqrafik  və  elektron  mətn  və  multimedia  tipli 



informasiyanın bazaya bir dəfə daxil edilməsini, müxtəlif 

əlamətlərinə  görə  məlumatların  operativ  və  çoxaspektli 

axtarışını,  ədəbiyyatın  elektron  formada  sifarişini, 

axtarışın  nəticəsinin  sənəd  formasında  (məs:  kataloq 

kartı)  çapı,  sorğunun  nəticəsinin  məsafədən  asılı 

olmayaraq  digər  tələbatçılara  (oxuculara,  kitabxanalara, 

təşkilatlara) 

ötürülməsini, 

digər 

kitabxanaların 



kataloqlarında On line  axtarışı, şəbəkə kataloqlarının bir 

neçə nüsxədə etibarlı qorunmasını təmin etməlidir; 

 

Sistem  özü  və  özünün  bütün  ehtiyatları,  oxucular, 



elektron  xidmətin  statistikası  haqqında  informasiya 

verməlidir; 

 

Sistem atributlu  istifadəni təmin etməlidir; 



 

Digər 



informasiya 

sistemlərinin 

ehtiyatlarını 

öz 


ehtiyatlarına 

inteqrasiya 

etmək 

imkanına 



malik 

olmalıdır; 

 

Sistemin  interfeysi  az  hazırlıqlı  istifadəçiləri  üçün 



anlaşıqlı və sadə olmalıdır və s. 

 

 



144

3.2 Texnoloji proseslər 

 

Korporativ  Kitabxana‐İnformasiya  şəbəkəsində  əsas  

texnoloji  proseslər    şəbəkənin  informasiya  ehtiyatlarının 

birgə yaradılması, qorunması və istismarına xidmət edir və 

şəbəkənin  proqram  təminatı  vasitəsilə  avtomatik  olaraq, 

müvafiq    struktur  bölmələri  tərəfindən  yerinə  yetirilir. 

Məhz  bu  səbəbdən  Korporativ  Kitabxana‐İnformasiya 

şəbəkəsinin proqram təminatı aşağıdakı  funksiyaları yerinə 

yetirən proqram vasitələrindən  təşkil olmalıdır: 

1.

 



Daxil  olan  ədəbiyyatın  uçotu  və  işlənməsi,  kollektiv 

istifadə üçün elektron kataloqun yaradılması;  

2.

 

Şəbəkənin  informasiya  ehtiyatına  normativ  formal‐



məntiqi 

nəzarət 


və 

informasiya 

məhsulunun 

keyfiyyətinin təmin olunması;  

3.

 

Avtomatik  lüğət  və  linqvistik  təminatın  yaradılması  və 



leksoqrafik‐linqvistik nəzarət;  

4.

 



İnformasiyanın arxivləşməsi;  

5.

 



Oxuculara elektron xidmət;  

6.

 



Elektron  nəşrlərin  və    multimedia  materiallarınin 

hazırlanması 

Daxil  olan  ədəbiyyatın  kataloqlaşdırılması  lokal 

kitabxana‐informasiya 

mərkəzində, 

Avtomatlaşmış 

Kitabxana 

İnformasiya 

Sisteminin 

Kataloqlaşdırıcı 

Avtomatlaşmış  İşçi  Yeri  vasitəsilə  həyata  keçirilir.  

Avtomatlaşmış  İşçi  Yeri  ədəbiyyatın  hazır  biblioqrafik 

yazılarınin 

maşınla 


oxunan 

formatda 

(USMARC, 

RUSMARC,  UNIMARC  və  s.)    nəşriyyat  və  kitab  ticarəti 

təşkilatlarından  alınmasını,  yazıların  surətinin  iştirakçı    və 

digər  kitabxanalardan  idxal  olunmasını  və  kitabxananın 

daxili  tələbatına  uyğun  informasiyaların:  inventar  nömrə, 

rəf şifrəsi, nüsxələrin sayı və s. əlavə edilməsini təmin edir. 

Bu  zaman  ehtiyac  olarsa  avtomatik  olaraq    biblioqrafik 



 

145


yazıların  bir  formatdan  digərinə  avtomatik  konvertəsi  baş 

verir. Kataloqlaşdırılan ədəbiyyatın hazır biblioqrafik yazısı 

olmadıqda  müəyyən  edilmiş  qaydalarla  biblioqrafik  yazı 

hazırlanır.  Ədəbiyyatın  biblioqrafik  yazısının  keyfiyyəti 

yoxlandıqdan  sonra  o,  ümumi  istifadə  üçün  elektron 

kataloqa  daxil  edilir.  Qeyd  edək  ki,  biblioqrafik  yazının 

keyfiyyəti  üçün  bilavasitə  kitabxana  rəhbəri  məsulliyyət 

daşyır.  

Biblioqrafik  yazının  keyfiyyəti  yoxlandıqda,    xüsüsi 

proqram  vasitəsilə  formal‐məntiqi  və  normativ  nəzarət 

yerinə yetirilir. Belə ki,  

 



Yazının      kommunikativ  formatın  biblioqrafik    təsvir 

qaydalarına tam uyğunluğu yoxlanılır;  

 

Yazının 



tamlığı‐korporativ 

kataloqlaşdırma 

üçün 

müəyyən  edilmiş  bütün  sahələrin  informasiya  ilə 



doldurulması yoxlanılır;  

 



Təkrar  olunan  yazılar  aşkar  edilir  və  redaktəsi  təklif 

olunur;  

 

 Leksik  səhvlərə  malik  yazılar  aşkar  edilir  və  orfoqrafik 



lüğət  bazası  əsasında  düzgün  yazılmış  variantlar  təklif 

edilir.  

  

Linqvistik‐leksikoqrafik  və  terminoloji    nəzarətə 



əsasən    ədəbiyyatın  axtarış  terminləri,  təsnifat  indeksləri, 

predmet  rubrika  indeksləri,  dövlət,  təşkilat,  nəşriyyat, 

dövrü  mətbuat  adları  məruz  qalır.  Leksikoqrafik  və 

terminoloji    nəzarət    müvafiq  lüğət  bazası  əsasında  yerinə 

yetirilir. Bu zaman  müvafiq proqram modulları vasitəsilə : 

 

Terminlərin transletasiyası; 



 

Axtariş terminlərini, predmet rubrika adlarını bir dildən 

digərinə avtomatik tərcüməsi; 

 

Lüğət  təminatının  avtomatik  yaradılması,  redaktəsi  və 



yeniləşməsi; 

 

146



 

Digər 


kitabxana 

informasiya 

sistemlərilə 

lüğət‐


informasiya mübadiləsi təmin edilir. 

Arxivləşmə    informasiyanın  qorunmasını  təmin  etmək 

üçün  istifadə  olunan  ən  vacib    texnoloji  əməliyyatdır    və 

bütün  kitabxana‐informasiya  sistemləri  bu  əməliyyatı 

yerinə  yetirən  vasitələrlə  təmin  edilir.      Arxivləşmə  işi 

müvafiq 


kitabxana‐informasiya 

mərkəzinin 

sistem 

adminstratoru  tərəfindən  yerinə  yetirilir  və  arxivləşmə 



prosesinin  dövrülüyü  və  qaydalrı  Korporativ  Kitabxana‐

İnformasiya  şəbəkəsinin  normativ  sənədləri  ilə  müəyyən 

edilir.  Adətən  işçi  arxiv  hər  iş  gününün  axırında  maqnit 

informasiya  daşıyıcılarında  saxlanılır.    İşçi  arxivlə  yanaşı 

Baza  informasiya  mərkəzində  ümümsistem  və  korporativ 

şəbəkənin  yekun  elektron  kataloqunun    ehtiyat  surəti 

yaradılır. 

Şəbəkədə  elektron  xidmət  əsasən  On‐line  formada, 

Web‐sayt  [4]  vasitəsilə  yerinə  yetirilir.  İstifadəçinin, 

biblioqrafik yazının bütün axtarış ünsürlərinə görə sadə və 

məntiqi 

operatorlardan 

istifadə 

etməklə 


mürəkkəb 

kompleks  sorğuları  əsasında    konkret  kitabxanada, 

korporativ  şəbəkədə  və  digər  kitabxana‐informasiya  

sistemlərində  axtarış  aparılır.        Tapılmış  biblioqrafik 

yazıların  əsasında  ədəbiyyatın  elektron  forması  varsa  əldə 

olunur, sifariş edilir.  Sifariş «elektron göndərmə» vasitələri‐

elektron poçt, FTP xidməti və faksla  yerinə yetirilir. Aydın 

məsələdir  ki,  elektron  göndərmə  xidməti  ədəbiyyatın 

elektron  forması  olduqda  mümkündür.  Son  illər  kitabxana 

fəaliyyətində 

elektron 

informasiya 

ehtiyatlarınin 

yaradılması  ən  önəmli    istiqamətlərdən  biridir  və  bu 

prosesin  necə  yerinə  yetirilməsi  kitabın  I  fəslində  şərh 

olunub.  Qeyd  edək  ki,  bu  əməliyyatı  yerinə  yetirdikdə 

müəllif  hüququnun  qorunmasına  riayət  edilməlidir.  



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə