N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   2   3   4   5   6   7   8   9   ...   31

 

13

Kağız  üzərində  maddiləşmiş  informasiyanın  elektron  



formaya keçirilməsi skaner və rəqəmli fotoaparat vasitəsilə 

yerinə  yetirilərək,  hər  bir  səhifənin  obrazı  yaradılır. 

Yaradılmış  obrazlar  qrafik  təsvir  olduğundan  çox  böyük 

informasiya  tutumuna  malik  olurlar  və  onun  şəbəkədə 

idarə  edilməsində  müəyyən  vaxt  itkisi  yarana  bilər.  Buna 

görə  də  skanerə  olmuş  obrazları  PDF  formatına  və  xüsüsi 

simvolların  tanınması  proqramları  vasitəsilə  (  məsələn: 

FineReader)  mətn  formatına  çevirirlər.  Skanerə  olmuş 

obrazlar  PDF  formatına  çevrilməsi    Adobe  Acrobat 

proqramı  vasitəsilə  yerinə  yetirilir.  Proqram  yükləndikdən 

sonra  açılmış  proqram  pəncərəsinin  Fayl  menyusunun  

Adobe  PDF  kimi  açmaq  əmrini  yerinə  yetirməli  və  açılan 

dialoq  pəncərəsində  kitabın  skanerə  olunmuş  birinci 

səhifəsinin obrazının ünvanını müəyyən edib klaviaturanın 

ENTER düyməsini sıxmaq lazımdır. Obraz   Adobe Acrobat 

proqramının işçi sahəsində əks olunacaq.  Növbəti səhifənin 

obrazını  eyni    qayda  ilə  açdıqda  səhfənin  obrazını  əvvəlki 

obrazların  arxasına  əlavə  edilməsi  və  ya  yeni  sənəd 

pəncərəsi  şəklində  açılması  haqqında  dialoq  pəncərəsi 

açılır


4

.  Bu  qayda  ilə  kitabın  bütün  səhifələrinin  obrazlarını 

çağırdıqdan  sonra  onu  yaddaşda  saxlamaq  lazımdır. 

İnterfeysin  idarəedici  düymələri  vasitəsilə  bir  səhifədən 

digərinə  keçid, obrazın  fırlanması və s.  mümkündür. 

Kitabların,  dövrü  mətbuatın,  dissertasiyaların  və  s. 

elektron 

forması 


əsasən 

kitabxanalararası 

elektron 

abonoment,  nəşriyyatlardan,  informasiya  mərkəzlərindən 

dövrü  mətbuat  redaksiyalarından  alınır.  Bi  işdə  İnternet 

əvəzsiz  vasitədir.  İnternet  həm  informasiya  ehtiyatların 

reklamını təmin edir, həm də On‐line istifadə üçün elektron 

                                                           

4

 Kitabın səhifələri üçün obrazını əvvəlki obrazların arxasına 



əlavə edilməsi variantı seçilməlidir 

 

14



mətn  və  multimedia  sənədlər  bazalarının  saxlayır. 

Bunlardan bir neçəsini qeyd edək: 

 

Ingenta



5

.  Bazada  12  milyondan  artıq  dünyanın  ən 

məşhur  ingilis  dilli  jurnal  və  məcmuələrindən 

məqalələr  toplanmışdır.  Müəllifə,  dövrü  nəşrin  adına, 

açar sözə və nəşr tarixinə görə axtarış aparılır.  

 



İnteqrum‐Texno

6

    bu  gün  Rusiya  informasiya 



məkanında  qanunvericilik,    dövrü  nəşrlər,  Mərkəzi 

kənd  təsərrüffatı  elmi  kitabxanasının  və  İctimai  elmlər 

üzrə  elmi        informasiyalar  institutunun  biblioqrafik 

bazasını özündə saxlayan ən böyük məlumat bazasıdır . 

 

SPIRES  HEP  Literature  Database



7

  1974‐cü  ildən 

başlayaraq yüksək enerji fizikasına aid 450 mindən artıq 

kitab  və  jurnal    məqalələrini  saxlayan  məlumat 

bazasıdır 

 



EBSCO(

http://search.epnet.com

).    Baza    düynanın  39 

ölkəsinin  4000–dən  artıq  jurnal  və  qəzet  materiallarını 

saxlayan 5 müstəqil bazadan ibarətdir: 

1.

 



Academic Search Premier.  Bazada PDF‐faylı şəklində 2500 

–dən 


artıq 

tarix, 


təhsil, 

ekologiya, 

beynəlxalq 

münasibətlər,  tibb,  siyasi  və  sosial  elmlər  və  kompüter 

texnologiyasına  aid  jurnalların  elektron  nəşrləri,  xülasə 

və referatları yerləşir. 

2.

 

Business  Source  Premier  bazası  iqtisadiyyat,  idaraəetmə,  



menecment,  marketinq,  sığorta,  mühasibat,  bank  işi, 

beynəlxalq biznesə aid 1600‐dən artıq jurnal materialı, 2 

milyondan  artıq  amerikan  və  beynəlxalq  firma  və 

kompaniyalar  haqqında  məlumatlar,  dünya  ölkələrinin 

                                                           

5

 Bazanın URL ünvanı: http://www.integrum.ru/products/db.asp 



6

 Bazanın URL ünvanı:

http://www.integrum.ru/products/db.asp

  

7



 Bazanın URL ünvanı http://www.slac.stanford.edu/spires/hep/ 


 

15

iqtisadiyyatı  haqqında  icmal  xarakterli  məlumatlar 



toplanmışdır. 

3.

 



Public  Library.    Bazada  1990‐ildən  başlayaraq  1810 

jurnalın elektron mətni, 1984‐cü ildən isə 2780‐dən artıq 

jurnaldakı məqalərin  referatları toplanmışdır. 

4.

 



Newspaper Source Bazada 1800 dən artıq məşhur dövrü 

nəşrlər,  o  cümlədən    6  000  000  məqalə  saxlanılır. 

Həmçinin  1965‐ci  ildən  elmin  müxtəlif  sahələri  üçün 

elektron mətn arxivi vardır. 

5.

 

MEDLINE



8

.   Biologiya və tibbə aid ən məşhur məlumat 

bazasıdır. 

                                                           

8

 Bazadan  istifadə ABŞ‐ın Milli Tibb kitabxanasının 



(www.nlm.nih.gov/databases/freemedl.html) serverləri vasitəsi 

ilə də mümkündür. 




 

15

1.3 Maşınla oxunan biblioqrafik formatlar. 

 

 

Kataloqlaşdırılan 



ədəbiyyatı 

identikləşdirən 

biblioqrafik ünsürlərin kodlaşmış təsvir qaydalarına  format 

deyilir.  Müasir  Avtomatlaşmış  Kitabxana‐Informasiya 

Sistemlərinin  məlumat  –  axtarış  aparatının  əsas  elementi 

olan  biblioqrafik  yazılar  maşınla  oxunan‐MARC  (Machine 

Readable Catalogue) formatları əsasında yaradılır.  

MARC  formatında  hazırlanmış  biblioqrafik  yazı 

ədəbiyyat  haqqında  QOST  biblioqrafik  təsvir  standartına 

nisbətən  daha  geniş  biblioqrafik  informasiya  saxlayır. 

Bunun  nəticəsində,  oxucunun  axtarış  imkanları  qat‐qat 

genişlənir.  Oxucu  hətta  ona  lazım  olan  ədəbiyyatın  əsas 

biblioqrafik ünsürlərini bilməsə belə (məs: müəllif, sərlövhə 

və s.) MARC formatında təsvir, ona lazım olan sənədi açar 

sözə,  ölçülərinə,  materialın  tipinə,  keyfiyyətinə    və  digər 

ənənəvi  olmayan  ünsürlərə  görə  tapmağa  imkan  verir,  

kitabxana ehtiyatlarından daha effektiv istifadə olunmasını 

təmin edir.  

MARC  formatı  ilk  dəfə  1966‐cı  ildə  ABŞ‐in  Konqres 

kitabxanası  tərəfindən  yaradılmışdır.  Maşınla  oxunan 

formatın  ənənəvi  biblioqrafik  təsvir  standartına  nisbətən 

üstünlüyü  aşkar  olduqdan  sonara,  əksər  ölkələr  maşınla 

oxunan  öz  milli  biblioqrafik  formatlarını  yaratmağa 

başladılar. 

 

1968‐ci 


ildə 

USMARC[6] 

(ABŞ), 

CANMARC(Kanada), 



UKMARC 

(Böyük 


Britaniya) 

formatları yaradıldı.   

 Artıq 1970‐80‐cı illərdə bir çox ölkələr MARC formatını 

qəbul  etdilər  və  MARC‐ın  50‐dən  çox  variantı  yradıldı.  Bu 

dövrdə  meydana  gələn  Internet  və    kompüter‐informasiya 

şəbəkə  texnologiyası  və  MARC  formatları  kitabxanaların 

kompleks  avtomatlaşdırılmasını,  oxuculara      On‐line 

 

16



xidməti  təmin  etdi  və  ayrı‐ayrı  kitabxana  ehtiyatlarının 

inteqrasiyası  üçün  real  texniki  imkanlar  yrandı.  Lakin, 

formatların  müxtəlifliyi  səmərəli  və  operativ  informasiya 

mübadiləsinə  ciddi  problemlər  yaradırdı.  Bu  səbədən 

MARC 

formatında 



tərtib 

olunan 


biblioqrafik 

informasiyanın  beynəlxalq  mübadiləsinin  təmini  üçün 

beynəlxalq kommunikativ formatın işlənilməsi qərara alındı 

və 1977‐ci ildə «UNIMARC»[3] (Universal MARC Formatı) 

beynəlxalq formatı yaradıldı.  

 

Hal‐hazırda  UNIMARC  formatı  ilə  bərabər  bir  çox 



biblioqrafik  agentliklər  USMARC  formatından  da  istifadə 

edirlər.    Hər  iki  format    bu  gün  kataloqlaşdırma  üçün  ən 

səmərəli  biblioqrafik  yazı  formatıdır.  Formatın  3  rəqəmli 

identifikatorla nişanlanmış sahəlri  9 blokda qruplaşmışdır. 

Hər  bir  sahə  daxil  olduğu  blokun  məzmununa  uyğun 

biblioqrafik və kodlaşmış məlumatları əks etdirir. Məs. 700‐

cü  sahə  7‐ci  ʺİntellektual  məsulliyyətʺ  blokuna  daxil  olub, 

kitabın  birinci  müəllifi  və  ya  nəşrə  məsul  şəxs  haqqında  

məlumatı  əks  etdirir.    Hər  bir  sahə  daxilində  biblioqrafik 

məlumatlar  bir  və  ya  bir  neçə  altsahədə  kodlaşdırılır. 

Altsahə  iki  simvoldan  ibarət    identifikatora  malikdir.  məs.: 

700_0  $a  və  s.  Sahələrin  təsvirində  altsahələr  müəyyən 

ardıcıllıqla  verilir.  Hər  bir  sahə  həmçinin  qiymətləri 

müxtəlif olan iki indikatora malik olur

1

. İndikatorlar axtarış 



zamanı  sahəyə  müraciətin  formasını  təyin  edir.  Əgər 

indikator qiymət almırsa, mövqe probel ilə (ʺ‐ʺ) doldurulur. 

UNIMARC  formatında  mübadilə  məqsədilə  tərtib 

olunan  hər  bir  biblioqrafik  yazı  Yazı  markeri,  məlumat 

kitabçası  və  dəyişən  sahələrdən  ibarət  olur.  Hər  bir 

biblioqrafik yazı 24 simvollu yazı markeri ilə başlayır. Yazı 

                                                           

1

 Bir sıra sahələr istisna olmaqla. 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə