N Respublikasının vergi MƏcƏllƏs



Yüklə 450,99 Kb.
səhifə16/18
tarix17.09.2018
ölçüsü450,99 Kb.
#68740
1   ...   10   11   12   13   14   15   16   17   18

XVI FƏSİL
Mədən vergisi


Maddə 213. Mədən vergisi

Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur.



Maddə 214. Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.



Maddə 215. Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.



Maddə 216. Verginin dərəcələri

216.1. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:



Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisiin
dərəcələri (faizlə)

Xam neft

26

Təbii qaz

20

Filiz faydalı qazıntıları:

bütün növ metallar


3


216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kub metr üçün aşağıdakı dərəcələrlə hesablanır:

Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı

Mədən vergisinin dərəcələri (şərti maliyyə vahidinin misli ilə manatla)

Qeyri-filiz faydalı qazıntıları:




— seolit

0,5

— barit

0,5

— mişar daşları

0,5

— çınqıl xammalı

0,5

— yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər

0,5


bentonit gilləri

0,5

— kərpic-kirəmit gilləri

0,5

— vulkan külü və pemza

0,5

— kvars qumları

0,5

— tikinti qumları

0,5

— sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

0,5


— üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı)

1


— qiymətli və yarımqiymətli bəzək daşları

4

daş (31) duz

4

yodlu bromlu sular

4

0,02

— mineral sular

6

Maddə 217. Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi

217.1. Mədən vergisi bu Məcəllənin 216-ci maddəsi ilə müəyyən olunmuş vergi dərəcələrini yerin təkindən çıxarılmış ayrı-ayrı növ faydalı qazıntıların topdansatış qiymətinə tətbiq etməklə hesablanır. Mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır.

217.2. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.

217.3. Mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə mədən vergisinin bəyannaməsini verirlər.

217.4. Bu maddədə müəyyən edilən qaydada hesablanmış verginin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

217.5. Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.



Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik çınqıl xammalı aid edilir.

217.6. Xam neftin və qazın hasilatı zamanı bu Məcəllənin 217.1-ci maddəsinə uyğun olaraq mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.



Yüklə 450,99 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə