N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   8   9   10   11   12   13   14   15   ...   30
babilin-en-varli-adami

YEDDİNCİ ÇARƏ
 
&ƏG8
 
Öz qazanc imkanlarınızı genişləndirin
 
- Bu gün sizə, əziz tələbələrim, pul kisənizi doldurmağın ən vacib 
vasitələrindən biri haqqmda bəhs edəcəyəm. Fəqət mən qızıl haqqında 
deyil, qarşımda oturub, dəbdəbəli libaslar altında gizli qalan insanlar, 
yəni  sizin  haqqınızda  danışacağam.  Mən  sizin  ağlınızda  baş  verib, 
müvəffəqiyyətinizə əks təsir göstərənlər barəsində söhbət açacağam. -
Arkad tələbələrinə yeddinci gün belə müraciət etdi.  - Bu yaxınlarda 
cavan bir adam yanıma gəlib ona borca pul verməyimi xahiş etdi. Mən 
ondan bu ehtiyacının səbəbini soruşduqda, o xərclərini ödəmək üçün 
qazancının kifayət etmədiyindən şikayət etdi. Bunu eşidəndə, mən ona 
başa  saldım  ki,  borcunu  qaytara  bilməsi  üçün  əlavə  pul  vəsaitinin 
olmaması onu sələmçi üçün pis müştəri edir. 
- Gənc, -  mən ona söylədim, - sənə artıq pul qazanmaq lazımdır. 
Sən qazananın artması üçün nə etmisən? 
- Bacardığım hər şeyi, - o cavab verdi. - Son iki ay ərzində mən altı 
dəfə sahibkarımın yanına gedib, ondan ma- 
56 


 
aşımı  artırmasını  xahiş  etmişəm,  xeyri  olmayıb.  Bundan  artıq 
qəbuluna düşmək mümkün deyil. 
Biz onun sadəlövhlüyünə gülə bilərik, amma bu gəncdə qazancını 
artıra  bilməsi  üçün  ən  vacib  amil  var  -  onun  içində  daha  artıq 
qazanmaq istəyi yaşayır. Bu dəyərli və təqdirəlayiq arzudur. 
Ən  ümdə  şərt,  güclü  və  müəyyən  bir  istəyin  olmasıdır.
  Qeyri- 
müəyyən istəklər, sadəcə olaraq, arzulardır. Qazanmaq istəyən adam 
üçün onlar faydasızdır. Əgər ki, adam beş qızıl qəpik istəyirsə, arzu 
əlçatandır. Əgər o istəyinə nail oldusa, bu üsulla sonra on, iyirmi və 
hətta  min  qızıl  qəpik  qazanıb  varlana  bilər!  Xırda  arzularını  həyata 
keçirtməyi öyrənəcək adam özünü daha böyüklərinə hazırlayır. Var- 
dövlət  də  bu  yolla  yığılır.  Əvvəlcə  o,  xırda  məbləğlərdən  toplanır, 
sonra isə adamın bilik və təcrübəsindən asılı olaraq, bu məbləğlər daha 
da artır. 
İstəklər sadə və müəyyən olmalıdır. Əgər bunlar lazımından artıq 
və qeyri-müəyyən olub, insani imkanların xaricindədirsə, öz güclərini 
itirirlər. 
İnsanın öz peşəsində püxtələşməsindən asılı olaraq, onun qazanc 
imkanları da artır. Sadə katib olub gündəlik bir neçə bürünc üçün gil 
lövhələr üzərində kürəyimi bükdüyüm o günlərdə mən fərqinə vardım 
ki,  digər  katiblər  daha  çox  iş  görüb,  daha  çox  qazanırdılar.  Qərara 
gəldim  ki,  heç  kimin  məni  üstələyə  bilməyəcəyi  səviyyəyə  çatım. 
Onların uğurlarının səbəbini anlamaq o qədər də çox vaxtımı almadı. 
İşə olan artıq maraq, artıq dəqiqlik, artıq inad - digər katiblərin günə 
məndən daha çox lövhə yazmasının səbəbi idi. Mənim yorulmadan, 
qətiyyətlə çalışmağım 
57 


 
qarşılığını  aldı  və  maaşımı  artırmaq  üçün  sahibkarımm  yanına  altı 
dəfə getməyimə ehtiyac qalmadı. 
Biz nə qədər artıq biliriksə, bir o qədər də artıq qazana bilərik. 
Öz işi haqqında daha artığını öyrənməyə can atan adam, mütləq onun 
bəhrəsini  görəcək.  Əgər  o  rəssamdırsa,  özündən  daha  çox  istedadlı 
olan  həmkarlarının  priyom  və  metodlarını  öyrənməlidir.  Əgər  o 
hüquqşünas və ya həkimdirsə, eyni peşə sahiblərindən məsləhət alıb 
öz  bilikləri  ilə  bölüşməlidir.  Əgər  o  tacirdirsə,  hər  daim  daha 
keyfiyyətli mal axtarıb, daha ucuz qiymətlərlə satmalıdır. 
Öz işlərinizdə təkmilləşin və öz bacarıqlarınızdan istifadə edin ki, 
pul asılacağınız olanların qulluğunda daha yaxşı durasınız. Odur ki, 
mən  hamını  daima  inkişafa  doğru  səsləyirəm  ki,  yerində  sayıb 
başqalarının sizi ötməsinə yol verməyəsiniz. 
İnsan həyatını bir çox şey dəyərli təcrübələrlə zənginləşdirə bilər. 
Əgər insan özünə hörmət edirsə, aşağıda sadala- dıqlarımı qarşısına 
məqsəd qoymalıdır: 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə