N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   9   10   11   12   13   14   15   16   ...   30
babilin-en-varli-adami

O  öz  borclarını  mümkün  olduqca  vaxtında  ödəyib,  qaytara 
biləcəyindən artıq borc götürməməlidir.
 
O  öz  ailəsinin  rifahını  düşünməlidir  ki,  onlarda  öz  növbəsində 
onun haqqında ancaq yaxşı şeylər düşünüb danışsınlar.
 
O,  vəsiyyətnamə  hazırlamalıdır  ki,  Allahın  hüzuruna  qovuş-
duqdan sonra bütün sərvəti lazımi şəkildə və ədalətlə bölünsün.
 
O,  uğursuzluğa  düçar  olanların  halına  yanıb,  onlara  imkan 
daxilində  kömək  göstərməlidir.  O  özünə  dəyərli  olanları  dəs-
təkləməlidir.
 
58 


 
Budur, boş pul kisəsinin yeddinci və sonuncu çarəsi: 
müdriklik və 
bacarığa nail olmaq üçün öz gücünü artır, öyrən və elə əməl et ki, 
özünə  hörmət  edəsən.
  Bu  yolla  sən  özünə  inanc  qazanıb,  öz 
düşünülmüş istəklərinin həyata keçməsinə nail ola bilərsən. 
Boş pul kisəsi üçün mənim uzun və keşməkeşli həyatımda özüm 
üçün müəyyən etdiyim yeddi çarə bunlardır və onları da varlanmaq 
istəyən hər kəsə məsləhət görürəm. 
Babildə,  ey  tələbələrim,  sizin  təsəvvür  edə  biləcəyinizdən  artıq 
qızıl var. O, hamıya artıqlaması ilə çatar. 
Gedin  və  bu  həqiqətlərdən  faydalanın  ki,  onlar  da  sizi  inkişaf 
etdirsin. 
Gedin və bu bilikləri hökmdarımızın itaətində olan hər bir layiqli 
adama çatdırın ki, şəhərimizin zənginliyindən öz payına düşəni ala 
bilsin. 
59 


 
Uğur ilahə
si il
ə
 
tanış olun
 
Əgar insanın bəxti gətirirsə, har şeyda gatirar. Onu 
Farala atsanız, alinda mirvari dənəsi ilə çıxar.
 
Babil atalar sözü 
H
 
ər adam istəyər ki, uğur onun üzünə gülsün. Bu 
dörd min il bundan qabaq qədim Babil sakinlərinin 
ürəklərində yaşadığı kimi, çağdaş insanların ürəklərində 
də yaşayır. Biz hamımız ümid edirik ki, nazlı uğur ilahəsi, 
bizi öz diqqətindən məhrum qoymaz. Biz onu hər hansı bir 
yolla öz tərəfimizə çəkib, yalnız lütfkar diqqətini bizə ayır- 
mağına qalmayıb, öz comərd sədəqələrini də başımızdan 
tökməyinə nail ola bilərikmi? 
Necə uğur qazanmalı? 
Bu sualı qədim Babil sakinləri də özlərinə verərək, ona 
inadla cavab axtarırdılar. Onlar praktik insanlar olub, də- 
rin təfəkkür sahibi idilər. Babilin öz zəmanəsinin ən varlı 
60 


 
və güclü şəhərinə çevrilməyinin səbəbi bununla izah olunur. 
Bu  uzaq  keçmişdə  onların  nə  məktəbləri,  nə  də  kollecləri  vardı. 
Buna  baxmayaraq,  onlar  çox  praktik  tədris  mərkəzinə  sahib  idilər. 
Babilin  göydələn  tikililəri  arasında  eləsi  vardı  ki,  o  öz  əzəməti  ilə 
hökmdar  sarayından,  asma  bağlardan  və  Tanrıların  məbədlərindən 
geri  qalmırdı.  Onun  haqqında  tarixi  kitablarda  demək  olar  ki,  söz 
keçmir,  lakin  o  dövrün  insanlarının  düşüncəsinə  onun  əhəmiyyətli 
təsiri vardı. \ 
Bu tədris ehramı idi, burada könüllü müəllimlər, keçmiş dövrlərin 
müdrikliyini  öz  şagirdlərinə  ötürür,  həmçinin  hamım  narahat  edən 
məsələlər  açıq  forumlarda  müzakirə  olunurdu.  Ən  son  qul  belə  bu 
disputlarda  hökmdar  qanıra  daşıyan  şahzadənin  fikirlərini  cəza 
almadan təkzib edə bilərdi. 
Ehramının  daimi  ziyarətçiləri  arasında  Babilin  ən  zəngin  adamı 
sayılan Arkad adlı müdrik, varlı bir adam var idi. Onun öz qonaq otağı 
var idi ki, oraya demək olar ki, hər axşam qoca, cavan və əsasən də 
orta yaşlı böyük insan kütləsi yığışardı. Onlar mübahisə edərək onları 
maraqlandıran  müxtəlif  mövzuları  müzakirə  edirdilər.  Gəlin,  belə 
toplantılardan birinə geri qayıdaq və öyrənək görək ki, onlar uğuru öz 
tərəflərinə cəlb etməyin yollarına bələd ola biliblərmi? 
Arkad  adət  etdiyi  taxta  kürsüyə  çıxanda,  nəhəng  qırmızı  günəş 
kürəsi  qumsallıq  tozundan  olan  pərdəni  öz  şüaları  ilə  zəifcə  dəlib 
keçərək, artıq qüruba enirdi. Burada yerə döşənmiş, xalçalar üzərində 
oturmuş təqribən səksən 
61 


 
nəfər adam artıq onu gözləyirdi. Adamlar gəlməyə davam edirdilər. 
- Bu axşam nəyi müzakirə edəcəyik? - Arkad soruşdu. 
Kiçik fasilədən  sonra  hündür  boylu toxucu,  ayağa  qalxaraq  ona 
müraciət etdi: 
- Bir sual var ki, onun cavabını çoxdan eşitmək istəyirəm, lakin 
indiyə qədər onu soruşmağa ürək etmirəm, çünki o, həm sənə, həm də 
burada toplaşmış xeyirxah dostlarına da gülməli görünə bilər. Bu gün 
uğur  mənim  üzümə  gülüb,  çünki  içi  qızıl  qəpik  dolu  pul  kisəsi 
tapmışam.  Mən  istəyərdim  ki,  uğur  məni  heç  vaxt  tərk  etməsin  və 
düşünürəm ki, burada toplaşmış heç kim bunun əksini istəməz. Odur 
ki, mən təklif edirəm, xoşbəxtliyi hansı yollarla özünə cəlb etməyin 
mümkünlüyünü müzakirə edək. 
-  Çox  maraqlı  mövzudur,  -  Arkad  söylədi.  Müzakirəyə  dəyər 
məsələdir. Bəziləri üçün uğur - məqsədsiz və səbəbsiz onların başına 
gələn hansısa bir xoş hadisədir. Digərləri isə düşünür ki, uğuru idarə 
edən,  ona  cidd-cəhdlə  qulluq  edənləri  həmişə  layiqincə 
mükafatlandırmağa hazır olan ilahə İştardır. Odur ki, söyləyin dostlar, 
siz  bu  barədə  nə  düşünürsünüz?  Elə  bir  vasitə  varmı  ki,  uğur  hər 
birimizin qapısını döysün? 
-  Və  yaxşı  olardı  ki,  tez-tez!  -  toplanmış  camaatın  nida  səsləri 
ucaldı. 
- Müzakirəyə başlamaq üçün, - Arkad davam etdi, - gəlin, əvvəlcə 
toxucunun  başına  gələnin  eynisi  bizlərdən  kimə  üz  veribsə,  onları 
dinləyək. Sizlərdən kim, öz tərəfin- 
62 


 
dən heç bir qüvvə sərf etmədən pul və ya qiymətli daş-qaş tapıb, ya 
da əldə edib? 
Fasilə  yaranır.  Toplanmış  camaat  bir-biri  ilə  baxışıb  gözlədi  ki, 
kimsə ayağa qalxsın, amma elə biri tapılmadı. 
-  Nədir,  məgər  elə  biri  yoxdur?  -  Arkad  soruşdu.  -  Deməli,  belə 
bəxtəvərlik kifayət qədər az baş verir. Qoy kimsə təklif etsin görək, 
öz axtarışlarımızı harada davam etdirək?! 
-  Mən  çalışaram,  -  yerindən  qalxan  yaxşı  geyimli  cavan  oğlan 
söylədi.  -  Əgər  biz  uğurdan  danışırıqsa,  fikrimizi  oyun  masalarına 
yönəltsək  daha  asan  olmazdımı?  Məgər  orda  külli  miqdarda  uduş 
ümidi ilə bir çox adam uğur ilahəsinin onlara qarşı daha lütfkar olması 
üçün yalvarmırını? 
O öz yerinə oturanda, hay-haray qalxdı: 
-  Davam  et!  Danış  bizə  görək,  oyun  masası  arxasında  ilahənin 
lütfkarlığını necə qazana bildin? Sən müəssisə sahibinin hesabına öz 
pul  kisəni  doldurasan  deyə,  o,  zərləri  sənin  üçün  qırmızı  tərəfinə 
çevirirdi? Yoxsa əksinə, onun əmri ilə zərlər göy tərəfinə düşürdülər 
ki, sahibkar çətinliklə qazanılan gümüşü öz cibinə qoysun? 
Cavan oğlan hamı ilə birgə gülüb, sonra cavab verdi: 
-  Etiraf  etməliyəm  ki,  ilahənin  mənim  gəlişimdən  deyəsən,  heç 
xəbəri də yox idi. Bəs başqaları necə? Siz onun belə yerlərdə iştirakını 
görmüsünüzmü? O, zərləri sizin lehinizə çevirməyə kömək  edibmi? 
Danışın bizə, biz də dinləyib öyrənək. 
63 


 
-  Yaxşı  başlanğıcdır,  -  Arkad  müdaxilə  etdi.  -  Biz  buraya 
toplaşmışıq ki, yaranan hər bir sualı hərtərəfli müzakirə edək. Əgər 
biz müzakirəmizdən oyun masalarını ixtisar etsək, gümüş qəpiklə risk 
edib, xoş təsadüf nəticəsində qızıl külçə qazanmağa razı olan bir çox 
insana xas instinkti heçə saymış olarıq. 
-  Bu  mənə  dünənki  at  yarışlarını  xatırladır,  -  söhbətə  yenə  bir 
dinləyici daxil oldu. Əgər uğur ilahəsi oyun masalarına baş çəkirsə, 
onda  o  yəqin  ki,  qızılı  çarxlı  arabaları  və  sürətli  qaçışdan  əldən 
düşmüş  atları  olan  at  yarışlarından  da  yan  keçməz.  Düzünü  söylə, 
Arkad, dünən sən Ninevi- yadan olan o boz atlara pul qoyanda, o sənə 
nə pıçıldadı? Mən düz sənin arxanda dayanmışdım və boz atlara mərc 
gəldiyini  eşidəndə,  qulaqlarıma  inana  bilmədim.  Bizim kimi sən  də 
çox gözəl bilirdin ki, tövlələrimizdəki atlara düzgün keçirilən yarışda 
Assiriyanın heç bir heyəti qalib gələ bilməz. Etiraf et ki, ilahə sənə 
boz  atların  üstünə  qoymağı  işarə  etdi,  çünki  sonuncu  döngədə  qara 
cütlük büdrədi və bizimkilərə mane oldu. Beləcə, bozlar öz layiqsiz 
qələbələrini qazandılar. 
Arkad mübahisə edənə mülayim təbəssümlə nəzər saldı. 
- Nəyə əsaslanıb düşünürsən ki, kimin hansı ata mərc gəlməyi uca 
ilahənin  belə  vecinədir?  Mənim  üçün  o,  ehtiyacı  olanlara 
məmnuniyyətlə kömək edib, layiq olanları mükafatlandıran sevgi və 
alilik  ilahəsidir.  Mən  onu  insanların  qazandıqlarından  çox,  qızıl 
itirdikləri oyun masaları və ya at yarışlarında deyil, insani hərəkətlərin 
daha da faydalı, təqdirə layiq olduğu digər məkanlarda axtarıram. 
64 


 
Torpaqla  əlləşib,  vicdanla  ticarət  edib,  sənətlə  məşğul  olub,  hər 
zaman gəlirə arxayın olmaq olar. Ola bilər ki, bunun əvəzi sizə hər 
gün gəlməsin, çünki insan bəzən yanlış edə bilər, bəzən isə külək və 
ya şaxta onun əziyyətini yerə vurar. Amma inad etsə, nəticə etibarilə, 
öz  mükafatını  qazanacaq,  çünki  əldə  etmə  şansları  onun  xeyrinə 
olacaq. 
Yox,  əgər,  insan  əyləncəli  oyunlara  aludə  olubsa,  vəziyyət 
tamamilə  əksinədir,  çünki  bütün  şanslar  onun  əleyhinə,  oyun 
məkanının  sahibinin lehinə  işləyir.  Bu  onun  işidir  və  o  oyunçuların 
ortaya qoyduğu puldan özü üçün yaxşı gəlir götürməyi planlaşdırır. 
Sahibkarın gəlirinin nə qədər çox, öz uduş şanslarının isə nə qədər az 
olduğunu oyunçuların çox az qismi ehtimal edir. 
Zəri misal götürək. Hər dəfə onu atarkən, biz pul qoyub onun hansı 
tərəfilə üzü yuxarı düşəcəyini tapmağa çalışırıq. Əgər bu qırmızı tərəf 
olsa,  məkanın  sahibi  qoyulan  məbləğin  dörd  qatını  bizə  ödəyəcək. 
Yox  əgər,  beş  tərəfin  istənilən  biri  düşərsə,  biz  öz  pulumuzu 
itirəcəyik. 
Bu rəqəmlər göstərir ki, hər atışda uduzmağımız üçün bizim beş 
şansımız  var,  lakin  bir  halda  ki,  qırmızı  tərəf  dörd  dəfə  artıq 
qazandırır, deməli, qalib olmağımız üçün dörd şansımız var. Məkanın 
sahibi bir gecədə ortaya qoyulan bütün pulların beşdəbirini götürməyi 
nəzərdə tutur. Əgər oyun, bir adamın mütləq pulun beşdəbirini uduza-
cağı tərzində qurulubsa, məgər kimsə uduşa ümid edə bilərmi? 
-  Axı  bəziləri  böyük  məbləğlərlə  pul  udur,  -  dinləyicilərdən  biri 
qeyd etdi. 
65 


 
-  Bəli,  belə  də  olur.  -  Arkad  cavab  verdi.  -  Bəs  belə  uğur  nə 
dərəcədə  etibarlıdır?  Mənim  Babildəki  tanışlarım  arasında  mötəbər 
insanlar çoxdur, lakin onlardan uğura gedən yolu oyundan qazanılmış 
pullarla başlayan heç birinin adını çəkə bilmərəm. 
Bu  gün  buraya  toplanmış  hər  kəs,  bizim  imkanlı  şəhər 
sakinlərimizdən  bir  çoxunu  tanıyır.  Mənə  maraqlıdır  bilim  ki, 
onlardan hansı biri oyun masasını öz uğurunun başlanğıcı adlandıra 
bilər. Mənə belə insanlardan bəhs edin. 
Uzunmüddətli sükunətdən sonra kimsə cəsarətsizcə qeyd etdi: 
- Elə oyun masalarının sahibləri. 
-  Əgər  ağlınıza  başqaları  gəlmirsə,  -  Arkad  davam  etdi,  -  onda 
gəlin  sizin  haqda  danışaq.  Aranızda  elə  şanslı  oyunçular  varmı  ki, 
oyun onun üçün gəlir mənbəyi olub? 
Arxa  sıralardan  gələn  narazı  deyinmə  və  qəhqəhə  səsləri  onun 
sualına cavab oldu. 
-  Görünür,  biz  uğuru  heç  də  onun  ilahəsinin  tez-tez  olduğu 
yerlərdə  axtarmırıq,  -  o  davam  etdi.  Gəlin  onda,  başqa  yerlərdə 
axtaraq.  Biz  onu  itirilmiş  pul  kisələrində  tapa  bilmədik.  Oyun 
masalarının  yanında  da  tapmadıq.  At  yarışlarına  gəldikdə  isə,  sizə 
etiraf  etməliyəm  ki,  həyatım  boyu  qazandığımdan  daha  çox  pul 
uduzmuşam. 
Gəlin,  indi  öz  peşəmizə  baxaq.  Onun  əsas  gəlir  mənbəyimiz 
olduğunu hesab etmək məgər təbii deyilmi?! Onunla məşğul olarkən 
şansa yox, zəhmətimizin layiqli qar 
66 


 
şılığını alacağımıza ümid etməliyik. Ola bilər ki, onun mərhəmətini 
heç gözləmədiyimiz an, o bizə həqiqətən də kömək edir. Kimsə yenə 
nəsə söyləmək istəyirmi? 
Bu məqamda ağ geyimli yaşlı tacir ayağa qalxdı: 
- Sənin icazənlə, hörmətli Arkad, mən bunu təklif etmək istərdim: 
əgər  sənin  dediyin  kimi,  biz  ancaq  öz  güc  və  bacarığımıza  güvənə 
biliriksə,  onda  gəlin  az  qala  əlimizdə  olub,  əldən  verdiyimiz 
uğurlardan danışaq. Əsl müvəffəqiyyət - nadir hadisədir. Şansı əldən 
buraxdığımız zaman yaranan uğursuzluqdan isə çoxları danışa bilər. 
- Ağıllı fikirdir, - Arkad razılaşdı. - Sizlərdən kimlər uğuru əlində 
tutarkən o, barmaqlarının arasından sürüşüb gedib? 
Əllər havada yelləndi, tacirin əli də. 
- Bir halda ki, söhbəti sən açdın, elə özün də birinci danış, - Arkad 
ona təklif etdi. 
-  Məmnuniyyətlə  sizə  bir  əhvalatı  danışaram,  -  o  cavab  verdi.  - 
Əhvalat onu aşılayır ki, insan müvəffəqiyyətə çox yaxın düşə bilir və 
öz kor-koranəliyinə görə uğurun ondan üz çevirməsinə imkan verir, 
sonra bunun peşmançılığını çəkir. 
İllər  öncə,  mən  hələ  cavan  ikən,  təzə  evlənib  yaxşı  qazanmağa 
başladım. Bir gün atam yanıma gəlib bir işə pul qoymağı təklif etdi. 
Onun yaxşı dostlarından birinin oğlu qala divarlarının arxasında özü 
üçün  boş  bir  torpaq  sahəsi  gözaltı  etmişdi.  O,  çox  hündürdə, 
kanalların üzərində yerləşdiyi üçün oraya su qalxmırdı. 
67 


 
Atamın  dostunun  oğlu  belə  bir  plan  təklif  etdi:  bu  torpağı  alıb, 
camışların  gücü  hesabına  hərəkətə  gələn  üç  nəhəng  su  çarxı  tikib, 
torpağın zəmininin  suvarılması üçün  suyu  onların köməyi  ilə  yuxan 
qaldırsın. Sonra o bu torpağı paylara bölüb, tərəvəz əkini üçün şəhər 
sakinlərinə satmağı planlaşdırırdı. 
Atamın dostunun oğlu, bu təşəbbüsün xərclərini tam qarşılayacaq 
kifayət qədər qızıla sahib deyildi. O da mənim kimi gənc adam idi və 
olduqca  az  qazancı  vardı.  Onun  atası  da  mənim  atam  kimi  böyük 
ailənin yükünü daşıdığına görə imkanı yox idi. Bu səbəbdən belə bir 
qərara gəldi ki, onunla şərikliyə girəcək bir qrup adam yığsın. Bu qrup, 
torpağın satışa hazır olduğu günə qədər öz qazancının onda birini bu 
işə  yatıran  on  iki  nəfərdən  ibarət  olmalı  idi.  Qoyulan  pulun 
miqdarından  asılı  olaraq,  gəliri  də  ədalətlə  bölmək  nəzərdə 
tutulmuşdu. 
-
 
Oğlum,  -  ata  dedi.  -  Sən  hələ  cavansan.  Mən  həyatım  boyu 
arzulamışam ki, sən varlı və hörmətli adam olasan. Mən istəyirəm ki, 
sən mənim səhvlərimi təkrar etməyəsən. 
-
 
Mən də bunu istəyirəm, ata, - mən cavab verdim. 
-
 
Onda mənim məsləhətimə qulaq as. Öz qazancının ondabirini 
ayırıb gəlirli bir işə yatır. Bu pullar sayəsində hələ heç mənim yaşıma 
çatmamış, layiqli həyat üçün özünə sərvət yığarsan. 
-
 
Ağıllı məsləhətdir, ata. Mən varlı olmağı çox istəyirəm. Lakin 
mənim indi o qədər müxtəlif xərclərim var ki, elə bütün qazancım da 
onlara gedir. Odur ki, mən hələ bir qədər 
68 


 
gözləməliyəm. Mən hələ gəncəm, qarşımda hələ çox vaxtım var. 
-
 
Mən də sənin yaşında ikən bu cür düşünürdüm. Və budur bax: 
çox  illər  keçib,  mən  isə  özümə  var-dövlət  yığmağa  hələ  heç 
başlamamışam da. 
-
 
Biz,  başqa-başqa  zamanlarda  yaşamışıq,  ata.  Mən,  sən 
buraxan səhvləri etməməyə çalışaram. 
-
 
Sənin qarşında imkan açıldı, oğlum. O sənə xoş güzəran üçün 
şans verir. Xahiş edirəm, bu işi yubatma. Sabah dostumun oğlunun 
yanma  get  və  onunla  qazancının  ondabirini  ödəyəcəyinə  dair  saziş 
imzala. İş, gecikdirmə sevmir. Bu gün sənin belə bir imkanın var, onu 
əldən buraxma. 
Mən atamın məsləhətinə əməl etmədim. Məhz həmin vaxt şərqdən 
gələn  tacirlər  o  qədər  gözəl  və  bahalı  libaslar  gətirmişdilər  ki,  biz 
yoldaşımla  nə  olursa  olsun,  onları  almağa  qərar  verdik.  Əgər  mən 
maaşımın  ondabirini  verməyə  razılıq  versəydim,  onda  biz  həm  bu, 
həm də digər bir çox nemətlərdən məhrum olacaqdıq. Mən qərar anını 
hər  dəfə  təxirə  salırdım  və  bir  gün  artıq  çox  gec  oldu.  Mən  indiyə 
qədər  bu  barədə  təəssüflənirəm.  Həmin  təşəbbüs  isə  təsəvvür  edə 
biləcəyimizdən daha gəlirli oldu. Xoşbəxtliyi əldən verməyim haqda 
olan hekayəm budur. 
-  Hekayə  onu  nəql  edir  ki, 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə