N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
babilin-en-varli-adami

düşən  imkandan  ikiəlli  yapışanları 
müvəffəqiyyət  gözləyir,  -
  qarabuğdayı  üz  rəngi  ilə  seçilib,  səhra 
sakininə bənzəyən şəxs qeyd etdi. - Özünə var-dövlət yığmaq üçün, 
hər  zaman  birinci  addım  atılmalıdır.  Bu  qazancdan  qırağa  qoyulan 
cəmi bir neçə qızıl və ya gümüş sikkə ola bilər. Mənim indi çox sayda 
mal-qara 
69 


 
sürüm var. Onların təməlini hələ balaca uşaq ikən bir gümüş sikkəyə 
aldığım cavan düyə ilə qoymuşam. Mənim sərvətim bax belə yarandı. 
Bu birinci addımı atmaq - hamı üçün böyük uğurdur. Bu addımı 
atan  hər  kəs  öz  zəhməti  ilə  pul  qazanan  sadə  işçidən,  öz  qızılından 
gələn mədaxil hesabına yaşayan bir insana çevrilir. Bəziləri bunu hələ 
cavanlıqda edərək, bu addımı atmağa daha gec qərar verənlərdən daha 
tez sərvət sahibi olurlar, o tacirin atası kimi bu addımı hələ də atmayan 
adamlardan heç danışmıram. 
Əgər  bizim  dostumuz  tacir,  uğurun  onun  üzünə  güldüyü  cavan 
yaşlarında buna təşəbbüs etsəydi, bu gün dünyəvi nemətləri daha da 
çox olardı. 
-  İcazə  verin  mən  də  söyləyim,  -  əcnəbiyə  məxsus  səs  tonu 
eşidildi. Mən suriyalıyam. Mən sizin dilinizdə o qədər də yaxşı danışa 
bilmirəm. Bilmək istərdim, sizin o dostunuz tacir kimi adamları necə 
adlandırır. Siz düşünə bilərsiniz ki, bu ədəbsizlikdir, amma mən yenə 
də  o sözü  eşitmək  istəyirəm. Mən  onu  öz dilimdə  söyləsəm,  siz an-
lamayacaqsınız. Odur ki, xahiş edirəm, özünə faydalı olsa da, heç nə 
etmək istəməyən adama yaraşacaq düzgün ifadəni söyləyin. 
-
 
Kütbeyin, - kiminsə səsi gəldi. 
-
 
Doğrudur, - suriyalı əl çaldı. - O gələn imkanı görə bilmir. O 
gözləyir. O deyir ki, çoxlu işi var. Müvəffəqiyyət isə belə kütbeyinləri 
gözləmir.  O  düşünür  ki:  xoşbəxt  olmaq  istəyən  kəs  tələsir.  Düşən 
imkanlardan yararlanmağa 
70
 


 
tələsməyən adamlar səhv iş tuturlar, bizim tacir dostumuz kimi. 
Tacir ayağa qalxıb suriyahnm qarşısmda təbəssümlə baş əydi. 
-
 
Mən  sənə  heyran  qaldım,  ay  əcnəbi,  çünki  sən,  doğrulan 
söyləməkdən qorxmursan. 
-
 
İndi isə gəlin əldən çıxan imkanlar haqqında başqa bir hekayə 
dinləyək. Danışmaq istəyən varmı? - Arkad soruşdu. 
-
 
Mən istəyərdim, - qırmızı əbalı ortayaşlı bir adam cavab verdi. 
-  Mən  mal-qara  satıram,  əsasən  də  dəvə  və  at.  Bəzi  vaxtlarda  isə 
qoyun və keçi də alıram. Sizə danışmaq istədiyim hekayə, bir gün mən 
heç hazır deyilkən, əla bir fürsətin əlimə necə düşməsi haqqındadır. 
Bəlkə  elə  bu  səbəbdən  də  mən  onu  əldən  verdim.  Özünüz  qiymət 
verin. 
Bir gün axşam, dəvə axtarışı ilə keçən ongünlük səyahətdən sonra, 
şəhərə  qayıdarkən  mən  şəhər  qapılarının  artıq  bağlanmış  olduğunu 
görüb  çox  təəssüfləndim.  Gecələmək  üçün  qullarım  çadır  qurarkən, 
mənim  kimi  şəhərə  keçməyə  çatdırmayan  yaşlı  bir  kəndli  mənə 
yaxınlaşdı. 
- Möhtərəm cənab, - o mənə müraciət etdi, - simandan görürəm ki, 
sən  mal-qara  alıb  satan  möhtəkirsən.  Əgər  bu  belədirsə,  mən  çox 
istəyərdim ki, təzə qovub gətirdiyim yaxşı qoyun sürüsünü sənə satım. 
Təəssüf ki, mənim arvadım yüksək qızdırma ilə yorğan-döşəyə düşüb, 
mən də tezliklə onun yanma qayıtmalıyam. Mənim qoyunlarımı al ki, 
mən də qullarım ilə birlikdə dəvələri yəhərləyib ləngimədən yola düşə 
bilim. 
71
 


 
Qaranlıq  idi  və  mən  qoyunları  yaxşı  görə  bilmədim,  lakin 
mələmələrindən aydın olurdu ki, onların sayı çoxdur. On gün ərzində 
münasib  dəvə  axtarıb  tapa  bilmədiyimə  görə,  onları  almağa 
məmnuniyyətlə razı oldum. O, çox tələsirdi və buna görə kifayət qədər 
münasib qiymət söylədi. Mən bilirdim ki, səhər qullarım sürünü şəhərə 
salmağa  kömək  edəcəklər  və  mən  onu  xeyli  baha  qiymətə  sata 
biləcəyəm. 
Razılaşma  əlaməti  olaraq  bir-birimizlə  əl  sıxışdıqdan  sonra, 
qoyunları saymaq üçün mən qullarıma məşəlləri gətirməyi əmr etdim. 
Kəndli söylədi ki, onların təqribi sayı doqquz yüz başdır. Susuzluqdan 
yanıb  nizamsız  var-  gəl  edən  bu  qədər  sayda  qoyunu  qaranlıqda 
saymağın  nə  qədər  çətin  olduğunu  danışıb,  sizi  yormaq  istəmirəm, 
dostlar.  Bu  həllolunmaz  məsələ  oldu.  Ona  görə  də  mən  kəndliyə 
söylədim  ki,  onları  gün  işığında  sayıb  dərhal  sonra  ödənişini 
edəcəyəm. 
- Xahiş edirəm, hörmətli cənab, - o yalvarırdı. - Məbləğin üçdə iki 
hissəsini mənə bu gün ödə ki, yola düşə bilim. Mən, özümün ən ağıllı 
və savadlı qulumu burada qoyacağam ki, say-hesab işində sənə kömək 
etsin. Ona etibar etmək olar və ona görə də pulun qalan hissəsini ona 
təqdim edə bilərsən. 
Lakin  mən  fikrimdən  dönmürdüm  və  ödəməni  gecə  etməkdən 
imtina  etdim.  Ertəsi  günü  səhər  yuxudan  qalxar-qalxmaz,  şəhərin 
qapıları  açıldı  və  dörd  tacir  kəndlinin  üzərinə  şığıyıb  onun  bütün 
qoyunlarını  aldılar.  Onlar  yüksək  qiymət  verdilər,  belə  ki,  şəhərin 
mühasirəyə alınma təhlükəsi vardı, ərzaq ehtiyatları isə məhdud idi. 
72 


 
Kəfıdli,  qoyunların  müqabilində  məndən  ala  biləcəyinin  üç  mislini 
aldı. Mən öz uğurumu belə əldən buraxdım. 
- Qeyri-adi əhvalatdır, - Arkad qeyd etdi. - Bundan necə ibrət dərsi 
almaq olar? 
- Görünür, ibrət ondadır ki, sövdələşmənin əlverişli olduğunu hiss 
etdiyimiz an, dərhal ödəmə etmək lazımdır, - yaşlı sərrac belə ehtimal 
etdi. - Əgər razılaşma həqiqətən də münasibdirsə, onda sənə heç kim, 
hətta  öz  nöqsanların  belə  zərər  verə  bilməz.  Biz  hamımız,  ölməyə 
məhkum  fanilər,  dəyişkənliyimizlə  fərqlənirik.  Hətta  deyərdim  ki, 
daha  çox,  biz  bəzən  doğru  fikri  yanlışa  çevirməyə  me-  yilliyik. 
Mənim birinci təəssüratlarım həmişə çox düzgün çıxır. Bununla belə, 
sərfəli  sövdələşmə  bağlamaq  üçün  özümü  həmişə  çətinliklə 
inandırıram. Özümü elə öz zəif cəhətimdən qorumaq üçün mən indi 
dərhal  girov  qoyuram  ki,  sonradan  əldən  buraxdığım  imkana  görə 
təəssüflənməyim. 
- Mən yenə söz haqqı istəyirəm, - suriyalı yenə yerindən sıçradı. - 
Bu  hadisələr  çox  oxşardır.  Yaranan  fürsət  hər  dəfə  eyni  səbəbdən 
yoxa çıxır. Onların hər ikisi də kütbeyindi. «Indi ən yaxşı məqamdır, 
hər  şeyi  tez  eləmək  lazımdır»  demək  əvəzinə,  onlar  hər  dəfə 
yubanırlar. Bu gedişlə onlarda nə alına bilər? 
- Sənin sözlərində həqiqət var, dostum,  -  mal-qara satıcısı cavab 
verdi. - Hər iki hekayədə uğur kütbeyinlərdən üz döndərdi və bunda 
qeyri-adi  heç  nə  yoxdur.  Astagəllik  hər  bir  insanın  xilqətində  var. 
Bizim  hər  birimiz  varlanmağa  can  atırıq,  lakin  əksər  hallarda  buna 
fürsət yarananda, 
73 


 
astagəilik ruhu hər zaman qərar alma anını sonraya saxlamağa məcbur 
edir. Onun səsinə qulaq verdikdə isə, biz özümüzün ən qatı düşməninə 
çevrilirik. 
Gəncliyimdə  mən  özümü,  bizim  suriyalı  dostumuzun  belə 
ürəyincə  olan  sözü  işlədəsi  olsam,  heç  də  kütbeyin  saymırdım. 
Əvvəlcə mən düşünürdüm ki, sadəcə olaraq, işlərdən yaxşı baş çıxara 
bilmirəm və bu səbəbdən mənfəətli razılaşmaları itirirəm. Sonra mən 
bunu inadkarlığımın ayağına yazmağa başladım. Nəticədə mən bunun 
səbəbini anladım. Bütün bunlar, təcili hərəkət etməyin tələb olunduğu 
şəraitdə,  mənim  işimi  sonraya  saxlama  vərdişimə  görədir. 
Xasiyyətimə  necə  də  nifrət  edirəm!  Mən  arabaya  bağlanılmış  vəhşi 
uzunqulaq kimi özümdən çıxırdım, lakin öz vərdişlərimin üzərindən 
keçib, müvəffəqiyyətə nail ola bildim. 
- Təşəkkür edirəm. İndi mən, cənab tacirdən soruşmaq istəyirəm, 
- suriyalı yenə də söhbətə daxil oldu. - Sən gözəl geyimdəsən, yoxsul 
kimi deyilsən. Sən varlı adam kimi danışırsan. Bizi agah et, indi o səs, 
sənin qulağına «tələsmə» deyə pıçıldayanda, sən necə hərəkət edirsən? 
-  Bizim  dostumuz  mal-qara  alverçisi  kimi,  mən  də  öz  zəifliyimi 
boynuma  alıb,  astagəlliklə  mübarizə  aparmalı  oldum,  -  tacir  cavab 
verdi.  Xasiyyətimin bu  yönü  mənim planlarımı alt-üst etməyi fürsət 
güdən  düşmənim  imiş.  Sizə  danışdığım  əhvalat,  -  bir  çox  oxşar 
hadisələrdən, sadəcə, biri idi. Əgər onu müəyyən etdinsə, bu düşmənlə 
mübarizə aparmaq çətin deyil. Heç kəs oğruya imkan verməz ki, onun 
xəzinəsində  və  ya  anbarında  eşələnsin.  Eynilə  bu  cür,  heç  kəs 
düşməninə imkan verməz ki, müştərilərini qaçır- 
74 


 
dıb
z
 onu gəlirdən məhrum qoysun. Vərdişlərimin mənim Özümə 
zərər verdiyini anlayanda, onlardan qurtulmağa başladım. Babilin 
sərvətindən özünə düşən payı almağa ümid edən hər bir adam da öz 
növbəsində daxilində oturmuş astagəllik ruhu ilə mübarizə 
aparmalıdır. 
Bəs buna nə deyirsən, Arkad? Bir halda ki, sən Babilin ən zəngin 
adamısan,  əksəriyyət  səni  çox  şansh  da  adlandırır.  Sən  mənimlə 
razısanmı  ki,  insan  yalnız  onda  uğur  əldə  edə  bilər  ki,  daxilindəki 
kütbeyini tamamilə məhv etsin? 
- Sənin sözlərinə haqq verirəm, - Arkad söylədi. - Yaşadığım uzun 
illər boyu, həyatdakı müvəffəqiyyətə gedən yolda bir nəslin digərini 
necə  əvəz  etdiyini  görmüşəm.  Bu  insanların  hər  birinin  qarşısında 
imkanlar  açılırdı.  Bəziləri  onlardan  yapışıb  əminliklə  öz  ən  ülvi 
arzularının  təmin  olunmasına  doğru  irəliləyirdi,  amma  əksəriyyəti 
yubanaraq, tərəddüdlə hərəkət edib geridə qalırdılar. 
Arkad toxucuya dönərək: 
-  Sən  təklif  etdin  ki,  biz  müvəffəqiyyət  haqqında  danışaq.  Danış 
görək, indi bu barədə nə düşünürsən? 
-  İndi  mən,  uğura  başqa  cür  baxıram.  Mən  düşünürdüm  ki,  özü-
özünə  gələn  müvəffəqiyyət  -  insanın  başına  gələ  biləcək  ən  gözəl 
hadisədir. İndi isə mən görürəm ki, uğuru  özünə cəlb etmək heç də 
asan  deyil.  Bizim  söhbətlərdən  bunu  anladım  ki,  müvəffəqiyyət 
əslində  -  imkanlardan  yararlanmaqdır.  Odur  ki,  gələcəkdə  qarşıma 
çıxacaq istənilən imkandan artıqlaması ilə faydalanmağa çalışacağam. 
- Sən söhbətimizdə səslənən hər bir fikri yaxşı anlamısan, - Arkad 
ona cavab verdi. - Can atdığımız uğur, çox 
75 


 
vaxt fürsətlərlə birgə və çox nadir hallarda isə hansısa digər bir yolla 
gəlir.  Bizim  dostumuz  tacir,  böyük  ilahənin  ona  təqdim  etdiyi 
imkanlardan yararlansaydı, uğura çox sevinərdi. Əgər qoyun sürüsü 
əldə edib, onu belə böyük xeyirlə sata bilsəydi, bizim dostumuz mal-
qara alverçisi də uğura sevinərdi. 
Biz bu söhbəti ona görə aparırdıq ki, uğuru öz tərəfimizə cəlb edə 
bilməyə bizə kömək edəcək vasitələr axtarıb tapaq. Mənə elə gəlir ki, 
biz doğru yolu tapdıq. Hər iki əhvalat bizə göstərdi ki, uğur fürsətin 
arxasınca gəlir. Həqiqətən də bundan ibarətdir: Əgər sən imkanlardan 
yararlansan, uğur üzünə güləcək. 
Düşən  fürsətləri  dəyərləndirən  hər  bir  insan  uğur  ilahəsinin 
diqqətini özünə cəlb edir. O, ona xidmət edən hər kəsə kömək etməyə 
həmişə  hazırdır.  Ona  hamıdan  yaxşı  xidmət  edənlər  isə  iş 
adamlarıdır. 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə