N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   11   12   13   14   15   16   17   18   ...   30
babilin-en-varli-adami

IIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIIHIIIIIIIIIIIIIIIII
 
UĞUR İLAHƏSİ İŞ ADAMLARINA
 
XEYİRXAHLIQ GÖSTƏRİR
 
llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
76
 


 
Qızılın beş qanunu
 
A
 
ğır qızıl torbası, yoxsa üzərində müdriklik 
sözləri olan gil lövhəcik?! Əgər sizin qarşını- 
za belə bir seçim qoyulsaydı, nə edərdiniz? 
Dinləyicilərin tonqalın işığından aydınlanan gündən 
qaralmış üzləri, canlı maraq göstərdi. 
- Qızılı seçərdik, əlbəttə, qızılı, - iyirmi yeddi nəfər bir 
ağızdan xorla cavab verdi. 
Qoca Kalabab anlayışla gülümsədi. 
- Bir qulaq asm, - o söylədi. - Gecə çaqqalların ulaşma- 
sını eşidirsiniz? Onlar ac olduqları üçün ulayırlar. Onları 
yedizdirin, sonra baxın görün, nə edəcəklər. Dalaşacaqlar, 
yoxsa sabah da növbəti bir günün gələcəyini düşünmədən 
qayğısızca sərilib qalacaqlar?! 
Eyni hal insan övladının da başına gəlir. Qarşılarına 
seçim üçün qızıl və ya bilik qoysan - onlar nə edəcəklər? 
Elmə üz döndərib, qızılı da havaya sovurarlar. Ertəsi gün 
onlar ayılanda, qızıl artıq olmayacaq. Qızıl, ancaq onun qa- 
nunlarını bilib, əməl edənlərə xidmət edir. 
77 


 
Kalabab  soyuq  gecə  küləyindən  qorunmaq  üçün  plaşına  sımsıq 
büründü. 
- Bir halda ki, siz uzaq səfərdə mənə sədaqətlə xidmət göstərib, 
mənim dəvələrimə yaxşı qulluq edib, itaətlə, şikayət etmədən qaynar 
qumların üzərindən keçib, bizi talamağa çalışan quldurlarla igidcəsinə 
döyüşmüsünüz,  mən  də  sizə  bu  gecə  qızılın  beş  qanunu  haqqında 
hekayə danışacağam. Belə bir hekayəni siz hələ heç eşitməmisiniz. 
Diqqətlə  dinləyin,  çünki  sözlərimin  mənasmı  anlasanız, 
gələcəkdə sizi çoxlu qızıl gözləyir. 
O, mənalı şəkildə susdu. Tünd göy səmada ulduzlar parıldayırdı. 
Adamların  arxasından,  qum  qasırğasına  qarşı  zəncirlərlə  yerə 
möhkəm bərkidilmiş, rəngi solmuş çadırların qeyri-müəyyən qaraltısı 
görsənirdi. Çadırların arxasında səliqə ilə döşənmiş dəri bağlamaları 
var idi. Yaxınlıqda qumun üzərində fasiləsiz gövşəyib arabir çımxıran 
dəvələr uzanmışdı. 
-
 
Sən bizə çox sayda maraqlı hekayələr danışmısan Kalabab,  - 
baş  çarvadar  söylədi.  -  Biz  sənin yanındakı  xidmətimizi bitirdikdən 
sonra, sabah bizə yol göstərəcək müdrikliyini dinləyib ibrət alacağıq. 
-
 
İndiyə  qədər  mən  sizə  ancaq  uzaq  və  fərqli  şəhərlərdəki 
macəralarımdan  danışırdım.  Lakin  bu  gün  sizə  varlı  Arka-  dm 
müdrikliyindən söhbət açacağam. 
-
 
Biz onun haqqında çox eşitmişik, - baş çarvadar söylədi. - O, 
indiyə qədər Babildə yaşamış insanların ən varlısı idi. 
78 


 
-  Bəli,  o  çox  varlı  idi,  çünki  qızıl  əldə  etməyin  başqa  heç  kimin 
bilmədiyi  yollarına  bələd  idi.  Uzun  illər  bundan  öncə  Nineviyada 
onun oğlu Nomasirin mənə nəql etdiyi kimi, bu gecə mən də sizə o 
böyük hikməti söyləyəcəyəm. 
Mən hələ uşaq idim. Bir gecə sahibimlə mən, Nomasirin saraymda 
xeyli  yubandıq.  Nomasir  lazımi  rəng  çalarını  seçənə  qədər,  mən 
böyük  və  gözəl  xalça  bağlamalarını  daşımaqda  ağama  kömək 
edirdim. O, hədsiz razı qalmışdı və bizi, onunla oturub, qoxulayanda 
buruna xoş gələn və bu cür içkilərə alışmamış mədəmi qızışdıracaq, 
az tapılan çaxırdan içməyə dəvət etdi. 
Sonra isə o bizə atası Arkadın dahiyanə müdrikliyinə aid hekayəni 
nəql etdi. İndi mənim onu sizə danışdığım kimi. 
Sizin də bildiyiniz kimi, Babildə adətə görə varlı ataların oğulları 
mirasın intizarında valideynləri ilə birlikdə yaşayırlar. Arkad bu adətə 
əməl  etməməyi  qərara  aldı.  Ona  görə  də  Nomasir  yetkinlik  yaşına 
çatanda, onun dalınca adam yollayıb xəbər verdi: 
-  Oğlum,  istəyirəm  ki,  mənim  mirasımın  varisi  olasan.  Lakin 
əvvəlcə  sən  sübut  etməlisən  ki,  onu  idarə  edə  biləcəksən.  Bu 
səbəbdən  mən  səni  dünya  səyahətinə  göndərmək  istəyirəm  ki,  sən 
həm qızıl, həm də insanlar arasında hörmət qazanmaq qabiliyyətini 
göstərə biləsən. 
Nədənsə başlamağın üçün mən sənə yanında aparacağın, hələ uşaq 
ikən var-dövlət yığmağa başlayanda məndə olmayan iki şey verirəm. 
79 


 
Birincisi,  mən  sənə  bir  torba  qızıl verirəm.  Əgər  sən  onu  ağılla 
idarə edə bilsən, o sənin gələcək var-dövlətinin təməli ola bilər. 
İkincisi,  mən  sənə  üzərində  qızılın  beş  qanunu  yazılmış  gil 
lövhəcik  verirəm.  Əgər  sən  bunlardan  yararlana  bilsən,  onlar  sənə 
bilik və əminlik qazandıracaq. 
Bu  gündən  başlayaraq  on  ildən  sonra,  sən  ata  evinə  qayıdıb, 
hesabat verəcəksən. Əgər sən ləyaqətli adamsansa, səni öz mirasımın 
varisi  edəcəyəm.  Əks  təqdirdə,  mən  hər  şeyi  kahinlərə  vəsiyyət 
edəcəyəm ki, tanrılar məni yanlarına çəkəndə, onlar mənim ruhuma 
dua etsinlər. 
Nomasir yanında bir torba qızıl, səliqə ilə ipək örtüyə bükülmüş 
gil  lövhəcik,  bir  qul  və  atlarla  müstəqil  şəkildə  özünə  həyat  yolu 
cızmaq üçün yola düzəldi. 
On il keçdi və Nomasir qabaqcadan danışıldığı kimi evə qayıtdı. 
Atası  onun  şərəfinə  çoxlu  dost-tanış  və  qohum-  əqrəbanın  dəvət 
olunduğu böyük bir ziyafət təşkil etdi. Ziyafət bitdikdən sonra onun 
ata-anası  qonaq  otağının  digər  başında  qurulmuş  hökmdar  taxtına 
bənzər  kürsüyə  əyləşdilər.  Nomasir  isə  atasına  söz  verdiyi  kimi 
hesabat vermək üçün onların qarşısına keçdi. 
Axşam oldu. Yağ lampalarının fitillərinə görə içəri tüstülü idi. Ağ 
əbah qullar uzun palma yarpaqlarından düzəldilmiş yelpikləri ritmik 
şəkildə  yelləyirdilər.  Bütün  ab-havaya  kübarhq  nüfuz  etmişdi. 
Nomasirin xanımı və iki azyaşlı oğlu dostları və qohumları ilə birgə, 
onun arxasında xalçanın üzərində əyləşib diqqətlə onları dinləyirdilər. 
80 


 
-  Atacan,  -  Nomasir  hörmətlə  sözünə  başladı,  -  mən  sənin 
müdrikliyinin önündə baş əyirəm. On il bundan qabaq mən yetkinlik 
çağımın kandarında ikən, sən məni el içinə göndərdin ki, sənin var-
dövlətindən asılı adam yox, orada kişilər arasında kişi olum. Sən mənə 
səxavətlə  qızıl  və  bilik  verdin.  Qızıla  gəlincə,  mən  böyük  təəssüflə 
etiraf etməliyəm ki, onu düzgün sərf etmədim. Necə ki, vəhşi dovşan 
onu  tutan  uşaqların  əllərindən  elə  ilk  fürsətdəcə  çıxıb  qaçar,  o  da 
mənim təcrübəsiz əllərimdən yoxa çıxdı. 
Atası anlayışla gülümsündü: 
-
 
Davam et,  oğlum.  Sənin hekayən  məni  bütün xırdalıqları ilə 
maraqlandırır. 
-
 
Çiçəklənən şəhər olduğu üçün mən Nineviyaya getməyi qərara 
aldım və ümid edirdim ki, orada özümə şərait qura biləcəyəm. Mən 
karvana  qoşuldum  və  səyahət  edənlər  arasında  çoxlu  dostlar 
qazandım.  Onların  arasında  heyranedici  gözəlliyi  olan,  külək  kimi 
sürətli ata sahib nəzakətli iki adam var idi. 
Səyahət  zamanı  onlar  mənə  gizli  şəkildə  xəbər  verdilər  ki, 
Nineviyada varlı bir adam yaşayır, onun elə sürətli atı var ki, hələ heç 
kim  indiyə  qədər  onu  keçə  bilməyib.  Atın  sahibi  elə  düşünürdü  ki, 
taylarından heç biri onun qədər sürətlə çapa bilməz və Babildə heç bir 
at onun qaçağan atını ötüb keçə bilməyəcəyinə dair mərcdə istənilən 
məbləği  qoymağa  hazır  idi.  Lakin  dostumun  mənə  söylədiyi  kimi 
onlann  atları  ilə  müqayisədə  digəri  topal  uzunqulağa  bənzəyirdi  və 
onlar əmin idilər ki, onun üzərində asanlıqla qələbə qazana biləcəklər. 
81 


 
Onlar  böyük  lütfkarlıqla  mənə  mərclərdə  iştirak  etməyi  təklif 
etdilər. Bu plan məni çox maraqlandırdı. Lakin bizim atımız uduzdu və 
mən çoxlu pul itirdim. 
Atası güldü. 
-  Sonradan  öyrəndim  ki,  bu  məkrli  bir  plan  imiş  və  bu  adamlar 
sadəlövhlərin  axtarışında  daima  karvanlarla  birlikdə  səyahət 
edirlərmiş. Nineviyadakı o adam da onlarla əlbir imiş və onlar atların 
üzərinə qoyulmuş mərcləri bölüşürmüşlər. Bu soyuqqanlı hiylə mənə 
birinci ibrət dərsi verdi. 
Tezliklə  mən  ikinci  belə  bir  dərs  aldım.  Karvanda  mənim 
dostlaşdığım bir gənc oğlan da var idi. O, varlı valideynlərin oğlu idi 
və həyatdakı yerini tapmaq üçün mənim kimi Nineviyaya üz tutmuşdu. 
Çatmamışdan  bir  az  əvvəl  o  mənə  danışdı  ki,  Nineviyada  bir  tacir 
rəhmətə  gedib  və  onun  dükanını  içindəki  mallarla  birlikdə  çox  cüzi 
qiymətə  əldə  etmək  olar.  O  dedi  ki,  biz  bərabər  hüquqlu  şəriklər 
olacağıq, lakin o öncədən qızıl dalınca Babilə qayıtmalıdır. 
O,  Babilə  olan  səfərini  hər  dəfə  təxirə  salırdı və  bu  vaxt ərzində 
məlum oldu ki, o, ticarət işlərindən pis baş çıxarır və pulu sağa-sola 
sovurur. Nəticədə, mən onun xidmətlərindən imtina etdim, lakin bütün 
iş artıq dağılmışdı, dükanda yalnız lazımsız, satışı mümkün olmayan 
mallar qalmışdı, yenilərini almağa isə qızıl qalmamışdı. Mən hər şeyi 
dəyərindən aşağı qiymətə, zərərinə bir israilliyə satdım. 
Çox keçmədən ağır günlər başladı. Mən özümə iş axtarsam da, tapa 
bilmirdim, çünki heç nə bacarmırdım. Mən 
82 


 
hər şeyimi - atlarımı, qulumu, yeməyim və gecələməyim üçün artaq 
geyimimi satdım. Lakin günlər bir-birini əvəz edirdi və uğursuzluqlar 
geri çəkilmirdi. 
Və  bu  çətin  günlərdə  mən  xatırladım ki,  atacan,  sən  hər  zaman 
mənə inanırdın. Sən məni səyahətə göndərdin ki, kişiləşim, mən də 
sənin tapşırığını yerinə yetirməli idim. 
Onun anası üzünü tutub sakitcə hıçqırıq çəkirdi. 
- Bu vaxt mən, sənin mənə verdiyin üzərində qızılın beş qanunu 
yazılmış  gil  lövhəcik  haqqında  xatırladım.  Mən  bu  müdrik  sözləri 
diqqətlə  oxuyub  anladım  ki,  əvvəlcə  biliklərə  yiyələnsəydim,  qızıl 
əlimdən çıxmazdı. Mən hər bir qanunu əzbərləyib, qərara aldım ki, 
uğur  ilahəsi  bir  daha  üzümə  gülsə,  məni  idarə  edən  gəncliyimin 
təcrübəsizliyi deyil, yaxşılığın müdrikliyi olacaq. 
Burada  toplanmış  hər  kəsə  bir  daha  atamın  mənə  on  il  əvvəl 
verdiyi bu lövhəcikdə yazılmış müdrik sözlərini oxuyacağam: 
83 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə