N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   12   13   14   15   16   17   18   19   ...   30
babilin-en-varli-adami

QIZILIN BEŞ QANUNU
 
1.
 
Qızıl, öz qazancının onda birindən az olmayan hissəsini ayırıb, 
özü və ailəsinin gələcəyi üçün qənaət edən adamın əlinə gəlir və 
artır.
 
2.
 
Özünə gəlirli məşğuliyyət tapan müdrik sahibinin xeyrinə qızıl 
da tarladakı mal-qara sürüsü kimi çalışqanlıqla və səylə işləyib 
artır.
 
3.
 
Qızıl,  ağıllı  adamların  məsləhəti  ilə  hərəkət  edən  və  onu  hər 
hansı bir işə sərmayə qoyan ehtiyatlı sahibinin əlində heç vaxt 
tükənmir.
 
4.
 
Qızıl, onu tanış olmadığı bir işə yatıran adamın əlindən çıxır.
 
5.
 
Gücünün  yetmədiyi  başlanğıclara  pul  yatırıb,  dələduz  və 
dolandırıcıların  yoldan  çıxarmalarına  şirniklənən,  olmayan 
təcrübəsinə  arxayın  olub,  qısa  müddətdə  varlanmaq  kimi 
romantik xülyalara qapılan adamlardan qızıl qaçır.
 
Atamın  yazdığı  qızılın  beş  qanunu  bunlardır.  Mən  bildirirəm ki, 
onların  qiyməti  qızıldan  daha  artıqdır  və  bunu  öz  hekayəmin 
davamında sizə sübut edəcəyəm. 
O, yenidən atasına müraciət etdi: 
84 


 

Təcrübəsizliyimin  məni  düşürdüyü  ümidsizlikdən  və 
kasıblığımın dərinliyindən sənə bəhs etdim. Fəqət istənilən bədbəxtlik 
zənciri  haçansa  bitir.  Mənim  dərdlərim  də  şəhərin  qala  divarlarını 
tikən qulların üzərində nəzarətçi işini tapdıqdan sonra bitdi. 
Qızılın birinci qanununa uyğun olaraq, mən öz qazancımdan mis 
qəpikləri ayırıb, ilk fürsətdə imkanım çatdığını üzərinə əlavə edərək, 
birinci gümüş qəpiyimi yığdım. İş ləng irəliləyirdi, belə ki, nə iləsə 
dolanmaq  da  lazım  idi.  Buna  baxmayaraq,  mən  cidd-cəhdlə  pul 
yığırdım,  çünki  on  il  əvvəl  sənin  mənə  verdiyin  qızıh  eynilə  sənə 
qaytarmağa ciddi niyyətim var idi, ata. Bir gün, dostlaşdığım qulların 
sahibi mənə dedi: «Sən belə səylə pul yığırsan, artıq sənin yatan işsiz 
qızılın varmı?» 
«Bəli, - mən cavab verdim, - mən hələ çox qızıl yığmalıyam ki, 
vaxtı ikən atamın mənə verdiyi, mənim isə itirdiyim qızılların əvəzini 
verim®. 
«Etiraf  etməliyəm  ki,  bu,  təqdirəlayiq  niyyətdir.  Bəs  sən 
bilirsənmi ki,  yığdığın qızıl sənin  üçün  işləyib sənə  daha artıq  qızıl 
qazandıra bilər?® 
«Təəssüf ki, mənim artıq belə bir acı təcrübəm olub və nəticədə 
mən  atamın  qızılını  əldən  vermişəm.  Qorxuram  ki,  eyni  hal  yenə 
təkrar olunar®. 
«Əgər  sən  mənə  etibar  edirsənsə,  mən  sənə  pulu  mənfəətlə 
yatırmağın yolunu öyrədərəm, - o cavab verdi. - Bir il ərzində şəhərin 
qala  divarının  inşası  bitəcək  və  şəhəri  hökmdar  düşmənlərindən 
qorumaq məqsədilə onun hər 
85 


 
bir girişinə bir neçə bürünc darvaza lazım olacaq. Bütün Nineviyada 
bu alaqapıların hazırlanması üçün kifayət qədər metal tapılmayacaq, 
hökmdar isə onu sifariş vermək haqqında düşünməyib. Mənim planım 
belədir:  bir  neçə  nəfər  şərik  birləşib,  uzaqdakı  mis  və  qalay 
mədənlərinə karvan göndərib Nineviyaya metal gətizdirək. Hökmdar 
qapılan düzəltdirməyi əmr etdikdə isə, yalnız biz metalı çatdırıb, onun 
müqabilində  yaxşı  pul  ala  bilərik.  Əgər  hökmdar  bizdən  almaq 
istəməsə, yenə də onu istənilən vaxt yaxşı qiymətə sata bilərik®. 
Bu təklifdə mən, müdrik insanların məsləhətilə qənaəti yatırmağı 
özündə ehtiva edən üçüncü qanunu həyata keçirmək imkanı gördüm. 
Və mən yanılmadım. Bizim təşəbbüsümüz uğurlu oldu və mənim cüzi 
qənaətlərim nəticədə xeyli artdı. 
Sonra  mən  elə  həmin  adamlarla  başqa  belə  işlərdə  də  iştirak 
edirdim.  Bu,  qızılla  davranmağı  və  ondan  gəlir  əldə  etməyi  bacaran 
adamlar  idi.  Pulu  qoymazdan  qabaq,  onlar  istənilən  planı  ətraflı 
müzakirə edirdilər. Onlar əsas qənaətlərini təhlükə altına qoymurdular 
və gəlirsiz sövdələşməyə girişmirdilər. Öz təcrübəsizliyimdən dolayı, 
at yarışları və ya dükan alışı kimi axmaq işləri onlar heç vaxt yaxın 
qoymazdılar və çatışmayan yönlərini dərhal qeyd edərdilər. 
Bu insanlarla olan əlaqələrim sayəsində mən, qızılı gəlirli işlərə 
etibarla qoymağı öyrəndim. Nə qədər çox illər keçirdisə, var-dövlətim 
də o sürətlə artırdı. Mən yalnız itirdiyimi qaytarmaqla qalmayıb, daha 
artığını əldə etdim. 
86 


 
Həmişə müxtəlif uğursuzluq və sınaqlarda, həm də müvəffəqiyyət 
qazandığım zamanlar mən qızılın beş qanununun müdrikliyinə əmin 
olurdum. Bu qanunları bilməyənlərə qızıl nadir hallarda gəlir və tez 
də əldən çıxır. Bu qanunlara əməl edənlərin qızılları isə əskilmir və 
zəhmətkeş qullar kimi onlara işləyir. 
Nomasir susdu və qonaq otağının uzaq küncündə dayanan quluna 
tərəf döndü. O, bir-birinin ardmca üç ağır dəri kisə çıxardı. Onlardan 
birini Nomasir atasının qarşısına qoydu. 
- Bir zaman sən mənə bir kisə qızıl vermişdin. Babil qızılı. Onun 
əvəzinə mən sənə eyni ağırlıqda içində Nineviya qızılı olan bir kisə 
qaytarıram. Düşünürəm ki, hamı razılaşar ki, bu ədalətli mübadilədir. 
Sən mənə həm də üzərində müdrik sözlər olan gil lövhəcik də verdin. 
Onun əvəzində isə sənə iki kisə qızıl qaytarıram. - Bu sözləri deyərək 
o quldan çuvalları alıb, onları da atasının önünə qoydu. - Bununla sənə 
göstərməyə çalışıram ki, sənin müdrikliyinə qızıldan daha çox dəyər 
verirəm.  Müdrikliyin  qiymətini  qızılla  ölçə  biləcək  kim  var? 
Müdriklik  olmadan,  qızıl  öz  sahibinin  əlindən  tez  çıxır.  Amma 
insanda müdriklik varsa, bu kisənin də göstərdiyi kimi, qızıl da ondan 
yan keçmir. Ata, mən çox şadam ki, burada, sənin qarşında dayanıb 
deyə bilirəm ki, sənin müdrikliyin sayəsində varlı və hörmətli adam 
oldum. 
Atası əlini nəvazişlə Nomasirin başına qoydu. 
-  Sən  yaxşı  dərs  aldın  və  mən  çox  xoşbəxtəm  ki,  bütün  var-
dövlətimi etibar edə biləcəyim oğlum var. 
87 


 
Kalabab hekayəsini bitirib, dinləyiciləri diqqətlə süzdü. 
- Nomasirin bu hekayəsi sizə nə deyir? - o sual verdi. - Sizlərdən 
kim,  özünün  və  ya  yoldaşının  atasının  yanına  gəlib,  öz  əməlləri  və 
qazanc haqqında bax belə hesabat verə bilər? Əgər siz gəlib «Mən çox 
səyahət edib, çox şey öyrəndim» söyləsəniz yaşlılar nə düşünər? "Mən 
çox işləyib, çox qazandım, lakin təəssüf ki, qızılım azdı. Onun yarısmı 
mən axmaqcasına xərclədim, qalan yarısını isə ağılsız hərəkətimə görə 
itirdim". 
Əgər  bir  adamın  qızılı  çox,  digərinin  isə  heç  yoxdursa,  bunu 
taleyin  oyunu  saymayın.  İnsanlar  onda  varlanırlar  ki,  qızılın  beş 
qanununu bilib, ona əməl edirlər. 
Mən  bu  qanunları  hələ  cavanlıqda  mənimsəyib,  həmişə  əməl 
etdiyim  üçün  varlı  tacir  oldum.  Var-dövlətim  sehrbazlıqla 
yaranmayıb. 
Tez  gələn  sərvət,  tez  də  əldən  gedir.  Əgər  var-dövlət  bilik  və 
məqsədyönlü  zəhmət  nəticəsində  yaranıbsa,  o  uzunmüddətli  olub, 
sahibini sevindirir. Ağıllı adama sərvət yığmaq çətin deyil. Çətin olan, 
bu yükü uzun illər boyu daşımaqdır. Lakin qızılın beş qanununa riayət 
etmək, istənilən adamı layiqincə mükafatlandırar. 
Bu  beş  qanunun  hər  biri  dərin  anlam  daşıyır.  Sizə  bu  hekayəni 
danışdığım müddət ərzində əgər bunu unaya bilmədinizsə, təkrarlaya 
bilərəm. Mən onları cavanlığımdan bəri əzbər bilirəm və gerçəkliyini 
iş üzərində sınaqdan keçirmişəm. 
88 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə