N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
babilin-en-varli-adami

QIZILIN BEŞİNCİ QANUNU
 
Gücünün yetmədiyi başlanğıclara pul yatırıb, 
dələduz və dolandırıcıların yoldan çıxarmalarına 
şirniklənən, olmayan təcrübəsinə arxayın olub, 
qısa müddətdə varlanmaq kimi romantik xülyalara 
qapılan adamlardan qızıl qaçır.
 
Qızıl  sahibinə  hər  zaman  sehrli  nağıllara  bənzər  şirnikləndirici 
təkliflər gəlir. Elə təəssürat yarana bilər ki, onlar sərvətə əsrarəngiz 
qüvvə verib, onun görülməmiş mənfəət gətirməsinə səbəb olur. Lakin 
səriştəli  insanların  diqqətlə  baxmağı  kifayətdir  ki,  tez  varlanma 
vədini verən hər belə planın arxasında gizlənən təhlükəni görsünlər. 
Mümkün  olmayan  sərmayələr  dalınca  qaçarkən,  yığılmış  əsas 
əmanətləri  heç  vaxt  təhlükəyə  atmayan,  Ninevi-  yadan  olan 
zənginləri unutmayın. 
Qızılın  beş  qanunu  budur.  Sizə  bu  hekayəni  danışaraq,  mən  öz 
sərvətimin sirrini də açmış oldum. 
91 


 
Lakin əslinə  baxsaq,  bu  sirr  deyil.  Bu,  vəhşi çaqqallar  kimi  hər 
gün gündəlik - ruzinin fikrini çəkməmək üçün həyatın məngənəsindən 
qopmaq istəyən hər bir insanın bilməli olduğu həqiqətlərdir. 
Sabah  biz  Babilə  daxil  olacağıq.  Görürsünüz?  Budur,  Vaal 
ehramının üzərində sönməz məşəllər yanır. Qızıl şəhər artıq görünür. 
Sabah  sizlərdən  hər  biriniz  öz  sadiq  xidmətinizə  görə  qazandığınız 
qızılı alacaqsınız. 
On ildən sonra siz bu qızıl haqqında nə deyə bilərsiniz? 
Əgər  sizin  aranızda  Arkadın  müdrikliyinə  bələd  olub,  Nomasir 
kimi,  bu  qızılı  sərvətə  doğru  birinci  addım  kimi  işlədəcək  adamlar 
varsa, onda onlar on il sonra Arkadın oğlu kimi imkanlı və hörmətli 
olacaqlar. 
Düşünülmüş hərəkətlərimiz bizi həyat boyu apararaq sevindirir və 
bizə kömək edir. Eynilə bu cür, düşünülməmiş hərəkətlərimiz isə bizə 
narahatlıq verir və təşvişə salır. Təəssüf ki, onları rahatlıqla özündən 
uzaqlaşdırıb  unutmaq  da  olmur.  Edə  bilmək  imkanı  var  ikən, 
etmədiklərimiz  haqqında  olan  xatirələrimiz  bizə  hər  zaman  əzab 
verəcək. 
Babilin xəzinəsi böyükdür. Heç kim onu ölçə bilməz. Şəhər hər il 
daha  da  zənginləşir.  Bütün  bu  var-dövlət  təşəbbüskar  insanlara 
mükafat olacaq. Hər kəsin arzu və niyyətlərində böyük və sehrli bir 
güc  gizlidir.  Qızılın beş  qanununu  bilib,  bu  gücü  doğru  istiqamətdə 
yönləndirərək Babilin sərvətindən payınıza düşəni ala bilərsiniz. 
92 


 
Babilli s
ə
l
əmçi
 
Ə
 
lli qızıl sikkə! Babilli qəpik ustası Rodanın dəridən 
olan pul kisəsində, hələ heç vaxt bu qədər qızıl ol- 
mamışdı. O, hökmdarların ən səxavətlisi olan şahzadənin 
sarayından uzanan yolda yüksək əhval-ruhiyyə ilə gedir- 
di. Onun hər addımında, kəmərindən asılmış pul kisəsi 
xoş şəkildə cingildəyirdi. Bu onun indiyə qədər eşitdiyi ən 
gözəl musiqi idi. 
Əlli qızıl sikkə! Hamısı da onun! O öz xoşbəxtliyinə 
çətinliklə inanırdı. Bu cingildəyən girdəciklərdə hansı 
qüvvə gizlidir? Bunlarla istənilən şeyi - böyük ev, torpaq, 
mal-qara, dəvələr, atlar, cəng arabası almaq olar. 
Görəsən, onları nəyə xərcləyim? Bacısının evinə aparan 
yan küçəyə dönərkən beynini məşğul edən ancaq bu fikir 
idi. 
Bir neçə gün sonra, axşam vaxtı, çətinliyə düşmüş Ro- 
dan, sələmçi, nadir əşya və ləl-cavahirat taciri Matonun 
dükanına girdi. Yan-yörəsində satış üçün düzülmüş rəngli 
əşyalara baxmadan birbaşa evin arxa hissəsindəki yaşayış 
93 


 
yerinə keçdi. Burada o, xalçanın üzərinə uzanıb, zənci qulunun verdiyi 
yeməyi yeyən Matonu gördü. 
-  Mən  səninlə  məsləhətləşmək  istəyərdim,  çünki  nə  edəcəyimi 
bilmirəm. - Rodan dəridən olan qolsuz gödəkcənin altından görsənən 
tüklü sinəsini qabardıb, ayaqlan aralı tərzdə rahat dayanmışdı. 
Matonun ensiz, sarımtıl üzü mehribancasına gülümsədi. 
-  Nə  etmisən  ki  belə,  sənə  sələmçi  lazım  olub?  Olmaya,  oyun 
masası  arxasında  uğur  səndən  üz  döndərib?  Yoxsa  iri  əndamlı  bir 
gözəlçə  səni  öz  toruna  salıb?  Mən  səni  uzun  illərdir  ki,  tanıyıram, 
amma  sən,  bir  dəfə  də  olsun  mənim  yanıma  kömək  dalınca 
gəlməmisən. 
-  Xeyr,  düşündüyün  kimi  deyil.  Mənə  qızıl  lazım  deyil.  Mən 
səndən müdrik bir məsləhət almaq istəyirəm. 
- Siz bir dinləyin, görün, o nə deyir! Heç kim sələmçinin yanına 
məsləhət dalınca gəlmir. Görünür, mən səhv eşitmişəm? 
- Qulaqların səni yanıltmadı. 
-  Ola  bilməz!  Yoxsa  usta  Rodan  hamıdan  ağıllı  çıxıb,  Matonun 
yanma  qızıl  yox,  məsləhət  dalınca  gəlib?  Adamların  çoxu  öz 
axmaqlıqlarının əvəzini ödəmək üçün qızıl axtarışında mənə müraciət 
edirlər,  məsləhət  isə  onlara  heç  vaxt  gərək  olmur.  Öz  bəlaları  ilə 
sələmçiyə üz tutan insanlara, ondan yaxşı məsləhət verəcək kim var? 
Mənimlə şam yeməyi ye, Rodan. Bu axşam sən mənim qonağımsan. 
Ando!  -  o  öz  qulunu  səslədi.  -  Məsləhət  dalmca  yanıma  gələn 
dostum Rodan üçün xalça sər. Bu gün o mənim 
94 


 
hörmətli qonağımdır. Ona bolluca yemək  və ən böyük qədəhi gətir. 
Ən yaxşı şərabı seç ki, o da dadına baxsın. 
İndi isə danış, səni narahat edən nədir? 
- Hökmdar mükafatı. 
-  Hökmdar  mükafatı?  Hökmdar  sənə  mükafat  verib,  səni  isə  bu 
narahat edir? Bu nə mükafatdır belə? 
- Hökmdar, onun qvardiyası üçün hazırladığım nizələr üçün yeni 
başlıq nümunəsindən çox razı qaldı və mənə əlli qızıl qəpik verdi. İndi 
mən  çətinlikdəyəm.  Bir  saat  belə  olsun  keçmir  ki,  kimsə  məndən 
pulumu onunla paylaşmağı istəməsin. 
- Bu təbiidir. İnsanların əksəriyyəti sahib olduqlarından çox qızıl 
istəyirlər  və  onlarla  bölüşəcək  adamı  tapmağa  şad  olarlar.  Bəs  sən 
onlara rədd cavabı verə bilərsənmi? Yoxsa sənin iradən yumruğundan 
zəifdir? 
-  Mən  çoxlarına  yox  deyə  bilərəm,  lakin  bəzən  razılaşmaq  ən 
rahatıdır.  Məgər  mən  çox  bağlı  olduğum  doğma  bacıma  yox  deyə 
bilərəm? 
-  Əlbəttə,  bacın  səninlə  birlikdə  sənin  mükafatına  sevinməyə 
imtina etməz. 
- Amma bu onun üçün deyil, onun varlı tacir olmağı arzulayan əri 
Araman üçündür. O hesab edir ki, ərinin bu niyyəti üçün, sadəcə, heç 
vaxt imkanı olmayıb və bu qızılı ona verməyim üçün mənə yalvarır. 
O, varlanacağı vaxt qızılı mənə geri qaytaracaq. 
95 


 
-  Dostum,  -  Maton  qeyd  etdi,  -  sən  müzakirə  üçün  çox  maraqlı 
mövzu gətirmisən. Qızıl, sahibinin çiyninə böyük məsuliyyət qoyur və 
ətrafdakıların  ona  qarşı  münasibətini  dəyişir.  Qızıla  sahib  olduqdan 
sonra,  insan,  onu  itirəcəyindən  və  ya  onun  oğurlanacağından 
qorxmağa  başlayır.  Bununla  yanaşı  o  sənin  çoxlu  yaxşılıq  edə 
biləcəyinə  dair  hissiyyat  oyadır,  lakin  istənilən  xeyirxah  məqsədlər 
xoşagəlməz hallara yol aça bilər. 
Sən  heyvanların  dilini  anlayan  nineviyalı  kəndlinin  əhvalatını 
eşitmisənmi?  Düşünürəm  ki,  yox,  çünki  belə  əhvalatları  əritmə 
ocağının  yanında  danışmırlar.  Mən  onu  sənə  danışacağam  ki, 
anlayasan,  pulu  borc  vermək  -  bu,  qızılı,  sadəcə,  əldən-ələ  ötürmək 
deyil. 
Heyvanların  bir-birinə  nə  söylədiklərini  anlaya  bilən  bu  kəndli, 
axşamlar  öz  həyətində  oturub,  müxtəlif  canhlann  söhbətlərini 
dinləməyi sevərdi. Bir gün o, camışın uzunqulağa öz ağır taleyindən 
şikayət etdiyini eşitdi: 
-  Mən  səhərdən  axşama  qədər  kotan  çəkirəm.  Günün  qızmar 
olmağı,  ayaqlarımın  yorğunluğu,  boyunduruğun  boynumu sürtməyi, 
heç  kimin  vecinə  deyil.  Sənin  həyatın  isə  asandır.  Üzərində  rəngli 
palan, özün üçün dayanırsan, sahibini istədiyi yerə aparmaqdan başqa, 
heç  bir  işin  yoxdur.  Əgər  onun  gedəcəyi  yer  yoxdursa,  onda  bütün 
günü dincəlib, yaşıl otu gövşəyirsən. 
Uzunqulaq,  öz  xasiyyətindəki  tərsliyə  baxmayaraq,  təbiətcə 
mülayim məxluq idi və camışa yazığı gəldi. 
- Qulaq as dostum, - o dedi, - sənin işin doğrudan da çətindir, mən 
də sənin aqibətini yüngülləşdirmək istə 
96 


 
yərdim. Bütün gün dincəlmək üçün nə etməyin lazım olduğunu mən 
sənə  söyləyərəm.  Səhər  tezdən  qul,  gəlib  səni  kotana  qoşmaq 
istəyəndə,  yerə  uzanıb  ucadan  böyür  ki,  o  sənin  xəstə  olub  işləyə 
bilməyəcəyini zənn etsin. 
Camış onun məsləhətinə əməl etdi və növbəti gün qul, sahibinin 
yanma gəlib, camışın xəstələndiyini və kotan çəkə bilmədiyini xəbər 
verdi. 
-
 
Onda, - kəndli söylədi, - uzunqulağı arabaya qoş və şumla. 
Sadəcə, dostuna kömək etmək istəyən uzunqulaq, bütün gün onun 
işini görməli oldu. Qaş qaralan vaxtı onu kotandan açanda, halı yaman 
idi, ayaqları ağrıyırdı, boynu isə boyunduruqla sürtülmüşdü. Kəndli 
həyətə çıxıb, onların söhbətini dinlədi. Birinci camış sözə başladı: 
-
 
Sən  doğrudan  da  həqiqi  dostsan.  Sənin  ağıllı  məsləhətin 
sayəsində mən bütün gün istirahətdən həzz almışam. 
-
 
Mən isə, - uzunqulaq ona cavab verdi, - dostuna kömək etmək 
istəyib, əvəzində onun bütün işini görməli olan sadəlövh oldum. İndi 
isə  sən  öz  kotanını  özün  çəkməli  olacaqsan,  çünki  mən  eşitdim  ki, 
sahibkar  quluna  yenə  xəstələnsən  səni  sallaqxanaya  göndərməyi 
tapşırıb. 
Onların söhbəti də, dostluğu da buradaca  bitdi. Bu he- kayədəki 
əxlaqi nəticəni anladınmı, Rodan? 
-
 
Maraqlı  əhvalatdır,  -  Rodan  cavab  verdi,  -  tərbiyəvi 
əhəmiyyətinə gəldikdə isə, mən heç nə görə bilmədim. 
97 


 
-  Mən  elə  də  bilirdim.  Burada  ibrət  dərsi  var,  özü  də  çox  sadə. 
Əgər  sən  dostuna  kömək  etmək  istəyirsənsə,  bunu  elə  et  ki,  onun 
yükünü öz üzərinə yükləməyəsən. 
- Mən bu barədə heç düşünmədim. Müdrik ibrətdir. Mən bacımın 
ərinin  yükünü  daşımağa  hazırlaşmıram.  Amma  söylə,  axı  sən 
çoxlarına borc verirsən. Onların hamısı pullarını qaytarırmı? 
Maton  gülümsədi.  Bu  gülüş,  onun  simasında  çox  yaşamış,  çox 
görmüş adamı büruzə verirdi. 
-  Borclunun  ödəmə  imkanı  yoxdursa,  ona  borc  vermək  olarmı? 
Borcu da bacarıqla verib həmişə düşünmək lazımdır, görəsən, o sənə 
xeyir gətirəcəkmi, öz pullarını yenidən görəcəksənmi? Əks təqdirdə, 
heç  nəsiz  qala  bilərsən.  Mən  sənə  öz  sandıqçamda  saxladığım 
girovları  göstərəcəyəm  və  onlar  öz  hekayələrini  özləri  sənə 
danışacaqlar. 
O,  otağa  qol uzunluğunda,  qırmızı donuz  dərisi ilə  üzlənmiş  və 
döymə  bürünclə  bəzədilmiş  bir  sandıqça  gətirdi.  Onu  yerə  qoyaraq, 
qarşısında ayaq barmaqlarının üzərinə çöməlib hər iki əlini qapağının 
üstünə qoydu. 
-  Borca  pul  verdiyim  hər  kəsdən  borcu  qaytarana  qədər  bu 
sandıqçanın  içində  qalacaq  bir  girov  götürürəm.  Adam  borcunu 
ödədikdə,  mən  də  ona  girovu  qaytarıram,  əgər  borc  qaytarılmazsa, 
girov da məndə qalır. 
Mücrümün  də  mənə  işarə  etdiyi  kimi,  ən  yaxşı  hal,  özümə  də 
arzuladığım qədər çox var-dövləti olan adamların məndən borca pul 
götürməsidir. Onların torpaq sahələri, qiymətli daş-qaşları, dəvələri və 
digər əşyaları 
98 


 
var ki, borcu qaytarmaq üçün onları satmaq olar. Onlardan bəziləri, 
borcun  məbləğindən  qat-qat  qiymətli  əşyaları  girov  əvəzi  mənə 
verirdilər.  Digərləri  isə  söz  verirdilər  ki,  borcu  qaytarmadıqları 
təqdirdə,  əvvəlcədən  də  razılaşdıqları  kimi,  hər  hansı  bir  əmlakın 
mülkiyyət hüququnu  mənə  verəcəklər.  Belə  borclar  etibarlıdır.  Mən 
bilirəm  ki,  qızılım  mənə  faizi  ilə  qayıdacaq,  çünki  borc  mülkə 
əsaslanır. 
Digər  kateqoriyaya  pul  qazanma  imkanı  olan  insanlar  daxildir. 
Onlar  sənin  kimi  işləyib  və  ya  xidmət  edib,  bunun  əvəzində 
mükafatlandırılırlar. Onların gəlir mənbəyi var və əgər vicdanlı olub, 
uğursuzluğa düçar olmasalar, əminəm ki, onlar da borclarını faizi ilə 
qaytaracaqlar. Belə borclar insan əməyinə əsaslanır. 
Belələri  də  var  ki,  onların  nə  mülkü,  nə  də  qazancı  var.  Həyat 
amansızdır və hər zaman elələri tapılar ki, ona uyğunlaşa bilməyiblər. 
Hətta  əgər  onlara  borca  mis  qəpik  belə  versəm,  xeyirxah  dostları 
onlara  zamin  durmadıqca,  mənim  onu  geri  almaq  imkanım 
olmayacaq. 
Maton sandıqçanın qıfılını açıb, qapağını yuxarı qaldırdı. Rodan 
səbirsizliklə irəli gəldi. 
Ən  üstdə,  bükülmüş  qırmızı  libasın  üzərində  bürünc  boyunbağı 
vardı.  Maton  zinət  əşyasını  götürüb,  həvəslə  onun  çəkisini  əlində 
ölçdü. 
- O, daima mənim sandıqçamda qalacaq, belə ki, sahibi dünyasını 
dəyişib.  Mən  bu  bəzək  əşyasını  sahibinin  xatirəsinə  hörmət  əlaməti 
olaraq saxlayıram, çünki o mənim yaxın dostum olub. Şərqdən gəlin 
gətirənə  qədər,  biz  onunla  birlikdə  müvəffəqiyyətlə  çalışırdıq.  O, 
gözəl idi, 
99 


 
lakin başqa qadınlara bənzəmirdi. Yaman şıltaq idi. Onun istəklərini 
təmin etmək üçün, o öz qızılını düşünmədən havaya sovururdu. Qızılı 
qurtaranda isə, o, ümidsiz halda yanıma gəldi. Mən onunla uzun-uzun 
söhbət etdim.  İşlərini  yoluna  qoymağı  üçün  ona  öz  köməyimi  təklif 
etdim.  O,  Müqəddəs  öküz  təsvirinin  qarşısında  and  içdi  ki,  belə  də 
edəcək, fəqət bunun gerçəkləşməyi qismət deyilmiş. Mübahisə zamanı 
xanımı bıçağı onun ürəyinə sancdı. 
-
 
Qadının aqibəti nə oldu? - Rodan xəbər aldı. 
-
 
Bax  bu,  -  onundur.  -  Maton  tünd  qırmızı  libası  qaldırdı.  -  O 
ümidsiz  halda  özünü  Fərat  çayına  atdı.  Bu  iki  girov  ödənilməmiş 
qalacaq. Rodan, güclü hisslərin əsiri olan insanların sələmçi üçün çox 
da etibarlı müştəri olmadığını, bu qutu sənə söyləyə bilər. 
Bax,  burda  başqa  bir  şey  də  var.  -  O,  sandıqçadan,  öküz 
sümüyündən  hazırlanmış  qaşlı  üzük  çıxartdı.  -  Bu  bir  kəndliyə 
məxsusdur. Mən onun arvadından xalça alıram. Bir dəfə çəyirtkə axmı 
hücum çəkdi və onlar çörəksiz qaldılar. Mən ona kömək etdim və o, 
borcunu  yeni  məhsuldan  qaytardı.  Sonra  o  bir  daha  gələrək 
səyahətçilərdən  öyrəndiyi,  uzaq  bir  ölkədəki  nadir  keçilər  haqqında 
mənə  danışdı.  Onların  elə  uzun  və  nazik  tükləri  varmış  ki,  ondan, 
bütün Babildə tayı-bərabəri olmayan xalçalar düzəltmək olar. O keçi 
sürüsü almaq istəyirdi, lakin pulu yox idi. Mən ona borc pul verdim 
ki,  səyahətə  çıxıb  özü  üçün  o  keçilərdən  gətirsin.  İndi  onun  sürüsü 
artıq  buradadır  və  gələn  il  mən  Babilli  kübarları  ala  biləcəkləri  ən 
gözəl və qiymətli xalçalarla təəccübləndirəcəyəm. Üzüyü tezliklə ona 
verməli olacağam. O söz verib ki, vaxtında hesablaşacaq. 
100 


 
- Çoxlarımı hesablaşır? - Rodan maraqlandı. 
-  Əgər  onlar  pulu  gəlirli  məqsədlər  üçün  götürürlərsə,  ödəyirlər. 
Əgər  ki,  onlar  öz  səhvlərinin  əvəzini  ödəmək  üçün  pul  götürməli 
olurlarsa,  ehtimal  böyükdür  ki,  sən  bir  daha  öz  qızılını 
görməyəcəksən. 
- Mənə bu girov əmanət haqqında danış, - Rodan, hər tərəfi gözəl 
qiymətli daşlarla işlənmiş, ağır, qızıl bilərziyi əlinə alıb, xahiş etdi. 
-  Görünür,  dostum  qadınlara  qarşı  biganə  deyil,  -  Ma-  ton 
gülümsündü. 
- Axı, mən səndən daha cavanam, - Rodan cavab verdi. 
- Mən bunu danmıram, lakin bu dəfə sən, olmayan yerdə romantik 
bir  əhvalat  eşitmək  istəyirsən.  Bu  qolbağın  sahibəsi  kök  və  üzü 
qırışmış  bir  ailə  böyüyüdür,  həmçinin onun  çox  danışıb,  az  deməyi 
məni dəli edir. Bir vaxtlar onun çoxlu pulu var idi. Onun bir oğlu var 
və istəyir ki, o, tacir olsun. Ona görə də o mənim yanıma gəlib qızıl 
verməyimi istədi ki, oğlu bir şəhərdən digərinə səyahət edib mübadilə 
ticarəti ilə məşğul olan karvan sahibi ilə şərikliyə girə bilsin. Lakin bu 
adam  fırıldaqçı  çıxdı  və  yazıq  oğlanı,  səhər  tezdən  o  hələ  yatarkən 
yola  düşərək,  uzaq  şəhərdə  pulsuz-parasız  və  kimsəsiz  qoydu.  Ola 
bilər  ki,  bu  gənc  yetkinlik  yaşlarına  girəndə,  borcunu  qaytaracaq. 
Lakin etiraf etməliyəm ki, bu qiymətli daşlar borcun məbləğinə dəyər. 
- Bəs pul götürməzdən əvvəl bu qadın səndən məsləhət aldımı? 
101 


 
-  Qətiyyən.  O,  oğlunu,  demək  olar  ki,  Babilin  ən  zəngin  və 
mötəbər  adamı  kimi  təsəvvür  edirdi.  Mən  ona  etiraz  etsəydim,  o 
özündən çıxardı. Yaxşı oldu mənə. Mən bilirdim ki, onun oğlu hələ 
düşüncəsiz gəncdir, lakin  bir  halda ki o, girov  qoyur, mən  rədd  edə 
bilməzdim. Bu isə, - Ma- ton, düyünlənmiş bir parça qamçı çıxarıb, 
sözünə davam etdi, - dəvə taciri Nəbatura məxsusdur. Ona böyük mal-
qara sürüsü almaq lazım gələndə və buna pulu çatmayanda, o, belə bir 
düyün bağlayır və mən istədiyi qədər qızılı ona verirəm. O, bacarıqlı 
tacirdir.  Mən  onun  sağlam  düşüncə  və  fərasətinə  inanıb,  tərəddüd 
etmədən borc verirəm. Babildəki bir çox digər tacirlər də mənim tam 
etimadımı qazanıblar, çünki özlərini vicdanlı adamlar kimi aparırlar. 
Onların  girovu  mənim  sandıqçamda  uzun  müddət  qalmır.  Yaxşı 
tacirlər - bizim şəhərimizin ləyaqətidir. Mənə sərf edən, onlara kömək 
etməkdir, onlara sərf edən isə, mənim pullarımdan faydalanmaqdır. 
Maton  sandıqçadan  çəkib  çıxartdığı  firuzə  däşından  yonulmuş 
müqəddəs böcəyi nifrətlə yerə tulladı. 
-  Bu  böcək  isə  Misirdəndir.  Onu  mənə  vermiş  adam,  borcunu 
qaytarmaq  haqqında  heç  düşünmür  də.  Mən  ona  bunu  xatırladanda, 
hər  zaman  söyləyir:  "Mən  necə  hesablaşa  bilərəm  ki,  taleyimdəki 
bədlik  məndən  əl  çəkmir.  Sənin  onsuz  da çoxlu  pulun  var".  Mən  nə 
edə  bilərəm?  Girov,  oğlunun işini  dəstəkləmək  məqsədilə  torpaq  və 
sürüsünü  girov  qoyan  hörmətli  adama,  onun  atasına  məxsusdur. 
Əvvəllər uğur ona müşayiət edirdi, sonra isə paxıllıq və təcrübəsizlik 
onu məhv etdi. Onun bütün niyyətləri puç oldu. 
102 


 
Gənclik,  özünə  güvənən  olur.  O,  var-dövlətə  və  vəd  etdiyi 
nemətlərə doğru aparan asan yollar axtarır. Tez varlanma axtarışında 
gənclər  düşünmədən  borca  girirlər.  Həyat,  onlara  qəti  üzünü 
göstərməyib  və  onlar  bilmirlər  ki,  çarəsi  olmayan  borc,  içinə 
düşməyin asan, çıxmağın isə çətin olduğu quyuya bənzəyir. Bu, gün 
işığından məhrum bir uçurumdur. 
Bununla belə, əgər bu xeyirxah məqsədlə edilirsə, mən insanları 
borc  götürmək  fikrindən  daşındırmıram.  Mən  özüm  də  bir  vaxtlar 
borca götürülmüş pullarla tacir olmuşam. 
Yenə  də,  bunun  kimi  vəziyyətdə  sələmçi  nə  etməlidir?  Cavan 
oğlan ümidsizdir, onda heç nə alınmır. O, hətta ödəniş etməyə cəhd 
də etmir. Atasının əlindən onun torpaq sahəsini və sürüsünü almağa 
isə mənim ürəyim gəlmir. 
-  Sən  mənə  çox  maraqlı  hadisələr  danışdın,  -  Rodan  söylədi.  - 
Lakin  mən  öz  sualımın  cavabını  eşitmədim.  Əlli  qızıl  sikkəni 
yeznəmə verməyə dəyərmi? Onlar mənə çox qiymətlidir. 
- Sənin bacın ləyaqətli qadındır və ona çox hörmət edirəm. Əgər 
onun əri mənim yanıma gəlib borca əlli qızıl istəsəydi, mən onları nə 
məqsədlə işlədəcəyini ondan soruşardım. 
Əgər o cavab versəydi ki, mənim kimi tacir olub, qiymətli daş-qaş 
və bahalı ev əşyaları satmağa hazırlaşır, mən ondan soruşardım: "Bəs 
sən  ticarət  haqqında  nə  bilirsən?  Sən  satılıq  malı  ən  ucuz  qiymətə 
haradan  alacağını  bilirsənmi?  Onu  daha  da  baha  necə  satacağını 
bilirsənmi?" Necə, bilirsən, o bu suallara cavab verə biləcəkmi? 
103 


 
-
 
Məncə,  yox,  -  Rodan  razılaşdı.  -  O,  sadəcə  olaraq,  nizələri 
düzəltməyə mənə kömək edirdi. 
-
 
Onda  mən  ona  deyərdim  ki,  onun  məqsədləri  yetərincə 
düşünülməyib. Tacir öz işinə bələd olmalıdır, onun niyyətlərinin isə 
zəmini yoxdur. Mən ona qızıl verməzdim. 
Bax, məsələn, o desəydi ki: "Bəli, mən tacirlərə işlərində kömək 
etmişəm.  Smimaya  gedib,  oradan  aşağı  qiymətə  xalça  almağın 
üsulunu da bilirəm. Həmçinin mən Babilin bir çox varlı adamlarını da 
tanıyıram ki, onlara bu xalçaları mənfəətlə sata bilərəm". Onda mən 
etiraf edərdim ki, onun məqsədləri əsaslıdır və hörmətə layiqdir. Əgər 
o, pulları qaytaracağının zəmanətini mənə verə bilsəydi, mən də əlli 
qızıl sikkəni ona məmnuniyyətlə verərdim. Amma əgər o desəydi ki: 
"Mənim  heç  bir  zəmanətim  yoxdur,  bir  onu  deyə  bilərəm  ki,  mən 
vicdanlı adamam və söz verirəm ki, səninlə ödəşəcəyəm", belə olan 
halda, mən deyərdim ki: "Mən hər bir qəpiyə dəyər verirəm. Birdən 
Smimaya gedən yolda quldurlar sənin qızılını talasalar və ya geri qa-
yıdan zaman xalçaları əlindən alsalar, mənimlə hesablaşmağa heç bir 
vəsaitin qalmayacaq və qızılım yoxa çıxacaq". 
Bilirsənmi,  Rodan,  sələmçilik  də  -  bildiyin  məlum  ticarətdir, 
amma  pullarla.  Borca  pul  vermək  asandır,  lakin  bunu  düşünmədən 
etsən,  onları  geri  qaytarmaq  çətin  olacaq.  Ağıllı  sələmçi  boş  yerə 
özünü təhlükə altma atmaz, ona zəmanət lazımdır. 
Bəli, dara düşənlərə, həyatın zərbələrinə tab gətirə bilməyənlərə 
əl  tutmaq  lazımdır.  İşini  hələ  yenicə  qurub  cəmiyyətdə  şöhrət  və 
hörmət sahibi olmaq istəyənlərə 
104 


 
kömək etmək lazımdır. Köməkliyi də ağılla etmək lazımdır ki, 
yardım etmək istəyib, başqasının yükünü çiyinlərinə götürən 
uzunqulağın nümunəsinə bənzəməyəsən. 
Mən  yenə  də  sənin  gözlərində  sual  oxuyuram,  Rodan,  indi  isə 
mənim  cavabımı  dinlə:  Bu  qızılı  özündə  saxla.  Öz  zəhmətinlə 
qazandığın,  sənə  məxsusdur  və  sən  onu  heç  kimlə  bölüşmək 
məcburiyyətində deyilsən, əgər özün bunu istəməsən. Əgər bu pulları 
sənə  daha  çox  qızıl gətirəcəyi  ümidi ilə  borc  vermək  istəsən,  bunu 
düşünərək et. Nizələri artıq neçə ildir ki, düzəldirsən? 
- Üç il tamamdır. 
- Hökmdar mükafatını saymasaq, bu müddət ərzində nə qədər pul 
yığa bilmişən? 
- Üç qızıl sikkə. 
- Sən özünə çox şey qıymayıb hər ilə bircə qızıl yığa bilmişən? 
- Elədir ki, var. 
- Deməli, əlli il işləmiş olsaydın, əlli qızıl yığacaqdın? 
- Axı bu bir ömür edir. 
- Yoxsa sən hesab edirsən ki, bacın sənin əlliillik ağır zəhmətinin 
nəticəsi olan bütün əmanətləri yalnızca yoldaşının özünü tacir kimi 
sınaması üçün təhlükəyə atardı? 
- Xeyr. Əgər ona hər şeyi sənin izah etdiyin kimi başa salsaq, yox. 
105 


 
-  Onda  onun  yanına  gedib  de  ki:  «Mən  üç  il  səhərdən  axşama 
qədər çalışdım. Mən çox şeydən özümü məhrum edib, hər ilə yalnız bir 
sikkə yığa bilmişəm. Sən mənim əziz bacımsan və mən istəyirəm ki, 
yoldaşın  seçəcəyi  işdə  inkişaf  etsin.  Əgər  o  mənim  dostum  Matona 
onun məntiqli və məqsədəuyğun hesab edəcəyi planı təqdim etsə, mən 
də  məmnuniyyətlə  il  ərzində  yığdığım  qənaətlərimi  ona  borc  verə 
bilərəm. Qoy o da uğur qazana biləcəyini isbat etsin». Mənim dediyim 
kimi et. Əgər onda lazımi keyfiyyətlər varsa, onlar özünü göstərəcək. 
Yox, əgər yoxdursa, onun arxasında ödəyə biləcəyi məbləğ qalacaq. 
Mən  ona  görə  sələmçi  oldum  ki,  öz  ticarətimdə  istifadə  edə 
biləcəyimdən  artıq  qızılım  var.  İstəyirəm  ki,  qızılım  başqaları  üçün 
işləyib,  eyni  zamanda  mənə  də  pul  gətirsin.  Mən  onu  boş-boşuna 
itirmək  istəmirəm,  çünki  onu  yığmaq  üçün  xeyli  zəhmət  çəkmişəm. 
Odur  ki,  işin  etibarlı  olmasına  və  qızılımın  mənə  geri  qayıdacağına 
əmin olmadıqca, borc vermirəm. 
Rodan,  mən  sənə  mücrümün  bəzi  sirlərini  açdım.  Bunların 
sayəsində  sən  gördün  ki,  insan  zəif  məxluqdur  və  ödəməyə  etibarlı 
vəsaiti  olmadan,  bəzən  borca  pul  götürməyə  çalışır.  Sən  həmçinin 
anladın  ki,  tez  və  böyük  qazanc  ümidləri  çox  vaxt  reallaşmır,  çünki 
insanların bunun üçün kifayət qədər bacarıqları və təcrübələri yoxdur. 
İndi  sənin  qızılın  var  və  onun  sənə  daha  çox  pul  qazandırıb, 
mənfəətlə  işləməyi gərəkdir.  Sən  də  mənim kimi pulunu dövriyyəyə 
buraxa bilərsən. Əgər sən qənaətlərinə ehtiyatla yanaşsan, onlar sənə 
bir neçə il sonrasına da kifayət edəcək xeyli gəlir gətirəcək. Əgər onları 
əldən bu 
106 


 
raxsan, bu sənin üçün ömrünün sonuna qədər acı təəssüf mənbəyi 
olacaq. Sənin bu qızıl barəsində planlann nədir? 
- Onu itkidən qorumaq. 
- Ağıllı sözlərdir, - Maton təsdiqləyici tonla tələffüz etdi.  - Sənin 
birinci  arzun  -  qızılı  qoruyub  saxlamaq.  Sən  elə  hesab  edirsən  ki, 
yeznəndə o qızıllar daha güvəndə qalacaq? 
- Qorxuram ki, yox. Çətin ki, o, bu əmanəti qoruyub saxlaya. 
-  Onda  aldadıcı  qohumluq  hisslərinə  qapılma.  Əgər  sən  öz  ailə 
üzvlərinə  və  ya  dostlarına  kömək  etmək  istəyirsənsə,  başqa  yollar 
axtar ki, bütün qənaətlərini təhlükə altına atmayasan. Unutma ki, qızıl, 
onu  qoruya  bilməyənlərin  əlindən  anlaşılmaz  yollarla  çıxıb  gedir. 
Pullarını  başqalarının  itirməyini  izləməkdənsə,  onları  elə  özünün 
xərcləməyin daha yaxşı olardı. Qızılım təhlükədən qorumaqdan başqa 
hansı digər arzuların var? 
— Onun mənə daha artıq qızıl gətirməyi. 
- Sən yenə də ağıllı danışırsan. Qızıl yüksəlib artmalıdır. Əgər onu 
ağılla bir işə sərmayə qoysan, sən hələ yaşlanmamış o, iki dəfə arta 
bilər.  Əgər  sən  onu  indi  itirsən,  onun  sənə  gələcəkdə  qazandıra 
biləcəyi bütün pulları da eyni zamanda itirəcəksən. 
Sənin qızılın sayəsində varlanmaq istəyən, lakin onu idarə etməyi 
bacarmayan, 
təcrübəsiz 
insanların 
mümkünsüz 
fikirlərinə 
şimiklənmə.  Onların  vədləri,  səni  asanlıqla  bütün  qənaətlərinin 
itkisinə gətirib çıxara bilər. Yaxşısı bu 
107 


 
dur ki, artıq müvəffəqiyyət qazanmış insanlarla iş görəsən. Öz ağıl və 
təcrübələri  sayəsində,  onlar  sənin  pullarını  həm  qoruya,  həm  də 
onlardan  sənə  səmərəli  gəlir  də  qazandıra  bilərlər.  Bu  üsulla  sən, 
tanrıların  gözlənilməz  sərvətlə  mükafatlandırdığı  bir  çox  insanların 
buraxdığı səhvlərdən qaça bilərsən. 
Bu hökmdar mükafatı, sənə hələ çox dərs verəcək. Onu ehtiyatla 
işlət, belə ki, səni hələ çox şey tamahlandıracaq. Böyük gəlirlər əldə 
etmək  üçün  sənə  çoxlu  imkanlar  təklif  edib,  çoxlu  məsləhətlər 
verəcəklər.  Öz  sandıqçamdan  çıxardıb  sənə  danışdığım  əhvalatlar, 
səni düşünülməmiş hərəkətlərdən çəkindirəcək və yad əllərə verdiyin 
hər  qəpik  yenə  sənə  qayıdacaq.  Əgər  gələcəkdə  yenidən  mənim 
məsləhətimə ehtiyac duysan, onu sənə məmnuniyyətlə verərəm. 
Getməmişdən  qabaq,  sandıqçanın  qapağının  aşağı  hissəsində, 
mənim  cızaraq  yazdığım  yazını  oxu.  O  eyni  qədər  həm  pulu  borc 
verənə, həm də borc götürənə aiddir: 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə