N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
babilin-en-varli-adami

llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
BÖYÜK PEŞMANLIQLARDANSA,
 
BİR AZ EHTİYAT YAXŞIDIR
 
ııııııııııııııııııııııııııııııııııııııııııımıııııııııııııııı 
108 


 
Babilin qala divarları
 
Q
 
oca, güclü döyüşçü Banzar, Babilin qədim divarla- 
rına doğru aparan keçidi qoruyurdu. Orada, qala 
divarının lap başlanğıcında şəhərin cəsur müdafiəçiləri 
döyüşürdülər. Yüz minlərlə əhalisi olan bu böyük şəhərin 
mövcudiyyəti onlardan asılı idi. 
Divarlann arxasında hücumçu ordunun səsi, minlərlə 
insanm bağırtısı, minlərlə atın ayaq tappıltısı, bürünc dar- 
vazalara zərbə endirən ağır toxmaqların boğuq gurultusu 
eşidilirdi. 
Şəhər küçələrində darvazaların önünə, qapıların tox- 
maqlara dözməyib yıxılacağı təqdirdə içəri axışacaq 
düşməni gözləyən nizəçilər toplaşmışdı. Onların sayı çox 
deyildi. Babilin əsas hərbi qüvvələri hökmdarla birlikdə 
şərqə Elama qarşı böyük yürüşə getmişdi. Onların yoxlu- 
ğunda şəhərə hücumun ola biləcəyini heç kim gözləmirdi. 
Odur ki, müdafiə qüvvəsi çox deyildi. Qəfildən şimaldan 
assuriyalıların nəhəng orduları hücum çəkdi. İndi isə Babi- 
lin qala divarları əsas zərbəyə tab gətirməli olacaqdı. 
109 


 
Banzarın  ətrafında  hürkmüş  və  qorxudan  üzləri  ağarmış  xeyli 
əhali  toplanmışdı.  Onları  cəbhə  bölgələrindən  gələn  xəbərlər 
maraqlandırırdı. Onlar gizlətməyə çalışdıqları qorxu ilə lərzəyə gəlib, 
döyüş meydanından aparılan ölü və yaralı axınını müşahidə edirdilər. 
Hücumun  istiqaməti  məhz  bu  yerdə  idi.  Şəhər  divarlarının 
ətrafındakı  üçgünlük  mühasirədən  sonra  düşmən,  gözlənilmədən 
alaqapıya qarşı yönəltdiyi əsas qüvvələrini buraxdı. 
Qala  divarlarının  üzərindəki  müdafiəçilər,  qarşı  tərəfin  hündürə 
qalxan  platformalarına  və  söykəmə  nərdivanlarına  oxlar  yağdınr, 
onların  üzərinə  qaynar  yağ  tökür,  düşmən  əsgərlərindən  divara 
dırmaşa  bilənlərə  isə  nizələrlə  müdaxilə  edirdilər.  Qala  divarlarının 
müdafiəçilərinə qarşı da öz növbəsində, minlərlə düşmən atlaları oxlar 
yağdırırdı. 
Banzarın  mövqeyindən  baş  verənlər  aydın  görsənirdi.  O,  cəbhə 
bölgəsinə hamıdan yaxın idi və hücumçuların hərəkatı haqqında olan 
bütün xəbərləri birinci öyrənirdi. 
Qoca bir tacir titrəyən əllərlə adamlarm arasından soxularaq ona 
yaxınlaşdı. 
-  Söylə  mənə!  Söylə!  -  o  yalvarırdı.  -  Onlar  şəhərə  soxula 
bilməyəcəklər  deyilmi?  Mənim  oğullarım  hökmdarla  gediblər. 
Yoldaşımla  məni  qoruyacaq  kimsə  yoxdur.  Onlar  mənim  bütün 
sərvətfmi,  bütün  ehtiyatlarımı  talan  edəcəklər.  Heç  nə  qalmayacaq. 
Biz  özümüzü  müdafiə  etmək  üçün  də,  qul  olmaq  üçün  də  çox 
yaşlanmışıq. Biz ölərik. Söylə mənə, onlar şəhərə girə bilməyəcəklər 
ki? 
-  Sakitləş,  dostum,  -  əsgər  cavab  verdi.  -  Babilin  divarları 
etibarlıdır. Bazara qayıt və yoldaşını arxayın sal ki, 
110 


 
qala  divarları  həm  sizi,  həm  də  sizin  mülkünüzü,  hökmdarın 
xəzinəsini qoruduqları kimi qoruyacaqlar. Divara yaxın get ki, oxlar 
sənə ilişməsin. 
Tacirin yerini o dəqiqə qucağında körpəsi olan bir qadın tutdu. 
- Əsgər, de görək, qala divarlarında nə yenilik var? Məndən heç 
nə  gizlətmə  ki,  mən  də  öz  yazıq  ərimi  sakitləşdirə  bilim.  O,  ağır 
yaralandığı üçün hərarət içində yansa da, daima ona nizə və qalxan 
verilməsini tələb edir. O, körpəmlə məni qorumaq istəyir. O deyir ki, 
şəhərə daxil ola bilsə, düşmənin qəzəbi dəhşətli olacaq. 
-  Ürəyinə  təskinlik  ver.  Babilin  divarları  həm  səni,  həm  sənin 
körpəni  və  olacaq  bütün  uşaqlarını  qoruyacaq.  Onlar  hündür  və 
möhkəmdir. Məgər sən hücumçuların başına qaynar yağ tökən cəsur 
müdafiəçilərimizin qışqırığını eşitmirsən? 
-  Eşidirəm.  Amma  mən  həm  də  qala  qapılarını  yıxmağa  çalışan 
ağır toxmaqlarm səsini də eşidirəm. 
- Yoldaşının yanma qayıt. Ona söylə ki, ala qapılar möhkəmdir və 
hər  bir  zərbəyə  dözümlüdür.  Ona  de  ki,  qala  divarlarına  çıxmağa 
çalışan istənilən adamı uçan nizələr gözləyir. Ehtiyatla get və evlərin 
arxasına sığın. 
Ağır  silahlı  qüvvələrə  yol  vermək  üçün  Banzar  kənara  çəkildi. 
Onlar bürünc qalxanlarmı cingildədərək, yanlarından keçərkən, kiçik 
bir qızcığaz onun kəmərinə yapışdı: 
- Ay əsgər, söylə, biz özümüzü qoruya biləcəyikmi? Mən qorxunc 
səslər eşidirəm. Mən görürəm ki, adamlar 
111 


 
qan  içindədir.  Mən  çox  qorxuram.  Bizim  ailəmizin,  anamın,  kiçik 
qardaşımın aqibəti nə olacaq? 
Yaşlı əsgər gözlərini qıyıb buxağını qabartdı. 
- Qorxma, balaca, - o qızı sakitləşdirdi. - Babilin divarları səni də, 
ananı da, kiçik qardaşını da qoruyar. Əlahəzrət şahzadə Semiramida 
onları yüz ildən qabaq, bunun üçün  tikdirmişdi. İndiyə qədər onlara 
heç kim güc gələ bilməyib. Qayıdıb anana və qardaşına de ki, Babilin 
divarları möhkəmdir və qorxulacaq heç nə yoxdur. 
Yaşlı Banzar hər gün növbəyə çıxıb, yeni köməkçi qüvvələrin qala 
divarlarına qalxıb, orada necə döyüşməsini, sonra isə onların yaralı və 
ya  ölü  geri  çıxardılması-  nı  müşahidə  edirdi.  Qorxmuş  şəhər 
sakinlərindən böyük bir kütlə sabit şəkildə onun ətrafında dayanırdı 
və  hamısı eyni sualı  verirdi:  divarlar  tab  gətirəcəkini?  O,  hər  birinə 
dəyişməz  veteran  qüruru  ilə  cavab  verirdi:  «Babilin  divarları  sizi 
qoruyacaq®. 
Üç  həftə  və  beş  gün  idi  ki,  şəhərə  hücum  həmlələri  səngimək 
bilməyən  qüvvə  ilə  davam  edirdi.  Qanla  dolu  keçidlə  yeni-yeni 
qüvvələrin tükənməyən axınının yuxarıya qalxdığını və bu cür ardı-
arası  kəsilmədən  oradan  yaralı  və  ya  ölü  cəsədlərin  çıxarıldığını 
izləyərkən, Banzarın dodaqları daha sərt və acıqla büzülürdü. Şəhər 
divarlarının altında  öldürülən  düşmənlərin  qalaq-qalaq  cəsədləri hər 
keçən gün daha da artırdı. Dostları hər gecə ordan sürüyərək aparıb 
basdırırdılar. 
Dördüncü  həftənin  beşinci  gecəsi  səs-küy  qəfil  kəsildi.  Qalxan 
günəşin birinci şüaları vadini və geri çəkilən ordunun qaldırdığı böyük 
toz-torpaq kütləsini işıqlandırdı. 
112 


 
Divar  müdafiəçilərinin  bərk  qışqırığı  ətrafa  yayıldı.  Onun  ifadə 
etdiyi  mənada  yanılmaq  çətin  olardı.  Qala  divarlarının  altında 
gözləyən  silahlı  qüvvələr  də  bu  çığırtını  təkrarladılar.  O,  şəhərin 
küçələrinə əks-səda verdi. 
İnsanlar  evlərindən  çölə  çıxdılar.  Küçələr  millətlə  doldu.  Ötən 
həftələrin bütün qorxuları susmaq bilməyən sevinc sədalan ilə əvəz 
olundu. Vaal ehramının qülləsindən səmaya qələbə atəşi açıldı. Hər 
bir  yana  xoş  xəbəri  elan  edən,  mavi  tüstü  sütunları  göyə  qalxdı. 
Babilin divarlan onun sərvətinə göz dikmiş və onun sakinlərini əsarət 
altına almaq istəyən qüdrətli düşməni yenidən dəf etdi. 
Babil  əsrdən  əsrə  çiçəklənirdi,  çünki  tamamilə  mühafizə 
olunmuşdu. Başqa cür ola da bilməzdi. 
Babilin qala divarları, qorunmağa olan insani ehtiyacın təcəssümü 
idi. Bu istək, bütün insanlara məxsusdur. O, keçmiş günlərdə olduğu 
kimi bu gün də güclüdür, lakin indi bizim həmin məqsədə qulluq edən 
daha yaxşı və daha möhkəm imkanlarımız var. 
Bu gün həmin imkanlar deyəndə, sığorta kampaniyaları, əmanət 
hesabları, məqsədli investisiyalar nəzərdə tutulur. Onlar, bizə hər an 
istənilən  qapıdan  girə  biləcək  gözlənilməz  bəlalardan  qorunmağa 
kömək edir. 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə