N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   19   20   21   22   23   24   25   26   ...   30
babilin-en-varli-adami

- Niyyət olan yerdə, yol da tapılar, - o
 cavab verdi. - İlk növbədə 
mən, borclu olduğum hər kəsi ziyarət edib, xahiş etdim ki, pul qazanıb 
onlarla ödəşə bilməyim üçün, anlayış göstərib, səbir etsinlər. Onların 
əksəriyyəti məni xoş qarşıladı. Elələri də oldu ki, məni söyüb-danladı, 
lakin çoxu kömək etmək istəyirdi. Onlardan biri mənə ən çox 
126 


 
ehtiyac duyduğum köməkliyi etdi. Bu sələmçi Maton idi. O mənim 
Suriyada dəvə çarvadarı olduğumu öyrəndikdə, məni yaşh dəvə taciri 
Nəbaturun yanma göndərdi. Məhz o ərəfədə əlahəzrət hökmdar ona 
hərbi səfər  üçün  güclü və  sağlam  dəvə  sürüsü  almağı əmr  etmişdi. 
Mənim dəvələr haqqındakı biliklərim yerinə düşdü. Qısa müddətdə 
mən,  son  qəpiyinə  qədər  bütün  borclarımı  qaytara  bildim.  Yalnız 
bundan  sonra  mən  qürurla  başımı  qaldırıb  hiss  etdim  ki,  insanlar 
arasında hörmətli adam ola bildim. 
Dabasir yenə yemək yeməyə davam etdi. 
- Kauskor, ax, səni əfi-ilan, - o, ucadan səslədi. - Qoyun əti artıq 
soyuyub. Manqaldan mənə yenə təzə ət gətir. Köhnə dostumun oğlu 
Tarkad üçün də böyük pay gətir. O da acdır və mənimlə nahar etmək 
istəyir. 
Qədim  Babilin  dəvə  taciri  Dabasirin  hekayəsi  beləcə  bitdi. 
Müdriklərin  ondan  çox  öncə  bilib,  tətbiq  etdiyi  yeganə  böyük 
həqiqəti anlayanda, o öz yeni ruhuna sahib oldu. 
Əsrlər  boyu  o,  insanları  çətinliklər  zolağından  çıxarıb, 
müvəffəqiyyətə  doğru  aparırdı.  Onun  sehrli  gücünü  anlayacaq 
insanlar var olduqca, bu belə də davam edəcək: 
ııııııııııııııııııııııııııııııııııııııııııııııııııııııınııııı 
NİYYƏT OLAN YERDƏ, YOL DA TAPILAR!
 
Illlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
 
127 


 
Babilin mixi yazılı lövhə
cikl
ə
ri 
Nottingham Universiteti 
Nyuark - Trent Nottingham 
21 
oktyabr 1934-cü il. 
Britaniya elmi 
ekspedisiyasının rəhbəri, Professor Franklin 
Koldvelə, Hillə, Mezopotamiya 
Manim əziz professorum!
 
Sizin  son  qazıntılarınız  əsnasında  Babil  xarabalıqlarında  ta-
pılmış beş mixi yazılı lövhəcik, məktubunuzun da gəldiyi eyni gəmi ilə 
bizə  çatmışdır.  Mən  son  dərəcə  sevindim  və  bu  yazıları  tərcümə 
edərkən, çox xoş saatlar keçirtdim. Sizin məktubunuzu alar-almaz ona 
cavab  verməli  idim,  lakin  mən  bu  işi  təxirə  salıb,  tərcümələri 
bitirdikdən sonra onları öz cavab məktubuma əlavə edib göndərmək 
istədim.
 
Lövhəciklər,  sizin  ehtiyat  tədbirləriniz  sayəsində  heç  bir  zərər 
görmədən və gözəl qablaşdırılmada əlimizə gəlib çatmışdır.
 
Onların  üzərində  həkk  olunmuş  tarixi  hadisə,  bizim  labo-
ratoriyanın əməkdaşlarını heyrətləndirdiyi kimi, Sizi də heyrətə
 
128 


 
gətirəcək.  Çoxları  gözləyirdi  ki,  uzaq  dumanlı  keçmiş,  bizə  "ərəb 
gecələri" ruhunda macəra və romantika haqqında danışacaq. Bunun 
əvəzində isə, qarşısında borclarını qaytarmaq işi duran, Dabasir adlı 
bir şəxsin problemlərini rəvayət edən yazılarla qarşılaşdıq. Bu zaman 
biz anladıq ki, son beş min ildə bu dünyadakı vəziyyət düşündüyümüz 
qədər çox dəyişilməyib.
 
Nə  qədər  qəribə  səslənsə  də,  bu  qədim  yazılar,  tələbələrin 
söylədiyi  kimi  məni  özlərinə  "ilişdirdilər".  Universitet  professoru 
olaraq  mən,  belə  baxanda,  bir  çox  sahələrə  aid  biliklərə  sahib 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə