N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   22   23   24   25   26   27   28   29   30
babilin-en-varli-adami

(Lövhəciyin davamı zədələnib və oxunması mümkün deyil.)
 
132 


 
Lövhəcik Na 3 
Bütün bu insanlara ümumilikdə yüz on doqquz gümüş və yüz qırx 
bir  mis  qəpik  borcluyam.  Bu  borcları  qaytarmaq  imkanını 
görmədiyim  üçün,  öz  düşüncəsizliyimdən  yoldaşımın  ata  evinə 
qayıtmasına  razılıq  verdim.  Doğma  şəhərimi  tərk  edib,  asan  sərvət 
axtarmaq dalınca uzaq ellərə yollandım. Tapdığım isə kədər oldu və 
alçaldıcı köləliyə satıldım. 
Yalnız  indi,  Maton  borclarımı  öz  qazancımdan  xırda  hissələrlə 
ödəyə biləcəyimin yollarını göstərdikdən sonra, mən anlayıram ki, öz 
axmaqlığımın nəticələrindən qaçmaq cəhdi necə də ağılsızca olub. 
Ona  görə  də  mən,  öz  borc  verənlərimi  ziyarət  edib  onlara  izah 
etdim ki, pullarını qaytarmaq üçün heç bir qənaətim yoxdur və bütün 
qazancımın  onda  iki  hissəsini  onlarla  düzgün  və  ədalətli  şəkildə 
hesablaşmaq üçün ayıracağam. Əlimdən gələn ancaq budur. Odur ki, 
onlar  mənim  bütün  öhdəliklərim  tam  yerinə  yetənə  qədər  səbir 
göstərməlidirlər. 
Ən yaxşı dost hesab etdiyim Axmar, məni ən ağır sözlərlə söydü 
və mən təhqir olunmuş halda onun yanından ayrıldım. Kəndli Birəcik, 
xahiş etdi ki, onunla birinci hesablaşım, çünki çox  ehtiyacı var. Ev 
sahibi  Alkaxad,  belə  planla  razılaşmayıb  məni  hədələdi  ki,  əgər 
onunla  qısa  müddətdə  tam  hesablaşmasam,  mənə  çox  başağrısı 
verəcək. 
133 


 
Qalan hamı təklifimi qəbul etdi. Odur ki, mən heç olmayan qədər 
onları yerinə yetirməyə niyyətliyəm, çünki borclardan qaçmaqdansa, 
onları ödəməyin daha asan olması qənaətinə gəldim. Hətta öz borc 
verənlərimin  bəzilərinin  ehtiyac  və  tələblərini  tamamilə  təmin  edə 
bilməsəm də, paylarmı ədalətlə özlərinə verəcəyəm. 
134 


 
Lövhəcik N° 4 
Yenə  göy  üzərində  dolan  aydır.  Mən  cidd-cəhdlə  çalışdım. 
Arvadım borc verənlərlə ödəşmək niyyətlərimi dəstəklədi. Qərarımız 
sayəsində  mən,  Nəbatur  üçün  sağlam  və  möhkəm  ayaqlı  dəvələr 
alaraq, son ayda on doqquz gümüş sikkə qazandım. 
Mən onları plana uyğun bölüşdürdüm. Onda birini mən özüm üçün 
kənara  qoyub,  onda  yeddi  hissəsini  isə  yoldaşımla  birgə  dolanışıq 
xərcləri  üçün  ayırdıq.  Onda  iki  hissəsini  isə  borc  verənlər  arasında 
pulun yol verdiyi qədər ədalətlə böldüm. 
Mən Axman görməsəm də, pulu arvadına verdim. Birəcik o qədər 
sevindi ki, əllərimdən öpməyə hazır idi. Yalnız qoca Alkaxad qəzəbli 
idi və ödənişi daha tez etməyimi tələb etdi. Onun bu tələbinə cavab 
olaraq dedim ki, tezliklə hesablaşa bilməyim yalnız tox olub, başqa 
qayğılarım  olmadığı  halda  mümkün  olacaq.  Qalanlan  isə  mənə 
təşəkkür edib, işlərimdə müvəffəqiyyətlər arzuladılar. 
İndi,  ayın  sonuna  yaxın,  borclarım  təqribən  dörd  gümüş  sikkə 
qədər  azaldı  və  mənim,  heç  kimin  iddiasında  olmadığı  hələ  də  iki 
gümüş  qəpiyim  qaldı.  Çoxdandır  ki,  ürəyimə  belə  rahatlıq 
gəlməmişdi. 
Və  yenə  də  ay  doldu.  Mən  səylə  çalışdım,  lakin  bir  o  qədər  də 
müvəffəqiyyətli  olmadım.  Mən  az  dəvə  ala  bildim  və  cəmi  on  bir 
gümüş qəpik qazandım. Bu dəfə yeni 
135 


 
əyin-baş  almaqdan  imtina  edib,  daha  az  ərzaq  almalı  olsaq  da,  biz 
yoldaşımla  yenə  də  öz  fikrimizdə  qətiyyətlə  dayanmışdıq.  Mən 
qazancımdan onda birini yenə də kənara qoydum və biz, onda yeddisi 
ilə  dolana  bildik.  Axmar  mənim  o  qədər  də  böyük  olmayan 
ödənişimdən razı qalanda, mən çox təəccübləndim. Birəcik də razı idi. 
Alkaxad yenə çox hirsləndi. Lakin pulu götürmək istəmirsə, onu mənə 
geri  verə  biləcəyini  söyləyincə,  o  sakitləşdi.  Digərləri  isə  həmişə 
olduğu kimi razı qaldılar. 
Yenə də göy üzündə tam aydır və mən çox xoşbəxtəm. Mənə çox 
gözəl dəvə sürüsü almaq nəsib oldu və qazancım qırx iki gümüş qəpik 
təşkil etdi. Bu ay yoldaşımla mən çox ehtiyac duyduğumuz səndəllər 
və geyim aldıq. Biz, həm də bolluca ət və toyuqla qidalanıb, korluq 
çəkmədik. 
Təqribən  səkkiz  gümüş  qəpik  borcun  ödənilməsinə  getdi.  Hətta 
Alkaxad da bu dəfə etiraz etmədi. 
Planımız  olduqca  yaxşı  çıxdı,  çünki  bizi  borcdan  qurtarıb, 
əlimizdə əlavə gəlir saxlayırdı. 
Bu lövhəcik üzərində yazdığım ən son qeydlərin üzərindən üç dolu 
ay  keçmişdir.  Mən  hər  dəfə  bütün  qazancımın  onda  bir  hissəsini 
özümə ödəyirdim. Bəzən bu çox çətin olsa da, biz yoldaşımla hər dəfə 
gəlirimin onda yeddi hissəsi ilə dolanmalı olurduq. Hər dəfə də öz borc 
verənlərimə qazancımın onda iki hissəsini ödəyirdim. 
Hazırda pul kisəmdə iyirmi bir gümüş sikkə var və onların hamısı 
mənə  məxsusdur.  İndi  mən  başı  uca  gəzib,  dostlarımla  rastlaşanda 
qürur hissi keçirdirəm. 
136 


 
Yoldaşım da ev təsərrüfatını bacarıqla qurub və yaxşı geyinir. 
Bizim planımız son dərəcə qiymətlidir. Məgər bu planın 
sayəsində keçmiş kölədən hörmət sahibi bir kişi yaran- madımı? 
137 


 
Lövhəcik 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə