N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   22   23   24   25   26   27   28   29   30
babilin-en-varli-adami

sınaqdan keçirməyi qərara aldıq. Biz borclarımızın siyahısını tutduq 
və mən onunla bütün borc verənlərimizin yanma getdim.
 
Mən  onlara  izah  etdim  ki,  əvvəllər  etdiyim  ödənişi  hazırda 
etməyim  mümkün  deyil.  Onlar  bütün  rəqəmlərə  baxdıqdan  sonra 
bununla razılaşdılar. Mən onlara başa saldım ki, onlarla ödəşməyin 
yeganə yolu - hər ay gəlirlərimin iyirmi faizini ayırıb, borclu olduğum 
adamlar arasında bərabər bölməkdən ibarətdir. Bu üsul hər kəslə iki 
ilə  yaxm  müddətdə  tam  şəkildə  ödəşməyə  imkan  verəcək.  Bundan 
başqa, bu dəqiqədən sonra onlardan alacağımız hər bir şeyi heç bir 
borca girmədən nağd ödəyəcəyik.
 
Onların hər biri olduqca alicənab adamlar idi. Bizim baqqalımız 
olan yaşlı, ağıllı adam, öz fikrini elə sözlərlə ifadə etdi ki, onu hər kəs 
asanlıqla anladı: «Əgər siz aldığınız hər şeyin haqqını ödəyib, borclu 
olduğunuzdan da versəniz, bu, əvvəllər etdiyinizdən daha yaxşı olar. 
Belə ki, sizin son üç ildə yığdığınız borc qətiyyən azalmayıb».
 
140 


 
Nəhayət ki, öz qazancımın iyirmi faizini onlara mütəmadi olaraq 
ödəyəcəyim vaxta qədər məni narahat etməyəcəklərinə dair hamı ilə 
rəsmi razılaşma imzalamağa nail oldum.
 
Sonra biz yetmiş faizlə necə yaşayacağımız haqqında düşünməyə 
başladıq.  Axı  biz  özümüzə  əlavə  qazanc  olaraq  on  faiz  saxlamağı 
qərara almışdıq.
 
Bu həqiqətən də çox maraqlı məşğuliyyət idi. Hesablamalar bizim 
xoşumuza  gəldi.  Məlum  oldu  ki,  yetmiş  faizlə  də  olduqca  yaxşı 
dolanmaq olar.
 
Biz ev üçün ödəmə haqqından başladıq və sahibindən bir qədər 
endirim  qazana  bildik.  Ardınca,  sevdiyimiz  çay  növlərinə  keçdik  və 
xoş təəccübə düşdük. Belə ki, keyfiyyətli ərzaqları çox zaman az pulla 
da almaq olarmış.
 
Məktub üçün bu çox uzun hekayədir. Nəticə etibarı ilə, hər şey o 
qədər  də  çətin  olmadı.  Biz  bacardıq  və  bundan  çox  razıyıq.  Köhnə 
borc öhdəliklərinin bizi qarabaqara izləməməyi və işlərimizin yoluna 
düşməyinin verdiyi rahatlığı
 sözlə ifadə etmək olmur. 
Yığmağa 
qərar  verdiyimiz  on  faiz  haqqında  da  qeyd  etməliyəm. 
Bəli,  qənaətlər  bir  müddət  artırdı.  Əvvəlcədən  xahiş  edirəm, 
deyəcəklərimə  gülməyin.  Sən  demə,  pul  yığmaq,  onu  xərcləməkdən 
daha  maraqlı  məşğuliyyət  imiş.  Qənaətləri  saymaq,  onları 
xərcləməkdən daha əyləncəlidir.
 
Ruhumuz yığılmış pulların cingiltisindən həzz aldıqdan sonra, biz 
onlan işlətmək üçün daha əlverişli üsul tapdıq. Biz elə yatırım forması 
tapdıq ki, o bizə bu on faizi aylıq keçirtməyə imkan verirdi. Bu bizim 
normal həyata qayıdışımızın ən uğurlu hissəsi oldu.
 
141 


 
Hazırda biz olduqca xoş təsir bağışlayan müdafia olunma hissini 
keçirdirik,  çünki  sərmayəmizin  daima  artdığını  bilirik.  Manim  dərs 
verməyim  bitənə  qadar  yaşayış  üçün  kifayət  edəcək  olduqca  yaxşı 
məblağ yığılacaq.
 
Bütün bunlar əvvəllər olduğu kimi elə həmin qazancdan ayrılan 
qənaətlərlə  olacaq.  İnanılmaz  olsa  da,  bu  həqiqətən  belədir.  Bizim 
bütün  borclarımız  vaxtlı-vaxtmda  ödənilir,  eyni  zamanda 
qənaətlərimiz  da  artır.  Bundan  başqa,  həyatımız  maddi  baxımdan 
xeyli  yaxşılaşdı.  Axın  istiqamətində  üzməkdənsə,  maliyyə  planına 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə