N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   22   23   24   25   26   27   28   29   30
babilin-en-varli-adami

uyğun yaşamağın nəticədə nə kimi böyük fərqlər yaratdığını anladıq.
 
Gələn  ilin  sonunda,  bütün  borclar  ödənilmiş  olanda,  bizim 
yatırımlarımız daha da çoxalacaq və hətta səyahət üçün də bir qədər 
ayıra biləcəyik. Biz qəti şəkildə qərara aldiq ki, həyat ehtiyaclarımız, 
gəlirimizin yetmiş faizini keçməyəcək.
 
İndi  siz  bizim  bu  qədim  babilliyə  öz  şəxsi  minnətdarlığımızı  nə 
üçün bildirmək istədiyimizi daha yaxşı anlayarsınız. Onun planı bizi 
«yerdəki cəhənnəmdən* qorudu.
 
O, bütün bunları bilirdi. O, bütün bunlardan keçmişdi. O istəyirdi 
ki, onun acı təcrübəsi digər insanlara yol göstərsin. Məhz buna görə 
o saatlarla gil lövhəcikləri yazırdı.
 
Onun  öz  qaragün  dostlarına  söyləyəcəkləri  var  idi.  Onun 
məlumatları o qədər əhəmiyyətli oldu ki, hətta beş min ildən sonra da 
onlar, yazıldıqları gün olduğu qədər aktualdır.
 
Səmimiyyətlə Sizin, 
Alfred Şruzberi, 
Arxeoloji şöbə 
142 


 
Babilin 
ən xoşbəxt adamı
 
K
 
arvanın önündə Babil tacirlərinin şahı Şarru Nada 
məğrurca çapırdı. O, gözəl geyinməyi sevirdi. 
Əynində rahat və dəbdəbəli libaslar var idi. O, gözəl at- 
ları sevirdi və indi də dəliqanlı ərəb çapar atının üzərində 
sərbəst əyləşmişdi. Ona baxarkən, heç kimin ağlına belə 
gəlməzdi ki, o, artıq ahıl yaşmdadır. Eynilə bunun kimi, 
heç kim onun nə qədər təlaşlı olduğunu da anlamazdı. 
Dəməşqdən səhranın içi ilə olan səyahət uzun və yo- 
rucu idi. Lakin onu narahat edən bu deyildi. Bədəvi ərəb 
qəbilələri karvanlara hücüm edərək, onların qiymətli 
qənimətləri hesabına varlanmağa etiraz etməzdilər. 
Amma o, onlardan qorxmurdu. Atlı mühafizə dəstəsi onun 
sərvətini etibarla qoruyurdu. 
O, yanında gedən, Dəməşqdən özü ilə gətirdiyi gəncə 
görə narahat idi. Bu onun keçmiş şəriki və qarşısında 
ödənilməz borcu olan Arad Qulanın nəvəsi, Xadan Qula 
idi. O onun nəvəsinin qeydinə qalmalı idi. Lakin bu barədə 
143 


 
daha  çox  düşündükcə,  məsələnin  həlli  ona  daha  da  çətin  gəlirdi. 
Məsələ, elə uşağın özündə imiş. 
Gənc  oğlanın  üzük  və  sırğalarına  baxarkən,  Şarru  Nada 
özlüyündə  düşünürdü:  «O  elə  hesab  edir  ki,  bəzək  əşyaları  kişiyə 
yaraşır,  amma  onda  babasının  iradəli siması var.  Lakin onun  babası 
parlaq libaslar geyinmirdi. Bəli, ona mənimlə getməyi mən özüm təklif 
etdim. Ümid etdim ki, atasının varisi olduğu sərvəti sonradan çevirdiyi 
xarabalıqlardan  onu  qurtarmağa  və  müstəqil  həyata  başlamağa  ona 
kömək edə biləcəyəm». 
Xadan Qula çökmüş sükunəti pozdu: 
- Nə üçün sən həmişə ağır zəhmət içindəsən, daima karvanlarla 
səhra  ilə  gedib-gəlirsən?  Məgər  sən  həyatdan  zövq  almağa 
həvəssizsən? 
- Həyatdan zövq almaq?  - Şarru Nada gülümsəyərək soruşdu.  - 
Mənim yerimdə olsaydın, həyatdan necə zövq alardın? 
- Əgər mən sənin qədər varlı olsaydım, şahzadə kimi yaşayardım. 
Od  tutub  yanan  səhra  ilə  çapmaq,  ağlımdan  da  keçməzdi.  Mən 
şekelləri  pul  kisəmə  axdığı  sürətlə  də  xərcləyərdim.  Mən  ən  bahalı 
libaslar geyinib, ən nadir zinət əşyaları taxardım. Bax, belə bir həyatı 
məmnuniyyətlə yaşayardım. 
İkisi də gülüşdü. 
- Sənin baban bəzək-düzək taxmazdı, - Şarru Nada ehtiyatsızlıqla 
qeyd edib, zarafatcıl bir tonla davam etdi: - Bəs iş üçün hardan vaxt 
tapmağa hazırlaşırsan? 
144 


 
-
 
İş, qullar üçündür, - Xadan Qula cavab verdi. 
Şarru Nada dodaqlarını sıxıb, heç nə söyləmədi. Çaparaq, təpənin 
zirvəsinə  çatana  qədər  yoldakı  sükunətini  pozmadı.  Atını  saxlayıb, 
qarşılarında uzanan vadiyə işarə etdi. 
-
 
Bax, bu vadidir. Orada, bir az irəlidə, Babilin qala divarlarını 
aydın görmək olur. Hündür qala - Vaal ehramıdır. Əgər gözün itidirsə, 
onun damında həmişəyanar alovu da görə bilərsən. 
-  Babil...  Mən  həmişə  dünyanın  bu  ən  zəngin  şəhərini  görməyi 
arzulamışam,  -  Xadan  Qula  söylədi.  -  Babamın  var-dövlətinin 
yarandığı  həmin  o  Babil.  O  sağ  olsaydı,  bizim  bu  qədər  dərdimiz 
olmazdı. 
-  Ölü  insan  ruhlarının  onlara  ayrılmış  vaxtdan  artıq  canlılar 
arasında  qalmağı  doğru  deyil.  Sən  və  atan,  özünüz  də  işlərin 
öhdəsindən gələ bilərdiniz. 
-Təəssüf ki, nə onun, nə də mənim buna  bacarığım yoxdur. Biz 
atamla, qızıl şekelləri özünə cəlb etməyin sirlərini bilmirik. 
Şarru Nada cavab vermədi, atını yerindən tərpədib, fikirli-fikirli 
vadiyə  enməyə  başladı.  Arxasınca  topa-topa  qırmızımtıl  toz 
qaldıraraq gələn karvan, onu izləyirdi. 
Şarru  Nadanın  diqqətini  çəkən,  torpaq  şumlayan  iki  yaşlı  qoca 
oldu. Onların siması ona tanış gəldi. Çox qəribədir! Qırx il sonra eyni 
insanları  görmək.  Nə  isə  ona  işarə  edirdi  ki,  onlar  elə  həmən 
adamlardır. Onlardan biri kotanın 
145 


 
dəstəyindən  zəifcə  tutmuşdu.  İkincisi  isə  camışların  yanında 
vurnuxub, ordan çomaq zərbəsi ilə qovurdu. 
Qırx il bundan öncə o bu insanları görmüşdü. O zamanlar onlarla 
yerini necə də həvəslə dəyişərdi. O vaxtdan indiyə qədər hər şey necə 
də dəyişilib! O, Dəməşqdən boğçalarla alınan qiymətli mallarla dolu 
yüklənmiş  seçmə  uzunqulaq  və  dəvələrdən  ibarət karvanma  qürurla 
boylanıb baxdı. Bütün bunlar onun sərvətinin yalnız kiçik bir hissəsi 
idi. 
O, kəndlilərə işarə edib söylədi: 
-  Hələ  də  qırx  il  bundan  qabaq  olduğu  kimi  elə  eyni  tarlalarını 
şumlayırlar. 
- Niyə elə zənn edirsən ki, bunlar elə həmən adamlardır? 
- Mən onları burada görmüşəm. 
Yaddaşındakı  xatirələr  canlandı.  Nə  üçün  o,  keçmişi  unudub, 
indiki zamanla yaşaya bilmir? Yenə də Arad Qulanın gülümsəyən üzü 
gözünün qabağına gəldi. Fikirləri, yenə də dönüb-dolaşıb, arxasmca 
çapan  ədəbsiz  gəncə  qayıtdı.  Barmaqlarına  qiymətli  cavahiratlar 
düzülmüş,  bədxərcliyə  meyilli  olan  bu  özündən  razı  gəncə  necə 
kömək  etmək  olar?  O,  çalışmaq  istəyənə,  istənilən  işi  təklif  edə 
bilərdi. Bəs zəhmət çəkməyin onun üçün olmadığını düşünən adamla 
nə etməli? Hər şeyə rəğmən o, Arad Qula üçün nə isə etməli idi. Onlar 
ikisi birlikdə hər şeyi sona çatdırmağa alışmışdılar. 
146 


 
Qəfildən onun ağlına bir plan gəldi. Əlbəttə, o, elə də mükəmməl 
deyildi.  O  öz  mövqeyini və  onun  ailəsini  təhlükə  altına  atırdı.  Plan 
qəddar idi və kimisə incidə bilərdi. Lakin Şarru Nada hər zaman tez 
qərar verərdi və cəhd etmək istədi. 
-  Mənim  və  çox  hörmətli  babanın  öz  gəlirli  işimizə  necə 
başlamağımızın tarixçəsini dinləmək istəyərdinmi? - o soruşdu. 
-  Birbaşa  qızıl  şekelləri  qazanmağın  yollarından  başlasaq,  necə 
olar? - gənc cavab verdi. 
Şarru Nada bu təklifi qulaqlarından yan ötürdü və davam etdi: 
-  Bu  cütçülərdən  başlayaq.  Mən  o  zamanlar  sənin  yaşlarında 
olardım. Mənim getdiyim cərgə bu yerə yaxınlaşanda, mənə zəncirlə 
bağlanmış  kəndli  Megiddo onların gördüyü  işi ələ  salmağa  başladı: 
«Siz  hələ  bir  bu  tənbəllərə  baxın.  Dərin qazmaq  lazım  ikən,  bunlar 
ancaq  torpağı  qurdalayırlar.  O  biri  isə  camışları,  ümumiyyətlə, 
şırımda  sabit  saxlaya  bilmir,  istədikləri  tərəfə  gedirlər.  Onların 
yığacağı məhsul nə olacaq, bir halda ki, işləyə də bilmirlər?» 
-  Sən  dedin  ki,  Megiddo  sənə  zəncirlənmişdi?  -  Xadan  Qula 
təəccüblə soruşdu. 
-  Bəli,  bizim  boyunlarımızda  ağır  zəncirlə  birləşdirilmiş  bürünc 
xaltalar var idi. Onun yanında qoyun oğurluğu ilə məşğul olan Zabado 
gedirdi.  Mən  onunla  Harrunda  tanış  olmuşdum.  Cərgəni  bağlayan 
hamımızın Pirat adlandırdığı şəxs idi. Biz ona belə deyirdik, çünki öz 
adını 
147 


 
söyləməmişdi. Biz zənn etdik ki, o dənizçidir. Belə ki, onun sinəsində 
adətən  dənizçilərdə  təsadüf  olunan,  bir-birinə  dolanmış  ilanların 
döyməsi var idi. Bütün kolon birgə zəncirlənmiş belə dördlüklərdən 
ibarət idi. 
-  Sizi  qullar  kimi  zəncirləmişdilər?  -  Xadan  Qula  şübhə  ilə 
maraqlandı. 
-  Məgər  baban  sənə  söyləməyib  ki,  mən  bir  zamanlar  kölə 
olmuşam? 
-  O  sənin  haqqında  tez-tez  danışsa  da,  heç  vaxt  bu  barədə  söz 
salmayıb. 
- Ona ən gizli sirləri etibar etmək olardı. Mənə elə gəlir ki, sənə 
də inanmaq olar. Yoxsa mən yanılıram?  -  Şamı Nada diqqətlə onun 
gözlərinə baxdı. 
-  Sən  mənim  susacağıma  dair  arxayın  ola  bilərsən.  Fəqət  mən 
heyrət içindəyəm. Danış, necə oldu ki, sən kölə oldun? 
-  Hər  kəs  kölə  ola  bilər,  -  Şarru  Nada  çiyinlərini  sıxdı.  -  Məni 
fəlakətə sürükləyən qumar evi və arpa pivəsi oldu. Hər şey qardaşıma 
görə  oldu.  Mübahisə  əsnasında  o  dostunu  öldürdü.  Qardaşımı 
məhkəmə və ölüm cəzasından xilas etmək üçün atam məni ölünün dul 
arvadına  girov  verdi.  Lakin  o  məni  girovluqdan  çıxartmaq  üçün 
kifayət qədər gümüş toplaya bilmədi və o qadın qəzəbindən məni qul 
alverçisinə satdı. 
-  Nə  böyük  rüsvayçılıq,  nə  böyük  ədalətsizlik!  -  Xadan  Qula 
hiddətlə qışqırdı. - Danış mənə, bəs necə oldu ki, canını qurtardın? 
148 


 
Biz  oralara  da  çatacağıq,  lakin  belə  tezliklə  yox.  Gəl sənə sonra 
olanları  danışım.  Yanlarından  keçərkən,  cütçülər  gözlərini  bizə 
zilləmişdilər. Onlardan biri köhnəlmiş papağını çıxarıb, təzim edərək 
qışqırdı: 
-  Babilə  xoş  gəlmisiniz,  hökmdar  qonaqları.  Hökmdar  artıq  qala 
qapılarında  gözləyir,  orada  sizin  üçün  kərpic  və  soğan  şorbası 
hazırlanıb. 
Pirat özündən çıxıb onları söyməyə başladı. 
- Hökmdarın bizi qala divarlarında gözlədiyini söyləyərkən, nəyi 
nəzərdə tutur? - mən ondan soruşdum. 
-  Bizi  şəhərin  qala  divarlarına  aparırlar  ki,  orada  belin  qırılana 
qədər kərpic daşıyasan. Bəlkə də onlar səni bundan qabaq ölüncəyə 
qədər  döyərlər.  Məni döyməyə  isə  cürət etməzlər.  Onların hamısını 
qınb tökərəm. 
Bu dəm Megiddo dilləndi: 
-  İtaətkar  və  zəhmətkeş  qulu  sahibi  nə  üçün  döysün?  Quldarlar 
yorulmadan çalışan qullarını sevərlər və onlarla xoş davranarlar. 
- Burada səylə çalışacaq kim var ki? - Zabado söhbətə daxil oldu. 
-  Budur,  əkinçilərə  bax.  Onlar  boş  yerə  bellərini  qırmırlar.  Necə 
alınar, alınar. 
-  Tənbəllikdən  qarın  doymaz,  -  Megiddo  etiraz  etdi.  -  Əgər  bir 
günə təyin olunmuş normanı şumlasan, bu yaxşı göstəricidir və bütün 
quldarlar bunu bilir. Yox əgər yarısını şumlasan, bu o deməkdir ki, 
sən  tənbəlsən.  Mən  heç  vaxt  tənbəllik  etməmişəm.  Mən  işləməyi 
sevirəm, həm də 
149 


 
çalışıram  ki,  işimi  yaxşı  görüm.  Axı  iş  insanın  cövhəridir.  O  mənə 
torpaq, inək və taxıl kimi lazımi hər şeyi verirdi. 
- Bəs bütün bunlar indi haradadır? - Zabado istehza ilə soruşdu. - 
Yaxşısı  budur  ki,  hiyləgər  olub  hər  şeyi  müftə  alasan.  Bizi  qala 
divarlarına qovacaqları vaxt, sən hələ Za- badoya baxarsan. Mən su ilə 
dolu  vedrələri  və  ya  başqa  yüngül  şeyləri  daşıyacağam.  Sən  isə  elə 
zəhmətkeşsən ki, kərpiclərin ağırlığı altmda qəddini əyəcəksən.  - O, 
qəhqəhə çəkdi. 
O  gecə  məni  dəhşət  bürüdü.  Gözümə  yuxu  getmirdi.  Hamı 
yatdıqdan  sonra,  bizim  keşiyimizi  çəkmək  üçün  növbədə  olan 
qarovulçu Qodozoya xəlvətcə yaxınlaşdım. O, səndən pul kisəni zorla 
alıb, üstəlik, boğazını da üzə biləcək ərəb-quldurlarından idi. 
- Söylə, Qodozo, - mən pıçıldadım, - Babilə çatan kimi bizi səddin 
tikintisi üçün qul kimi satacaqlar? 
- Mən haradan bilim? - o, sakitcə cavab verdi. 
- Məgər sən anlamırsan? - mən yalvarırdım. - Mən cavanam. Mən 
yaşamaq istəyirəm. Mən zərbələrdən və ya gücümün yetmədiyi işdən 
ölmək  istəmirəm.  Yaxşı  sahibkarın  əlinə  düşmək  kimi  hər  hansı  bir 
şansım varmı? 
-  Mənim  sənə  deyəcəklərim  var,  -  o  cavabmda  pıçıldadı.  -  Sən 
yaxşı  oğlansan.  Sən  Qodozoya  əziyyət  verməmisən.  Biz  çox  vaxt 
əvvəlcə qul bazarına göndərilirik. İndi isə məni dinlə. Alıcılar gələndə 
de ki, sən yaxşı işçisən, yaxşı sahibkar üçün əmək sərf etməyi sevirsən. 
Elə  et  ki,  onlar  səni  alsınlar.  Əgər  almasalar,  növbəti  gün  kərpic 
daşıma 
150 


 
lı olacaqsan. Çox ağır işdir. O getdikdən sonra, mən isti quma uzanıb, 
ulduzlara  baxaraq,  iş  haqqında  düşünməyə  başladım.  Xatırladım  ki, 
Megiddo deyərdi ki, əmək - insanın ən yaxşı dostudur. Düşündüm ki, 
o  mənim  də  ən  yaxşı  dostum  ola  biləcəkmi?  Əgər  o  mənə  bu 
vəziyyətdən  çıxmağa  kömək  etsə,  mən  onu  dostluğa  qəbul  etməyə 
hazır olardım. 
Megiddo ayılanda, mən pıçıltı ilə xəbərləri onunla paylaşdım və 
bizim üçün ümid işığı göründü. Biz, Babil istiqamətində hərəkət 
edib, axşama yaxın onun qala divarlarına çatdıq və laxlayan maili 
körpücüklərlə yuxarı- aşağı dırmanan qara qarışqalara bənzəyən 
insan qatan gördük. Yaxınlaşanda, o insanların necə işlədiyinə hey-
ran qaldıq. Bəziləri divarı əhatə edən xəndəkdən gil qazıb 
çıxardırdılar, digərləri onu xüsusi qəliblərdə qarışdırıb kərpic 
düzəldirdilər. Qalan əksəriyyəti isə ağır səbətlərlə kərpicləri 
bənnaların
2
 yanına, ən yuxarıya doğru daşıyırdılar. 
Nəzarətçilər ağırtərpənən qullara qışqırırdılar. Öküz dərisindən 
olan qamçılar, elə hey vızıltıyla cərgədən çıxan- 
2
 Qədim Babilin möhtəşəm tikililəri, onun qala divarları, ehramları, asma 
bağlan  və  böyük  kanalları,  qul  əməyinin  istismarı  nəticəsində  ərsəyə 
gəlmişdir. Qullar, çox vaxt əsir düşmüş hərbçilərdən olurdu və onlarla son 
dərəcə  insaniyyətsizcə  davranırdılar.  Bununla  belə,  qulların  siyahısında 
Babil  və  onun  ətraf  civarlarında  yaşayan  sakinlər  də  var  idi.  Onlar 
törətdikləri  cinayət  əməllərindən  və  ya  borclarından  dolayı  qulluğa 
satılmışdılar.  Kişilər  arasında  yayılmış  adətlərdən  biri,  məhkəmə 
qərarlarının  və  ya  digər  məsuliyyətlərin  yerinə  yetirilməsi,  borcun 
qaytarılmasının  təminatı  kimi  öz  arvad  və  uşaqlarını  girov  qoymaq  idi. 
Məsuliyyətlərin yerinə yetirilmədiyi təqdirdə girovlar köləliyə satılırdılar. 
151 


 
lann belinə dəyirdi. Biz, gücləri yetməyən yükün altında əzilən, əldən 
düşmüş  qulların  səndələyib  yıxıldıqlarını  görürdük.  Əgər  qamçı 
zərbələri onları ayağa qaldırmırdısa, onları kənara yuvarlayıb, ölməyə 
tərk  edirdilər.  Sonra  onları  aşağıya  doğru,  yol  qırağında  düzülmüş 
digər  bükülmüş  cəsəd  qalıqlarının  yanma  sürüyürdülər.  Mən  bu 
dəhşətli  səhnə  qarşısında  lərzəyə  gəldim.  Demək,  qul  bazarında 
uğursuzluğa düçar olsam, aqibətim bu olacaq. 
Qodozo haqlı çıxdı. Bizi şəhər darvazalarından qul həbsxanasına 
doğru  ötürdülər.  Növbəti  səhər  isə  biz  artıq  hasarlanmış  bazar 
ağıllarında idik. Çoxlan qorxudan əsirdi. Alıcıların qulları hər tərəfli 
süzüb  qiymətləndirmələri üçün  yalnız  nəzarətçilərin qamçıları onları 
hərəkət etməyə məcbur edirdi. Megiddo ilə mən, yanımızdan keçən hər 
alıcı ilə danışmağa çalışırdıq. 
Qul  alverçisi,  Piratı  zəncirə  qandallayan  hökmdar  mühafizəsinin 
hərbçilərini  gətirdi.  Müqavimət  göstərməyə  başlayanda,  onu 
qəddarcasına döydülər. Piratı aparanda, mənim ona yazığım gəldi. 
Megiddo hiss edirdi ki, tezliklə biz ayrılmalı olacağıq. Yanımızda 
alıcılar olmayanda, o heç bir işdən çəkin- məməyim üçün məni ciddi 
şəkildə yola gətirməyə çalışırdı: «Bəziləri işləməyə nifrət edirdilər. İş 
onlar üçün düşməndən betərdir. Axı ona dost kimi yanaşmaq lazımdır, 
onu sevmək lazımdır. Onun çətin olmağı vacib deyil. Gözəl ev tikəndə, 
tirlərin ağır olmağı və ya su dalınca uzağa getməli olmaq əhəmiyyət 
daşımır. Ey gənc, mənə söz ver ki, əgər özünə sahibkar tapsan, onun 
üçün var gücünlə 
152 


 
çalışacaqsan. Hər elədiyin onun xoşuna gəlməsə də, bu vacib deyil. 
Yadında saxla: yaxşı görülmüş iş, ilk növbədə sənin özünə xeyir 
gətirər. O səni adam edər». 
O susdu, çünki bu dəmdə iri cüssəli bir kəndli yaxınlaşıb, iradla 
ona göz gəzdirməyə başladı. 
Megiddo  onun  torpaq  sahəsi  və  əkini  ilə  maraqlanıb,  çox 
keçmədən  kəndlini  inandırdı  ki,  onun  üçün  ən  uyğun  adamdır.  Qul 
alverçisi ilə gərgin bazarlıqdan sonra, kəndli geyiminin içindən qalın 
pul  kisəsini  çıxartdı  və  Megiddo  tez  bir  zamanda  yeni  sahibi  ilə 
gözdən itdi. 
Günün birinci yarısı bir neçə nəfər də satılmışdı. Günortadan sonra 
Qodozo mənə xəbər verdi ki, qul taciri özünü pis hiss edir və bir gecə 
də olsun burada qalmayacaq. O, günbatana yaxın, qalan bütün qulları 
hökmdar  möhtəkirlərinə  ötürmək  niyyətindədir.  Mən  az  qala 
ümidsizliyə qapılırdım ki, bu vaxt, kök, mehriban bir şəhərli, hasara 
yaxınlaşıb,  aramızda  çörəkbişirənin  olub-  olmadığı  haqqında 
maraqlandı. 
Mən ona yaxınlaşıb dedim: 
-  Nə  üçün  yaxşı  çörəkçi  özünə  başqa  çörəkbişirən  axtarsın? 
Öyrənməyə və yaxşı işləməyə hazır olan adama öz sənətini öyrətmək 
daha  asan  olmazmı?  Bir  mənə  bax,  mən  cavanam,  güclüyəm  və 
çalışmağı  sevirəm.  Mənə  imkan  versən,  sənin  pul  kisənə  qızıl  və 
gümüş qazandırmaq üçün əlimdən gələn hər şeyi edərəm». 
Mənim  sözlərim  ona  xoş  təsir  bağışladı.  O  bu  vaxta  qədər  heç 
mənim  varlığımı  duymayan  qul  taciri  ilə  bazarlıq  edərkən,  o  da  öz 
növbəsində gözlənilmədən mənim baca- 
153 


 
rıqlanmı,  möhkəm  sağlamlığımı  və  mülayim  xasiyyətimi  bəlağətlə  təsvir 
etməyə başladı. Mən özümü qəssaba satılan öküz kimi hiss etdim. Sonunda, 
bəxtim gətirdi və  onlar  əl verib görüşdülər.  Mən  özümü Babilin ən  xoşbəxt 
adamı sayıb, yeni sahibimin ardınca getdim. 
Mən  təzə  məskənimi  bəyəndim.  Sahibim  Nana-naid  mənə 
həyətdəki  daş  həvəngdəstədə  arpa  üyütməyi,  sobada  ocaq  qalamağı, 
ballı  kökələr  üçün  küncüd  toxumlarını  necə  əzməyi  öyrətdi.  Taxıl 
ehtiyatlarının saxlanıldığı anbarda  yatmaq  üçün  mənə  yer  ayrıldı.  Ev 
işləri ilə məsul Svasti adlı yaşlı kəniz məni doyunca yedizdirdi və ağır 
işlərdə ona hər zaman öz köməyimi təklif etməyimdən də olduqca razı 
idi. 
Mən anladım ki, bu, sahibimin rəğbətini qazanmaq üçün axtardığım 
və gələcəkdə azadlığa qovuşmağı ümid etdiyim məhz həmin şansdır. 
Mən Nana-naiddən xahiş etdim ki, xəmir yoğurub, çörək bişirməyi 
mənə  öyrətsin.  O  bunu  necə  etməyin üsulunu  göstərdi və  mənim hər 
şeyi  bilmək  istəyimi  çox  bəyəndi.  Bu  işi  mənimsədikdən  bir  qədər 
sonra, ondan xahiş etdim ki, mənə ballı kökələr hazırlamağı öyrətsin. 
Çox  keçmədən  çörəkçidəki  bütün  işləri  artıq  müstəqil  şəkildə  yerinə 
yetirirdim. Sahibim məmnuniyyətlə istirahət edərkən, Svasti narazılıqla 
başını yelləyirdi. 
- Avaraçılıq yaxşı heç nə gətirməyəcək, - o, hər zaman söyləyirdi. 
Mən  hiss  etdim  ki,  azadlığı  almaq  vaxtı  gəlib  çatıb.  Bir  gün 
çörəkçidəki bütün işləri günortaya qədər bitirdim. Dü 
154 


 
1
 
şündüm ki, Nana-naiddən xahiş edim, günortadan sonra özümə gəlirli 
məşğuliyyət tapmağa mənə icazə versin və qazancı da bölüşək. Elə bu 
an ağlıma bir fikir gəldi: "Niyə də daha artıq ballı kökə bişirməyə 
çahşıb, onları şəhər küçələrində satmayım?" 
Mən Nana-naiddən soruşdum: 
- Əgər mən çörəkçidəki bütün işləri bitirib, günortadan sonra sənin üçün 
artıq bir neçə qəpik qazansam, insana lazım olan hər şeyi ala bilmək üçün 
mənim də öz pulum olsun deyə, onu aramızda bölsək, səncə, ədalətli olarmı? 
- Ədalətli olar, - o təsdiqlədi. Kökə satışı barədə olan planımı ona 
danışanda, çox razı qaldı. 
-  Gəl  belə  edək,  -  o  təklif  etdi.  -  Sən  iki  kökəni  bir  mis  qəpiyə  satarsan. 
Qazancın  yarısını  un,  bal  və  odun  qarşılığında  mənə  verərsən.  Qalan  pulun 
yarısı mənim, digər yarısı sənin olar. 
Mən belə comərdliyə sevindim. Axı indi mən, gəlirin dörddəbir hissəsini 
özümə saxlaya biləcəyəm. O gün mən gecə yarışma qədər işlədim ki, kökələri 
yığmaq  üçün  xır-  davatçı  qutusunu  düzəldim.  Nana-naid  öz  geyinilmiş  pal-
tarlarını  mənə  verdi  ki,  yaxşı  görünüm.  Svasti  isə  onları  yamayıb,  yumağa 
mənə kömək etdi. 
Növbəti gün, mən artıq kökə bişirirdim. Onların qızılı qabığı çox ləzzətli 
görünürdü. Mən malımı ucadan tərifləyərək, küçələri dolaşırdım. Əvvəlcə, heç 
kim kökələrə maraq göstərmədi və mən artıq narahat olmağa başla 
155 


 
dım.  Lakin  axşama  yaxın  camaat  acanda,  kökələri  bir-bir  əlimdən  qaparaq 
aldılar və tezliklə xırdavat qutusu boşaldı. 
Nana-naid  mənim  uğurlarıma  olduqca  şad  idi  və  payıma  düşəni 
mənə ödədi. Mən öz pulumun olmağına o qədər sevindim ki! Megiddo 
"Yaxşı görülmüş iş sahibkarın gözündən qaçmaz" deyərkən, haqlı idi. 
O  gecə  mən  elə  həyəcanlı  idim  ki,  çətinliklə  yata  bildim.  Bir  ilə  nə 
qədər qazana biləcəyim və azad olmağım üçün neçə ilin lazım gəldiyini 
hesablamağa çalışırdım. 
Hər  gün  kökə  sataraq,  qısa  zamanda  daimi  müştərilərim  oldu. 
Onlardan biri də sənin baban, Arad Qula idi. O, xalçalarla yüklənmiş 
uzunqulağı  və  onu  yüyənindən  tutub  aparan  zənci  qulu  ilə  şəhəri 
başdan-ayağa dolaşaraq xalça satırdı. O, adətən iki kökə özünə, ikisini 
də quluna alırdı və yeyənə qədər vaxt tapıb mənimlə söhbət edərdi. 
Bir  gün  baban  mənə  heç  vaxt  unutmayacağım  sözlər  söylədi: 
«Sənin  kökələrin  mənim  xoşuma  gəlir,  cavan  oğlan,  amma  ən  çox 
bəyəndiyim  onları  satmaq  bacarığındır.  Bu  qabiliyyət  səni 
müvəffəqiyyətə gətirəcək». 
Təsəvvür  edə  bilərsənmi,  belə  sözlər  böyük  şəhərdə  dostsuz  və 
doğmasız qalıb, öz alçaldıcı vəziyyətinə bütün vasitələrlə son qoymağa 
çalışan bədbəxt qulu necə ürəkləndirdi? 
Mən öz pul kisəmi bir neçə ay mis qəpiklərlə doldurmağa davam 
etdim.  O  kəmərimin altında  artıq  ağırlıqla  cingildəyirdi.  Megiddonun 
da dediyi kimi, iş mənim ən yaxşı dostum imiş. Mən xoşbəxt idim, lakin 
Svasti daim bir 
156 


 
I
 
narahatlıq duyurdu: «Sənin sahibin oyun evlərində çoxlu pul itirir. 
Mən ona görə narahatam». 
Bir  gün  mən  dostum  Megiddo  ilə  yolda  rastlaşıb  çox  sevindim.  O,  üstü 
tərəvəzlə dolu üç uzunqulağı bazara aparırdı. 
-  Mənim  işlərim  yolundadır,  -  o  dedi.  -  Sahibim  işləməyimi  bəyəndi  və 
məni qullara başçı qoydu. Görürsən, o, bazarda satış işini də mənə etibar edir. 
Bu yaxınlarda isə ailəmin dalınca adam yollayıb. İş, qüssə-qəmimi unutmağa 
kömək olur. Bir gün gələcək və o, yenidən azad adam olub öz təsərrüfatımı da 
girovdan çıxartmağa mənə kömək edəcək. 
Vaxt keçirdi və mən fikir verirdim ki, Nana-naid mənim evə gəlişimi böyük 
səbirsizliklə  gözləyir.  O,  qazandığımı  əlimdən  alıb,  acgözlüklə  qəpikləri 
sayırdı. İndi o israr edir ki, mən daha çox kökə satmaq üçün uzaqdakı bazara 
gedim. 
Mən  öz  malımı  divar  tikintisi  ilə  məşğul  olan  qulların  nəzarətçilərinə 
satmaq üçün çox vaxt şəhər qapılarından kənara da çıxmalı olurdum. O dəhşətli 
səhnələri  yenidən  görmək  istəməsəm  də,  nəzarətçilər  səxavətli  alıcı  idilər. 
Səbətlərinin kərpiclərlə doldurulmasını gözləyən qulların cərgəsində mən bir 
gün  Zabadonu  gördüm.  O,  hədsiz  arıqlamış  və  qədd-qaməti  əyilmişdi.  Beli 
bütünlüklə qamçı zərbələrinin nəticəsi olan yara və çapıqlarla dolu idi. Mənim 
ona yazığım gəldi. Ona kökə uzatdım, o isə ac yırtıcı kimi bir anda onu ağzına 
təpdi. Onun gözlərində vəhşi parıltı gördüm və bütün səyyar qutumu qapmasın 
deyə, tez kənara keçdim. 
157 


 
- Nə üçün sən belə səylə çalışırsan? - bir gün Arad Qula məndən 
soruşdu.  Xatırlayırsan,  Xadan  Qula,  bu  gün  sən  mənə  həmən  sualı 
verdin?  Bir  vaxtlar  Megiddodan  iş  haqqında  eşitdiklərimi  ona 
danışdım və bildirdim ki, iş, mənim ən yaxşı dostum oldu. Mən dolu 
pul  kisəmi  fəxrlə  ona  göstərib  anlatdım  ki,  pullar  mənə  azad  adam 
olmağım üçün lazımdır. 
- Azadlığa qovuşanda nə edəcəksən? - o maraqlandı. 
- Mən tacir olmağı düşünürəm. 
Elə  bu  an  o  mənə  heç  vaxt  inanmayacağım  bir  söz  söylədi: 
«Bilirsənmi ki, mən özüm də qulam və sahibimlə şərikəm? 
- Dayan! - Xadan Qula qəzəbindən parlayan gözlərlə onun sözünü 
kəsdi.  -  Mən  babamı  alçaldan  bu  yalanı  dinləmək  istəmirəm.  O  qul 
olmayıb. 
-  Mən  ona  o  səbəbdən  hörmət  edirdim  ki,  bədbəxtliklərin 
üzərindən ayağa qalxıb, Dəməşqin ən hörmətli adamlarından biri ola 
bildi,  -  Şarru  Nada  təmkinlə  davam  etdi.  -  Bəs  sən,  -  onun  nəvəsi,  - 
hansı  xəmirdən  yoğrulmusan?  Faktlarla  üz-üzə  gələcək  qədər 
güclüsən,  yoxsa  yalan  illüziyaların  əsiri  kimi  yaşamağamı  üstünlük 
verirsən? 
Xadan Qula, yəhərində dikəldi. Onun səsi titrəyirdi. 
-  Mənim  babamı  hamı  sevirdi.  Onun  yaxşı  işlərinin  sayı-hesabı 
yoxdur.  Aclıq  üz  verəndə,  Misirdən  taxıl  onun  qızılları  hesabına 
almmadımı?  Camaata  paylayıb,  onlan  aclıq  ölümündən  xilas  etmək 
üçün onun karvanı bu taxılı 
158 


 
I
 
Dəməşqə gətirmədimi? İndi isə sən deyirsən ki, o, Babildə yazıq qul idi? 
-  Əgər  o,  Babildə  qul  olsaydı,  doğrudan  da  yazıq  olardı.  O  öz  gücü  ilə 
Dəməşqin  ən  qabaqcıl  adamlarının  sıralarına  girdi.  Tanrı  onun  bütün 
bədbəxtliklərini  unutdurub,  onu  hörmət  və  izzətlə  mükafatlandırdı,  -  Şarru 
Nada  cavab  verdi  və  davam  etdi:  -  Arad  Qula  mənə  qul  olduğunu  etiraf 
etdikdən sonra, dedi ki, çoxdandır azadlığa can atır. Pulu buna kifayət etsə də, 
onu narahat edən məsələ var, sonra nə etməli? Artıq uzun müddətdir ki, onun 
işləri günü- gündən daha da pisləşirdi və o, sahibinin himayədarlığını itirməyə 
qorxurdu. 
Mən bu cür qərarsızhğa etiraz edirdim: «Dünya sənin sahibinin ətrafında 
dönmür. Özünü azad insan kimi hiss et, azad insan kimi hərəkət et. Həqiqətən 
nə istədiyinə qərar ver, sonra isə ona nail olmaq üçün bütün gücünü səfərbər 
et». 
Onu utandırdığıma görə mənə təşəkkür edib, öz yoluna
3
 davam etdi. 
Bir gün mən yenə də şəhər qapılarından kənara çıxdım və orada böyük 
kütlənin toplandığını gördüm. Yoldan keçən birindən burada nəyin baş 
verdiyini soruşanda, o 
3
  Qədim  Babildəki  adət-ənənələr  bizə  qəribə  görünə  bilər.  Buna 
baxmayaraq, onlar qanunla qətiyyətlə tətbiq olunurdu. Məsələn, bir qulun 
istənilən xüsusi mülkiyyəti, o cümlədən öz qulları ola bilərdi. Lakin belə 
olan  təqdirdə,  onlar  artıq  onun  sahibinə  məxsus  deyildi.  Qullar  azad 
adamlarla rahat evlənirdilər və azad analardan doğulmuş uşaqlar artıq qul 
hesab  edilmirdilər.  Şəhər  satıcılarının  əksəriyyəti  kölə  idi.  Bir  çoxları  öz 
sahibkarları ilə şərikli münasibətlərdə olan olduqca mötəbər insanlar idi. 
159 


 
cavab  verdi:  "Məgər  sən  eşitməmisən?  Keşikçilərdən  birini  öldürən  qaçaq 
qulu tutublar. Bu gün onu ölənə qədər qamçılayacaqlar. Hətta hökmdarın özü 
də  iştirak  edəcək.  Kütlə  çox  sıx  olduğundan,  mən  öz  əl  arabamla  yaxına 
getməyə ürək etmədim və divarın tikintisi tamamlanmamış yerinə dırmanıb, 
başların  üzərindən  hər  şeyi  aydın  gördüm.  Xoşbəxtlikdən,  hətta 
Navuxadanasoru da qızıl çarxlı arabada gedərkən görmək mənə qismət oldu. 
Belə  əzəmətli  və  bahalı  libasları  görmək  əvvəllər  heç  vaxt  mənə  nəsib 
olmamışdı. 
Zavallı qulun qışqırığını eşitsəm də, edamını görə bilmədim. Mən 
anlaya  bilmirdim,  nə  üçün  hökmdar  bir  insanın  bu  qədər  əzab 
çəkməyini  rəva  görür.  Ancaq  onun  saray  əyanları  ilə  zarafat  edib 
güldüyünü görəndə, anladım ki, o, daşürəklidir və məhz onun razılığı 
ilə divar tikintisində qullarla belə amansızca davranırdılar. 
Qul  öldükdən  sonra  onu  ibrət  olsun  deyə,  ümumi  baxış  üçün 
ayağından  dirəyə  asdılar.  Kütlə  seyrəkləşəndən  sonra,  mən  ona 
yaxınlaşdım.  Tüklü  sinəsində  bir-birinə  sarılmış  iki  ilan  döyməsini 
gördüm. Bu Pirat idi. 
Növbəti dəfə Arad Qulanı görəndə, o, artıq bambaşqa adam idi. O, 
mehriban  salamlama  ilə  qabağıma  atıldı:  «Bax,  sənin  tanıdığın  o  qul 
indi azad bir insandır. Sənin sözlərin düz  çıxdı. Mənim işlərim yavər 
getdi. Arvadım çox sevindi. O, sahibimin qardaşı qızı və azad adam idi. 
O  mənim  qul  olduğumu  heç  kimin  bilmədiyi  başqa  bir  şəhərə 
köçməyimizi istəyir  ki,  uşaqlarımız  atalarının  keçmişinə  görə  əziyyət 
çəkməsin. İş mənim ən yaxşı köməkçim oldu. O mənə öz gücümə olan 
inamımı qaytarmağa yardım etdi». 
160 


 
Əvvəllər anadan eşitdiyim təqdirə layiq sözlərin qarşılığını az da olsa 
verdiyim üçün xoşbəxt idim. 
Bir gün axşam Svasti göz yaşları içində mənə yaxınlaşıb: «Sənin sahibin 
dara  düşüb.  Mən  ona  görə  qorxuram.  Bir  neçə  ay  əvvəl  o,  oyun  masasında 
çoxlu  pul  uduzdu.  O,  taxıl  və  bala  görə  kəndlilərə  pul  ödəməyi  dayandırıb. 
Sələmçinin isə borclarını vermir. Onlar çox qəzəbləniblər və onu hədələyirlər». 
«Onun  ağılsızlığına  görə  niyə  narahat  olmalıyıq?  -  mən  düşünmədən 
cavab verdim. - Biz ki, onun dayələri deyilik^ 
«Axmaq, sən heç nə anlamırsan. O, girov olaraq sələmçiyə sənin üzərində 
mülkiyyət hüququnu verib. Qanuna görə o səni sata bilər. Bilmirəm nə edim. 
O, xeyirxah sahibkardır. Niyə bizə belə bəla üz verib?» 
Svastinin  qorxuları  əsassız  deyildi.  Növbəti  səhər,  mən  çörəkçidə 
çalışarkən, sələmçi, yanında Sasi adlandırdığı bir adamla gəldi. O mənə baxıb, 
işə yarayacağımı söylədi. 
Sələmçi  sahibimin  qayıtmağını  gözləmədən,  Svastiyə  tapşırdı  ki,  məni 
aparmağa gəldiyini ona çatdırsın. Mənə sobadakı işimi tamamlamağa imkan 
verməyib, harasa apardılar. Yanımda götürdüyüm ancaq əynimdə olan paltar 
və kəmərimdəki pul kisəm oldu. 
Mənim  bütün  arzu  və  ümidlərim,  üzərindən  qasırğa  keçmiş  kimi  puç 
oldu. Yenə qumarxana və arpa pivəsi məni bəlaya sürüklədi. 
161 


 
Sasi kütbeyin və kobud biri çıxdı. O məni şəhər boyu apardıqca, 
mən ona Nana-naidin yanında necə yaxşı işlədiyimi danışıb, onun üçün 
də yaxşı çalışa biləcəyimi ümid etdiyimi bildirdim. Onun cavabı məni 
təşvişə saldı: «Mənə və mənim sahibimə belə iş lazım deyil. Hökmdar 
ona deyib ki, məni böyük kanalın tikintisinə göndərsin. Sahibkar, bu işi 
mümkün qədər tez görə bilmək üçün çox sayda qul almağı əmr edib. 
Təsəvvür edə bilmirəm, belə böyük işi necə tez bitirmək olar?» 
Bir dənə də olsun ağacı olmayan səhram düşün. Ətrafında yalnız 
alçaq, nadir kollar, başımızın üstündə isə mehtərimizin içindəki suyu 
içilməsi az qala mümkün olmayacaq dərəcədə isidən, qızmar günəş var 
idi.  İndi  isə  insan  qatarı  düşün  ki,  səhər  açılandan  gün  batana  qədər 
torpaqla  dolu  ağır  zənbilləri,  təməli  boş  yamaclarla  dərin  xəndəkdən 
yuxarıya  doğru  daşıyırdılar.  Yeməyi  ümumi  çanaqlarda,  donuzlara 
verdikləri kimi gətirirdilər. Günəşdən qorunmaq üçün nə bir çətirimiz, 
nə də altımıza salmağa bir samammız var idi. Düşdüyüm vəziyyət bu 
idi. Mən öz pul kisəmi təhlükəsiz yerdə basdırmışdım və onu yenidən 
nə zaman qazıb çıxaracağımı belə bilmirdim. 
Mən  əvvəlcə  həvəslə  işləyirdim,  lakin  aylar  bir-birini  qovduqca, 
ruhdan  düşməyə  başladım.  Sonra  xəstələndim  və  qızdırmam  qalxdı. 
İştahamı  itirdiyim  üçün  ağzıma  zorla  bir  az  qoyun  əti  və  tərəvəz 
qoyurdum. Gecələr isə yata bilməyib, ora-bura vurnuxurdum. 
Hər  yolla  işdən  boyun  qaçırmağa  çalışan  Zabado,  görəsən,  haqlı 
deyildimi, deyə artıq düşünməyə başladım. 
162 


 
Sonra mən, bizim son görüşümüzü xatırlayıb anladım ki, onun planı 
elə də uğurlu deyil. 
Mən Pirat haqqında da düşünürdüm. O, hesab edirdi ki, savaşmaq və 
öldürmək ən doğrusudur. Onun qana boyanmış cəsədini xatırladıqca, 
mübarizə üsulunun doğruluğu da məni şübhələnməyə sövq etdi. 
Sonra mən Megiddonu yada saldım. Onun əlləri ağır işdən qabarmış, 
lakin ürəyi rahat, üzü isə xoşbəxtlikdən nurlanmışdı. Görünür, onun planı ən 
yaxşısı idi. Onda nə üçün iş mənə xoşbəxtlik və sevinc gətirmir? Olmaya, 
mən ölənə qədər öz niyyət və məqsədlərimi unudaraq işləməli olacağam? 
Mənim bu suallara verəcək cavabım yox idi. Daxilimdə qarışıqlıq hökm 
sürürdü. 
Bir neçə gündən sonra gücüm bitmək üzrə ikən, məni narahat edən 
suallara isə hələ də cavab tapılmazkən, Sasi dalımca adam göndərdi. Mənim 
keçmiş sahibim məktub yollayıb, orada məni Babilə qaytarmağı xahiş edir. 
Mən pul kisəmi qazıb çıxartdım, olan-qalan paltarı əynimə keçirib yola 
düşdüm. 
Məni bir yerdən digərinə atan tufan haqqında fikirlər yolboyu məni tərk 
etmirdi. Mənim həyatım, doğma şəhərim olan Harrunda oxunan mahnının 
sözlərini xatırladırdı: 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə