N varli adami


Pul - dünyəvi uğuru ölçən vasitədir



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   2   3   4   5   6   7   8   9   ...   30
babilin-en-varli-adami

Pul - dünyəvi uğuru ölçən vasitədir.
 
Pul - ən yaxşı dünya nemətlərindən zövq almaq imkanı yaradır.
 
Pulu  heç  vaxt  itməyən  adamlar,  onu  əldə  etməyin  sadə 
qanunlarını anlayanlardır.
 
Pul, bu gün də, altı min il qabaq olduğu kimi, Babil küçələrində 
ciddi-ciddi var-gəl edən imkanlıların qanunlarına tabedir.
 



 
Qızıla ehtiyacı olan adam
 
A
 
rabaları düzəldən Babilli usta Bansir, dərin niga- 
rançılıq içində idi. Öz mülkiyyətini əhatə edən 
alçaq bir hasarın altında oturub, sadə daxmasına və 
içərisində tamamlanmamış araba olan qapıları açıq ema- 
latxanasına qəmgin nəzərlərlə baxırdı. 
Onun həyat yoldaşı da arabir qapının kandarında 
görsənirdi. Ona yönləndirdiyi xəlvəti baxışlar, aydın ola- 
raq bildirirdi ki, ət torbası boşalmaq üzrədir. Bansir ar- 
tıq çoxdan əlinə çəkic və baltanı götürüb, təkərlərin çər- 
çivəsinə dəri çəkməli, arabanı cilalayıb rəngləməli və varlı 
sifarişçiyə satmalı idi. 
Yalnız onun möhkəm və əzələli bədəni hələ də yerindən 
tərpənmirdi. Fikirlər onun beynində asta-asta dolaşaraq, 
heç cür cavab tapa bilmədiyi problemi saf-çürük edir- 
di. Evfrat vadisi üçün adi olan tropik günəş şüaları onu 
rəhmsizcə yandırırdı. Usta tər damcılarının qaşlarından 
süzülərək sinəsindəki sıx tüklərin içərisində itməsindən 
xəbərsiz idi. 
11 


 
Onun  evinin  arxasında  hökmdar  sarayını  əhatə  edən  pilləkənli 
hündür  divarlar  ucalırdı.  Yanında  isə  göy  səmanı  dəlib  keçən  Val 
ehramının  əlvan  rənglərə  boyanmış  günbəzi  yüksəlirdi.  Onun  sadə 
yaşayış yeri ilə birlikdə daha da yoxsul və baxımsız daxmalar bütün 
bu möhtəşəmliyin kölgəsində qalırdı. Babil bütünlükdə, gözə çarpan 
dəbdəbəsi  ilə  kübarlığm  və  açıq-aşkar  yoxsulluğu  ilə  baxımsızlığın 
vəhdətini təmsil edərək, heç bir plan və sistem olmadan tikilmişdir. 
Əgər  o  zəhmət  çəkib  arxasına  dönsəydi,  orada  varlı  sakinlərə 
məxsus  çox  sayda  fayton,  çarıqlı  tacir  kütlələrini  və  ayaqyalın 
yoxsulları  görərdi.  Hətta  varlılar  da  arabir  yolkənarı  navalçalara 
çəkilib,  asma  bağların  suvarılması  üçün  ağır  tuluqlarla  su  daşıyan 
hökmdar qullarının uzanan cərgəsinə yol verərdilər. 
Bansir şəhərdəki vəlvələyə qulaq verməyəcək qədər öz fikirlərinə 
qapılmışdı. Yalnız lira alətinin simlərinin  gözlənilməz cingiltisi onu 
düşüncələrindən  ayılmağa  məcbur  etdi.  O,  çönüb  ən  yaxın  dostu 
musiqiçi Kobbinin tanış gələn, gülümsəyən üzünü gördü. 
-  Tanrı  səndən  razı  olsun,  dostum  mənim,  -  deyərək  Kobbi  öz 
əlvan  salamlamasına  başladı.  -  Görünür,  onlar  artıq  səni  layiqincə 
mükafatlandırıblar ki, işsiz otura bilirsən. İcazə ver sənin uğuruna mən 
də sevinim. Hətta sevincini səninlə bölüşməyə də hazıram. Görünür, 
sənin  pul  kisən  doludur,  əks  halda,  sən  var  gücünlə  emalatxanada 
işləyərdin.  Ona  görə  yaxşılıq  elə,  ordan  ikicə  qara  qəpik  çıxardıb 
əyanların axşamkı bayram məclisinə qədər mənə 
12 


 
borc ver. Sən onların yoxluğunu hiss etməmiş, onlar sənə qayıdacaq. 
- Əgər mənim ikicə şekelim
1
 olsaydı, - Bansir hüznlə cavab verdi, 
- mən onu heç kimə verməzdim, hətta sənə də, çünki o mənim bütün 
var-dövlətim olmuş olardı. Axı heç kim bütün var dövlətini, hətta öz 
yaxınına belə verməz. 
- Mən nə eşidirəm? - Kobbi səmimi təəccübü ilə hayqırdı. - Sənin 
pul  kisəndə  şekel  yoxdur  və  sən  heykəl  kimi  hasarın  altında 
oturmusan? Axı niyə sən öz arabanın işini bitirmirsən? Sən mənim 
zərif  iştahamı  necə  təmin  etməyi  düşünürsən?  Bu  sən  deyilsən, 
dostum mənim. Sənin tükənməyən gücün hardadı? Bəlkə Tanrı sənin 
üzərinə bir bədbəxtlik göndərib? 
-  Ola  bilər,  bu  ilahinin  sınağıdır,  -  Bansir  razılaşdı.  -  Hər  şey 
mənim gördüyüm yuxudan sonra başladı. Tamamilə mənasız yuxu. 
Yuxuda  görürdüm  ki,  mən  varlıyam  və  kəmərimdən  içi  qəpiklərlə 
dolu gözəl bir pul kisəsi sallanıb. İçində o qədər şekel var idi ki, say-
hesab  bilmədən  yoxsullara  paylayırdım.  Oradakı  gümüş  qəpiklərlə 
isə, həyat yoldaşıma ləl-cavahirat və istədiyim hər şeyi aldım. Qızıl 
qəpiklər isə mənə gələcəyim sarıdan arxayınlıq verdiyi üçün gümüş 
qəpikləri  xərcləməyə  çəkinmirdim.  Mənim  sevincim  aşıb-daşırdı. 
Sən  məni  görsəydin,  tanımazdın.  Həyat  yoldaşımı  da  tanımazdın. 
Onun üzündə bir dənə də olsun qırış yox idi və sevincindən gözləri 
işıq  saçırdı.  O,  toy  günlərimiz  ərəfəsindəki  həmən  gülərüz  qız 
olmuşdu. 
1
 Pul vahidi 
13 


 
- Nə deyəsən... gözəl yuxudur. - Kobbi razılaşdı. - Bəs niyə belə 
gözəl  fikirlərdən  sonra,  sən  büt  kimi  burada,  hasarın  altmda  donub 
qalmısan? 
-  Nə  üçün soruşursan?  Əşi,  ona  görə  ki,  oyanıb  pul  kisəmin  boş 
olduğunu xatırlayanda, yaman pis oldum. Gəl birlikdə düşünüb həll 
yolu  tapaq.  Dənizçilər  demişkən,  biz  ki,  səninlə  eyni  qayıqda 
oturmuşuq. Biz uşaq olanda, keşişlərin yanına elm öyrənməyə birgə 
gedərdik. Yeniyetmə ikən bir yerdə oynayardıq, böyüdükdən sonra isə 
yaxşı  dostlar  olaraq  qaldıq.  Biz  sevinirdik  ki,  saatlarla  yorulmaq 
bilmədən işləyib, əldə etdiyimiz qazancı, sonra sonuna qədər xərcləyə 
bilirdik. Axı o illərdə biz heç də az qazanmırdıq. Sən demə, zənginliyi 
ancaq  yuxuda  görmək  olarmış.  Biz  axmaq  qoyunlar  deyilik,  bəs 
nəyik? Biz dünyanın ən varlı şəhərində yaşayırıq. Ətrafda o qədər cah-
calal  varkən,  bizə  bundan  heç  nə  çatmır.  Ömrünün  yarısını  ağır 
zəhmət içində keçirən sən, mənim ən yaxın dostum, boş pul kisəsi ilə 
yanıma  gəlib,  axşama  qədər  hansısa  ikicə  qara  qəpik  pul  borc 
istəyirsən.  Bəs  cavabında  nə  eşidirsən,  məgər,  mən  dedim  ki:  «A1, 
götür  pulu,  mən  səninlə  bölüşməyə  həmişə  şadam?»  Yox,  etiraf 
etməliyəm ki, mənim də pul kisəm səninki kimi boşdur. Bu nə işdir? 
Nə üçün bizim nə gümüşümüz, nə qızılımız, nə də ərzaq və pal-paltar 
almağa imkanımız var? 
Hələ bir oğullarını düşün, - Bansir davam etdi. - Axı onlar bizim 
yolumuzla gedirlər. Yəni ətrafda bu qədər qızıl var ikən, onlar, onların 
ailələri,  onların  uşaqları,  uşaqlarının  ailələri  də  bizim  həyatımızı 
yaşayacaqlar?  Olmaya  onlar  da  şam  yeməyinə  keçi  südü  və  yulaf 
yarmasından başqa heç nə görməyəcəklər?! 
14 


 
- Bansir, dostluq etdiyimiz bütün illər boyu sən mənimlə bu barədə 
heç vaxt danışmamısan. - Kobbi narahat görünürdü. 
- Axı mən bu haqda əvvəllər heç düşünməmişəm də. Səhər tezdən, 
qaş qaralanadək işləyib yan-yörəmizin ən yaxşı araba düzəldəni kimi, 
ümid  edirdim  ki,  bir  gün  gələcək  və  Tanrı  mənə  zənginlik  bəxş 
edəcək. Elə hey gözlədim, naümid qaldım. İndi anlayıram ki, gözüm 
yolda  qalacaq.  Ona  görə  də  ürəyimdə  qubar  var.  Mən  varlı  olmaq 
istəyirəm.  İstəyirəm  ki,  torpağım  və  mal-qaram  olsun,  zərif 
geyimlərdə  gəzim,  pul  kisəm  isə  qəpiklərlə  cingildəsin.  Belimdə 
gücüm,  əllərimdə  bacarığım  və  beynimdə  ağlım  olduqca,  bu  amal 
uğrunda çalışacağam. Tək istəyim odur ki, əziyyətim hədər getməsin. 
Səndən  soruşuram,  axı  nə  olub  bizə?  Nə  üçün  başqalarının  qızılla 
aldıqlarını, biz haqqımız çatdığı halda ala bilmirik? 
-  Kaş  ki,  bilsəydim,  -  Kobbi  cavab  verdi.  -  Heç  mən  də  yaxşı 
deyiləm. Lirada çalmaqla qazandığım bütün pullar tez bir zamanda 
əldən  çıxır.  Dəridən-qabıqdan  çıxıram  ki,  ailəm  yoxluq  çəkməsin. 
Mən  isə  istəyərdim  ki,  böyük  bir  liram  olsun  və  beynimdəki bütün 
musiqiləri orada canlandıra bilim. Bu cür alətdə elə çalardım ki, bəlkə 
də şahzadə belə, buna bənzər heç nə eşitməyib. 
- Hə, yaxşı olardı. Babildə elə bir adam yoxdur ki, simləri bu cür 
həzin  titrədə  bilsin.  Belə  olan  halda,  nəinki  şahzadə,  Tanrı  da 
sevinərdi. Hər ikimiz şahzadə qulları qədər kasıb ikən, belə bir şey 
necə baş verə bilər? Zınqırov səsi eşidirsən? Bax, onlar gəlir. 
15 


 
O,  işarə  edərək  çay  qırağından  uzanan  dar  küçə  ilə  tərli  və 
yarıçılpaq şəkildə su daşıyanların uzun cərgəsini göstərdi. Onlar ağır 
su  tuluqlarının  altında  ikiqat  bükülmüş  halda,  hər  sırada  beş  nəfər 
olmaqla addımlayırdılar. 
- Onları aparana bax bir. - Kobbi hamıdan öndə gedən zınqırovlu 
atlıya işarə etdi. - O dəqiqə görsənir: qəddi- qamət. 
- Bansir cavab verdi - cərgədə hər cür qəddi-qamətə rast gəlmək 
olar. - Onlar da bizim kimi adamlardır. Bax, hündür və ağbənizlilər - 
şimal  tərəfdəndirlər.  Alçaqboy-  lu  və  qarabuğdayılar  -  qonşu 
ölkələrdəndir. Hamısı da gündən-günə, ildən-ilə çaydan bağlara qədər 
ora-bura yol gedirlər. Yaxşı heç nə gözlənilmir. Yatmaq üçün saman 
döşək, yeməyə bərk yarma. Yazıqlara rəhmim gəlir. 
-  Mənim  də  rəhmim  gəlir.  Dərindən  düşünsək,  bizim  nəyimiz 
onlardan üstündür? Halbuki azad insanlarıq. 
-  Düzdür,  Kobbi.  Xoşagəlməz  fikirlərdir.  İldən-ilə  davam  edən 
qul həyatını yaşamaq istəmirəm. Hər zaman iş, iş, iş! Əvəzində isə heç 
nə. 
-  Bəlkə  başqalarından  qızılı  necə  əldə  etməyi  öyrənərək,  onlar 
kimi edək? - Kobbi təklif etdi. 
- Bəlkə də bunda nə isə bir sirr var. Araşdırmaq lazımdır, - Bansir 
fikirli-fikirli cavab verdi. 
- Yeri gəlmişkən, mən bu gün köhnə dostumuz Arkadı görmüşəm. 
Qızıl arabada gedirdi. Hətta sənə deyim ki, o bir çoxlarının edəcəyi 
kimi, üzünü çevirmədi. Əksinə, elə 
16 


 
əl elədi ki, bütün avaralar onun gülümsəyərək və dostcasına musiqiçi 
Kobbi ilə salamlaşmasını gördülər. 
-  Deyirlər,  o,  Babildə  ən  varlı  insandır,  -  Bansir  fikirli-  fikirli 
söylədi. 
-  Elə  varlıdır  ki,  hətta  hökmdar  özü  xəzinədəki  hesab  düz 
gəlməyəndə, ona qızıl üçün müraciət edir. 
-  Gör  bir,  necə  var-dövlətdir?  Deməyə  çəkinirəm,  əgər  onu 
hardasa qaranlıq bir yerdə görsəydim, pul kisəsini qamarlayardım. 
-  Cəfəngiyyatdır,  -  Kobbi  cavab  verdi.  -  Var-dövlət  insanın 
üstündə gəzdirdiyi pul kisəsində deyil. Hətta ən qalın pul kisəsi belə, 
onu dolduran qızıl mənbəyi olmayanda, tez boşalır. Arkadın elə bir 
gəlir  mənbəyi  var  ki,  o  nə  qədər  comərd  pul  paylasa  da,  kisəsini 
qurumağa qoymaz. 
- Gəlir yaxşı şeydir, - Bansir razılaşdı. - Yaxşı olardı ki, mənim də 
hər hansı bir gəlirim olub, mən burada hasarın altında oturarkən və ya 
uzaq  ölkələrə  səfər  edərkən,  pul  kisəmə  axardı.  Arkad  gəlir  əldə 
etməyin yolunu bilməmiş olmaz. Bəlkə o bunu mənim küt beynimə 
izah edər? 
-
 
Düşünürəm  ki,  o  bu  elmi  oğlu  Nomasirə  öyrədib,  -  Kobbi 
cavab  verdi.  -  Axı  o,  Nineviyaya  getmiş  və  deyilənə  görə,  atasının 
köməyi olmadan, bu şəhərin ən varlı insanlarından biri olmuşdur. 
-
 
Kobbi, sən mənə yaxşı bir fikir verdin. - Bansirin gözlərində 
yenidən bir qığılcım yarandı. - Köhnə dostumdan məsləhəti pulsuz da 
almaq olar. Axı Arkad bizə həmişə dost olub. Vacib deyil ki, bizim 
pul kisəmiz keçən ildən 


 
qalma şahin yuvası kimi boşdur. Bu da bizi dayandırmaz. Dəbdəbə 
arasında  pulsuz  gəzməkdən  bezmişəm,  varlı  olmaq  istəyirəm.  Gəl 
gedək  Arkadın  yanma  və  öyrənək  görək  ki,  gəliri  necə  əldə  etmək 
olar. 
- Mən bir şeyi anladım, Bansir. Mənə çatdı ki, niyə biz heç vaxt 
varlanmağın  üsulunu  tapa  bilməmişik.  Çünki  biz  onu  heç  vaxt 
axtarmamışıq.  Sən  Babilin  ən  yaxşı  arabalarını  düzəltmisən.  Sənin 
bütün zəhmətin elə  onlara  sərf  olunurdu.  Ona  görə  də  sən  varlı  ola 
bilməmisən.  Mən  isə,  lira  alətində  ən  yaxşı  çalğıçı  olmağa 
çalışmışam, ona görə də indi yoxluq çəkirəm. Qüvvə sərf etdiyimiz 
işlər, bizdə yaxşı alınırdı. Bizim bu işləri davam etdirməyimiz təqdiri 
ilahi  imiş.  İndi  isə  biz,  nəhayət,  günəş  çıxmasına  bənzəyən  bir  işıq 
gördük. Təki, biz öyrənək, gerisi asandır, varlanmağın yolunu taparıq. 
-  Arkadın  yanına  elə  indi  gedək,  -  Bansir  təklif  etdi.  Gəl  bizim 
kimi həyat sürən bütün köhnə dostlarımızı da çağıraq, qoy onlar da 
öyrənsinlər. 
- Mənim tanışlarımın içərisində sən hər zaman ən ağıllısı olmusan, 
ona görə də sənin dostun çoxdur. Necə desən, elə də olacaq. Elə indi 
gedək və hamını özümüzlə aparaq. 
18 


 
Ən varlı adamın
 
ə
n q
ə
dim sirri: nec
ə
 
varlanmalı
 
B
 
ir zamanlar qədim Babildə Arkad adlı çox var- 
lı adam yaşayırdı. Onun var-dövlətinin şanı hər 
yerə səs salmışdı. O öz xeyirxahlığı ilə şöhrət qazanmış- 
dı. 
O,
 dəyanət işlərində əliaçıq olub, özünün və ailəsinin 
xərclərində xəsislik etməzdi. Amma bununla belə, onun var- 
dövləti hər il, xərcləyə biləcəyindən daha sürətlə artırdı. 
Gənclik illərinin dostları onun yanına gəlib soruşdular: 
- Arkad, sən bizdən bəxtəvərsən. Sən Babilin ən zəngin 
adamı olmusan, biz isə həyatda qalmaq üçün, dəridən- 
qabıqdan çıxırıq. Sən, ən gözəl libaslar geyinib, ən nadir 
nemətləri dadarkən, biz və bizim ailələrimiz nə gəldi geyi- 
nib, tapa bildiyimiz azuqə ilə kifayətlənməli oluruq. 
Axı biz bir vaxtlar bərabər idik. Biz eyni müəllimlərdən 
dərs almışıq. Biz eyni oyunları oynamışıq. Sən təhsildə də, 
oyunda da bizdən üstün deyilsən. Heç növbəti illərdə də 
sən bizdən daha hörmətli vətəndaş olmamısan. 
19 


 
Nə  bizdən  artıq  zəhmət  çəkmisən,  nə  də  işin  bizimkindən  ağır 
olub. Onda, həyatın bütün imkanlarından faydalanmaq üçün, dəyişkən 
uğur nə üçün məhz səni seçdi və bizə heç fikir də vermədi, hərçənd, 
biz bunu səndən az arzulamırdıq?! 
Arkad isə onlara bu cür etiraz etdi: 
- Əgər siz, gəncliyimizin üzərindən keçən bu qədər illər ərzində 
yalnız  öz  kasıb  dolanışığınız  üçün  qazanmısınızsa,  bu  ancaq  ona 
görədir  ki,  siz  ya  var-dövlət  qazanmağı  idarə  edən  qanunlardan 
bixəbər olmusunuz, ya da bilib, əməl etməmisiniz. 
Uğur - çox qəddar  ilahədir, o, hər zaman  hamıya kömək etmir. 
Əksinə, əvvəlcə, layiq olmadığı halda qızıla tutduğu istənilən adamı, 
sonradan,  böhrana  uğradır.  O,  bədxərcləri  lazımsız  xərclərə  salır  və 
onlar  əvvəllər  əldə  etdikləri  hər  şeyi  tezliklə  əldən  buraxıb,  öz  ifrat 
tələbatları 
və 
ehtiyaclarını 
ödəyə 
bilməməklə 
qalırlar. 
Müvəffəqiyyətin  üzünə  güldüyü  digər  insanlar  isə,  öz  sərvətini 
gizlətməyə  başlayıb  ondan  azacıq  olsun  xərcləməkdən  çəkinərək, 
xəsisləşirlər. Çünki yaxşı bilirlər ki, itiriləni geri qaytarma imkanları 
olmayacaq.  Bununla  yanaşı,  talançılara  qarşı  onları  daima  bir  qorxu 
boğur ki, bu da həyatlarını boş və məhzun edir. 
Elələri  də  var  ki,  layiqsiz  yerə  əldə  etdikləri  qızılı  əllərində  elə 
qoruyub saxlamağa nail olurlar ki, ömür günlərinin sonunadək sağlıq 
və  firavanlıq  içində  yaşaya  bilirlər.  Lakin  belə  insanlar  azdır,  mən 
onlar  barəsində,  sadəcə,  eşitmişəm.  Gözlənilmədən,  yüklü  miras 
qazanan 
20 


 
adamları xatırlayın, sonra düşünün, sözlərimdə həqiqət varmı?! 
Onun  dostları  təsdiq  etdilər  ki,  onlara  tanış  olanların  arasından 
miras  qazanmış  hər  bir  adama,  bu  sözlər  uyğun  gəlir.  Belə  olan 
təqdirdə,  onlar  xahiş  etdilər  ki,  o  bu  qədər  var-dövləti  necə  əldə 
etdiyini izah etsin və Arkad öz sözünə davam etdi: 
-  Gəncliyimdə,  mən  o  qədər  yaxşı  şeylər  görmüşəm  ki,  onlar 
xoşbəxtlik  və  rifah  gətirə  bilərdilər.  Və  mən  anladım  ki,  yalnız 
zənginlik  onları  əldə  etməyə  kömək  edəcək.  Varlı  olmaq  -  böyük 
qüvvədir. Onun sayəsində çox şey mümkün olur. Öz evini ən bahalı 
əşyalarla döşəyə bilərsən. Uzaq sahillərə çıxa bilərsən. Uzaq ellərdən 
gələn  nemətlərdən  dada  bilərsən.  Zərgərlərdən  ən  gözəl  zinət 
əşyalarını  ala  bilərsən.  Müqəddəslərə  möhtəşəm  məbədlər  tikə 
bilərsən.  Ruhun  oxşanıb,  hisslərin  həzz  aldığı  buna  bənzər  bir  çox 
şeylər etmək olar. 
Mən bütün bunları anlayanda, belə qərara gəldim ki, bu dünyəvi 
nemətlərdən  payıma  düşəni  almalıyam.  Mən  bir  kənarda  dayanıb, 
digərlərinin həyatdan necə zövq aldıqlarını izləmək istəmirdim. Mən 
cırıq-cındır geyinmək istəməyib, layiqincə görsənməyə can atırdım. 
Mən fəqir taleyi ilə qane olmaq istəmirdim. Mən bu həyat ziyafətində 
qonaq olmaq istəyirdim. 
Mən sizin də bildiyiniz kimi, çiyinlərində böyük ailənin yükünü 
daşıyan, kasıb bir tacirin oğlu idim və miras alacağıma dair heç bir 
ümidim  yox  idi.  Sizin  də  dediyiniz  kimi,  dahiyanə  ağıl  və 
keyfiyyətlərlə fərqlənməyən mən, belə 
21 


 
qərara  gəldim  ki,  istədiyim  hər  şeyi  əldə  etmək  üçün  vaxt  və  bilik 
lazımdır. 
Vaxta gələndə, digərlərində də olduğu kimi, məndə də o bol idi. 
Varlanmaq  üçün  sizin  də  vaxtınız  kifayət  qədər  çox  idi.  Amma  siz 
etiraf  edirsiniz  ki,  haqlı  olaraq  fəxr  edə  biləcəyiniz  ailələrinizdən 
başqa, sizin heç bir varınız yoxdur. 
O  ki  qaldı  biliyə,  məgər  bizim  müdrik  müəllimimiz  bizə 
deməyibmi  ki,  o,  iki  cür  olur:  birini  biz  məktəbdə  qazanıb  yadda 
saxlayırıq, digəri isə bilmədiyimizi harada axtarıb tapmağı bizə işarə 
edən təcrübədən irəli gəlir. 
Elə buna görə də qərara gəldim ki, var-dövlət toplamağı öyrənim, 
sonra  isə  bunu  -  öz  məqsədimə  çevirim.  Məgər  sağ  olduğumuz 
müddətdə,  başımız  üzərində  günəş  bərq  vurduqca,  həyatdan  zövq 
almaq doğru deyil?! Axı kölgələr aləminə köçməli olduğumuz zaman, 
qəm-qüssə icazəsiz gələcək. 
Mən yazı palatasında katib vəzifəsi işini tapıb, hər gün saatlarla 
gilli cədvəllərin üzərində yorulmadan çalışırdım. Ağır zəhmət içində, 
həftə həftəni, ay ayı qovurdu, amma qazanc gözə görsənmirdi. Yemək, 
geyim,  tanrılara  qurbanlar  və  digər  artıq  heç  xatırlamadığım  şeylər, 
bütün  qazancımı  alıb  götürürdü.  Lakin  varlanmaq  arzusu  məni  tərk 
etmirdi. 
Bir  gün  qubernatorun  evinə  Əlqamis  adlı  sələmçi gələrək,  mənə 
Doqquzuncu qanun maddəsindən siyahı sifariş verdi. O dedi: 
22 


 
-
 
Bu siyahı mənə iki gün ərzində lazımdır və əgər işi vaxtında 
təhvil alsam, sənə iki mis qəpik verəcəyəm. 
Mən səylə çalışırdım, amma qanun çox uzun idi və Əlqamis ikinci 
dəfə gələndə iş hələ hazır deyildi. O əsəbiləşdi. Əgər mən onun qulu 
olsaydım,  çox  güman,  məni  döyərdi.  Amma  onun  mənə  xətər 
yetirməsinə  qubernatorun  imkan  verməyəcəyini  bildiyim  üçün, 
qorxmayaraq dedim: 
-
 
Əlqamis,  sən  çox  zəngin  adamsan.  Bəs  mən  necə  varlana 
bilərəm,  əgər  bunu  mənə  söyləsən,  söz  verirəm  ki,  gecəmi-
gündüzümə qatıb, işini sübh tezdən hazır edəcəyəm. 
O, gülümsəyərək cavab verdi: 
-
 
Ax, səni dələduz, mən bu sazişi qəbul edirəm. 
Bütün gecə belim ağrıdan sızlasa da, yanan fitilin iyindən başım 
çatlasa  da,  gözlərim  artıq  görməsə  də,  gil  cədvəllərinin  üzərində 
dayanmadan çalışdım. Onun sübh tezdən gəlişi üçün bütün cədvəllər 
hazır idi. 
-
 
İndi isə, - mən dedim, - vədinə sadiq qal. 
-
 
Sən  sazişimizin  öz  boynuna  düşən  hissəsini  yerinə  yetirdin, 
oğlum, - o, nəvaziş ilə söylədi, - mən də öz öhdəmə düşəni etməyə 
hazıram. Mən sənə bilmək istədiyin hər şeyi danışacağam, çünki artıq 
yaşlanmışam,  yaşlılar  isə  dil  boğaza  qoymamağı sevirlər.  Cavanlar 
yaşlıların yanına  məsləhət dalınca  gəldikdə  isə,  illərin qazandırdığı 
müdrikliyi alırlar.  Cavanlıq,  əksər  hallarda  elə  düşünür  ki,  qocalıq, 
ancaq onlara heç bir faydası toxunmayacaq ötən 
23 


 
illərin  müdrikliyinə  bələddir.  Unutma:  bu  gün  səmada  bərq  vuran 
günəş  -  sənin  atan  doğularkən  də  işıq  saçırdı,  nəticələrindən 
sonuncusunun bu dünyanı tərk edəcəyi gün də işıq saçacaq. Gənclərin 
fikirləri, - o davam etdi, - göydən qəfildən keçən meteorların parlaq 
işığına bənzəyir. Yaşlıların müdrikliyi isə - daimi ulduzların işığı kimi 
o qədər sabitdir ki, dəniz səyyahları belə öz yol koordinatlarını onunla 
müəyyən edə bilər. 
Mənim sözlərimi yaxşı xatırla, əgər sənə açacağım o həqiqətləri 
mənimsəməsən,  düşün  ki,  gecə  çəkdiyin  bütün  əziyyət  hədər  yerə 
imiş. 
O,  qıllı  qaşlarının  arasından  məni  diqqətlə  süzərək,  alçaq  səslə 
söylədi: 
- Mən varlanmanın yolunu onda axtarıb tapdım ki, 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə