N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   2   3   4   5   6   7   8   9   ...   30
babilin-en-varli-adami

öz tərəfimdən 
qazanılmış bütün pulların yarısının, elə mənim özümə məxsus olduğu 
qənaətinə  gəldim.
  Sən  də  bunu  edə  bilərsən.  -  O,  yenə  də  kəskin 
nəzərlərlə mənə baxmağa davam edirdi, ancaq daha heç nə demirdi. 
- Elə bu? - mən soruşdum. 
-  Bu  qədəri  kifayət  etdi  ki,  çobanın  ürəyi  sələmçinin  ürəyinə 
çevrilsin - o cavab verdi. 
-Axı mənim qazandığım onsuz da elə mənə məxsusdur. 
-  Əlaqəsi  yoxdur,  -  Əlqamis  etiraz  etdi.  Məgər  sən  dərziyə  pul 
ödəmirsən?  Bəs  səndəllər  üçün  çəkməçiyə?  Məgər  sən  ərzağa  pul 
ödəməli  olmursan?  Axı  sən  xərcə  düşmədən  Babildə  yaşaya 
bilməzsən. 
24 


 
Bu son ayda, qazancından nə qədər vermisən? Bəs bu il ərzində? 
Axmaq! Sən özündən başqa hamıya pul ödəyirsən. Sənin qazancının 
hamısı başqalarının cibinə axır. Elə isə qul ol, sahibinin sənə verməyə 
lazım  gördüyü  yemək  və  geyim  üçün  çalış.  Əgər  sən,  məvacibinin 
onda  birini  də  olsa  özün  üçün  kənara  qoysan,  on  ilə  nə  qədər  yığa 
bilərsən? 
Riyazi biliklərim köməyimə gəldi və mən tez cavab verdim: 
- Bir ilə qazandığım qədər. 
- Bu, doğru cavabın ancaq bir qismidir, - o etiraz etdi. - Yığdığın 
hər  bir  qızıl  qəpik,  quluna  çevrilib,  sənin  üçün  çalışmağa  başlayır. 
Onun sənə qazandırdığı hər bir mis sikkə də, qulunun oğlu kimi, sənin 
üçün işləməyə başlayır. Əgər bir gün varlansan, bütün qənaətin sənə 
pul qazandıraraq, can atdığın rifahı hüzuruna gətirəcək. 
Sən  hesab  edirsən  ki,  gecə  zəhmətinin  qarşılığında  mən  səni 
aldatmışam?  Əslində,  mən  sənə  min  qat  artıq  ödəmişəm,  qarşında 
açdığım həqiqətləri dərk etməyə ağlın çatsa, bunu anlayarsan. 
Qazancının bir hissəsi sənə məxsusdur və sən onu saxlamalısan. 
Bu hissə, qazancının məbləğindən asılı olmayaraq, onda bir faizindən 
az  olmamalıdır.  Artıq  da  ola  bilər,  əgər  buna  imkanın  varsa.  İlk 
növbədə  özünlə  hesablaş.  Qalan  puldan  dərziyə  və  çəkməçiyə 
imkanın çatandan artığını ödəmə. Ərzaq, xeyriyyəçilik və Tanrılara 
zəkat vermə işləri üçün də pul saxlamağı unutma. 
25 


 
Var-dövlət,  kiçicik  toxumdan  cücərən  ağaca  bənzəyir. 
Saxlayacağın  birinci  mis  sikkə,  sərvət  ağacının  cücərəcəyi  həmin  o 
toxum  olacaq.  Sən  onu  öz  daimi  qənaətlərinlə  nə  qədər  səylə 
gübrələyib, sulasan, bir o qədər tezliklə onun kölgəsində istirahətdən 
zövq alacaqsan. 
O, belə söyləyib, öz cədvəllərini də götürüb, oradan uzaqlaşdı. 
Onun mənə söylədikləri üzərində uzun müddət düşünüb anladım 
ki, burada dərin məna var. Və mən cəhd etməyi qərara aldım. Hər dəfə 
maaşımı alanda, onun onda birini ayırıb saxlayırdım. Qəribəsi odur ki, 
əvvəlkindən pis dolanmadım. Demək olar  ki, mən, heç bir fərq hiss 
etmədim. 
Bununla  belə,  yığdığım  qənaətlərim  artdıqca,  Finikiya 
torpaqlarından gəmilərlə və dəvələrlə gəlmiş tacirlərin təklif etdiyi hər 
hansı bir əşyanı almaq üçün pullan xərcləmək tamahı yaranırdı. Lakin 
əqlim üstün gəlir və mən öz nəfsimi tuta bilirdim. 
Gedişindən on iki ay sonra Əlqamis yenə peyda oldu və soruşdu: 
-  Oğlum,  bu  son  bir  il  ərzində  sən  bütün  qazancının  ən  azı  onda 
birini özünə ödəmisənmi? 
- Bəli, ustad, - mən fəxrlə cavab verdim. 
- Çox yaxşı, - o, gözlərini məndən ayırmayıb söylədi. - Bəs sən bu 
pullarla neylədin? 
-  Mən  onları  kərpic  kəsən  Azmura  verdim,  o  dedi  ki,  dənizin  o 
tayına keçib mənə Tiradan nadir Finikiya daşları 
26 


 
gətirəcək. O qayıdanda, biz onları yüksək qiymətə satıb, gəliri yarı 
böləcəyik. 
- Axmaq ağıllanmalıdır, - o donquldandı. - Niyə sən inandın ki, 
kərpic taciri qiymətli daşlardan nə isə anlayar? Məgər sən ulduzlar 
haqqında nəsə öyrənmək üçün kərpic kəsənin yanma gedərsən? Xeyr, 
and olsun əbama, əgər bir damcı ağlın varsa, sən münəccimin yanma 
gedərsən. Ey gənc, sənin qənaətlərin batdı. Sən öz dövlət ağacını lap 
kökündən baltaladın. Amma yenə başqa birini əkə bilərsən. Bir daha 
cəhd  elə.  Əgər  gələn  dəfə  bahalı  daş-qaş  haqqında  sənə  məsləhət 
lazım olsa, zərgərin yanma get. Əgər qoyun- quzu haqqında nə isə 
öyrənmək  istəsən,  çobana  müraciət  et.  Kim  ki,  özünübilməzlərin 
sözünə  qulaq  asır,  o,  əlində-  ovcunda  olan  pullarını  da  itirməyə 
məhkumdur. - O bunu deyib getdi. 
Hər  şey  onun  dediyi  kimi  oldu.  Finikiyalılar  dələduz  çıxdılar, 
onlar Azmura qiymətli daş-qaş kimi görünən, lazımsız şüşə qırıqları 
satıblar.  Amma  mən  Əlqamisin  məsləhətinə  əməl  edib,  yenə  hər 
onuncu qəpiyi yığmağa başladım. O vaxtacan mən buna alışdım və 
artıq mənə çətin deyildi. 
Yenə  on  iki  ay  keçmiş  Əlqamis  katiblər  otağına  gəlib  mənə 
müraciət etdi: 
- Axırıncı görüşümüzdən bu yana sən nəyə nail olmusan? 
- Mən durmadan özümə ödəniş edirdim,  - deyə cavab verdim,  - 
və öz ehtiyatlarımı qalxan ustası Aqqara həvalə 
27 


 
etdim ki, o, bu pullarla bürünc alsın. O isə hər dörd aydan bir mənə 
çatacaq payı ödəyir. 
- Çox yaxşı. Bəs sən bu payla nə edirsən? 
Mən,  bal,  zərif  şərab  və  istiotlu  kökələrlə  dolu  bayram  məclisi 
təşkil  etdim.  Həm  də  özümə  al-qırmızı  əba  aldım.  Gələn  dəfə  isə 
özümə minib getmək üçün cavan uzunqulaq alacağam. 
Əlqamis güldü: 
-  Sən  öz  qənaətlərinin  övladlarını  öldürdün.  Axı  onlar  indi  sənə 
necə çalışsınlar? Bəs sənin üçün çalışmağa onların öz övladları necə 
yaransın?  Əvvəlcə,  özünə  qızıl  qullardan  ordu  yarat  ki,  sonra  heç 
nədən çəkinmədən bayram məclisləri təşkil edəsən. 
- Bunu deyib o, yenə də çıxıb getdi. 
Mən  onu  düz  iki  il  görmədim,  sonra  o,  yenə  gəlib  çıxdı.  Onun 
bütün  üzü  dərin  qırışlarla  dolmuşdu,  gözləri  də  sulanırdı.  O,  çox 
qocalmışdı. 
- Arkad, sən arzuladığın var-dövlətə çatdınmı? - o soruşdu: 
-  Bu,  hələ  tam  mən  istəyən  deyil,  -  mən  cavab  verdim,  -  amma 
mənim az-çox ehtiyatım var və onlar mənə hər ötən gün daha çox pul 
qazandırırlar. 
- Sən hələ də kərpic satanın söylədiklərinə qulaq verirsən? 
- O, kərpic düzəltmə mövzusunda yaxşı məsləhətlər verir, - mən 
cavab verirdim. 
28 


 
- Arkad, sən dərsini yaxşı mənimsədin, - o davam etdi. - Əvvəlcə, 
sən öz maaşından daha az pulla yaşamağı öyrəndin. Sonra, məsləhət 
dalınca ancaq o işi bilənə müraciət etməyi öyrəndin. Və nəhayət, sən, 
öz qızılını sənin üçün işləməyə məcbur etdin. 
Sən pul yığmağı, saxlamağı və onu işlətməyi öyrəndin, indi sən 
daha  artığını  etməyə  hazırsan.  Mən  artıq  yaşlanmışam.  Mənim 
oğullarım  ancaq  pulu  necə  xərcləmək  haqqında  düşünürlər,  onları 
artırmağa  heç  hazırlaşmırlar  da.  Məndən  sonra  nə  qalacağını 
düşünəndə, dəhşətə gəlirəm. Sən mənim torpağıma göz-qulaq olmaq 
üçün  Nippura  gedərsənmi?  Mən  həm  gəlirlərdən,  həm  mirasdan 
payına düşəni sənə verəcəyəm. 
Mən Nippura gedib, onun böyük əmlakını idarə etməyə başladım. 
Mən  şöhrətpərəst  idim,  var-dövləti  artırmağın  üç  qızıl  qaydasını 
biləndən  sonra,  onun  mülkiyyətinin  qiymətini  artıra  bildim. 
Əlqamisin ruhu digər aləmə keçəndən sonra o, şahidlərin hüzurunda 
yazılmış vəsiyyətində mənə pay qoydu. 
Arkad öz danışığını bitirdikdən sonra, onun dostlarından biri dedi: 
- Sənin bəxtin gətirdi ki, Əlqamis səni öz varisi etdi. 
—  Mənim  bəxtim  yalnız  onda  gətirdi  ki,  hələ  onunla 
qarşılaşmazdan öncə varlı olmaq istəmişəm. Məgər mən istədiyimə 
nail olmaq yolunda sərf etdiyim dörd il ərzində qətiyyətimi ona sübut 
etmədim?!  Dörd  il  balıqları  müşahidə  edib  küləyin  istənilən 
istiqamətində  toru  lazımi  yerə  atmağı  bacaran  balıqçıya  məgər 
bəxtəvər deyə 
29 


 
bilərsən? Uğur - əzəmətli ilahədir. O buna hazır olmayan şəxslərə vaxt 
itirməyi sevmir. 
-  Sənin  güclü  iradən  var.  Birinci  dəfə  qənaət  etdiyini  itirdikdən 
sonra, yenidən başlaya bildim. 
-  Güclü  iradə?  Boş  şeydir.  Dəvələrin  belə  gücünün  yetmədiyi 
ağırlığı qaldırmaq, öküzlərin belə yerindən tərpədə bilmədiyi arabanı 
çəkmək gücünü insana iradəmi verir? İradə gücü - bu, sadəcə olaraq, 
qarşıya  qoyulan  məsələni  həll  etməyə  məni  məcbur  edən  çapardır. 
Əgər mən qarşıma məqsəd qoyuramsa, bu adicə bir iş olsa da, mən 
ona  nail  olacağam.  Əks  təqdirdə,  ciddi  məsələlərdə  özümə  necə 
güvənə  bilərəm?  Əgər  mən  desəm  ki:  "Körpüdən  keçib  şəhərə 
gedəcəyim  yüz  gün  ərzində,  yoldan  daş  götürüb  çaya  atmalıyam", 
mən  belə  də  edəcəyəm.  Əgər  yeddinci  gün  körpüdən  keçərkən  daş 
atmağı unutsam, mən öz- özümə belə deməyəcəyəm: "Sabah ikisini 
birdən  ataram,  bu  elə  eyni şey  olacaq".  Yox,  mən  geri qayıdıb  daşı 
ataram. Bəlkə iyirminci gün mən belə demək istədim: "Ar- kad, bütün 
bunlar  mənasızdır.  Nə  üçün  daşlan  gündəlik  atırsan?  Biryolluq 
hamısını  at  və  rahatla".  Xeyr,  mən  bunu  söyləməyəcəm  və  belə 
etməyəcəm. Mən qarşıma məqsəd qoydumsa, onu nə bahasına olursa 
olsun, yerinə yetirirəm. Məhz buna görə də mən çətin və mümkünsüz 
məqsədlər görə bilmirəm. 
Sonra ikinci dostu ayağa qalxıb söylədi: 
-  Əgər  danışdıqlarının  hamısı  doğrudursa  və  əgər  bütün  bunlar 
belə asandırsa, nə üçün ətrafımızdakı insanlar bu qədər kasıbdır? 
30 


 
- Var-dövlət ancaq onda artır ki, insanlar buna güc sərf edirlər,  - 
Arkad cavab verdi. 
-  Əgər  varlı  özünə  yeni  imarət  tikdirirsə,  deməli,  onun  tikintiyə 
sərf  etdiyi  bütün  qızıl  hədər  yerə  gedir?  Yox.  Burada  həm  kərpic 
satan,  həm  bənna,  həm  də  rəssam  öz  payını  alır.  Tikintidə  əziyyəti 
keçən hər kəsin öz payı var. Saray tikildikdən sonra, məgər o, bura 
qoyulan  pulun  miqdarı  qədər  qiymətləndirilmirmi?  Onun  üzərində 
ucaldığı torpaq və bu yerlərə aid torpaqlar da məgər, qiymətə minmir? 
Var-dövlət sehrli yollarla artır və heç kim bu yollara bələd deyil. Axı 
finikiyalılar  öz  iri  şəhərlərini  qeyri-mün-  bit  torpaqlarda,  öz  ticarət 
gəmiləri ilə dənizin o tayından gətirdikləri sərvət hesabına qurublar. 
- Bəs sən bizə nə məsləhət görərsən ki, biz də varlanaq? - üçüncü 
dostu soruşdu. - İllər ötür, biz qocalırıq, gözləməyə vaxtımız yoxdur. 
-  Əlqamisin  müdrikliyindən  faydalanıb,  özünüzə  deyin: 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə