N varli adami



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   2   3   4   5   6   7   8   9   ...   30
babilin-en-varli-adami

BİRİNCİ ÇARƏ
 
SQG8 
Öz pul kisənizi doldurmağa başlaytn
 
Arkad birinci sıradakı fikirli kişiyə müraciət etdi: 
- Söylə mənə, əziz dostum, sənin peşən nədir? 
- Mən katibəm. Mən gil lövhəciklərdə yazılar yazıram. 
-  Öz  birinci  mis  qəpiklərimi  bu  cür  qazanırdım.  Deməli,  var-
dövlət  yığmaq  üçün  sənin də eyni cür  imkanın var.  Sonra  o  bir  az 
uzaqda oturan, qırmızı üzlü adama müraciət etdi: 
- Zəhmət olmasa, sən söylə, sənin çörək pulun nədən çıxır? 
- Mən qəssabam, - o cavab verdi. - Mən kəndlilərdən keçiləri alıb, 
onları şaqqalayıb ətini evdarlara, dərisini isə çəkməçilərə satıram. 
- Əgər sən çalışıb qazanırsansa, deməli, sənin də uğur imkanların 
məndəki qədərdir. 
Bu  şəkildə  Arkad,  toplanmış  adamların  həyatları  üçün  necə 
qazandıqlarını  araşdırmağa  davam  edirdi.  Sorğu-sualı  bitirdikdən 
sonra o dedi: 
39 


 
- Görürsünüzmü, mənim öyrəncilərim, bir çox sənət və peşə var 
ki,  onların  sayəsində  insan  pul  qazana  bilər.  Hər  qazanc  yolu, 
zəhmətkeş insanın öz pul kisəsinə yönəldə biləcəyi qızıl bulağıdır. Pul 
kisələrinizin hər birinə pul axını cərəyan edir. Onun güclü və ya zəif 
olması,  yalnız  sizin  bacarıqlarınızdan  asılıdır.  Siz  mənimlə 
razısınızmı? 
Hər kəs cavabında başını buladı: 
-  Əgər  sizlərdən  hər  biriniz  imkanlı  şəxs  olmaq  istəyirsinizsə, 
yaxşı  olmazdımı  ki,  hər  kəs  artıq  özü  üçün  qurduğu  zənginlik 
mənbəyindən faydalanmağa başlasın? 
Onlar yenə də razılaşdılar. 
Onda Arkad, özünü yumurta satıcısı kimi təqdim edən, çəkingən 
adama müraciət etdi: 
- Əgər sən hər səhər səbətini götürüb oraya on yumurta qoyub, hər 
axşam oradan doqquzunu çıxartsan, nə olar? 
- Müəyyən vaxtdan sonra o dolub-daşar. 
- Nə üçün? 
-  Çünki,  hər  gün  ora  götürdüyümdən  bir  yumurta  artıq 
qoyacağam. 
Arkad dinləyicilərə təbəssümlə baxdı: 
- Burda kimin pul kisəsi boşdur? 
Əvvəlcə, hamı nigarançılıqla bir-birinə baxdı, sonra güldülər və 
ciblərindən  kisələrini  çıxarıb  onları  havada  yelləyərək  içinin  boş 
olduğunu əyani şəkildə göstərdilər. 
40 


 
- Yaxşı, - Arkad davam etdi. - İndi isə mən sizə boş pul kisələrinə 
çarə  olacaq  birinci  vasitədən  danışacağam.  Yumurta  satıcısına 
məsləhət gördüyümü edin. 
Pul kisənizə qoyduğunuz hər on qəpikdən, 
yalnız  doqquzunu  öz  ehtiyaclarınız  üçün  çıxarın.  Kisəniz  o  dəqiqə 
dolmağa  başlayaraq,  öz  ağırlığı  ilə  əlinizi  sevindirib,  ruhunuzu 
şənləndirəcək.
 
Sizcə,  bu  çox  bəsitdir?  Həqiqət  həmişə  sadədir.  Mən  söz 
vermişdim ki, necə varlandığımı sizə danışım. Mənim əvvəlim məhz 
belə  olub.  Mən  də  iç  cibləri  boş  olan  pul  kisəsi  gəzdirib,  onu 
lənətləyirdim ki, içində ehtiyaclarımı qarşılaya biləcək heç nə yoxdur. 
Nə  vaxt  ki,  mən  onun  içindən  qoyduğum  on  qəpikdən  yalnız 
doqquzunu çıxartmağa başladım, o getdikcə dolub ağırlaşdı. Eynisi 
sizin də pul kisələrinizlə olacaq. 
İndi  isə  mən  sizə  səbəbini  bilmədiyim,  qeyri-adi  bir  şey 
danışacağam.  Mən  qazancımın  yalnız  onda  doqquzunu  xərcləməyə 
başladığım  vaxt,  belə  bəlli  oldu  ki,  bu  pul  mənə  kifayət  edir.  Mən 
əvvəlkindən  kasıb  yaşamadım.  Həm  də  tezliklə  pullar  əvvəlkinə 
nisbətən,  daha  sürətlə  mənə  axın  etdi.  Görünür,  bu  Tanrının 
qanunudur, qazancını yığıb onu boş yerə xərcləməyənlərə qızıl daha 
asan yolla çatır. Pul kisəsi boş olanlardan isə qızıl yan keçir. 
Siz ən çox nə istəyirsiniz? Qiymətli daş-qaş, gözəl ləl- cavahirat, 
bərbəzəkli  geyim,  dadlı  yemək  kimi  gündəlik  ehtiyacların 
ödənilməsini?  Bütün  bunlar  tez  gəlib-gedər  şeylərdir  ki,  onlar 
haqqında  elə  ertəsi  gün  unudacaqsınız.  Yoxsa  siz  gerçək  dəyərlərə 
sahib  olmaq  istəyirsiniz:  qızıl,  torpaq,  mal-qara,  ticarət,  gəlirli 
yatıranlar? Pul kisənizdən çıxartdı 
41 


 
ğınız qəpiklər sizə birinci sadaladığımı gətirir. Pul kisənizdə qalan 
qəpiklər isə sizə ikinci söylədiyimi qazandırır. 
Budur, mənim tələbələrim, öz boş pul kisəm üçün açdığım birinci 
çarə. 
Oraya  qoyduğum  hər  on  qəpikdən,  ancaq  doqquzunu 
xərcləyirəm.
 Bunu öz aranızda müzakirə edin. Əgər aranızdan birisi 
bunun belə olmadığım isbat etsə, sabahkı görüşümüzdə bunu mənə 
söyləsin. 
42 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə