N varli adami


ÜÇÜNCÜ ÇARƏ   Öz qızılınızı artmağa sövq edin



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix08.04.2022
ölçüsü0,87 Mb.
#85195
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
babilin-en-varli-adami

ÜÇÜNCÜ ÇARƏ
 
Öz qızılınızı artmağa sövq edin
 
-  Pul  kisəniz  dolmağa  başladı.  Siz  bütün  qazancınızın  onda  bir 
hissəsini  orada  saxlamağa  özünüzü  məcbur  etdiniz.  Xərclərinizə 
nəzarət etməyə başladınız ki, yığdığınızı qoruyasınız. İndi isə, pulun 
sizin  xeyrinizə  işləməsi  və  artması  üçün  vasitələr  axtarıb  tapmaq 
lazımdır. Pul kisənizdə yatan qızıl şöhrətpərəstliyinizi göstərib, ruhu-
nuzu sevindirə bilər, ancaq o heç nə qazandırmır. Yığdığınız qızıl - 
yalnız  ilk  addımdır.  Var-dövlət,  qızılın  pul  qazanmağa  başladığı 
zaman gələcək - üçüncü gün Arkad tələbələr qarşısındakı nitqinə belə 
başladı.  -  Qızılı  işləməyə  necə  məcbur  etmək  olar?  Mənim  ilk 
yatırımım uğursuz oldu və mən hər şeyi itirdim. Bu əhvalatı sizə sonra 
danışa-  cam.  Mənim  ilk  yatırımım,  Aqqar  adında  qalxan  düzəldən 
adama  verdiyim  pul  borcu  oldu.  O,  hər  il  dənizin  o  tayından  öz 
peşəsində istifadə etmək üçün çoxlu bürünc alırdı. Tacirlərə ödəmək 
üçün  kifayət  qədər  pulu  olmadığından,  o,  artıq  pul  qənaəti  olan 
insanlardan  borc  götürürdü.  O  etibarlı  insan  idi.  Götürdüyü  bütün 
borcu qalxanları satdıqdan sonra səxavətli faizlərlə qaytarırdı. 
46 


 
Hər  dəfə  mən  ona  verdiyimdən  artıq  alırdım.  Beləliklə,  yalnız 
mənim pul ehtiyatım deyil, həm də ondan gələn gəlir də artırdı. Bu 
pulların pul kisəmə qayıtdığını görəndə həzz alırdım. 
Ey tələbələrim, sizə deməliyəm ki, insanın var-dövləti - özü ilə 
pul kisəsində gəzdirdiyi pullarda deyil. Bu, insanın özü üçün təmin 
etdiyi  gəlirdir.  Bu,  pul  kisəsinə  daima  axan  və  onu  daha  da 
qalınlaşdıran  qızıl  axınıdır.  Hər  insanın  arzusu  budur.  Hər  biriniz 
çalışmalısınız ki, bu axın siz işləməyəndə və ya səyahətə çıxanda belə 
tükənməsin. 
Mən böyük gəlirlər əldə etdim. O qədər böyük ki, məni varlı insan 
adlandırırdılar.  Mənim  Aqqarla  olan  iş  birliyim  ilk  gəlirli  yatırımın 
sınağı oldu. Bilik və təcrübə yığaraq, öz yatırımlarımı genişləndirdim. 
Mənim pul kisəmə ilk öncə bir neçə, daha sonra bir çox mənbələrdən 
qızıl axını cərəyan etməyə başladı. 
Görürsünüzmü? Öz sadə qazancım ilə, hər biri mənə daha da çox 
qızıl gətirən  qızıl qullar  ordusunu  yaratmağı bacardım.  Mənim  var-
dövlətim  böyüyənə  qədər  onlar,  onların  övladları  və  övladlarının 
törəmələri də mənim üçün işləyirdi. 
Qızıh düzgün idarə etsən, o tez çoxalar. Özünüz baxın: deyək ki, 
bir kəndli ilk uşağı olanda, on ədəd gümüş qəpiyi sələmçiyə apararaq 
oğlunun iyirmi yaşı olana qədər saxlamasını xahiş edir. Sələmçi qəbul 
edir və onlar razılaşırlar ki, hər dörd ildən bir bu pulun üstünə onun 
dörddə biri gələcək. Bu pul kəndlinin oğluna aid olduğu üçün, artımın 
da ümumi məbləğin üzərinə gəlməsini xahiş edir. 
47 


 
Oğlunun  iyirmi  yaşı  olanda,  kəndli  sələmçinin  yanma  gedərək 
gümüş  haqqında  maraqlandı.  Sələmçi  izah  etdi  ki,  pul  hər  dəfə 
artdığına görə, ilk qoyulan on ədəd qəpik otuz ədəd yarıma çevrilib. 
Kəndli çox sevindi və oğlunun hələ pula ehtiyacı olmadığı üçün, 
pulu sələmçidə  saxladı.  Oğlunun əlli  yaşı  olanda,  atası artıq  o  biri 
dünyaya  köçmüşdü  və  sələmçi  razılığa  əsasən  oğluna  yüz  altmış 
yeddi gümüş sikkə ödədi. 
Beləliklə, əlli il ərzində yatırım demək olar ki, on yeddi dəfə artdı. 
Bu da boş pul kisəsi üçün üçüncü çarə: 
hər bir qəpiyi işləməyə 
məcbur  edin ki,  sahədəki mal-qara  kimi özünəbənzərlərini  törətsin 
və daimi sərvət axınını pul kisənizə yönləndirsin.
 
48 


 

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə