düşən imkandan ikiəlli yapışanları
müvəffəqiyyət gözləyir, -
qarabuğdayı üz rəngi ilə seçilib, səhra
sakininə bənzəyən şəxs qeyd etdi. - Özünə var-dövlət yığmaq üçün,
hər zaman birinci addım atılmalıdır. Bu qazancdan qırağa qoyulan
cəmi bir neçə qızıl və ya gümüş sikkə ola bilər. Mənim indi çox sayda
mal-qara
69
sürüm var. Onların təməlini hələ balaca uşaq ikən bir gümüş sikkəyə
aldığım cavan düyə ilə qoymuşam. Mənim sərvətim bax belə yarandı.
Bu birinci addımı atmaq - hamı üçün böyük uğurdur. Bu addımı
atan hər kəs öz zəhməti ilə pul qazanan sadə işçidən, öz qızılından
gələn mədaxil hesabına yaşayan bir insana çevrilir. Bəziləri bunu hələ
cavanlıqda edərək, bu addımı atmağa daha gec qərar verənlərdən daha
tez sərvət sahibi olurlar, o tacirin atası kimi bu addımı hələ də atmayan
adamlardan heç danışmıram.
Əgər bizim dostumuz tacir, uğurun onun üzünə güldüyü cavan
yaşlarında buna təşəbbüs etsəydi, bu gün dünyəvi nemətləri daha da
çox olardı.
- İcazə verin mən də söyləyim, - əcnəbiyə məxsus səs tonu
eşidildi. Mən suriyalıyam. Mən sizin dilinizdə o qədər də yaxşı danışa
bilmirəm. Bilmək istərdim, sizin o dostunuz tacir kimi adamları necə
adlandırır. Siz düşünə bilərsiniz ki, bu ədəbsizlikdir, amma mən yenə
də o sözü eşitmək istəyirəm. Mən onu öz dilimdə söyləsəm, siz an-
lamayacaqsınız. Odur ki, xahiş edirəm, özünə faydalı olsa da, heç nə
etmək istəməyən adama yaraşacaq düzgün ifadəni söyləyin.
-
Kütbeyin, - kiminsə səsi gəldi.
-
Doğrudur, - suriyalı əl çaldı. - O gələn imkanı görə bilmir. O
gözləyir. O deyir ki, çoxlu işi var. Müvəffəqiyyət isə belə kütbeyinləri
gözləmir. O düşünür ki: xoşbəxt olmaq istəyən kəs tələsir. Düşən
imkanlardan yararlanmağa
70
tələsməyən adamlar səhv iş tuturlar, bizim tacir dostumuz kimi.
Tacir ayağa qalxıb suriyahnm qarşısmda təbəssümlə baş əydi.
-
Mən sənə heyran qaldım, ay əcnəbi, çünki sən, doğrulan
söyləməkdən qorxmursan.
-
İndi isə gəlin əldən çıxan imkanlar haqqında başqa bir hekayə
dinləyək. Danışmaq istəyən varmı? - Arkad soruşdu.
-
Mən istəyərdim, - qırmızı əbalı ortayaşlı bir adam cavab verdi.
- Mən mal-qara satıram, əsasən də dəvə və at. Bəzi vaxtlarda isə
qoyun və keçi də alıram. Sizə danışmaq istədiyim hekayə, bir gün mən
heç hazır deyilkən, əla bir fürsətin əlimə necə düşməsi haqqındadır.
Bəlkə elə bu səbəbdən də mən onu əldən verdim. Özünüz qiymət
verin.
Bir gün axşam, dəvə axtarışı ilə keçən ongünlük səyahətdən sonra,
şəhərə qayıdarkən mən şəhər qapılarının artıq bağlanmış olduğunu
görüb çox təəssüfləndim. Gecələmək üçün qullarım çadır qurarkən,
mənim kimi şəhərə keçməyə çatdırmayan yaşlı bir kəndli mənə
yaxınlaşdı.
- Möhtərəm cənab, - o mənə müraciət etdi, - simandan görürəm ki,
sən mal-qara alıb satan möhtəkirsən. Əgər bu belədirsə, mən çox
istəyərdim ki, təzə qovub gətirdiyim yaxşı qoyun sürüsünü sənə satım.
Təəssüf ki, mənim arvadım yüksək qızdırma ilə yorğan-döşəyə düşüb,
mən də tezliklə onun yanma qayıtmalıyam. Mənim qoyunlarımı al ki,
mən də qullarım ilə birlikdə dəvələri yəhərləyib ləngimədən yola düşə
bilim.
71
Qaranlıq idi və mən qoyunları yaxşı görə bilmədim, lakin
mələmələrindən aydın olurdu ki, onların sayı çoxdur. On gün ərzində
münasib dəvə axtarıb tapa bilmədiyimə görə, onları almağa
məmnuniyyətlə razı oldum. O, çox tələsirdi və buna görə kifayət qədər
münasib qiymət söylədi. Mən bilirdim ki, səhər qullarım sürünü şəhərə
salmağa kömək edəcəklər və mən onu xeyli baha qiymətə sata
biləcəyəm.
Razılaşma əlaməti olaraq bir-birimizlə əl sıxışdıqdan sonra,
qoyunları saymaq üçün mən qullarıma məşəlləri gətirməyi əmr etdim.
Kəndli söylədi ki, onların təqribi sayı doqquz yüz başdır. Susuzluqdan
yanıb nizamsız var- gəl edən bu qədər sayda qoyunu qaranlıqda
saymağın nə qədər çətin olduğunu danışıb, sizi yormaq istəmirəm,
dostlar. Bu həllolunmaz məsələ oldu. Ona görə də mən kəndliyə
söylədim ki, onları gün işığında sayıb dərhal sonra ödənişini
edəcəyəm.
- Xahiş edirəm, hörmətli cənab, - o yalvarırdı. - Məbləğin üçdə iki
hissəsini mənə bu gün ödə ki, yola düşə bilim. Mən, özümün ən ağıllı
və savadlı qulumu burada qoyacağam ki, say-hesab işində sənə kömək
etsin. Ona etibar etmək olar və ona görə də pulun qalan hissəsini ona
təqdim edə bilərsən.
Lakin mən fikrimdən dönmürdüm və ödəməni gecə etməkdən
imtina etdim. Ertəsi günü səhər yuxudan qalxar-qalxmaz, şəhərin
qapıları açıldı və dörd tacir kəndlinin üzərinə şığıyıb onun bütün
qoyunlarını aldılar. Onlar yüksək qiymət verdilər, belə ki, şəhərin
mühasirəyə alınma təhlükəsi vardı, ərzaq ehtiyatları isə məhdud idi.
72
Kəfıdli, qoyunların müqabilində məndən ala biləcəyinin üç mislini
aldı. Mən öz uğurumu belə əldən buraxdım.
- Qeyri-adi əhvalatdır, - Arkad qeyd etdi. - Bundan necə ibrət dərsi
almaq olar?
- Görünür, ibrət ondadır ki, sövdələşmənin əlverişli olduğunu hiss
etdiyimiz an, dərhal ödəmə etmək lazımdır, - yaşlı sərrac belə ehtimal
etdi. - Əgər razılaşma həqiqətən də münasibdirsə, onda sənə heç kim,
hətta öz nöqsanların belə zərər verə bilməz. Biz hamımız, ölməyə
məhkum fanilər, dəyişkənliyimizlə fərqlənirik. Hətta deyərdim ki,
daha çox, biz bəzən doğru fikri yanlışa çevirməyə me- yilliyik.
Mənim birinci təəssüratlarım həmişə çox düzgün çıxır. Bununla belə,
sərfəli sövdələşmə bağlamaq üçün özümü həmişə çətinliklə
inandırıram. Özümü elə öz zəif cəhətimdən qorumaq üçün mən indi
dərhal girov qoyuram ki, sonradan əldən buraxdığım imkana görə
təəssüflənməyim.
- Mən yenə söz haqqı istəyirəm, - suriyalı yenə yerindən sıçradı. -
Bu hadisələr çox oxşardır. Yaranan fürsət hər dəfə eyni səbəbdən
yoxa çıxır. Onların hər ikisi də kütbeyindi. «Indi ən yaxşı məqamdır,
hər şeyi tez eləmək lazımdır» demək əvəzinə, onlar hər dəfə
yubanırlar. Bu gedişlə onlarda nə alına bilər?
- Sənin sözlərində həqiqət var, dostum, - mal-qara satıcısı cavab
verdi. - Hər iki hekayədə uğur kütbeyinlərdən üz döndərdi və bunda
qeyri-adi heç nə yoxdur. Astagəllik hər bir insanın xilqətində var.
Bizim hər birimiz varlanmağa can atırıq, lakin əksər hallarda buna
fürsət yarananda,
73
astagəilik ruhu hər zaman qərar alma anını sonraya saxlamağa məcbur
edir. Onun səsinə qulaq verdikdə isə, biz özümüzün ən qatı düşməninə
çevrilirik.
Gəncliyimdə mən özümü, bizim suriyalı dostumuzun belə
ürəyincə olan sözü işlədəsi olsam, heç də kütbeyin saymırdım.
Əvvəlcə mən düşünürdüm ki, sadəcə olaraq, işlərdən yaxşı baş çıxara
bilmirəm və bu səbəbdən mənfəətli razılaşmaları itirirəm. Sonra mən
bunu inadkarlığımın ayağına yazmağa başladım. Nəticədə mən bunun
səbəbini anladım. Bütün bunlar, təcili hərəkət etməyin tələb olunduğu
şəraitdə, mənim işimi sonraya saxlama vərdişimə görədir.
Xasiyyətimə necə də nifrət edirəm! Mən arabaya bağlanılmış vəhşi
uzunqulaq kimi özümdən çıxırdım, lakin öz vərdişlərimin üzərindən
keçib, müvəffəqiyyətə nail ola bildim.
- Təşəkkür edirəm. İndi mən, cənab tacirdən soruşmaq istəyirəm,
- suriyalı yenə də söhbətə daxil oldu. - Sən gözəl geyimdəsən, yoxsul
kimi deyilsən. Sən varlı adam kimi danışırsan. Bizi agah et, indi o səs,
sənin qulağına «tələsmə» deyə pıçıldayanda, sən necə hərəkət edirsən?
- Bizim dostumuz mal-qara alverçisi kimi, mən də öz zəifliyimi
boynuma alıb, astagəlliklə mübarizə aparmalı oldum, - tacir cavab
verdi. Xasiyyətimin bu yönü mənim planlarımı alt-üst etməyi fürsət
güdən düşmənim imiş. Sizə danışdığım əhvalat, - bir çox oxşar
hadisələrdən, sadəcə, biri idi. Əgər onu müəyyən etdinsə, bu düşmənlə
mübarizə aparmaq çətin deyil. Heç kəs oğruya imkan verməz ki, onun
xəzinəsində və ya anbarında eşələnsin. Eynilə bu cür, heç kəs
düşməninə imkan verməz ki, müştərilərini qaçır-
74
dıb
z
onu gəlirdən məhrum qoysun. Vərdişlərimin mənim Özümə
zərər verdiyini anlayanda, onlardan qurtulmağa başladım. Babilin
sərvətindən özünə düşən payı almağa ümid edən hər bir adam da öz
növbəsində daxilində oturmuş astagəllik ruhu ilə mübarizə
aparmalıdır.
Bəs buna nə deyirsən, Arkad? Bir halda ki, sən Babilin ən zəngin
adamısan, əksəriyyət səni çox şansh da adlandırır. Sən mənimlə
razısanmı ki, insan yalnız onda uğur əldə edə bilər ki, daxilindəki
kütbeyini tamamilə məhv etsin?
- Sənin sözlərinə haqq verirəm, - Arkad söylədi. - Yaşadığım uzun
illər boyu, həyatdakı müvəffəqiyyətə gedən yolda bir nəslin digərini
necə əvəz etdiyini görmüşəm. Bu insanların hər birinin qarşısında
imkanlar açılırdı. Bəziləri onlardan yapışıb əminliklə öz ən ülvi
arzularının təmin olunmasına doğru irəliləyirdi, amma əksəriyyəti
yubanaraq, tərəddüdlə hərəkət edib geridə qalırdılar.
Arkad toxucuya dönərək:
- Sən təklif etdin ki, biz müvəffəqiyyət haqqında danışaq. Danış
görək, indi bu barədə nə düşünürsən?
- İndi mən, uğura başqa cür baxıram. Mən düşünürdüm ki, özü-
özünə gələn müvəffəqiyyət - insanın başına gələ biləcək ən gözəl
hadisədir. İndi isə mən görürəm ki, uğuru özünə cəlb etmək heç də
asan deyil. Bizim söhbətlərdən bunu anladım ki, müvəffəqiyyət
əslində - imkanlardan yararlanmaqdır. Odur ki, gələcəkdə qarşıma
çıxacaq istənilən imkandan artıqlaması ilə faydalanmağa çalışacağam.
- Sən söhbətimizdə səslənən hər bir fikri yaxşı anlamısan, - Arkad
ona cavab verdi. - Can atdığımız uğur, çox
75
vaxt fürsətlərlə birgə və çox nadir hallarda isə hansısa digər bir yolla
gəlir. Bizim dostumuz tacir, böyük ilahənin ona təqdim etdiyi
imkanlardan yararlansaydı, uğura çox sevinərdi. Əgər qoyun sürüsü
əldə edib, onu belə böyük xeyirlə sata bilsəydi, bizim dostumuz mal-
qara alverçisi də uğura sevinərdi.
Biz bu söhbəti ona görə aparırdıq ki, uğuru öz tərəfimizə cəlb edə
bilməyə bizə kömək edəcək vasitələr axtarıb tapaq. Mənə elə gəlir ki,
biz doğru yolu tapdıq. Hər iki əhvalat bizə göstərdi ki, uğur fürsətin
arxasınca gəlir. Həqiqətən də bundan ibarətdir: Əgər sən imkanlardan
yararlansan, uğur üzünə güləcək.
Düşən fürsətləri dəyərləndirən hər bir insan uğur ilahəsinin
diqqətini özünə cəlb edir. O, ona xidmət edən hər kəsə kömək etməyə
həmişə hazırdır. Ona hamıdan yaxşı xidmət edənlər isə iş
adamlarıdır.
Dostları ilə paylaş: |