N vergİ NƏZƏRİyyƏsİ



Yüklə 119,06 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü119,06 Kb.
#8888
növüXülasə


4(124)/2015



VERgİ NƏZƏRİyyƏsİ



47

UoT 336.22:007.5 (479.24)

VERgİ sİstEMİNİN 

tƏKMİllƏŞDİRİlMƏsİNİN

ElMİ-NƏZƏRİ ƏsAslARI

Seyfullayev İlqar

Zülfüqar oğlu

i.f.d., dos.

Azərbaycan Respublikası

Vergilər Nazirliyinin 

Tədris Mərkəzi

AZ 5600. Şamaxı rayonu

s-ilgar@mail.ru



Xülasə

Tədqiqatın məqsədi – vergi sisteminin təkmil-

ləşdirilməsi prosesinin nəzəri əsaslarının tədqiqi.



Tədqiqatın metodologiyası – sistem və özünü -

təşkil nəzəriyyəsi.



Tədqiqatın nəticələri – vergi sisteminin təkmil-

ləşdirilməsi  tədbirlərinin  hazırlanması  prosesinin

mərhələləri, eləcə də vergitutma prinsiplərinin tək-

milləşdirilməsi  istiqamətləri  üzrə  əsaslandırılmış

təkliflər verilmişdir.

Tədqiqatın məhdudiyyətləri – vergi sisteminin

mövcud  və  arzu  edilən  vəziyyətinin  qiymət -

ləndirilməsi üsullarına dair tədqiqatların azlığı.

Tədqiqatın praktiki əhəmiyyəti – vergi sisteminin

təkmilləşdirilməsi  tədbirlərinin  hazırlanmasında

elmi mənbə kimi istifadə edilə bilər.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi sis-

teminin inkişafına özünütəşkil nəzəriyyəsi baxımın-

dan yanaşılmışdır.

Açar  sözlər: vergi  sistemi,özünütəşkil,  fluktu-

asiya, vergitutma prinsipləri.

səh. 47-60

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

Azərbaycanın vergi sistemi inkişaf etmiş ölkələrin vergi sistemi ilə müqayisədə

yaş baxımından kifayət qədər “gənc” hesab olunur. Vergi münasibətlərinin işti-

rakçıları  -  dövlət,  cəmiyyət  və  vergi  ödəyiciləri  -  arasında  yaranan  qarşılıqlı

əlaqələrin çoxcəhətliliyi və müxtəlifliyi bu sistemin yetkin (daha təkmil) vəziyyətinə

doğru təkamülü prosesinin mürəkkəbliyini və daimiliyini şərtləndirməklə vergi sis-

teminin  təkmilləşdirilməsi,  bu  sahədə  islahatların  aparılması,  sistemin  gələcək

vəziyyətinin  proqnozlaşdırılması,  planlaşdırılması,  təşkili  və  monitorinqi

məsələlərinin həllinə elmi yanaşmaları zərurətə çevirir.

Qeyd edilən məsələlərin öyrənilməsi iqtisad elminin klassiklərindən başlayaraq

bu günə qədər davam etməkdədir. Aparılmış tədqiqatların xronologiyasının və ver-

gitutma sahəsində elmi təfəkkürün təkamülünün təhlili göstərir ki, vergi sistemi açıq,

qeyri-xətti və mürəkkəb sistemlərə xas olan “sadədən mürəkkəbə doğru hərəkət”,

“dinamik struktur”, “kəmiyyət və keyfiyyət dəyişikliyi”, “ətraf mühitə uyğunlaşma”,

“xaos  və  qaydanın,  dezinteqrasiya  və  inteqrasiyanın  uzlaşması”,  “böhranlarla

inkişaf”və digər bu kimi xüsusiyyətlərə malikdir. Hansı təsirlər belə sistemlərin

tərəqqisini və ya tənəzzülünü dəstəkləyir? Hansı hallarda belə sistemlər seçim (də -

yişiklik)  qarşısında  qalır  və  ya  sabit  rejimdə  fəaliyyətini  davam  etdirir?  Hansı

kəmiyyət dəyişiklikləri sistemin keyfiyyətcə dəyişməsinə gətirir və əksinə, hansı

keyfiyyət dəyişikliyi kəmiyyət dəyişikliyinə gətirir? Bu proses necə baş verir?

Belə mürəkkəb sualların cavablandırılması üçün kifayət qədər ciddi və dərin

tədqiqatların aparılmasının zəruri olduğunu anlamaq o qədər də çətin deyil. Açıq

sistemlərin, o cümlədən vergi sisteminin təkmilləşdirilməsi üsullarına dair nəzəri

fikirlərin ümumiləşdirilməsinə həsr olunmuş bu məqalə qeyd edilən tədqiqatlar üçün

ideyaların və metodologiyaların seçilməsində faydalı ola bilər.

İqtisad elminin inkişafı vergi sisteminin formalaşmasının ümumi prinsiplərini

müəyyən etməyə imkan vermişdir. Fikrimcə, vergi sisteminin formalaşması prinsip -

lərinin müasir dövrün tələbləri prizmasından tədqiqi Azərbaycanın vergi sistemində

aparılmaqda olan islahatların elmi əsaslarının müəyyən edilməsi üçün əhəmiyyət

kəsb edir. Bu baxımdan, vergitutmanın prinsipləri ilə bağlı nəzəri müddəalarının

tədqiqi məqalənin vəzifəsi kimi qəbul edilmişdir.



2. Açıq və mürəkkəb sistemlərin inkişafının ümumi qanunauyğunluqları

Müasir tədqiqatlarda faktların və amillərin tam və qarşılıqlı təsir kontekstində

öyrənilməsi metodologiyası daha çox istifadə olunur. Sistem, təşkil, oyunlar və in-

formasiya nəzəriyyələri, kibernetika və digər elm sahələrinin inkişafı təbiətdə və

cəmiyyətdə baş verən hadisələrin izahında ümumi prinsiplərdən istifadənin mümkün-

48

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



4(124)/2015


49

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



4(124)/2015

lüyünü göstərmiş, müxtəlif təbiətli sistemlərdə hadisələrin baş vermə qanunauyğun-

luqlarında təəccüb doğuran eyniliklərin olduğunu sübuta yetirmişdir. Elmin inkişaf

tarixi  göstərir  ki,  elm  sahələri  mahiyyət  etibarı  ilə  reallığın  müəyyən  cəhət  və

tərəflərini əks etdirən modellərdir və heç bir elm sahəsi ayrı-ayrılıqda reallığın

bütövlükdə və ya bir cəhətinin tam yəqinliklə izahını verə bilmir. O da məlum ol-

muşdur ki, hər hansı bir elm sahəsinin nailiyyəti digər elm sahələrində də uğurla tət-

biq oluna bilir. Təsadüfi deyil ki, Çarlz Darvin (1809-1882) təkamül nəzəriyyəsinin

“təbii seçmə” prinsipini məhz Adam Smitin (1723-1790) “görünməz əl” ideyasından

bəhrələnərək irəli sürmüşdür [1]. Elmi inkişaf təbiətdə və cəmiyyətdə baş verən

hadisələrin öyrənilməsində sintezin, sistemli yanaşmanın üstünlük qazanmasına

şərait yaratmışdır.

Sistemli yanaşma nəzəriyyələrindən olan özünütəşkil nəzəriyyəsi rus həkimi və

filosofu A.A.Boqdanov-Malinovskiy (1873-1928) və avstriyalı bioloq Lüdviq fon

Bertalanfinin (1901-1972) tədqiqatları əsasında formalaşmağa başlamışdır. Bu al-

imlər sistemlərin yaranması, inkişafı və daxili srtukturun dəyişməsi proseslərini

tədqiq edərək təbiətindən asılı olmayaraq bütün sistemlərin təşkilati strukturlarının

təkamülünün ümumi qanunauyğunluqlarını müəyyən etmişlər [1, 2].

L.Bertalanfi deyirdi: “Əgər canlı orqanizmlərə baxsaq, onda möhkəm qaydanı,

təşkili, fasiləsiz dəyişikliklərin daimiliyini, tənzimləməni... görə bilərik. Buna oxşar

olaraq insan davranışında da məqsədyönlülüyü, müəyyən məqsədlərə can atmanı

görməmək mümkün deyil” [1].

Qeyd edilən nəzəriyyələrə əsaslanaraq özünütəşkil edən sistemlər barədə aşağı-

dakı fikri söyləmək olar: “özünü təşkiledən sistem daxili və kənar amillərin müəyyən

həddlər daxilində olan təsiri ilə daxili elementlərinin qarşılıqlı əlaqələrini, qayda və

təşkilini dəyişərək belə təsirlərə uyğunlaşa və fəaliyyətini davam etdirə bilən sis-

temdir.

Özünütəşkil edən sistemin əlamətlərinə aşağıdakılar aid edilir [2]:



 dağıdıcı təsirlərə müqavimət göstərir;

 yaşamaq qabiliyyətinin yüksəldilməsi və dayanıqlığın artırılması üçün daxili

strukturunu dəyişdirir (uyğunlaşma qabiliyyəti) və mürəkkəblik dərəcəsini

artıraraq keyfiyyətcə yeni səviyyəyə keçir (mürəkkəb sistem);

 daim hərəkətdə olan daxili mühitin qeyri-tarazlıq vəziyyətini dəstəkləmək üçün

xarici mühitlə enerji, resurs və informasiya mübadiləsini edir (açıq sistem).

Özünütəşkil nəzəriyyəsi digər nəzəri yanaşmalardan fərqli olaraq, sistemin taraz -

lıq halını istisna hal kimi qəbul edir. Sistemin daxili elementlərinin qarşılıqı dinamik

təsiri və xarici mühitin təsirləri açıq sistemin tarazlıq vəziyyətini ani hala çevirir və

qeyri-tarazlıq vəziyyəti sistemin adi halı hesab olunur. Bu ideyaya görə sistemləri

öyrənərkən onun qeyri-tarazlıq vəziyyətində davranışının müşahidə edilməsi daha

faydalı nəticələr verə bilər. Nisbətən sabit mühitdə (kənar və daxili amillərin təsiri



çox az dəyişir) fəaliyyət göstərən sistemlər tezliklə tarazlıq halını alır. İlk baxışdan


yaxşı görünən bu hal heç də yaxşı nəticələrə gətirmir: sistemin inkişafında əvvəlcə

durğunluq, sonra isə tənəzzül və dağıdıcı xaos yaranır.

Özünütəşkil nəzəriyyəsinə görə sistemin inkişafı və mühitə uyğunlaşmasını tek-

toloji seçmə müəyyən edir. Belə seçmənin struktur elementlərinə aşağıdakılar aid

edilir [2, 3, 4, 13]:

obyekt - təsirə məruz qalan;



subyekt - obyektə təsir edən amil;

seçmə meyarı - obyektin inkişafı və ya məhdudlaşdırılmasının asılı olduğu



cəhət.

Tektoloji seçmənin vergi sistemində təzahürü belə ola bilər: obyekt -vergi sis-

teminin elementləri: vergi ödəyiciləri, vergi orqanı, vergi qanunvericiliyi, insan

resursları, vergi inzibatçılığı və s.; subyekt - vergi sisteminin təkmilləşdirilməsinə

yönələn tədbirlər (kim tərəfindən, necə, nə zaman, nə üçün, hansı intensivliklə və

s.); seçmə meyarı - obyektin sistem üçün (vergi sistemi bütövlükdə, onun ayrı-ayrı

elementləri və ya elementlər qrupu) prioritetliyi, vergilərin iqtisadi artıma təsiri,

vergi daxilolmalarının miqdarı və s.

A.A.Boqdanov əsas tektoloji qanunlara aşağıdakıları aid etmişdir [4]:

1. Ən kiçiklər qanunu – sistemin dayanıqlığı onun hər bir elementinin ən kiçik

nisbi müqavimətindən asılıdır. Bu qanun inqressiv (birləşmiş, kombinə edilmiş) sis-

temlərə aid olunur. Vergi sisteminin zəif həlqəsinin müəyyən edilməsi və bu həlqənin

gücləndirilməsi onun uyğunlaşma qabiliyyətinin və dayanıqlığının artırılması üçün

əhəmiyyətlidir.

2. Müxtəliflik qanunu – sistemin elementləri (vergi ödəyiciləri, vergi orqanı,

vergi növləri, vergi qanunvericiliyi və s.) ilkin müxtəlifliyə, mühit fərqlərinə, müx-

təlif istiqamətli və kəmiyyətli impulsların təsiri ilə bir-birindən fərqlənirlər.

Hər bir müxtəlifliyin arxasında nisbi eyniliyi, mürəkkəbdən sadəyə, dünyanın

müxtəlifliyindən onun modellərinə keçidi axtarmaq, sistemin elementləri arasında

əlaqələrin kəsilməsindən sonra ayrılan hissələrin labüd müxtəlifliyini nəzərə almaq

lazımdır.

Açıq və mürəkkəb sistemlərin inkişaf strategiyalarını əsasən üç qrupa ayırırlar:

“İmpuls”; “Mühit”; “Dağıtma” [1, 2, 3, 4].



“İmpuls” yanaşmasında sistemin əsas elementlərindən biri və ya bir neçəsi

seçilir, bu elementlərə ilkin təsir göstərməklə sistemin məzmun və forması dəyiş -

dirilir.  Bu  zaman  sistemə  yeni  elementin  daxil  edilməsi,  sistemin  strukturunun

yenidən təşkili və digər startegiyalardan da istifadə edilir. Sistem nəzəriyyəsindən

məlumdur  ki,  sistemin  bir  elementində  baş  verən  dəyişiklik  onun  bütün  ele-

mentlərində və beləliklə, ümumi və xüsusi xassələrində dəyişikliyə gətirir. “İmpuls”

yanaşması fizikadan məlum olan rezonans hadisəsinə əsaslanır: kiçik təsirin köməyi

ilə böyük və uzunmüddətli dalğaların yaranmasına nail olmaq mümkündür. Bir kibrit

çöpünün alovu böyük meşə yanğınlarına çevrilə bilir. Bu fiziki hadisə qədim Çin

4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



50


fəlsəfəsinin qeyd olunan müddəaları ilə də uzlaşır: “zəif güclüdən güclüdür; yumşaq

möhkəmdən möhkəmdir...”.

Özünütəşkil nəzəriyyəsində “impuls” anlayışı “fluktuasiya” anlayışı ilə sinonim

kimi istifadə olunur. Fluktuasiya dedikdə sistemi tarazlıq vəziyyətindən çıxaran hər

hansı təsir nəzərdə tutulur [4]. Bu təsir xaotik və düşünülmüş ola bilər.

Sistemin fluktuasiya nəticəsində formalaşan yeni strukturunun ilkin struktura

qalib gələ bilməsi üçün müəyyən şərtlər lazımdır [3,4]:

yeni struktur sistemin müəyyən hissəsində formalaşmalıdır (uğurlu olduqda,



tədricən sistemin bütün fəzasını əhatə edir);

sistem daxilində formalaşan yeni strukturun kəmiyyət və keyfiyyət göstəriciləri



kritik (minimal və maksimal) hədlər daxilində  olmalıdır (köhnə münasibətlərə

qalib gəlmək üçün güclü, sistemin tam dağılmasına, yəni xaosun qələbəsinə

gətirməmək üçün isə müəyyən dərəcədə məhdudlaşdırılmalıdır).

Sistemin yeni halının müjdəçisi olan fluktuasiyanın kritik ölçüləri sistemin bütün

elementlərini əhatə edən diffuziya mexanizminin səmərəliliyindən asılı olaraq artır.

Başqa sözlə, sistemdaxili informasiya kanallarında informasiyanın ötürülməsi sürəti

böyudükcə nəticəsiz fluktuasiyaların sayı da artır, yəni sistemin dayanıqlılığı güc -

lənir. Fluktuasiyanın kritik ölçüsü probleminin bu cəhəti onu deməyə əsas verir ki,

fluktuasiyanı əhatə edən mühit qələbəyədək onu inkar edir. Fluktuasiyanın inkişaf

etməsi və ya sönməsi onunla əhatə mühiti arasında əlaqə kanallarının effektliliyindən

asılıdır. Beləliklə, fluktuasiyanın kritik ölçüləri sistemin birləşdirici gücü və fluktu-

asiyanı gücləndirən mexanizmlərin rəqabəti ilə müəyyən edilir [4].

Yeni sistemlərin fluktuasiyalar vasitəsilə qurulması hadisəsinə təbiətdə də çox

rast gəlinir. Termitlərin (böyük koloniyalarla yaşayan qarışqaya bənzər həşəratlar)

yuvasının  tikintisi  prosesinin  tədqiqi  həşəratlar  toplumunda  kollektiv  şüurun

mövcudluğu barədə mülahizələri irəli sürməyə imkan vermişdir. Belə şüurun təza-

hürü qeyri-adi formada baş verir. Belə ki, nəhəng və mürəkkəb yuvaların tikintisi

zamanı termitlər arasında informasiya mübadiləsi çox az olur (həşəratların fəaliyyəti



təşkil edilmiş və düşünülmüş olmur) və yuvanın özülünün qoyulması prosesi zahirən

xaotik hərəkəti xatırladır. Termitlər bu mərhələdə gətirdikləri torpaq dənələrini başqa

termitləri cəlb edən hormonlarla hopdurur və xaotik olaraq səpələyirlər. Daha güclü

həşəratların  səyi  nəticəsində  müəyyən  müddətdən  sonra  termitlərin  yaşayış

zonasında hormonlu torpaq dənələrinin bir neçə konsentrasiyası – torpaq təpələri

əmələ gəlir. Bu təpələr ilkin fluktuasiya rolunu oynamağa başlayır, təpələrdə cəlbe-

dici hormonun konsentrasiyası artdıqca onların ətrafında daha çox termit toplaşır və

fluktuasiyanın  (cəlbedici  hormon)  təsiri  getdikcə  güclənməyə  başlayır  (təpələr



böyüyür). Beləliklə, termit yuvasının özülü və dayaqları əmələ gəlir. Dayaqlar arasın-

dakı məsafə hormonun yayılma radiusu ilə müəyyən olunur.

Sistemin mürəkkəblik dərəcəsi (elementlərin və struktur səviyyələrin sayı və s.)

artdıqca onun dayanıqlılığına təsir göstərən fluktuasiyalar da artır. Bəs mürəkkəb



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



51


sistemlər olan sosial (ailə, qəbilə, tayfa, millət, xalq, cəmiyyət, dövlət və s.), iqtisadi

(müəssisələr,  korporasiyalar,  milli  iqtisadiyyatlar  və  s.)  və  ekoloji  sistemlər  öz

dayanıqlılığını necə qoruyur və xaosdan necə yan keçə bilirlər? Müəyyən olunmuş-

dur ki, belə sistemlərin elementləri arasında təkmil əlaqə kanalları sistemin kənar

təsirlərə düzgün reaksiya verməsini təmin etməklə onların dayanıqlılığını artırır [4].

Sistemin struktur dəyişikliklərinə dayanıqlılığı problemini belə təsvir etmək olar:

sistemə az miqdarda yeni elementlərin daxil edilməsi struktur daxilində yeni müna-

sibətlərin və əlaqələrin formalaşmasına gətirir. Yeni münasibətlər sistemin əvvəlki

funksional fəaliyyət üsulları ilə mübarizə aparır. Əgər sistemin struktur dayanıqlılığı

güclüdürsə,  onda  sistem  daxilində  yeni  münasibətlərin  ömrü  az  olur. Yeni  ele-

mentlərin sistemdaxili mühitə uyğunlaşması uğurla nəticələndiyi halda isə sistem

yeni funksional rejimdə işləməyə başlayır və onun fəaliyyəti yeni qaydalar əsasında

qurulmağa başlayır.

Sistemin struktur dayanıqlığına nümunə olaraq genetik quruluşları göstərmək

olar. Araşdırmalar göstərmişdir ki, gen sistemi avtokatalik populyasiyalar tərəfindən

edilən daimi “səhvlərə” - polimer-mutantlara qarşı müqavimət göstərmək qabiliyyə -

tinə və struktur dayanıqlılığına malikdir. Belə sistem iki növ polimer molekullarının

çoxluğundan təşkil olunmuşdur. Birinci çoxluq “nuklein turşuları”nın funksiyalarını

yerinə yetirən molekullardan ibarətdir. Bu molekullar özündəntörəmə qabiliyyətinə

malik  olmaqla  ikinci  növ  molekulların  -  “proteinlər”in  funksiyasını  icra  edən

polimerlərin  sintezi  üçün  katalizator  rolunu  oynayır.  Protein  molekulları  isə  öz

növbəsində birinci çoxluğun molekullarının özündəntörəmə prosesinin katalizatoru

rolunda çıxış edir. İki çoxluğun molekulları arasında qarşılıqlı katalitik əlaqə dövri

xarakter  alaraq  nuklein  turşularının  və  proteinlərin  daim  yaranan  yeni  mutant

polimerlərdən müdafiə qabiliyyətini yüksəldir. Heç bir şey nuklein turşuları və pro-

teinlər arasında yaranan özündəntörəmə dövrünə müdaxilə edə bilmir. Beləliklə,

genetik kodun və növbəti təkamülün meydana gəlməsi üçün möhkəm özül yaranır

[5].


Canlı  sistemlərin  təkamülü  nəzəriyyəsinin  əsas  problemlərindən  biri  də

makroskopik strukturlarla mikroskopik hadisələr arasında əks əlaqənin yaranmasıdır.

Mikroskopik hadisələrdən doğan makroskopik strukturlar öz növbəsində mikros -

kopik mexanizmlərdə dəyişikliklərin yaranmasına rəvac verməlidir. Amma belə

qarşılıqlı əlaqə necə baş verir və onu proqnozlaşdırmaq mümkündürmü?

Bioloji sistemlər yaşamaq üçün öz strategiyalarını və bu strategiyaya uyğun gələn

strukturları böyük məharətlə seçə bilirlər. Trematod (yastı qurd - qoyun ciyərinin

paraziti) yaşamaq üçün əvvəlcə qarışqanı yoluxduran infeksion hüceyrəyə çevrilir.

Yoluxan qarışqa özünüqoruma instinktinə uyğun gələn strategiyanın tam əksi olan

qəribə davranışı ilə seçilir: xəstə qarışqa adəti üzrə torpaqda gizlənmək əvəzinə ot-

ların budağının ən yüksək nöqtəsinə qalxır və sanki otlayan qoyunu gözləməyə

başlayır. Beləliklə, qurdun hüceyrəsinin qoyunun orqanizminə düşmə ehtimalı yük-

52

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



4(124)/2015


səlir. Yastı qurdun çoxalması üçün ən yaxşı mühit qoyunun qara ciyərinin toxu-

malarıdır. Yastı qurd  öz məqsədinə nail olmaq üçün belə ağıllı strategiyanı necə

seçib?

Sistemlərin  inkişafı  üçün  “Mühit” yanaşması lazımi  mühitin  yaradılmasını



nəzərdə tutur. Fəaliyyət mühitində baş verən dəyişikliklər (xarici fluktuasiya) sis-

temin daxili mühitinə təsir göstərərək onun keyfiyyətcə dəyişməsinə gətirir.



“Dağıtma”  yanaşması yeni  sistemin  qurulması  üçün  köhnə  sistemin  böyük

sürətlə dağıdılmasını - xaosu nəzərdə tutur. Bu zaman sistem xaos vəziyyətində  ehti-

mallı şəkildə yeni struktur yaradaraq keyfiyyətcə yeni səviyyəyə keçir.

“İmpuls” və “Mühit” yanaşmaları isə təkamül xarakteri daşıyır. Bu yanaşmaların

tətbiqi zamanı məqsədə nail olma böyük zaman kəsiyində baş verir. İnkişaf etmiş

ölkələrin nail olduqları sosial-iqtisadi və elmi-texniki tərəqqi məhz “Mühit” və “İm-

puls” yanaşmalarının birgə tətbiqinin nəticəsidir. Bu ölkələrdə sahibkarlığın dəstək-

lənməsi və iqtisadi sistemin makro səviyyədə tənzimlənməsi “Mühit” yanaşmasının,

yeniliklər əsasında inkişaf isə yenilikçiliyin dəstəklənməsinə yönəlmiş tənzimləmə

tədbirlərinin - “İmpuls” yanaşmasının nəticəsidir.

Sistemlərin təkmiləşdirilməsi üçün tətbiq olunan strategiyaları bir ümumi xassə

birləşdirir: nəticələrin qeyri-müəyyənliyi və ya ehtimallılıq. Açıq və mürəkkəb sis-

temlərin hər-hansı andakı vəziyyəti barədə tam və dəqiq məlumatların mövcudluğu

da (halbuki belə məlumatların əldə edilməsi də kifayət qədər mürəkkəb məsələ hesab



olunur) onun sonrakı vəziyyətinin dəqiqliklə proqnozlaşdırılmasına imkan vermir.

Dəyişmə - bifurkasiya nöqtəsində sistem qarşısında çoxsaylı inkişaf istiqamətləri

meydana gəlir və bu istiqamətlərdən birini seçən sistemin geriyə dönüşü mümkünsüz

olur. Bifurkasiya anı təsadüfi xarakter daşıyır. 

Ümumiyyətlə, açıq sistemlərin inkişafında təsadüflər zərurətlər qədər əhəmiyyətli

rol oynayır. Dəyişiklik anınının nə zaman yetişməsi, bu dəyişikliyin uğurlu olması

üçün zəruri şərtlərin tam ödənilməsi, dəyişiklikdən sonra sistemin davranışı təsadüfi

xarakter daşımırmı?

Sistemin mürəkkəbliyinin modelləşdirilməsi qarşılıqlı təsirdə olan çoxsaylı ele-

mentlərdən asılı olan inkişafın idarə edilməsinin çətinliyini göstərə bilər. Hər bir

hadisə və ya lokal təsir açıq sistemlərdə kollektivlik cəhətini qazanır və tamamilə

gözlənilməyən dəyişikliklərə səbəb ola bilir. Açıq və mürəkkəb sistemlərin müəyyən

təsirlərə reaksiyası barədə proqnozlar adətən özünü tam doğrultmur.

İudaizm  dininin  etik-dini  əsaslarına  dair  qədim  yazılar  toplusu  -  Talmud

yazılarında deyilir: “Allah dünyanın yaranması üçün 26 dəfə cəhd etmiş, amma on-

ların hamısı uğursuzluqla nəticələnmişdir. Sonrakı cəhddə yaranmış bəşər dünyası

əvvəlki cəhdlərin xaotik qalıqları üzərində qurulmuşdur. O çox zəifdir və onun

dağılma riski böyükdür. Allah dünyanı yaratdıqdan sonra dedi: “Ümid edək ki, bu

dəfə  alındı”.  Bu  ümid  dünyanın  və  bəşəriyyətin  qaçılmaz  qeyri-müəyyənliklə

müşaiyət olunan inkişafının daimi yoldaşıdır” [4, s. 386].



53

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



4(124)/2015


54

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



4(124)/2015

3. Vergi sisteminin qurulması və inkişafı prinsiplərinin təkamülü

İngilis iqtisadçısı Uilyam Petti (1623-1687) qeyd edirdi ki, vergilərin artımı dövlət

xərclərinin artımı ilə bağlıdır. O, dövlətin vergitutma ilə bağlı xərclərinin artması

nəticəsində  vergilərin  əhali  üçün  ağırlığını  artıran  səbəblər  kimi  aşağıdakıları

göstərirdi [6]:

1. Əhalinin vergidən yayınması. Belə halın yaranması isə aşağıdakı səbəblərlə

əlaqədardır:

müqavimət göstərməklə və süründürməçilik vasitəsilə vergidən yayınmaya



ümidlərin mövcudluğu;

verginin həddən artıq çoxluğuna dair şübhələrin mövcudluğu;



toplanılan vergilərin düzgün sərf edilməməsinə dair mülahizələrin mövcud-

luğu;

Qeyd edilən səbəblər vergilərin tutulmasına çəkilən xərcləri artırır və dövlətin



vergidən yayınan fərdlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə gətirir.

2.  Vergilərin  yalnız  pul  şəklində  və  müəyyən  edilmiş  vaxtda  ödənilməsi.

Vergilərin ödənilməsi üçün pul vəsaitləri yalnız əmtəənin satışı, işin görülməsi

və xidmətin göstərilməsindən sonra əldə edilir.

3. Vergilərin tətbiq edilməsi hüququnun qeyri-müəyyənliyi və şübhəliliyi.

4. Pulun çatışmazlığı və pul istehsalında qaydasızlıq.

5. Məhsuldar əhalinin, xüsusilə kəndli və sənətkarların azlığı.

6. Əhalinin sayı, məşğuliyyəti və sərvəti barədə məlumatların azlığı və ya qeyri-

müəyyənliyi  (təkrar  vergitutma  xərclərini  və  səhvlərin  düzəldilməsi  üçün

yenidən vergiyə cəlb olunma ilə bağlı narahatlığı artırır).

Fiziokratiyanın məşhur simalarından olan fransız iqtisadçısı Fransua Kene (1694-



1774) dövlətin iqtisadi əsasları üçün vergilərin əhəmiyyəti və təhlükələri barədə

yazarkən qeyd  edirdi ki, vergilərin alınması üsulu vergilərin özündən daha təhlükəli

ola bilər. Onun fikrincə, vergilərin təbəələrin varidatına proporsionallığını təmin edə

bilən vergitutma formasının tətbiqi üçün sərvətinin mənbələri barədə tam məlumata

malik olmaq lazımdır [7]. O, təbəələrin sayının artması və öz işlərinə daha böyük

inamla yanaşmaları üçün vergitutma dərəcələrinin sabitliyinin əhəmiyyətini, xüsusilə

vurğulayırdı. F.Kenenin vergitutma üçün önəmli olan fikirlərindən biri də belədir

ki, sərvətin yaradıcılarının (istehsalçıları) vergi yükü azaldılmalı, əmlak sahiblərinin

və icarədarların yükü isə artırılmalıdır. O, bu fikrini belə əsaslandırırdı ki, icarədar-

ların sərvətin bölgüsündə rolu sərvətin yaranmasındakı ro lundan daha böyükdür.

Buna görə də vergilərin ağırlığı sərvəti yaradanların deyil, onun bölgüsündə və is-

tehlakında iştirak edənlərin üzərinə qoyulmalıdır. Bu halda torpağı becərən və buna

vəsait xərcləyən təbəələrin istehsal imkanları vergilər vasitəsilə azalmır. Torpağı

icarəyə verən sahibkarın gəlirinin bir hissəsinin vergi vasitəsilə alınması isə torpağın

(sərvətin mənbəyi) becərilməsi üçün çəkilən xərclərin mənbəyini azaltmır [7].



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



55

İqtisad elmində vergitutmanın əsas prinsipləri sistemli şəkildə ilk dəfə olaraq

A.Smitin “Xalqların sərvəti...” əsərində müəyyən edilmişdir. O, fərdlərin gəlirlərinin

üç mənbəyini qeyd edirdi: renta, mənfəət və əmək haqqı. Hər bir vergi son nəticədə

bu və ya digər mənbədən və yaxud, onların hər birindən eyni dərəcədə ödənməlidir.

A.Smit vergitutmanın dörd prinsipini müəyyən etmişdir [8]:



1. Bərabərlik prinsipi

Təbəələr  dövlətin  saxlanılmasında  öz  qabiliyyətlərinə  və  imkanlarına  uyğun

olaraq, yəni dövlətin dəstəyi və müdafiəsi altında əldə etdiyi gəlirin müqabilində

iştirak etməlidir. Dövlətin ayrı-ayrı fərdlərə münasibətdə xərcləri bir neçə sahibi olan

əmlakın idarə olunması ilə bağlı xərclərə (hər şərik bu xərclərdə öz payı müqabilində

iştirak etməlidir) bənzəyir. Vergitutmada bu prinsipə riayət olunması bərabərliyə,

onun pozulması isə bərabərsizliyə, başqa sözlə ədalətsizliyə gətirir. Verginin yalnız

bir mənbədən (rentadan, mənfəətdən və ya əmək haqqından) tutulması da bərabər-

sizliyə gətirir, belə ki, digər mənbələr vergitutmaya məruz qalmır. Mənbələr üzrə

ayrı-ayrı vergilərin bərabərsizliyi praktikada daha tez-tez rast gəlinir. 

2. Vergilərin müəyyənliyi prinsipi

Hər bir şəxsin ödəməli olduğu vergi ixtiyari deyil, dəqiq müəyyən edilməlidir.

Verginin ödənmə müddəti, üsulu və məbləği vergi ödəyicisi üçün aydın şəkildə ifadə

edilməlidir. Bu müddəanın pozulması vergi ödəyicisinin vergi toplayan qarşısında

mövqeyini xeyli zəiflədir, vergi toplayana vergilərin ödənilməsi ilə bağlı öz istək-

lərinə və maraqlarına uyğun tələblər formalaşdırmağa imkan verir. Vergilərin qeyri-

müəyyənliyi vergi münasibətlərində qeyri-səmimiliyi inkişaf etdirir və sui-istifadə

hallarına şərait yaradır. A.Smit vergilərin qeyri-müəyyənliyini vergitutmanın ən

böyük problemi kimi qəbul etmişdir. O, bir çox ölkələrin vergitutma praktikasında

mövcud olan böyük bərabərsizliyi vergitutmanın ən kiçik qeyri-müəyyənliyi ilə

müqayisədə daha az zərərli olduğunu qeyd edirdi.

3. Vergilərin əlverişliliyi prinsipi.

Hər bir vergi elə üsulla və o zaman tutulmalıdır ki, verginin ödənilməsi ödəyici

üçün əlverişli olsun. Vergi ödəyicisi torpağın və ya əmlakın istifadəsindən gəlirləri

(renta) əldə etdiyi zaman onun vergini ödəmək imkanları daha çox olur. Deməli

rentadan vergilərin belə gəlirlərin əldə edildiyi anda ödənilməsi ödəyici üçün daha

az problem yaradır. Əlverişlilik prinsipi dolayı vergilərin (aksizlər, əlavə dəyər ver-



gisi, yol vergisi) və tətbiqində də təzahür olunur. Belə vergilərin ödəyiciləri onları

istehlak müqabilində, hissə-hissə ödəyirlər. Alıcı istehlak etdiyi məhsulların alın-

masında  müstəqil  olduğu  üçün  israfçılıqla  bağlı  yaranan  əlavə  vergilərin  nara-

hatlığına görə özü məsuliyyət daşıyır.



4. Verginin səmərəliliyi prinsipi

Hər bir vergi elə tətbiq olunmalıdır ki, onun toplanması zamanı xalqın cibindən

ödənilən vəsaitlə büdcəyə daxil olan vəsait arasındakı fərq mümkün qədər az olsun.



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



56

Ödəyicilərin ödədiyi vergi məbləğinin büdcəyə daxil olan vəsaitdən artıq olması

dörd halda mümkündür:

 verginin toplanması çox sayda məmurun saxlanmasını tələb edə bilər ki, bu

da büdcənin məmur ordusunun saxlanması xərclərini artıra bilər;

 vergi  əhalinin  zəhmət  motivasiyasını  azaltmaqla  və  məşğulluğa  maneələr

yaratmaqla vergitutma mənbəyini azalda və ya ümumiyyətlə məhv edə bilər.

 əmlakın  müsadirəsi  və  digər  cəza  tədbirləri  ödəyicini  müflisləşdirməklə

cəmiyyəti  onun  fəaliyyətindən  əldə  edəcəyi  faydadan  məhrum  edə  bilər.

Əsassız vergi ondan yayınma istəyini artırır, bu əmələ görə cəza isə yayın-

manın miqdarına uyğun olaraq artır. Bu halda qanun (bütün ədalət prinsip -

lərinə zidd olaraq) əvvəlcə ondan yayınma istəyini yaradır, sonra isə belə

istəyə uyanları cəzalandırır. 

 vergi məmurlarının gəlişi və sorğu-sualları ödəyicilərdə əlavə gərginlik, həyə-

can  və  sıxıntılar  yarada  bilər.  Belə  xoşagəlməz  hallardan  qurtulmaq  hissi

ödəyicilərdə vergi məmurlarına əlavə vəsaitləri ödəmə motivasiyasını güc -

ləndirir.

Qeyd edilən dörd hal vergilərin “əhali üçün ağırlığı”nın artmasına, “dövlət üçün

faydalılığı”nın isə azalmasına gətirir.

İqtisadi  sistemlərin  mürəkkəbliliyi  artdıqca  vergi  sisteminin  də  mürəkkəblik

dərəcəsi artmış, onun fəaliyyət prinsipləri təkmilləşdirilmişdir. Müasir dövrdə tətbiq

olunan vergitutma prinsipləri 4 qrupda birləşdirilir [9-14]:

1. Maliyyə prinsipləri (məhsuldarlıq, elastiklik prinsipləri).

2. Təsərrüfatçılıq prinsipləri (verginin gəlirdən tutulması və kapitalın azaldılma-

ması prinsipi, verginin ötürülməsi prinsipi və s.).

3. Etik prinsiplər (vergitutmanın ümumiliyi, bərabərliyi, ədalətliliyi prinsipləri



və s.).

4. Metodiki prinsiplər (vergilərin hüquqi müəyyənliyi, əlverişliliyi, hesablanması



və tutulma qaydaları və s.).

Bu prinsiplərin mahiyyəti və məzmunu müasir iqtisadi ədəbiyyatda geniş tədqiq

olunduğu üçün əsas diqqətin onların vergi sisteminin təkmilləşdirilməsi baxımından

rolunun öyrənilməsinə yönəldilməsi daha məqsədəuyğundur. Əvvəlki bölmədə qeyd

etmişdik ki, sistemin inkişafı və dayanıqlılığı üçün onun daxili elementləri və xarici

mühiti arasında əlaqə kanallarının kəmiyyət və keyfiyyət xüsusiyyətləri mühüm rol

oynayır.  Əgər  qeyd  edilən  prinsiplərin  hər  birinin  mahiyyətinə  və  təkamülünə

diqqətlə baxsaq, onda bu prinsiplərin vergi sisteminin əsas təşkilediciləri - vergi

ödəyicisi və vergi orqanı (vergini toplayan qurum) - arasında qarşılıqlı əlaqələrin

məzmun və formasının müəyyən edilməsi üçün nə qədər böyük ənəmiyyət kəsb et-

diyini görə bilərik.

Müasir dövrdə iqtisadi sistemlərin miqyasının artması, onun kəmiyyət və key-

fiyyət xüsusiyyətlərinin mürəkkəbləşməsi, daha çox qeyri-tarazlıq halında fəaliyyət



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



57

göstərməsi vergitutmanın da mürəkkəbliyini artırır (vergilərin müəyyən edilməsi,



hesablanması və toplanması, vergilərin iqtisadi proseslərə təsiri və s.). Vergi sis-

teminin daxili və xarici mühitinin mürəkkəbləşməsi onun daxili və xarici əlaqə

kanallarının da keyfiyyətcə təkmilləşdirilməsi zərurətini doğurur. Fikrimcə, vergi-

tutma prinsiplərinin məhz bu istiqamətdə təkmilləşdirilməsi vergi sistemində aparılan

islahatların nəticəliliyi və səmərəliliyi üçün böyük faydalar verə bilər.

5. Nəticə

Vergi sisteminin xarici və daxili təsirlərə uyğunlaşma qabiliyyətinin və dayanıqlı

inkişafının təmin edilməsinə, eləcə də onun daha da səmərəli mexanizmə çevrilməsi-

nə (məqsəd və vəzifələrin icrasının təkmil üsullarının mənimsənilməsinə) yönəlmiş

tədbirlərin (iqtisadi sistemətəsirin) hazırlanmasının aşağıdakı ardıcıllığını təklif

etmək olar:

 vergi sisteminə daxili və xarici təsirlərin qiymətləndirilməsi;

 vergi  sisteminin  təkmilləşdirilməsinin  məqsəd  və  vəzifələrinin  müəyyən

edilməsi;

 vergi  sisteminin  elementlərinin  və  onlar  arasında  əlaqə  kanallarının  xü-

susiyyətlərinin  təhlili  və  bu  əsasda  hər  bir  elementin  təkmilləşdirmənin

məqsədinə görə prioritetliyinin qiymətləndirilməsi (təsir obyektinin seçilməsi



üçün);

 vergi sisteminin hər bir elementinin daxili və xarici təsirlərə reaksiyasının və

müqavimətinin qiymətləndirilməsi (ən kiçiklərin uyğunlaşma qabiliyyətinin

və nisbi müqavimətinin müəyyən edilməsi üçün);

 təsir nəticəsində hər bir elementdə, elementlər arası əlaqə kanallarında və ümu-

milikdə sistemdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması (təsirin

məqsədinin və nəticələri barədə təsəvvürün formalaşdırılması üçün);

 aparılan qiymətləndirmələrə və sistemin elementlərinin qarşılıqlı əlaqə kanal-

larının  öyrənilməsinə  əsaslanaraq  müvafiq  təkmiləşdirilmə  tədbirlərinin

(seçmə amilinin ) işlənməsi və həyata keçirilməsi.

Vergi sisteminin təkmilləşdirilməsi üçün təsir obyektinin seçilməsi səmərəliliyin

mühüm amilidir. Obyektin vergi sisteminin məqsədi baxımından prioritetliyi və digər

elementlərlə qarşılıqlı əlaqələrinin səviyyəsi, təsir nəticəsində obyektdə baş verəcək

dəyişikliklər barədə gözləntilər, bu dəyişikliklərin vergi sisteminə təsir ehtimalları

əsas seçmə meyarları kimi qəbul oluna bilər.

Vergi ödəyiciləri və vergi orqanı vergi sisteminin əsas elementləri hesab olunur,

digər elementlər isə onlar arasında münasibətlərin tənzimlənməsi və qarşılıqlı əlaqə

kanallarının yaranmasına xidmət edir. Öünütəşkil nəzəriyyəsinə görə, vergi sistemi -

nin dayanıqlılığının və uyğunlaşma qabiliyyətinin təmin edilməsi əsas elementlərin



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



58

və onlar arasında əlaqə kanallarının (münasibətlər, informasiya mübadiləsi - diffuziya



kanalları) keyfiyyətindən asılıdır. Məhz bu yanaşma vergitutmanın ümumi prinsip -

lərinin formalaşmasının və təkmilləşdirilməsinin əsasında dayanır.



Ədəbiyyat siyahısı

1. www.evolbio.ru/bertalanfi.htm - Ludviq von Bertalanfy (1962). “General System

Theory - a Critical Review”, “General Systems, vol. VII, p.1-20, пер. Н.С.Юли-

ной” (L.Bertalanfi “Ümumi sistem nəzəriyyəsi - Tənqidi İcmal”, s. 1-20, N.S.Yuli-



nanın tərcüməsi). (1962)

2. Богданов А.А. (1989). Тектология: Всеобщая организационная наука. B 2-х

книгах, кн. 1 - 304 с., кн. 2 - 354 с. М.: Экономика,. (Boqdanov A.A. (1989).

Tektologiya: Ümumi təşkilati elm. 2 cilddə, 1-ci cild - 304 s., 2-ci cild, 354 s. M.:

Ekonomika).

3. В поисках новой теории: Книга для чтения по экономической теории с проб-

лемными ситуациями: Учебное пособие. Под.ред.А.Г.Грязновой и Н.Н.Дум-

ной.  М.:  КНОРУС,  2004,  368  с.  (“Yeni  nəzəriyyə  axtarışında:  Problemli



vəziyyətlərlə  bağlı  iqtisadi  nəzəriyyə  üzrə  oxu  kitabı”:  Dərs  vəsaiti.

A.Q.Qryaznova və N.N.Dumnayanın redaktəsi ilə. M.: KNORUS, 2004 368 s.).

4. Пригожин И., Стенгерс И. (1986).Порядок из хаоса: Новый диалог человека

с природой. Пер. с англ./Общ.ред. В.И.Аршинова, Ю.Л.Климонтовича и

Ю.В.Сачкова. М.:Прогресс, 432 с. (Priqojin İ., Stenqers İ. (1986). Nizamsızlıq-



dan qayda. İnsanın təbiətlə yeni söhbəti. İngilis dilindən tərcümə/ V.İ.Arşinovun,

Y.L.Klimontoviçin və Y.V.Saçkovun redaktəsi ilə. M.:Proqress. 432 s.).

5. Эйген М., Шустер П. Гиперцикл. (1982). Принципы самоорганизации мак-

ромолекул. М.: Мир. 314с. (Eyqen M., Şuster P. Hipersikl. (1982). Makro-

molekulların özünütəşkil prinsipləri. M.:Mir. 314 s.).

6.  Петти В. (1993). Трактат о налогах и сборах. Д.Рикардо. Начала политичес-

кой экономии и налогового обложения/Шедевры мировой экономической

мысли. Т.2. Петроком, (Petti U. (1993).Vergilər və yığımlar haqqında traktat.



D.Rikardo. Siyasi iqtisadın və vergitutmanın əsasları/ Dünyada iqtisadi ədəbiy -

yatının inciləri. T.2. Petrokom).

7.  Кене Ф. (1960). Избранные экономические произведения. М.:Издательство

социально-экономической литературы. стр. 232-233. (Kene F. (1960). Seçilmiş

iqtisadi əsərlər. M.:Sosial-iqtisadi ədəbiyyat nəşariyyatı. səh. 232-233).

8. Смит A. (1962). Исследование о природе и причинах богатство народов.

М.:Соцэкгиз, (Smit A. (1962). Xalqların sərvətinin təbiəti və səbəbləri barədə

tədqiqat. M.:Soseqiz).



4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



59

9. Теория и практика налогообложения. (2010) Под.ред. Н.И.Малис. М.: Ма-

гистр  ИНФРА-М.    384  с.(Vergitutmanın  nəzəri  və  praktiki  əsasları.  (2010)

N.İ.Malisin redaktəsi ilə. M.:Magistr İNFRA-M. 384 s.).

10.Məmmədov  F.Ə.  və  başqaları.  (2010).  Vergilər  və  vergitutma.  Bakı:“POLI-

GRAPHIC PRODUCTION”, 512 s.

11.Kəlbiyev Y.A. (2012). Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri.

Bakı: “Elm”, 488 s.

12.Kəlbiyev Y.A. (2005). Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi prob-

lemləri (monoqrafiya), Bakı: Elm, 468 s.

13.Məmmədov Ə.C., Seyfullayev İ.Z. (2013). Vergi və investisiya mühiti. Bakı:

BESTPACK, 376 s.

14.Məmmədov Ə.C. Yusifov C.R. Seyfullayev İ.Z. (2015). Vergi və tərəqqi. Bakı.:

BESTPACK, 324 s.

Сейфуллаев Ильгар Зульфигар оглы

д.ф.э., доц., Учебный Центр Министерства Налогов Азербайджанской Республики



Научно-теоретические основы совершенствования налоговой системы

Аннотация

Цель исследования – обобщение научно-теоретических основ управления

совершенствованием налоговой системы.



Методология исследования – теории систем и самоорганизации.

Результаты исследования – выдвинуты обоснованные предложения по эта-

пам процесса подготовки мер совершенствования налоговой системы, а также

по направлениям совершенствования принципов налогообложения.

Ограничения исследования – недостаточность исследований по оценке су-

ществующего и желаемого состояния налоговой системы.



Практическая значимость исследования – возможность использования в

качестве научного источника при подготовке мер по совершенствованию на-

логовой системы .

Оригинальность и научная новизна – развитие налоговой системы изучено

с точки зрения теории самоорганизации.



Ключевые слова: налоговая система, самоорганизация, флуктуация, прин-

ципы налогообложения.


4(124)/2015

İ.Seyfullayev

VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI



60

Seyfullayev Ilgar Zulfigar oglu

Ass. Prof., Training Center under the Ministry of Taxes of the Republic of Azerbaijan



Scientific-theoretical bases of improvement of tax system

Abstract

Purpose - generalization of scientific and theoretical bases of management of the

improvement of the tax system.



Design/methodology – theory of systems and self-organization.

Findings – the theoretical put forward proposals on the planning and organization

of improvement of the tax system.



Research limitations – lack of studies to assess the current and desired state of

the tax system.



Practical implications - the possibility of using as a scientific source in the prepa-

ration of measures to improve the tax system.



Originality/value – the development of the tax system is studied from the point

of view of the theory of self-organization.



Keywords: tax system, self-organization, the fluctuation of the principles of ta -

xation.

Jel Classification Codes: E62, H21, K34

Məqalə redaksiyaya daxil olmuşdur: 18.08.15.

Təkrar işləməyə göndərilmişdir: 20.08.15.

Çapa qəbul olunmuşdur: 31.08.15



Yüklə 119,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə