N vergiqoyma uoT 330. 47: 336. 221 (479. 24) Elektron kommersiya və vergitutma musayev Akif



Yüklə 153,95 Kb.
Pdf görüntüsü
tarix10.12.2017
ölçüsü153,95 Kb.
#14943
növüXülasə


65

2/2013



VERGİQOYMA



UoT 330.47:336.221 (479.24)

ElEKTRON KOMMERSİYA VƏ 

VERGİTUTMA

Musayev Akif 

Fərhad oğlu

İqtisad elmləri doktoru, 

professor, 

AMEA-nın müxbir üzvü

AZ1073, Bakı ş., landau 16.

akif.musayev@taxes.gov.az

akif.musayev@gmail.com



qarayev İmran 

Əliyar oğlu

iqtisad elmləri üzrə fəlsəfə

doktoru, dosent 

AZ1073, Bakı ş., landau 16.

imran.garayev@taxes.gov.az

igarayev@hotmail.com



Xülasə

Tədqiqatın  məqsədi  – elektron  kommersiya

əməliyyatlarının  müasir  şəraitdə  inkişaf  is-

tiqamətlərinin  təhlili  və  onların  vergiyə  cəlb

edilməsi xüsusiyyətlərinin araşdırılması.



Tədqiqatın metodologiyası – müqayisəli təhlil,

sistemli  yanaşma,  analiz,  sintez  və  deduksiya

üsulları.

Tədqiqatın nəticələri – elektron kommersiyanın

iqtisadiyyatın inkişafında rolu və onun vergiyə cəlb

edilməsi  sahəsində  mövcud  çətinliklərin  aradan

qaldırılması yolları barədə təkliflərin verilməsi.



Tədqiqatın məhdudiyyətləri – elektron kommer-

siyada vergitutma məsələləri onun müxtəlif sektor-

ları üzrə aparılmalı və yalnız dərin elmi cəhətdən

əsaslandırıldıqdan sonra praktiki əhəmiyyətə malik

ola bilən təkliflər verilməlidir.

Tədqiqatın  praktiki  əhəmiyyəti  – hal-hazırda

elektron kommersiya əməliyyatlarının qloballaşmış

dünyada  sürətlə  artması  və  demək  olar  ki,  iqti-

sadiyyatın  bütün  sahələrini  əhatə  etməsi  mobil

vergi mexanizmlərinin tətbiq edilməsini tələb edir.

Praktiki tətbiq edilə bilən vergi mexanizmləri, ilk

növbədə, elmi cəhətdən əsaslandırılmalıdır.

Tədqiqatın orijinallığı və elmi yeniliyi – tədqiq

edilən problemlər və bir çox faktlar xüsusilə Azər-

baycanda  elektron  ticarət  sahəsində  vergitutma

məsələləri  elmi  iqtisadi  ədəbiyyatda  yeni  olaraq

daxil edilmişdir. 

Açar sözlər: elektron kommersiya, vergitutma,

proqram təminatı, internet texnologiyalar

səh. 65-82

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



2/2013

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



66

1. giriş

XX əsrin ən möhtəşəm kəşflərindən biri hesab olunan  internet şəbəkələrinin mey-

dana gəlməsi və onun insan fəaliyyətinin demək olar ki, bütün sahələrinə nüfuz et-

məsi iqtisadi münasibətlər sistemində yeni istiqamətləri müəyyənləşdirdi. İnternet

və informasiya texnologiyalarının sürətli inkişafı, bir tərəfdən iqtisadiyyatın müxtəlif

sektorları arasında informasiya mübadiləsini gücləndirdi, digər tərəfdən isə maliyyə

transaksiyalarının sərbəst şəkildə və qısa zaman müddətində həyata keçirilməsi biz-

nesin  gələcək  inkişafında  yeni  qeyri-ənənəvi  sahələri  yaratdı.  Bu  inkişaf  is-

tiqamətlərindən biri də elektron kommersiyadır. E-kommersiya özündə elektron

ticarəti, elektron informasiya mübadiləsini, kapitalın elektron hərəkətini, elektron

pulları, elektron bankinqi, elektron sığortanı və s. birləşdirir. Qeyd etmək lazımdır

ki, elektron kommersiya yalnız sadalanan mal və xidmətlərin dəyərini ödəməklə

həyata keçirilən onlayn-transaksiyalarla məhdudlaşmır. Buraya həmçinin marketinq

tədqiqatlarını, müştəri və təchizatçılarla əlaqələrin təşkili, proseslərini, logistikanı

də aid etmək olar.

E-kommersiyanın genişlənməsində elektron ödəmə vasitələrinin (kredit kartlar,



debit kartlar, öncədən ödəmə kartları) də inkişafının böyük rolu olmuşdur. Elektron

kommersiyanın ən geniş yayılmış növlərindən biri də elektron ticarətdir (e-ticarət).

E-ticarət 2 əsas növə bölünür:

1. Birbaşa e-ticarət - dedikdə, elə ticarət forması başa düşülür ki, həm ödəmə sis-

temi,  eyni  zamanda  məhsullar  da  elektron  vasitələrin  köməyilə  təqdim  edilir.

Məsələn: e-ödəmə vasitəsilə kino, musiqi, elmi ədəbiyyat, proqram təminatı fayl-

larının müştərinin fərdi kompüterinə yüklənməsi. Vergitutma baxımında e-ticarətin

bu növünün vergiyə cəlb olunması çətinlik törədir. Çünki bu tip əməliyyatların

izlənilməsi və onun aşkar edilməsi bəzən qeyri-mümkün olur.

2. Dolayı e-ticarət - elə ticarət növüdür ki, burada ödəmə e-ödəmə vasitəsilə, çat-

dırılma isə ənənəvi ticarətdə olduğu kimi həyata keçirilir.

Birinci növdə elektron ticarət rəqəmsal iqtisadiyyatın meydana gəlməsilə əlaqədar

olaraq sürətlə inkişaf etməyə başlamışdır. Rəqəmsal iqtisadiyyata aid edilə biləcək

bazar seqmentləri Şəkil 1-də göstərilmişdir.

Eyni zamanda, e-kommersiya əməliyyatları əqdlərin aparılması formasına görə

aşağıdakı növlərə bölünür:

business-to-business (B2B). E-kommersiyanın bu növü şirkətlər (sahibkarlar)



arasında mövcud olan e-kommersiya münasibətlərini müəyyən edir. Məsələn,

bir  şirkət  öz  veb-saytı  vasitəsilə  böyük  və  kiçik  müəssisələr  üçün  sənaye

təchizatı ilə məşğuldur. Məqsəd yerli biznes nümayəndələri, onların istehsal

etdikləri məhsullar və göstərdiyi xidmətlər barədə informasiyaların potensial

alıcılara çatdırmaq yolu ilə biznes əlaqələrin qurulmasını dəstəkləməkdən,

bazarlara sərbəst çıxışı təmin etməkdən ibarətdir.




1. Kompüter proqramlaşdırması

2. Kinolar

3. Kitablar

4. Musiqi albomları

5. Maliyyə transaksiyaları

6. Video konferensiya

7. Təhsil və təlim materialları

8. E-mail (elektron-məktub)

9. İnformasiva xidmətləri

10. bülleten lövhələri və çat otaqları

11. Telekommunikasiya

12. İnternetxidmətiərı

13. Jurnallar

14. Elektron faktura ödənişləri

15. Səhm alqı-satqısı

16. qəzetlər

17. oyunlar

18. biznes məlumat bazası

19. Məsafədən tibbi diaqnoz

20. Məsafədən təmir

şəkil 1. rəqəmsal iqtisadiyyata aid edilə biləcək bazar seqmentləri

2/2013

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



67

business-to-consumer (B2C). E-kommersiyanın B2C növü istehlakçılar və



şirkətlər  arasındakı  mövcud  e-kommersiya  münasibətlərini  müəyyən  edir.

Sahibkar təqdim etdiyi mal, xidməti fərdi istehlakçıya çatdırır.

consumer-to-consumer  (C2C).  E-kommersiyanın  C2C  növü  iki  istehlakçı



arasında həyata keçirilə bilər. Burada hər hansı bir şəxs satmaq istədiyi məh-

sulu internet auksiyonlarda yerləşdirməsi kifayət edir. Məsələn, bu fəaliyyət

üzrə dünyada ən geniş yayılmış şəbəkə ebay.com saytıdır.

business-to-goverment  (B2G)  -  ümumi  olaraq  dövlət  sektoru  ilə  şirkətlər



arasında  aparılan  e-kommersiyanı  əhatə  edir.  Sahibkarlar  öz  mal  və  xid-

mətlərini xüsusi portallar vasitəsilə dövlət orqanlarına təqdim edirlər, dövlət

orqanları burada son istehlakçı kimi çıxış edirlər.

Müasir  dövrdə  elektron  kommersiya  vasitəsilə  əsasən  aşağıda  qeyd  olunan

fəaliyyət növləri həyata keçirilir:

elektron  sistemlərindən  istifadə  etməklə  müştəri  tərəfindən  sifariş  olunub



dəyəri ödənilən və çatdırılan “fiziki” malların satışı;

elektron məhsulların satışı (proqramlar, musiqilər və s.);



real vaxt rejimində maliyyə xidmətləri (broker, bank xidmətləri və s.);

informasiya xidmətləri (məsələn, qanunvericilik aktlarının mətnləri);



telekommunikasiya xidmətləri (məsələn, videokonferensiyaların təşkili və s.);

məlumatların işlənməsi və arxivləşdirilməsi (məsələn, məlumat bazalarının



idarə edilməsi);

proqram təminatlarının müddətli istifadəsi.



Şübhəsiz ki, iqtisadi artımla əlaqədar olaraq elektron ticarət daha da genişlənərək

yeni inkişaf mərhələsinə daxil olacaqdır. Gələcək inkişaf istiqamətlərini və proqnoz

göstəricilərini müəyyən etmək üçün keçmişə və müasir vəziyyəti təhlil etmək bu

sahədə əhəmiyyətli rol oynayır




2. E-kommersiyanın inkişaf mərhələləri

E-kommersiyanın inkişafı dünya iqtisadiyyatının qloballaşması və rəqabətin güc -

lənməsi, dünya kompüter-internet şəbəkəsinin yaranması, bank, sığorta, menecment

sahələrində innovasiyaların tətbiqi nəticəsində müasir səviyyəyə gəlib çatmışdır.

Lakin e-kommersiyanın bügünkü səviyyəsi də son inkişaf mərhələsi deyil, daim bu

sahədə irəliləyişlər baş verdiyindən növbəti 20 ildə daha mobil və çevik kommersiya

mexanimlərinin meydana gəlməsi gözlənilir. E-kommersiyanın ilk mərhələsi avia-

bilet sifarişləri, bank əməliyyatları, müəssisələrin resurslarının idarə edilməsinin av-

tomatlaşdırılmasından ibarət olmuşdur.

1960-cı ildə “American Airlines” və IBM şirkətləri aviareyslərə bilet sifarişlərinin

avtomatlaşdırılması üçün SABRE (Semi-Automatic Business Research Enviroment)

yarımavtomat kommersiya tədqiqatları avadanlığını yaratdılar. Bu e-kommersiya

sahəsində ilk təcrübə idi. Bu sistem sıravi vətəndaşlar üçün reyslərin qiymət tarifləri,

vaxtları barədə məlumatları daha əlverişli etməklə bərabər onlara əvvəlcədən bilet

sifariş etmək imkanı yaradırdı. 1964-cü ildə bir gündə sistem 26 min sərnişinin si-

farişini qəbul etmişdi.

“E-kommersiyanın inkişafında bank sistemindəki yeniliklər də mühüm rol oy-

namışdır.  Belə  ki,  60-cı  illərin  ortalarında  ilk  plastik  kredit  kartları  meydana

gəlmişdir. Kartlarda olan maqnit lent maliyyə-hesablaşma əməliyyatlarının avtomat-

laşdırılmasına imkanı verirdi. Bank sahəsində daha bir yenilik 1968-ci ildə  Bri-

taniyada BACS (Bankers Automated Clearing Services) və 1970-ci ildə ABŞ-da

CHİPS (Clearing House İnterbank Payment System) elektron köçürmələr və klirinq

sistemlərinin yaradılması ilə hesablaşmaların kağız çeklər formasından elektron for-

maya keçmiş oldu.

Elektron ödəniş sistemləri yarandıqdan sonra yalnız əhalinin az bir hissəsi bu xid-

mətlərdən istifadə edərək ödənişlər aparırdı, plastik kredit kartlarının kütləvi yayıl-

masına  Bank  of  America  və  İnterbank  Cards  Association  banklarının  ABŞ

vətəndaşlarına poçt vasitəsilə kartların göndərilməsilə təkan verilmiş oldu. Əhalinin

poçt ünvanlarına göndərilən kredit kartlarında müəyyən qədər pul limiti var idi və

vətəndaş həmin kartdan istifadə etməklə bankın müştərisinə çevrilirdi və ayın sonuna

qədər banka olan borcunu ödəməli idi. 1972-ci ildə ABŞ-ın Federal Rezerv sistemi

plastik kart industriyasını tənzimləyən ilk təsisat oldu. Beləliklə plastik kartların da

dövriyyəsinə nəzarət yaradıldı.

E-kommersiyanın inkişafını internetsiz təsəvvür etmək mümkün olmazdı. Odur

ki, internetin inkişaf tarixini də izləmək maraqlı olardı. İlk illərdə bu tip şəbəkələrə

müdafiə məqsədilə ancaq hərbçilər maraq göstərirdi. 1966-cı ildə ABŞ-da Bob Tey-

lor dövlət tərəfindən eksperimental kompüter şəbəkəsi ARPA-nın (Advanced Rese-

arch Project Agency) reallaşdırılması üçün 1 mln dollar sifariş almışdır. Sifariş ABŞ

Müdafiə nazirliyi tərəfindən maliyyələşdirilirdi. Bugünkü internetin ulu babası hesab



68

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


olunan kompüterlər şəbəkəsi ABŞ-da nüvə müharibəsi zamanı fasiləsiz elektron

məlumat mübadiləsini təmin edilməsi məqsədilə yaradılmış sistemlər hesab olunur.

Karib böhranından sonra ABŞ-da mərkəzləşməmiş kompüter şəbəkəsi yaradılmasına

başlanıldı, bunun da əsas məqsədi ondan ibarət idi ki, şəbəkənin bir və bir neçə siq-

mentinin sıradan çıxması şəbəkənin idarə olunmasına təsir etməməli idi.

Kompüter texnologiyalarının təkmilləşdirilməsi və fərdi kompüterlərinin kütləvi

yayılması da e-kommersiyanın inkişafına böyük təkan vermişdir. Hazırda qlobal

məkanda istifadə olunan internetin əsası ABŞ-da qoyulsa da bunu amerikalılar uzun

müddət gizli saxlamış, şəbəkəyə yalnız hərbiçilərin çıxışı olmuşdur. Lakin 1989-cu

ildə Tim Berns Li Avropa elementar hissəciklər fizika mərkəzində (CERN) World

Wide Web standartını işləyib hazırladı. Artıq 1990-cı ildən etibarən internet təkcə

hərbçi və alimlərin inhisarından çıxmaqla geniş əhaliyə xidmət etməyə başladı. Əl-

bəttə burada siyasi cəhətdən “Soyuq müharibə”nin bitməsi, qloballaşma meyillərinin

artması da böyük təsir etmişdi. Həmçinin 1990-cı ilə qədər ABŞ Milli elm fondu

(National Science Fundation) internetin kommersiya məqsədləri üçün istifadəsini

reqlamentləşdirmişdi. İri kommersiya şirkətlərinin internetə çıxış əldə etməsi və in-

ternetə nəzarətin federal strukturlardan fərdi şəxslərin əlinə keçməklə internet mil -

yonlarla istifadəçinin gündəlik həyat tərzinə çevrildi.

1992-ci ildə ABŞ konqresi internetin kommersiyalaşdırılmasına yol verən qanun

qəbul etdi. 1993-cü ildə ABŞ prezidentinin İcra hakimiyyəti orqanları və Prezident

şurasına təqdim olunan “Elektron ticarətlə alış verişin rasionalizasiyası” memoran-

dumunda dövlət ehtiyacları üçün alış verişin təşkil edilməsi məqsədilə elektron sis-

temin  yaradılması  məsələsi  qoyulmuşdu. Yeni  yaradılacaq  sistem  vaxt  itkisi  və

xərcləri azaltmalı idi.

Getdikcə internet mağazaların sayı artdı, 1994-cü ildə internetdə ilk elektron

ödəmə sistemi First Virtual, 1994-cü ildə Yahoo, eyni ildə Amazon fəaliyyətə başladı.

İnternet vasitəsilə onlayn kommersiyanın meydana gəlməsilə onun vergiyə cəlb

olunmasındakı çətinliklər kimi vergi inzibatçılığında yeni fenomen meydana çıxmış

oldu.

1998-ci  ilin  mayında  Ümumdünya  Ticarət  təşkilatı  (ÜTT)  internet  vasitəsilə



təqdim olunan informasiya tipli fayllar və proqram təminatına tətbiq olunan gömrük

rüsumunu ləğv etdi. Digər ölkələr isə dövlət proqramı çərçivəsində e-kommersiyanın

inkişaf etdirilməsi istiqamətində real addımlar atdı. ABŞ federal səviyyədə e-kom-

mersiya ilə satışdan vergiyə moratorium qoydu, qeyd edək ki, bu moratorium 2014-

cü ilə qədər uzadılmışdır. Lakin ABŞ-da hər ştatda satışdan vergi qalmaqdadır və

bu ştatlar üzrə fərqlənir.

Invesp.com saytının məlumatlarına əsasən, 2011-ci ildə e-kommersiyanın həcmi

dünya üzrə 680,6 mlrd ABŞ dolları həcmində olmuşdur. Bu təşkilatın proqnozlarına

görə 2015-ci ildə bu göstərici 1,4 trln ABŞ dollarına çatacaq. Təşkilatın 2011-ci ildə

e-kommersiyanın 10 ən inkişaf etdiyi dövlətlər içərisində Hindistan, S.Ərəbistanı,



69

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


İndoneziya, Avstraliya, Filippin, İsveçrə, Sinqapur, BƏƏ, Çin və Honq-Konq yer

alır.  ABŞ  Ticarət  Departamentinin məlumatlarına əsasən,  2010-cu ildə  ABŞ-da

e-ticarətin həcmi 165.4 mlrd dollar olmuşdur. Data Insight tədqiqat agentliyinin

məlumatlarına əsasən, Rusiyada 2010-cu ildə e-kommersiyanın həcmi 7,68 mlrd

ABŞ dolları həcmində olmuşdur. Bu isə ümumi Rusiya pərakəndə ticarətinin 1,6%-

i deməkdir. Bu göstərici AB-də 5,7%, ABŞ-da 6,4% təşkil edir.



3. E-kommersiyanın ənənəvi kommersiyadan üstünlükləri və 

məhdudiyyətləri

Biznesə başlamaq və onu idarə etməyin asanlığı - Ənənəvi biznesə başlamaq

üçün siz əvvəlcə yer tapmalı, müəyyən prosedurlardan keçərək icazə almalı və s.

müddətli mərhələlərdən keçməlisiniz, həmçinin biznesinizi idarə etmək üçün sizin

təcrübəli mühasibə, administratora, menecerlərə ehtiyacınız olacaq. E-kommersiyada

yer və vaxt itirmədən bütün işə rəhbərliyi tək özünüz virtual qaydada edə bilərsiniz.

Coğrafi hüdudların aşılması - əgər sizin bir mağazanız varsa, siz coğrafi baxım-

dan yalnız məhdud bir əraziyə xidmət göstərə bilərsiniz. Lakin bircə e-kommersiya

portalınız və ya saytınız olsa bütün dünya sizin üçün fəaliyyət məkanına çevrilə bilər.

Həmçinin mobil telefonlarla e-kommersiyanın tətbiqi ilə coğrafi məhdudluq anlamı

ortadan qalxmışdır. Siz istədiyiniz yerdən istədiyiniz mal, məhsul, musuqi, kino,

həm maddi, həm elektron fayl məhsulunu əldə edə, sata, hərraca çıxara bilərsiniz.



Axtarış sistemləri vasitəsilə yeni müştərilərin qazanılması ənənəvi pərakəndə

ticarət, əsasən, malın markası və müştəri ilə münasibətlərə əsaslanır. E-kommer-

siyada isə müştərilər hətta heç vaxt eşitmədikləri saytlara keçməklə istədiklərinin

ən sərfəlisini əldə edə bilərlər. Məhz bu cəhət bir çox e-kommersiya şirkətləri üçün

əsas dönüş nöqtəsi olmuşdur.

Xərclərin azalması E-kommersiyanın ən nəzərəçarpacaq üstünlüyü onun az

xərc tələb etməsidir.

Bəzən xərclərin aşağı olması müştəriyə də məhsul satışı zamanı endirimlər təqdim

etməyə imkan verir. Aşağıda e-kommersiya vasitəsilə xərclərin necə azalmasına mi -

sallar verə bilərik:

Reklam və marketinq;

Təkmil axtarış sistemləri, bir anda ödə və sosial şəbəkələr reklam üçün kifayət

qədər əhəmiyyətli hesab oluna bilər.

İşçi heyəti;

E-kommersiyada sifarişlərə nəzarət, ödəmələr, ehtiyyatların idarə olunması və

digər əməliyyat proseslərinin avtomatlaşdırılması işçi sayının azaldılmasına şərait

yaradır.


Əmlak;

E-kommersantı üçün fiziki hansısa bir məkanın olması vacib deyildir.



70

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


Məhsul axtarışının asanlığı E-kommersiya saytlarında müştəri saytda axtarış

sistemləri vasitəsilə öz seçimini daha da genişləndirə bilər. Hətta bəzi veb saytlar

müştərinin seçimlərini yaddaşda saxlamaq imkanları da vardır.

Səyahət vaxtı və xərclərin məhdudlaşdırılması - Ənənəvi ticarətdə müştərinin

öz istədiyi məhsulu almaq üçün uzaq məsafələri qət etməsi adi bir haldır.



Müqayisəli alışın-veriş təqdim edilməsi E-kommersiya müqayisəli alış-verişi

asanlaşdırır. Bir neçə onlayn ticarət saytları vardır ki, onlar müştəriyə ona sərf edən

qiymətə ən yaxşı seçimi əldə etməyə imkan verir.

E-kommersiya alış-veriş sövdələşmələri, kuponlar və qrup alış-verişlərinə imkan

yaradır - Əgər ənənəvi ticarətdə sizin bir mağazada şirəyə, digər mağazada isə kon-

fetə endirim kuponunuz varsa hər birində endirimdən istifadə etmək üçün yarıca

həmin mağazalara getməlisiniz, e-kommersiyada buna ehtiyac yoxdur.

Bol informasiya təminatı - Ənənəvi mağazalarda malın üzərində informasiya

yerləşdirilməsi üçün müəyyən məhdudiyyətlər vardır. Ənənəvi mağazalarda gərək

hər malın yanına o mal barədə geniş məlumata sahib olan satıcı qoyasan, e-kom-

mersiya veb-səhifələrində müştərilərə istənilən qədər əlavə məlumat təqdim etməyə

imkan verir. Bu məlumatların yerləşdirilməsinə satıcı heç bir əlavə vəsait sərf etmir.

Məqsədli əlaqənin yaradılması - E-kommersantlar müştərinin doldurduğu anket

formalarındakı məlumatlar vasitəsilə müştəriləri haqqında kifayət qədər məlumat

əldə etməyə imkan verir. Bu məlumatlar vasitəsilə e-kommersantlar öz müştəriləri

ilə əlaqə saxlaya, müəyyən şərtlər, endirimlər təklif edə bilirlər. Məsələn, əgər siz

Amazon.com saytında hər hansı kitab axtarırsızsa və istədiyinizi tapa bilmirsizsə,

sizin istəyinizə uyğun seçimlər saytda olan kimi sizə emaillə məlumat daxil olur.



Fasiləsiz açıq fəaliyyət - Əgər ənənəvi mağazalar müəyyən vaxt ərzində fəaliyyət

göstərirsə, e-mağazalar 24/7/365 formulu ilə hər an işləyir və sizin sifarişinizi qəbul

etmək imkanına malikdir. İnternet satıcıların fikrincə bu onlara edilən müraciətlərin

sayının artmasına şərait yaradır.



Xüsusi (Nişe) növ məhsullar bazarının yaradılması - Xüsusi növ ənənəvi ol-

mayan məhsul alıcı və satıcılarının fiziki dünyada görüşməsi kifayət qədər çətindir.

Virtual dünyada isə istədiyiniz növ məhsulun adını axtarış sistemində yığmaqla

istədiyinizi tapa bilərsiziniz. Məsələn, köhnəlmiş avadanlıq üçün ehtiyat hissəsi

almaq üçün bu barədə istəyinizi e-portallarda yerləşdirməniz kifayətdir. Satıcı sizin

elan vasitəsilə özü sizi taparaq istədiyinizi sizin ünvana çatdıra bilər.



E-kommersiyada  istehlakçının  hüquqlarının  pozulması  baxımından  çatış-

mayan cəhətləri

1. Hər kəs e-kommersiya vasitəsilə ticarətə başlaya bilər, bəzən onlar arasında

fırıldaqçılara da rast gəlinir. E-kommersiyada ödəniş əvvəlcədən həyata keçi -

rildiyindən bəzən ödədiyiniz məhsul sizə gəlib çatmır. Buna “neqativ anon-

imlik” fenomeni deyilir. Təbii ki, bu halda vergilərdən yayınma halları da baş

verir;


71

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


2. Məhsulun keyfiyyətinə zəmanət verilmir. Aldığınız məhsula fiziki cəhətdən

toxunmaq mümkün olmadığından siz onun haqda şəkillər və məlumatlarla ki-

fayətlənməli olursunuz;

3. Bəzən əldə etmək istədiyiniz məhsulun dəyərini ödədiyiniz halda onun yerləş -

diyi yerdən asılı olaraq sizə çatdırılmasını bir aya qədər gözləməli olursunuz;

4. Bəzən  texniki  nasazlıqlar  gözlənilməz  nəticələrə,  eyni  mala  görə  sizin

hesabınızdan bir neçə dəfə vəsaitin çıxılmasına səbəb ola bilər.

5. Dövlət üçün elektron biznesin ən mənfi cəhəti e-kommersiya şirkətləri və biz-

nesmenlərinin vergidən yayınmasıdır.

6. On-layn ticarət zamanı sizin daxil etdiyiniz kart məlumatlarınızı hakerlər əldə

edib sonra istifadə edə bilərlər.

4. E-ticarətin vergiyə cəlb olunması

Elektron  ticarət  əməliyyatlarının  virtual  aləmdə  həyata  keçirilməsi  həmin

əməliyyatların  vergiyə  cəlb  edilməsi  məsələlərini  çətinləşdirir.  Elektron  ticarət

əməliyyatları aparan şəxslərin (alıcının və satıcının) fərqli ölkələrin rezidentləri ol-

ması, informasiya sistemlərinin (serverlərin) isə digər ölkələrdə yerləşməsi malların

(işlərin, xidmətlərin) təqdim edildiyi yerin, vergi ödəyicisinin və vergi məbləğinin

müəyyən edilməsini mürəkkəbləşdirir.

Bəzi hallarda vergi ödəyiciləri elektron ticarət əməliyyatlarının virtual aləmdə

həyata keçirilməsini əsas götürərək elektron ticarət əməliyyatlarına görə heç bir vergi

öhdəliklərinin yaranmadığını iddia edirlər. Hazırda dünya elm və iqtisadi dairələrində

e-kommersiyanın vergiyə cəlb olunmasında müxtəlif fikirlər mövcuddur.

OECD e-ticarətin bilavasitə həyata keçirildiyi internet serverin yerləşdiyi yer üzrə

vergi yurisdiksiyasının tətbiq edilməsini təklif edir. 

E-ticarətdə ofşor zonalara (Kipr, Malta, Honk-Konq, Kayman a-rı) meyillilik

hazırda daha geniş yayılmışdır. Digər maliyyə xidmətləri kimi e-ticarət ofisləri, veb

serverləri ofşor zonalarında yerləşməklə özlərini vergi cənnətlərində hiss edirlər və

vergi ödəmirlər. Ofşor zonalarda vergi fırıldaqçılığının qarşısını almaq məqsədilə

bir sıra ölkələrin qanunvericiliyində ofşor zonaların vergidən yayınmada istifadəsinə

mane olan müddəalar qəbul edilmişdir.



Avropa İttifaqı dövlətləri təcrübəsi

Ümumiyyətlə Avropada e-kommersiyaya yanaşmada onun spesifikliyi nəzərə

alınmır və o adi ticarətdən fərqləndirilmədən eyni qaydada vergiyə cəlb olunur. Eyni

bir ölkə daxilində ticarət zamanı ƏDV satışın məbləğinə əsasən mal satan tərəfindən

xəzinəyə ödənilir. Bu zaman mal göndərənə ödənilən vergi əvəzləşdirilir. Son is-

tehlakçı əvəzləşdirmə hüququna malik olmur. Bu zaman aşağıdakı xüsusiyyətlər

əsas götürülür:

72

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


1.  İdxal  edən  malın  gömrük  dəyərindən  asılı  olaraq  idxal  zamanı  vergini  öz

ölkəsində ödəyir. Ümumiyyətlə, o da eyni dərəcədə əvəzləşdirmə hüququna

malikdir.

2. Malların ixracı sıfır dərəcə ilə vergiyə cəlb olunur. İxracatçı ixrac mallarını

əldə edərkən (və ya istehsal zamanı) ödədiyi əlavə dəyər vergisini əvəzləşdirə

bilər.


Məhz bu prinsiplər əlavə dəyər vergisinin iqtisadi neytrallığını təmin edir, o cüm-

lədən yerli və xarici ticarətçilər üçün bərabər vergi yükü tətbiq edir. Xidmətlərin

həyata keçirilməsindən danışarkən biz daha çox internet-ticarət üçün xarakterik olan

informasiya və bur cür tipli xidmətləri nəzərdə tutmalıyıq. Vacib olan odur ki, burda

xidmətlərin həyata keçirildiyi yer satanın olduğu yer deyil, alıcının olduğu yer əsas

götürülür və ƏDV ondan tutulmalıdır. 



B2B sektorunda (şirkətlər (sahibkarlar) arasında e-ticarət) hər şey aydındır.

Mal və xidmətlərin şəbəkə və yaxud hər hansı bir digər yolla əldə olunmasından

asılı olmayaraq vergitutma qaydaları eyni olaraq qalır.

1. Malın Avropa İttifaqı (Aİ) hüdudlarından kənardan idxalı zamanı: təbiidir ki,

ixracatçı  hesab  fakturanı  ƏDV-siz  təqdim  edir,  idxalçı  isə  gömrük  rəs-

miləşdirməsi zamanı ƏDV-ni ödəyir. Sonradan bu vergi əvəzləşdirilə bilər.

2. Kənardan informasiya xidmətləri əldə olunarkən: satıcı hesab fakturanı ƏDV-

siz təqdim edir, alıcı “geri vergitutma” adlandırılan prinsip əsasında hesablaşır.

Bu o deməkdir ki, o, ƏDV-ni öz ölkəsinin xəzinəsinə ödəyir və dərhal onu

əvəzləşdirməyə təqdim edir.

Çətinliklər  B2C  sektorunda  (istehlakçılar  və  şirkətlər  arasındakı  e-ticarət)

başlayır. Problem ondadır ki, kənardan informasiya xidmətləri əldə olunarkən burada

alıcı ƏDV üzrə vergi ödəyicisi hesab olunmur, buna görə də, onu tərs vergitutma

prinsipinə əsasən satıcının yerinə hesabat verməyə məcbur etmək olmaz.

Aİ-yə üzv olan dövlətlərin təcrübələrinə əsasən bütün elektron məhsullar xid-

mətlərə bərabər tutulur və alıcının yerləşdiyi yerdə ƏDV-yə cəlb edilir. Aİ-yə üzv

olan dövlətlərin ƏDV qanunvericiliyi əsasən Aİ-nın ümumi prinsipləri əsasında tən -

zimlənir.

Aİ-nin e-ticarətə yanaşmasının əsasına İqtisadi Əməkdaşlıq və İnkişaf Təşki-

latının (OECD) tələblərinə uyğun olaraq aşağıdakı prinsiplər əlavə edilmişdir:

e-ticarətin vergiyə cəlb edilməsi üçün yeni vergilərin tətbiq edilməsinə zərurət



yoxdur;

elektron məhsul xidmət kimi vergiyə cəlb edilir;



istehlak vergiləri istehlak yerində tutulur. 



ABş-ın təcrübəsi

ABŞ-da  hazırda  isə  e-ticarətçilərin  böyük  hissəsi  “İnternetin  vergidən  azad

edilməsi haqqında” (Internet Tax Freedom Act) qanuna əsasən federal səviyyədə

vergi və ƏDV tətbiq edilmədən fəaliyyət göstərirlər. 1998-ci ildə qəbul edilmiş qa-



73

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


2/2013

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



74

nunun müddəti mütəmadi uzadılmışdır və hazırda 2014-cü ilədək qüvvədədir. Bu

qanun internetə girişi, o cümlədən şəbəkə vasitəsilə göstərilən xidmətləri (şəbəkə

vasitəsilə təqdim edilən “fiziki” mallar istisna olmaqla) vergidən azad edir. Lakin

ABŞ-da ştatlar və yerli qanunvericiliklər səviyyəsində e-kommersiyadan satış vergisi

tutulmaqdadır.

Satışdan  vergi ABŞ-da  Böyük  depressiya  zamanı  xəzinə  ehtiyatını  artırmaq

məqsədilə tətbiq olunmuşdur və həmin dövrdən etibarən ABŞ-ın ştat və şəhərlərinin

əsas gəlir mənbəyi kimi fəaliyyət göstərir. Pərakəndə satış onun üçün əsas vergitutma

obyekti hesab edilir. Bu verginin tətbiqi ştatdan ştata, hətta bələdiyyə səviyyəsində

fərqlənir. 

ABŞ-da satışdan tutulan vergi ilə əlaqədar 6000 müxtəlif qanunlar var. Tək vergi

dərəcələri deyil, həmçinin vergi bazasının hesablanması qaydaları fərqlənir. Belə ki,

bəzi  ştatlarda  (məsələn,  Kaliforniya)  yalnız  maddi  aktivlərin  təqdim  olunması,

bəzilərində isə qeyri-maddi aktivlər (bura rəqəmsal məhsullar da daxildir) vergiyə

cəlb olunur (məsələn, Nyu-Meksiko). 

Ümumiyyətlə, ABŞ satışdan verginin əsas konsepsiyası “əlaqə” (nexus) məfhu-

mudur.  Yəni  satıcının  hansı  ştatla  əlaqəli  olması  vergitutma  baxımından  çox

əhəmiyyətlidir. Bu məfhum müəyyən qədər daimi nümayəndəliyə bənzəsə də, ondan

fərqlidir. Belə ki, əgər şirkətin həmin ştatda fiziki mövcudluğu, ofisi, personalı, bəzi

hallarda hətta mülkiyyəti varsa, belə əlaqə vardır. Lakin belə əlaqə olmadıqda şirkətin

müəyyən ştatda müştərilərinin olması da bu əlaqənin olması kimi təfsir edilə bilər. 

Ümumiyyətlə, ABŞ-da e-kommersiya satışdan vergiyə cəlb olunmur, o mənada

ki, onu satıcı (həm şirkət, həm fiziki şəxs) ödəmir. Əvəzində kompensasiya kimi alıcı

aldığı malın dəyəri ilə bərabər “istifadə vergisi” (“use tax”) də ödəməlidir. Bu cəhət

ənənəvi kommersiya şirkətləri qarşısında e-kommersiya ilə məşğul olan şirkətlər

üçün rəqabət üstünlüyü yaradır.

Əgər internet-mağaza Kaliforniya və Nyu-Meksikoda yerləşirsə və alıcı da bu iki

ştatdan birində yerləşirsə, şirkət malın (xidmət, qeyri-maddi məhsul) dəyərinə satış-

dan vergini də əlavə etməklə alıcı ödəyir, əgər alıcı bu iki ştatdan deyilsə, onda satış-

dan vergi olmur. Satışdan verginin tutulması ilə bağlı, əsas problem o zaman yaranır

ki, sifariş edilmiş mal fiziki qaydada çatdırılmasın və yalnız birbaşa olaraq internet-

dən yüklənilsin. 

Belə ki, bu zaman şirkət (e-ticarətçi) öz ştatının sakinlərindən satışdan vergini

tutmalıdır, digər ştatların sakinlərini isə satışdan vergidən azad etməlidir, çünki bu

şəxslər öz ştatlarında verginin (use tax) ödəyiciləridirlər. Bu zaman alıcının yerləşdiyi

yeri müəyyən etmək qeyri-mümkün olduğu üçün alıcı olduğu yer barədə satıcıya

məlumat verməlidir. Lakin burada heç bir zəmanət yoxdur ki, alıcı yerləşdiyi yer

barədə düzgün məlumat versin. 

Bu problem ABŞ-nın vergi orqanlarının qarşısında duran və hələlik öz həllini tap-

mayan əsas problemdir.




yeni – zelandiyanın təcrübəsi

Yeni-Zelandiyanın vergi qanunvericiliyinə əsasən mallar və xidmətlər vergisi



(GST) üzrə qeydiyyatdan keçən şəxs Yeni-Zelandiyadakı istehlakçılara mallar, işlər

və xidmətlər təqdim edirsə, GST vergisini tutmağa borcludur. Bu qayda e-ticarət

əməliyyatlarına da tətbiq edilir. Yəni Yeni-Zelandiyada GST üzrə qeydiyyatdan

keçən şəxs malları internet vasitəsilə təqdim edirsə və mallar fiziki olaraq çatdırılırsa,

bu zaman GST ümumi dərəcə ilə tutulmalıdır. Əgər mallar internet vasitəsilə Yeni-

Zelandiyanın hüdudlarından kənarda olan şəxslərə təqdim edilirsə və fiziki olaraq

çatdırılırsa GST “0” dərəcə ilə tutulur. Qeyd etmək lazımdır ki, bu qayda rəqəmsal

malların və xidmətlərin təqdim edilməsinə də tətbiq edilir.

Digər bir tərəfdən Yeni-Zelandiyanın GST üzrə qanunvericiliyinə əsasən, Yeni-

Zelandiyanın rezidentləri tərəfindən mallar internet vasitəsilə xarici ölkədə olan şəxs-

dən sifariş edildikdə və mallar fiziki olaraq çatdırıldıqda, GST Yeni-Zelandiyada

gömrük orqanları vasitəsilə tutulur. Qeyd etmək lazımdır ki, e-ticarət əməliyyatların-

dan GST yığılması üzrə xərclərin azaldılması məqsədilə Yeni-Zelandiyaya gətirilən

malların dəyərinə hədd tətbiq edilir, yəni malların qiyməti 400 Yeni-Zelandiya dol-

larından aşağı olduqda GST-dən azad edilir.

Həmin qanunvericiliyə əsasən, Yeni-Zelandiyanın rezidentləri tərəfindən Yeni-

Zelandiyada olan müştərilərə qeyri-maddi əmlakın (intellektual mülkiyyət) təqdim

edilməsi GST-yə cəlb edilir. Digər bir tərəfdən rəqəmsal malların (proqramların)

Yeni-Zelandiyanın hüdudlarından kənarda olan şəxslər tərəfindən birbaşa olaraq in-

ternet vasitəsilə yüklənməsi GST məqsədləri üçün xidmət hesab edilir və xidmətlərin

ixracı GST-dən azad edilir.

5. E-ticarətin vergiyə cəlb edilməsindəki problemlər:

İqtisadi-coğrafi amillər:

iştirakçı tərəflərin (alıcı və satıcının) və mal-xidmətlərin fərqli ölkələrdə yer-



ləşməsi - sonrakı bölmələrdə qeyd olunduğu kimi mal, satıcı, vasitəçinin başqa

ölkələrdə fəaliyyət göstərməsi, bu ölkələrdəki mövcud e-kommersiya, vergi

qanunvericiliklərinin kolliziyası ilə nəticələnir. Bəzi ölkələrdə e-kommersiyaya

güzəştlər digər ölkədə olmaya bilər, bu da əlavə çətinliklər yaradır.

e-xidmət təklif edənin təsis olunduğu yerin, daimi nümayəndəliyin yerinin



müəyyən  edilməsindəki  çətinliklər.  Ənənəvi  ticarətdə  sahibkarın  ticarət

apardığı konkret məkan - mağaza, ofisin ünvanı dəqiqdir və vergi orqanında

həmin sahibkar bu ünvan üzrə qeydiyyata düşüb, bu baxımdan vergi orqan-

larının yoxlama aparmaq məqsədilə gedəcəyi ünvan dəqiqdir. E-kommersiyada

internet-mağaza konkret məkanda deyil, virtual məkanda hər hansı bir ölkədə

onun serveri yerləşir. Bu baxımdan OECD məhz server yerləşən ölkənin yuris-

diksiyasının tətbiq edilməsini tələb edirlər. Lakin əgər server ofşor zona hesab

2/2013

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



75


olunan dövlətlərdə yerləşirsə, onlara vergi ya tətbiq olunmur, ya da çox aşağı

səviyyədə tətbiq olunur. Bu zaman vergi rəqabətliliyi pozulmuş olur. Yəni eyni

mal  satan  ənənəvi  kommersanta  nisbətən  e-kommersiya  ilə  məşğul  olan

sahibkar daha az (və ya ümumiyyətlə ödəmədiyindən) vergi ödədiyindən daha

çox rəqabət üstünlüyünə malik olur. E-kommersiyaya artan maraq da bununla

izah olunur.

vergi bazasının köçürülməsi. Elektron ticarət zamanı vergi bazasının başqa



ölkələrə köçürülmə imkanı müxtəlif vergi riskləri meydana gətirir.

Hüquqi aspektlər:

müxtəlif  ölkələrin  e-ticarət,  vergi,  informasiya  texnologiyaları  qanunveri-



ciliyinin müxtəlifliyi;

kiber qayda pozuntularına qarşı mübarizə üzrə müxtəlif qanunvericilik.



Texnoloji amillər:

e-ticarət xidmətləri təqdim edən şirkətlərin informasiya sistemlərinin, server-



lərinin müxtəlif ölkələrdə yerləşməsi;

müxtəlif ölkələrin elektron texnologiyalar sahəsində qeyri-bərabər inkişaf et-



məsi.  Məsələn,  Azərbaycan  Respublikası  vətəndaşı  Rusiya  Federasiyası

ərazisindən ABŞ-da təsis olunmuş e-bay vasitəsilə Böyük Britaniyada yerləşən

kitab sifariş edir. Burada bir əməliyyatda 4 ölkə cəlb olunmuş olur. Bu isə

özündə bir çox hüquqi, iqtisadi, texnoloji nəticələrə səbəb olur.



6. Azərbaycanda e-ticarət

Azərbaycanda e-ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun

iştirakçılarının hüquq və vəzifələrini, habelə e-ticarət haqqında qanunvericiliyin

pozulmasına görə məsuliyyət “Elektron ticarət haqqında” Azərbaycan Respublikası

Qanunu ilə tənzimlənir. Qanuna əsasən elektron ticarət - informasiya sistemlərindən

istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi

üzrə həyata keçirilən fəaliyyətdir. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli

kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər

sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində elektron ticarət haqqında əsas

məqamlar “Əqdlər haqqında ümumi müddəalar” (maddə 331.5 - Yazılı əqd), “Öhdə-

liklər haqqında ümumi müddəalar” (maddə 386.4 - Öhdəliklərin əmələ gəlməsi



əsasları) və “Öhdəliklərin icrası” (maddə 430.4 - Öhdəliyin icrasından imtina) fəsil-

lərində nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də elektron ticarətlə

bağlı  məsuliyyət  məsələləri  nəzərdə  tutulmuşdur.  İnzibati  Xətalar  Məcəlləsinin

240.1-ci maddəsinə (Elektron ticarət haqqında qanunvericiliyin pozulması) əsasən:

Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya (sifarişçiyə) və səlahiyyətli



76

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


dövlət orqanlarına yanlış məlumatın verilməsinə görə - fiziki şəxslər iyirmi manatdan

iyirmi beş manatadək miqdarda, vəzifəli şəxslər əlli beş manatdan yetmiş manatadək

miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə

edilir.


Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin xidmət göstərərkən

ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanun-

suz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların

və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilməsinə və ya

bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən fərdi təşəbbüs qay-

dasında həyata keçirilməsinə görə - fiziki şəxslər otuz manatdan otuz beş manatadək

miqdarda, vəzifəli şəxslər yetmiş beş manatdan doxsan manatadək miqdarda, hüquqi

şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Elektron  ticarətdə  elektron  sənəd  dövriyyəsi  vasitəçisi  tərəfindən  xidmət

göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti

və  ya  qanunsuz  informasiya  ötürməsi  barədə  səlahiyyətli  dövlət  orqanlarına

məlumatın verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə əsasən

xidmətlərin  alıcılarının  (sifarişçilərinin), satıcıların  (təchizatçıların) müəyyən-

ləşdirilməsinə imkan verən məlumatların təqdim edilməməsinə görə - fiziki şəxslər

otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan manat miq-

darında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi tərəfindən məhkəmənin

qərarı  və  ya  qanunvericilikdə  nəzərdə  tutulmuş  səlahiyyətli  dövlət  orqanının

müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən

xidmətin dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin göstərildiyi

halda informasiyanın silinməməsinə və ya ona çıxışın məhdudlaşdırılmamasına görə

- fiziki şəxslər otuz beş manatdan qırx manatadək miqdarda, vəzifəli şəxslər doxsan

manat miqdarında, hüquqi şəxslər üç yüz manat miqdarında cərimə edilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən

kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar va-

sitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən is-

tifadə  hüququnun  verilməsi  üzrə  əməliyyatlar  həyata  keçirildiyi  işlərin  və  ya

xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi yer sayılır.

Qeyd etdiyimiz kimi, beynəlxalq təcrübədə, xüsusilə də AB-də kənardan informasiya

xidmətləri əldə olunarkən elektron məhsulların xidmət kimi vergiyə cəlb olunması

və verginin istehlak yeri üzrə tutulması mövqeyi üstünlük təşkil edir. Bu mövqe

OECD tərəfindən də təsdiqlənir. Bu cür yanaşmada əsas problemlər e-ticarətin B2C

növündə qalır. Yəni, kənardan informasiya xidmətləri əldə olunarkən burada alıcı

ƏDV üzrə vergi ödəyicisi hesab olunmur, buna görə də onu vergi agenti prinsipinə

əsasən vergi ödəməyə hesabat verməyə məcbur etmək çətinliklər yaradır. E-ticarətin

ƏDV-yə cəlb edilməsi məsələləri isə Vergi Məcəlləsində öz əksini tapmışdır.



77

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunsa da bu

sahənin  ilkin  cücərtiləri  yalnız  3  il  sonra,  yəni  2008-ci  ildə  özünü  göstərməyə

başlayıb. Bunun ən əsas səbəblərindən biri internet üzərində ödəmə sisteminin ol-

maması olub. 2008-ci il dekabrın 2-də isə “SilverKey Azərbaycan” şirkəti Azərbay-

canda ilk dəfə olaraq “Visa” və “MasterCard ” tərəfindən xüsusi lisenziya almış

“GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına

təqdim etdikdən sonra Azərbaycanda e-ticarət formalaşmağa başlayıb. 

Artıq Azərbaycanda 17 şirkətdə “GoldenPay” sistemi tətbiq olunur. Bu şirkətlər

internet  üzərindən  ödəmələr  qəbul  edir  və  bəlli  xidmətlərini  internet  üzərindən

təqdim edirlər: 

 

“Bakıelektrikşəbəkə”nin bu sistemi sayəsində 10 minlərlə insan elektrik ener-



jisi haqqını internet üzərindən ödəyir. 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da oxşar sistemlə abituriyentlərə xid-



mət göstərir. TQDK-dakı ödəmə kartları artıq elektron ödəmə kartları ilə əvəz -

lənib. Bu da elektron ticarət növüdür, predmet isə xidmətdir. 

 

“Azərfon” şirkətindən də konturları internet üzərindən almaq olur. “sinta.az”



saytını yaradanlar isə “GoldenPay” sistemindən yararlanaraq, faktiki olaraq

Azərbaycanda ilk dəfə Skandinaviya auksionu təşkil ediblər, yəni bu gün Azər-

baycanda internet vasitəsi ilə müxtəlif saytlara daxil olub arzu olunan malı

seçmək mümkündür. 

 

Onlayn  formasında  da  ödəmə  xidməti  göstərən  şirkətlər  də  mövcuddur.



“Bestkompt”,  “NLT  Telekom”,  “NLİNK”,  “NEXUS”,  kimi  elektron

mağazalarda isə həm də kartla da ödəmə etmək mümkündür.

Dövlət Statistika Komitəsi tərəfindən Azərbaycanda e-ticarətin həcmi 2012-ci

ildən açıqlanır. 2012-ci ilin yanvar-avqust aylarında e-ticarətin həcmi 905,1 min

manat olub.

Son  vaxtlar  ölkəmizdə  www.terasell.com  adlanan  virtual  ticarət  mərkəzi

yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif inter-

net-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron-

ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən,

bütün ticarət şirkətlərinin Terasell.com platformasında pulsuz şəkildə virtual mar-

ketin açılması üçün imkanlar yaradılır. Tutaq ki, şəhərin gözəl bir yerində market

vardır. Buna görə böyük məbləğdə icarə haqqı ödənilir, işçi saxlanılır, işıq, qaz, su

pulu ödənilir. Lakin Siz bütün bu xərclərə qatlanmadan kiçik bir vəsait ödəməklə

də mağaza sahibi ola bilərsiniz. Bu onu göstərir ki, elektron ticarətdə transaksiya

xərcləri ənənəvi ticarətə nisbətən aşağı olur. Transaksiya xərcləri mübadilə pro -

sesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir.

İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı

R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tap-

mışdır [6].

78

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


Transaksiya xərclərinin 5 əsas növü mövcuddur:

1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər;

2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər;

3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər;

4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər;

5. Opportunist fəaliyyətlə bağlı xərclər.

Bu xərclərin bilavasitə kəmiyyət xarakteristikalarının olmamasına baxmayaraq

onlar ümumi xərclərə təsir göstərir. Məşhur Kouz teoreminə görə mülkiyyət hüququ

müəyyənləşdiyi halda transaksiya xərcləri sıfıra bərabər olduqda resursların yer-

ləşdirilməsi effektivliyi mülkiyyət hüququnun dəyişməsindən asılı deyildir. Lakin

real iqtisadiyyatda transaksiya xərcləri həmişə mövcuddur və sıfıra bərabər deyildir.

Lakin ixtiyarı halda informasiyanın əldə edilməsi, müqavilələrin və danışıqların

aparılması, mülkiyyət hüququnun qorunması ilə bağlı xərclərin azalması praktikada

müxtəlif nəticələrə gətirir. Belə ki, elektron ticarətdə transaksiya xərclərinin aşağı

olması əqdlərin qısa bir müddətdə bağlanmasına şərait yaradır. Zaman anlayışı artıq

elektron ticarətdə başqa məna daşımağa başlayır.



7. nəticə

Qloballaşmış dünya iqtisadiyyatının inkişaf meyilləri gələcəkdə e-kommersiya

əməliyyatlarının daha da genişlənməsini və iqtisadiyyatın, demək olar ki, bütün

sahələrində tətbiq edilməsini reallaşdırır. Bu, bir tərəfdən, transaksiya xərclərinin

azalmasına səbəb olur, digər tərəfdən isə, bazarın proqnozlaşdırılmasında, əhalinin

istehlak davranışında, biznes subyektlərinin fəaliyyətində , insanların təfəkküründə

yeni stereotip mexanizmlər yaradır. Transaksiya xərclərinin mənfi cəhətləri ilə yanaşı

onun istehlak və istehsal bazarında fəaliyyət göstərən bazar agentlərinin qarşılıqlı

münasibətlərinin yaranmasında stabilləşdirici xarakter daşıyan müsbət cəhətləri də

mövcuddur. Elektron ticarət zamanı transaksiya xərclərinin kəskin şəkildə aşağı

düşməsi artıq iqtisadi sistemi yeni bir turbulent vəziyyətə gətirir. Bu vəziyyətdə is-

tehlak bazarının proqnozlaşdırılmasında və onun marketinq baxımından təhlilində

qeyri-müəyyənlik yaranır. Mövcud mexanizmlər ös aktivliyini itirir yeni mexanizm-

lərin  yaranması  üçün  isə  zaman  tələb  olunur.  Lakin  elektron  ticarətin  ənənəvi

ticarətlə müqayisədə elə də böyük inkişaf tempinə malik olmaması bu ziddiyyətlərin

kəskin xarakter daşımasına səbəb olmur.

Elektron ticarət zamanı vergi baxımından əsas problemlər birbaşa elektron ticarət

zamanı baş verir. Vergitutma sahəsində beynəlxalq təcrübənin araşdırılması və onun

tətbiqi  mexanizmlərinin  təkmilləşdirilməsi  aşağıdakı  əsas  prinsiplərin  qəbul

edilməsini zəruriləşdirir: 

1. Elektron ticarət transaksiyalarının həcminin bit ölçüsünə görə vergitutma prin-

siplərinin aradan götürülməsi;



79

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


2. Neytrallıq prinsipi əsasında elektron ticarətin ümümi qaydada vergiyə cəlb

edilməsi;

3. Eyni bir elektron ticarət əməliyyatının ikiqat vergidən sığortalanması;

4. Elektron ticarət zamanı dolayı vergilərə xüsusi ilə son istehlak məkanında

vergiyə cəlb edilməsi;

5. Ticarətin elektron və ya ənənəvi üsullarla aparılması zamanı yol verilə bilən

diskriminasiya halların aradan qaldırılması;

6. Birbaşa  e-ticarət  zamanı  son  təqdim  edilmiş  məhsulları  xidmət  kimi

qiymətləndirərək onlara əlavə dəyər vergisinin tətbiq edilməsi.

Lakin, eyni zamanda, qeyd etmək lazımdır ki, elektron ticarət dinamik bir inkişaf

prosesindədir. Bu prinsiplər daimi olaraq iqtisadi sistemin inkişaf meyilləri ilə uzlaş-

malıdır. 



Ədəbiyyat siyahısı

1. Karl Frieden. (2000). Cybertaxation. Chicago, Arthur Andersen. p.585

2. Gary Schneider (2008). Electronic commerce, Course technology, p.342

3. Makoto Yokoo. (2008). Electronic commerce: theory and practice, Springer, 

4. Дианова Т. (2012). Некоторые особенности электронной торговли: от

«мифов» к «эффекту скольжения» Вопросы экономики . № 05, стр. 139-

146.(Dianova T. (2012). Elektron ticarətin bəzi xüsusiyyətləri: “miflər”dən

“sürüşmə effekti”nədək. İqtisadiyyata dair suallar, s.139-146)

5. Кузнецов А. (2004). Электронные рынки и конкуренция. Вопросы эконо-

мики. № 2, с. 72-81. (Kuznetsov.A. (2004). Elektron bazarlar və rəqabət. İqti-

sadiyyat sualları., s.72-81.)

6. Coase R. The problem of sosial cost. Journal of Law and Economics. Vol.3

p.1-44.

7. E-Commerce taxation and cyberspace law: the integrative adaptation model



“Virginia Journal Of Law &Technology”

8. John A. Swain. Cybertaxation and the commerce clause:entity isolation or af-

filiate Nexus?

9. roche-duffay.ru Электронная коммерция и ее налогообложение. (roche-duf-



fay.ru . Elektron kommersiya və onun vergitutması)

10. Ильичев С.К. Особенности налогообложения в сфере электронной ком-

мерции. Издательство Маркет стр.188 (İliçev S.K. Elektron sahəsində ver-

gitutmanın xüsusiyyətləri. Market nəşriyyatı. 188 s.)

11. Michael Howard. Public Sector Economics. p.318



80

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


Мусаев Акиф Фархад оглы

доктор экономических наук, профессор, член-корреспонденты НАНА



Гараев Имран Алияр оглы

доктор философии по экономике, доцент



Электронная коммерция и налооблажение

Аннотация

Цель исследования – анализ направлений развития операций электронной

коммерции в современных условиях и исследование свойств их налогообло-

жения.

Методология исследования – системный подход, сравнительный анализ, ин-

дукция и дедукция.



Выводы исследования – роль электронной коммерции в развитии экономики

а также предложения по решению сложностей налогообложения этой сферы.



Ограничения  исследования  –  налогообложение  электронной  коммерции

должно вестись, учитывая ее различные секторы, и только после тщательного

научного изучения можно давать предложения.

Практическая значимость исследования – в данный момент большие темпы

роста операций электронной коммерции в условиях глобализации, а также то,

что она охватывает, можно сказать, все секторы экономики и требует приме-

нение мобильных электронных механизмов.



Оригинальность и научная новизна исследования – исследуемые проблемы,

а также многие факты, в особенности вопросы налогообложения электронной

коммерции в Азербайджане, недавно внесены в научную экономическую ли-

тературу.



Ключевые слова: электронная коммерция, налогообложение, программ-

ное обеспечение, интернет технологии

81

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013


Musayev Akif farhad oglu

doctor of economics, professor, correspondent member of ANAS



garayev ımran Aliyar oglu

ph.doctor of economics, ass. prof.



E-commerce and taxation

Abstract

Purpose – analysis of trends in the development of e-commerce transactions in

the modern conditions and study the properties of their tax.



Methodology – systematic approach, comparative analysis, induction and deduc-

tion


Findings – the role of e-commerce in the economy as well as suggestions solu-

tions complexities of taxation in this sphere



Research limitations – taxation of e-commerce should be conducted in view of

its different sectors, and only after a thorough scientific study can give suggestions.



Practical implication – currently high rates of growth of e-commerce transactions

in the context of globalization, and the fact that it covers can say all economic sec-

tors, and requires the use of mobile electronic mechanisms

Originality – research question, as well as many of the facts, in particular the tax-

ation of e-commerce in Azerbaijan, recently introduced to the scientific economic

literature

Keywords: e-commerce, taxation, software, internet technologies

JEl Classification Codes: E62, G21, G14, L86

Məqalə redaksiyaya daxil olmuşdur: 01.02.13.

Çapa qəbul olunmuşdur: 02.04.13.

82

A.Musayev, İ.qarayev

ElEKtron KoMMErsİyA vƏ vErgİtUtMA



2/2013

Yüklə 153,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə