N11-1-ci qrup Layout 1



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə2/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   2   3   4   5   6   7   8   9   ...   42

İlham Əliyevin 01.09.2011‑ci il tarixli Sərəncamı ilə yüksək nəticə göstərən 102 abituriyentə Prezident
təqaüdü təyin edilmişdir. Bu, onların əldə etdiyi uğurların ilk bəhrəsidir. Tədbirimizdə iştirak edən‑
lər respublikanın, demək olar, bütün şəhər və rayonlarını, o cümlədən, bəzi kənd məktəblərini təm‑
sil edir. Görüşümüzdə Naxçıvan regional bölməmizlə video bağlantıda 4 nəfər Prezident təqaüdçüsü
də iştirak edir. Mən sizin hər birinizi, valideynlərinizi, müəllimlərinizi  bu uğur münasibəti ilə təbrik
edirəm. 
TQDK‑nın iş prinsipi elədir ki, biz nə imtahana hazırlıq mərhələsində, nə də imtahan dövründə
sizi görmürük. Yalnız ərizələrinizlə işləyir, kodlarınız və imtahan nəticələrinizlə maraqlanırıq. Daha
sonra biz nəticələriniz əsasında müsabiqə keçirir, ali məktəblərin müxtəlif ixtisaslarına yerləşdirmə
aparırıq. Artıq imtahan prosesi arxada qalıb. İndi biz sizinlə üz‑üzə görüşürük. 
Zalda TQDK‑nın test sistemini quran əməkdaşları da əyləşiblər. Amma bu sistemin bilavasitə isti‑
fadəçiləri sizsiniz. Ən yüksək intellektual potensialı olan və bunu imtahan nəticələri ilə təsdiq edən
şəxslər kimi sizin fikirləriniz bizi çox maraqlandırır. Hesab edirəm ki, sizin rəy və təkliflərinizi öz
dilinizdən eşitmək bizim fəaliyyətimiz üçün də əhəmiyyətli ola bilər”.
Siz bilik iqtisadiyyatı üçün hazırlanan gənç nəslin lokomotivinə çevrilməlisiniz
TQDK sədrinin müavini Namiq Babayev də gəncləri təbrik etdi. O, tələbələri əldə etdikləri yük‑
sək nailiyyət münasibəti ilə təbrik etdi və öz tövsiyələrini  verdi: “Əziz gənclər, siz tələbə adı qazan‑
maqla yanaşı, dövlətimiz tərəfindən çox yüksək bir mükafata–Prezident təqaüdünə layiq
görülmüsünüz. Bu uğur sizi sevindirməklə bərabər, həm də daha böyük məqsədlərə çatmanıza təkan
olmalıdır. Siz artıq müxtəlif ali məktəblərdə təhsilinizi davam etdirirsiniz. Unutmayın ki, sizin ata‑
cağınız hər bir addım bu təhsil ocaqlarında oxuyan tələbələr, eləcə də sizdən sonra  gələn gənçlər –
gələcək abituriyentlər üçün örnək olmalıdır. Siz öz istedadınız, bilik, bacarıq və  vərdişlərinizlə bilik
iqtisadiyyatı üçün hazırlanan gənç nəslin lokomotivinə çevrilməlisiniz!”    
Abituriyent uğurunun açarı: iradə, zəhmət, inamdır
Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasının tələbəsi Humay
Həsənli tələbə adı qazanmağın əsas amilləri barədə danışdı: 
– Bütün tələbə adı qazananları təbrik edirəm. Belə bir uğuru qazanmaq, xüsusilə
Prezident təqaüdünə layiq görülmək çox böyük bir şərəfdir. Bu müvəffəqiyyəti əldə
etməkdə bizə yardımçı olan hər kəsə, başda valideynlərimiz və müəllimlərimiz
olmaqla əməyi keçən hər bir şəxsə təşəkkürlərimi bildirirəm. Hesab edirəm ki, tələbə
adı qazanmaq üçün 3 amil əsasdır: birincisi iradə, ikincisi davamlı çalışmaq, zəh‑
mətkeşlik, üçüncüsü isə uğur qazanacağına inamlı olmaq lazımdır. Bu amillər
vəhdətdə olanda istədiyinə çatmaq mümkündür. Bizdən sonrakı abituriyentlərə də
belə keyfiyyətlər və qələbə sevinci arzulayıram!”
Daha sonra Prezident təqaüdçülərinin səsləndirdiyi rəy və təkliflər dinlənildi, onlara müna‑
sibət bildirildi, izahatlar verildi:
Süleyman Sadıxov (I qrup, 685 bal, Azərbaycan Dövlət Neft Akademiyasının
“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının tələbəsi) 
–   Tələbə adını qazanmış hər bir  abituriyenti təbrik edirəm. Hesab edirəm
ki,  uğurumuzun səbəbkarı yalnız biz özümüz deyilik. Tələbə adını qazanmaqda
üzərimizdə birbaşa zəhməti olan müəllimlərimizə, valideynlərimizə dərin
təşəkkürlərimi çatdırıram. Azərbaycan gəncliyinə, biz tələbələrə göstərdiyi
qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz minnətdar‑
lığımı bildirirəm. Bizdən sonrakı məzunlara daha  əzmkarlıqla çalışmağı tövsiyə
edir və bizdən daha üstün nəticə göstərmələrini arzulayıram! Bu bir faktdır ki, bu
gün  zəhmət çəkib qəbul imtahanına ciddi hazırlaşan heç bir şagirdin əməyi yerdə qalmır. Biz əldə
etdiyimiz nəticə ilə bunun şahidi olduq. Hazırda dövlətimizin bizlərə göstərdiyi qayğı, müxtəlif
təqaüdlərin ayrılması və mənim də qoşulmaq fikrində olduğum “2007‑2015‑ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”nın təşkili bizim hər birimizi daha inamla,
həvəslə çalışmağa və ölkəmizə lazımlı, savadlı bir kadr kimi yetişməyə ruhlandırır. 
3
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ


4
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
TQDK sədri M.Abbaszadə: “2007‑2015‑ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə dövlət proqramı” üzrə xaricdə təhsil almağa gedən gənclər arasında da qəbulda yüksək
nəticələr əldə edənlər az deyildir. Təbii ki, bu proqram çox gözəl bir proqramdır. Gənclərimiz bu pro‑
qram vasitəsi ilə dünyanın nüfuzlu universitetlərində təhsil alır və fundamental elmlərlə yanaşı, son
dünya təcrübəsini də mənimsəyirlər. Belə gənclərdən bəziləri bizə yazır ki, çox yüksək balla ali mək‑
təbə qəbul olsam da, Prezident təqaüdçüləri sırasında yoxam, nə üçün? Mən fürsətdən istifadə edib
belə gənclərə və  gələcək abituriyentlərə bildirirəm ki, Prezident təqaüdü  qəbul imtahanlarında ən
yüksək bal toplayıb və Azərbaycan ali təhsil müəssisələrinə qəbul olan tələbələrə verilir. Xaricdə təh‑
sil alan gənclərimiz isə başqa proqramlar üzrə  təqaüdlərdə iştirak edə  bilərlər. 
Rüstəm Bəhmənzadə (II qrup, 685 bal, Azərbaycan Dövlət İqtisad
Universitetinin  “Dünya iqtisadiyyatı” ixtisasının tələbəsi) 
– TQDK‑nın obyektivliyi və imtahanlarda yaratdığı şərait imkan verdi ki, biz öz
biliklərimizi dolğun şəkildə nümayiş etdirə bilək. İmtahanın gedişindən çox razı
qaldım. Xüsusən də imtahanda açıq test tapşırıqlarının tətbiqini alqışlayıram. Ancaq
mənim fikrimcə, açıq test tapşırıqlarının hələlik yalnız riyaziyyat fənində tətbiqi
kifayət edər. Çünki riyaziyyat dəqiq elmdir və açıq test suallarına bu fənn üzrə cavab
tapmaq digər fənlərlə müqayisədə daha asandır. Başqa fənlərə də bu tipli test sual‑
lar salınarsa, fikrimcə, o zaman imtahan vaxtı probleminə də toxunmaq lazım ola‑
caq. Çünki abituriyentlərin bilik səviyyəsi yaxşı olsa belə, onlar vaxt azlığından bu tipli tapşırıqları həll
etməyi çatdıra bilməyəcəklər.
TQDK sədri M.Abbaszadə:
Azərbaycanda qəbul imtahan‑
larının yeni model əsasında keçi‑
rilməsi “Təhsil haqqında” qanunda
da əksini tapıb. Bu il qəbulda yalnız
riyaziyyat fəndindən açıq tipli
testlər tətbiq olundu. Gələcəkdə
digər fənlər üzrə də bu tipli testlər
tətbiq olunacaq. Təbii ki, açıq tipli
testlər tətbiq olunacaqsa, onların
yoxlanılma və qiymətləndirmə
üsulları da fərqli olacaq. Qəbul
prosesinə tədricən hər il müəyyən
bir element
daxil ediləcək. Təbii ki, biz açıq tipli testləri imtahana daxil edəndə vaxt faktorunu
da nəzərə alırıq. Gələcəkdə, ola bilsin ki, belə məsələlər,  o cümlədən imtahan sual‑
larının sayı ilə də əlaqədar hansısa dəyişikliklər edilsin. Hələ ki, 2012‑ci il üçün elə
də çox dəyişiklik nəzərdə tutulmur. Nəzərdə tutulan dəyişikliklərlə bağlı biz yaxın
vaxtlarda ictimaiyyətə geniş məlumat verəcəyik.
Təbriz Raufoğlu (III qrup, 666 bal,  Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” ixtisasının tələbəsi)  
– Hamınızı salamlayıram və bizimlə belə bir görüşü təşkil etdiyinə görə TQDK
rəhbərliyinə təşəkkür edirəm. Açıq sualların bütün fənlər üzrə salınmasının tərəfdarıyam. Çünki belə
suallar abituriyentin intellektual səviyyəsini daha   qabarıq şəkildə ortaya qoyur. Ən azı hər fəndən
5 sualın açıq tipli olması məqsədəuyğun olardı. 
Natiq Səlimzadə (I qrup, 695 bal, “Qafqaz” Universitetinin “Kompyuter
mühəndisliyi” ixtisasının tələbəsi)   
– TQDK‑nın nəşr etdiyi dərs vəsaitləri, test topluları  hazırlıq mərhələsində
abituriyentlərə çox köməklik edir. Amma bəzən biz orta məktəbdə istifadə etdiy‑
imiz dərsliklərlə bu vəsaitlər arasında müəyyən uyğunsuzluqlar görürük. Yaxşı
ki, biz “Abituriyent” jurnalından mütəmadi olaraq məktəb dərsliklərindəki


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə