N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   2   3   4   5   6   7   8   9   ...   42

9
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
lazım olduğunu söyləyir: “Mən bütün fənləri yüksək səviyyədə oxumuşam. Onlarda ayrı‑seçkiliyə
yol verməmişəm, hamısına eyni dərəcədə diqqət yetirmişəm, Aşağı siniflərdən 11‑ci sinfə qədər bu
qayda üzrə çalışmışam, buna görə də istəyimə nail olmuşam”.
“Məncə, repetitorsuz ali məktəbə daxil olmaq olar” 
Ləman deyir ki, qəbul imtahanına hazırlaşan zaman 10 ay repetitor xidmətindən istifadə
etmişəm: “Məncə, repetitorsuz ali məktəbə daxil olmaq olar, amma 700 bal toplamaq çətindir.
Əlbəttə, qəbul imtahanına hazırlaşan hər bir abituriyentin müəllim məsləhətinə ehtiyacı yaranır.
Hətta məktəbdə dərslər yüksək səviyyədə keçilsə belə, buna ehtiyac olur. Bununla belə, heç bir
məsləhət, izah, tövsiyə şagird çalışmasını əvəz edə bilməz. Şəxsən mənim müəllimlərim çox
güclü olub. Amma son sinifdə hiss etdim ki, repetitor‑müəllim məsləhətinə, istiqamətinə ehtiyac
var”.
“Əyləncələrə çox vaxt sərf edən abituriyenlər imtahanda aşağı nəticələr göstərirlər”
L.Məmmədovanın fikrincə, imtahana hazırlaşan hər bir abituriyent bütün diqqətini hazırlığa
yönəltməlidir: “Hazırda kompyuter və digər texnologiyalar yüksək inkişaf etdiyi üçün bir çox
uşaqların başı onlara qarışır, çox vaxt internetdə olurlar və dərslər arxa plana keçir. Bu səbəbdən az
oxuyurlar. Mənim yoldaşlarımdan da başı telefona, kompyuterə qarışanlar olub. Onlar boş
vaxtlarını cürbəcür əyləncələrə, internet oyunlarına sərf edirdilər. Nəticədə qəbul imtahanında az
bal topladılar. Mən imtahana hazırlaşanda yorulduğumu hiss edən zaman kitablardan uzaqlaşıb
dincəlirdim. Əlbəttə, heç bir abituriyent imtahana hazırlıq zamanı özünü əyləncədən tamamilə
məhrum etməməli, müvəffəqiyyətli çalışmalar həftəsindən sonra özünü bir istirahət və əyləncə
günü ilə mükafatlandırmalıdır. Əks halda, onda həddindən artıq yorğunluq əmələ gələ bilər, bu da
imtahana hazırlıqla bağlı bütün səyləri heçə endirər”. 
“TQDK‑nın qəbul imtahanlarına hazırlaşmaq üçün nəşr etdiyi vəsaitlərin mənə çox faydası
olub”
L.Məmmədova qeyd edir ki, qəbul imtahanına hazırlaşan zaman dərsliklərlə yanaşı, Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının nəşr etdiyi vəsaitlərdən də geniş istifadə edib: “Bu vəsaitlər mənim
dərsliklərdən öyrəndiyim biliklərin sistemə salınmasına kömək edib. Mən 11‑ci sinifdən başlayaraq
TQDK‑nın nəşr etdiyi bütün vəsaitləri oxuyur, “Abituriyent” jurnalının bütün saylarını izləyirdim.
Jurnalda qəbulla bağlı qaydalarla yanaşı, abituriyentlər üçün vacib olan digər məlumatlarla da tanış
olurdum. Vəsaitlərdə məlumatların sistemliliyi, lakonikliyi, eyni zamanda dolğunluğu qəbul
imtahanına hazırlaşanlar üçün əvəzedilməz mənbələrdir. Son illər TQDK İKT‑nin imkanlarından
istifadə edərək abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına metodiki kömək məqsədilə ayrı‑
ayrı fənlər üzrə təcrübəli ekspertlərin internet vasitəsilə video‑məsləhətlərini nümayiş etdirir. Bundan
başqa “Video‑mühazirələr” silsiləsindən bütün fənlər üzrə qəbul imtahanı proqramlarının mövzularını
əhatə edən mühazirələr təqdim edir. Mən bu mühazirələrlə də tanış olub faydalanmışam”.
“Qəbul imtahanlarına hazırlıq dövründə hamının, xüsusilə valideynlərin abituriyentə dəstəyi
olmalıdır”
Qəbul imtahanına hazırlaşan zaman valideynləri Ləmana böyük dəstək olub: “Valideynlərim
heç vaxt məni sıxmayıblar. Əksinə, bəzən mənə deyirdilər ki, az oxuyum, özümü çox yormayım.
Mən isə həmişə onlara deyirdim ki, siz məndən daha çox oxumağı tələb edin. Valideynlərim heç
vaxt məni dərs üstündə danlamayıblar. Bəzi yoldaşlarımdan eşidirdim ki, evdə onları sıxışdırır,
danlayır və ya təzyiq göstərirlər, amma mənim valideynlərim mənimlə yüksək nəzakətlə
davranırdılar. Əslində uşağın özündən də çox şey asılıdır. Mən elə çalışırdım, danlağa, qınağa əl
yeri qalmırdı. Valideynlərimin mənə ixtisas seçimində də köməyi olub. Əslində mən həm tarixçi,
həm iqtisadçı, həm riyaziyyatçı və həm də digər ixtisaslara meyilli idim. Amma valideynlərim məni
istiqamətləndirdilər. Onlar hiss etdilər ki, mən məhz I qrupda yüksək nəticəyə nail ola bilərəm.


10
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Fikrimcə, qəbul imtahanlarına hazırlaşan dövrdə abituriyentə valideynlər tərəfindən hərtərəfli
kömək olunmalıdır. Nəzərə alınmalıdır ki, qəbula hazırlaşan uşaqların psixoloji durumu elə
vəziyyətdə olur ki, bu zaman onların köməyə, dəstəyə ehtiyac olur”. 
“İxtisasım üzrə mükəmməl təhsil almağı qarşıma məqsəd qoymuşam”
Gələcək planlarından danışarkən Ləman vurğulayır ki, imkan olarsa, təhsilini xaricdəki nüfuzlu
ali təhsil müəssisələrinin birində davam etdirmək istərdi: “Əlbəttə, mən çalışacağam ki, qəbul
olduğum fakültədə yaxşı oxuyum, əlaçı olum. İxtisasım üzrə mükəmməl təhsil almağı qarşıma
məqsəd qoymuşam. Xaricdə təhsil almalı olsam da, Azərbaycana qayıdıb burda işləyəcəyəm,
Vətənim üçün çalışacağam”.
Xavər Feyzullayeva:
“Düzgün vaxt bölgüsü, məsuliyyət, möhkəm iradə, ciddi
hazırlıq uğura təminat verir”
Xavər Feyzullayeva builki qəbul imtahanlarında rekord nəticə ‑ 700 bal toplayan
abituriyentlərdən biridir. Bakı şəhərində anadan olub. Atası Biləcəri Lokomotiv Deposunda
maşinist vəzifəsində çalışır, anası isə evdar qadındır.  
299 saylı orta məktəbin məzunu olan Xavər “Qafqaz” Universitetinin “Kimya
mühəndisliyi” ixtisasına daxil olub. Məktəbi yüksək qiymətlərlə bitirən X.Feyzullayeva
elm və təhsilə hələ uşaq yaşlarından böyük maraq göstərib. Bilik və intellektual
səviyyəsinə görə məktəbdə fərqlənən şagirdlərdən olub. Xavərin ən böyük arzusu daxil
olduğu “Qafqaz” Universitetini bitirdikdən sonra biliyini xarici ölkə universitetlərinin
birində daha da artırmaq, layiqli mütəxəssis kimi yetişərək, vətənə, xalqa xidmət
etməkdir.
“Qəbul imtahanına hazırlaşan abituriyent vaxt bölgüsünü düzgün aparmalıdır”
X. Feyzullayeva qeyd edir ki, düzgün vaxt bölgüsü, məsuliyyət, möhkəm iradə, ciddi hazırlıq
uğura təminat verir. Sadalananlara əməl edən hər bir abituriyent qəbul imtahanında yüksək nəticə
göstərə və hətta 700 bal da toplaya bilər: “Qəbul imtahanına hazırlaşan abituriyent birinci növbədə
vaxt bölgüsünü düzgün aparmalıdır. Məhz vaxtı düzgün böldüyüm üçün hər bir fənn üzrə imtahana
səmərəli, sistemli hazırlaşmağa, öyrəndiklərimi təkrar etməyə yetərincə vaxtım olurdu. Mən
imtahana hazırlığa hər zaman çox ciddi və böyük məsuliyyətlə yanaşırdım. Bəzən elə olurdu ki,
yorulur, bu gün oxuyub bitirməli olduğum materialı çatdıra bilmirdim. Ancaq ertəsi gün ilk olaraq
yarımçıq qalan materialı oxuyub başa çatdırır, sonra digər materiallara keçirdim. Üstəlik də, bu
günün işini sabaha saxladığıma görə özümü qınayırdım. İki il bütün diqqətimi hazırlıq prosesinə
yönəltdim. Gecə‑gündüz çalışdım, nəticədə çəkdiyim zəhmət bəhrəsini verdi”.  
“Yüksək bal toplamaq ücün müstəqil çalışmaqla bərabər, hazırlıq kursuna getmək və ya repetitor
xidmətindən istifadə etmək lazımdır” 
X. Feyzullayeva deyir ki, o, qəbul imtahanlarına hazırlıq kursu çərçivəsində hazırlaşıb: “Fikrimcə,
repetitor xidmətindən istifadə etmədən və ya hazırlıq kursuna getmədən yüksək nəticə əldə etmək
bir qədər çətindir. Mən iki il hazırlıq kursuna getmişəm. Onu da deyim ki, kursa getməzdən əvvəl
sınaq imtahanlarında aşağı bal toplayırdım. Amma kurs xətti ilə hazırlaşandan sonra sınaqlarda
daha yüksək nəticə göstərməyə başladım. Hazırlıq kursunda dərslər sistemli şəkildə keçirilir, test
tapşırıqlarının həllinə daha çox üstünlük verilirdi. Öncə hər həftə, imtahana yaxın aylarda isə, demək
olar ki, hər gün sınaq imtahanları keçirilirdi. Bu da bizim imtahana daha yaxşı hazırlaşmağımıza
əlverişli imkan yaradırdı. Bununla belə mən belə bir qənaətdəyəm ki, qəbul imtahanına müstəqil
şəkildə hazırlaşmaqla da uğurlu nəticə əldə etmək olar. Ancaq indiki şəraitdə ən yüksək bal
toplamaq ücün həm də hazırlıq kursuna getmək və ya repetitor xidmətindən istifadə etmək
lazımdır”. 


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə