N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   2   3   4   5   6   7   8   9   ...   42

11
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
“Abituriyent bütün diqqətini hazırlıq prosesinə yönəltməlidir” 
Xavər bildirir ki, imtahana hazırlaşan abituriyent bütün diqqətini hazırlıq prosesinə yönəltməlidir:
“Qəbul imtahanına hazırlığa, əsasən, 10 və 11‑ci siniflərdə daha çox vaxt ayrılır. Bu iki il müddətində
əyləncəyə, əlavə məşğuliyyətlərə bir qədər ara vermək məsləhətdir. Bu dövrdə abituriyent gərək bütün
diqqətini hazırlığa yönəltsin. Çünki hazırlıq prosesində yol verilən yanlışlıq və səhlənkarlıq
abituriyentin tələbə olmaq arzusunu ürəyində qoya bilər. Mən qəbula hazırlaşdığım iki il ərzində hətta
televizora da baxmırdım. Boş vaxtım, demək olar ki, olmurdu. Səhər dərsə, dərsdən sonra isə hazırlığa
gedirdim. Evə gəlib bir qədər dincəldikdən sonra yenidən dərs oxumağa başlayırdım. İmtahanda
yüksək nəticə göstərmək istəyən abituriyent məncə qəbula belə hazırlaşmalıdır”.
“Abituriyentlərə valideynlərin dəstək olması çox vacibdir”
X.Feyzullayeva qəbula hazırlaşan zaman valideynlərinin ona böyük dəstək olduğunu qeyd edir:
“Mənim imtahana rahat hazırlaşmağım üçün hər çür şərait yaradılmışdı. Anam hər zaman mənə
güvəndiyini və məndən yüksək nəticə gözlədiyini deyirdi. Bu sözlər məndə özümə inam hissini
artırırdı. Məlumdur ki, imtahan öncəsi hər bir abituriyent həyəcanlı olur. Bəzən hətta ən yaxşı
oxuyan şagird də həyəcanlandığı üçün fikrini toplaya bilmir. Mən də imtahan öncəsi bir qədər
həyəcanlı idim. Ancaq anamın mənə ürək‑dirək verməsindən sonra həyəcanım keçdi. Odur ki,
qəbula hazırlaşan abituriyentə valideynlərinin dəstək olması çox vacibdir.
Bəzən elə olur ki, abituriyent sınaq imtahanlarında aşağı bal toplayır. Valideynləri də buna görə uşağı
sıxışdırır, bu qədər hazırlaşmağına baxmayaraq niyə belə aşağı nəticə göstərdiyinə görə onu danlayırlar.
Hətta qəbul imtahanında aşağı bal toplayacağı təqdirdə onu cəzalandıracaqları ilə hədələyirlər. Mən
valideynlərin övladları ilə bu cür rəftar etmələrini pisləyirəm. Valideyn imtahana hazırlaşan övladına
dəstək olmalıdır. Mən həm qəbula hazırlaşan zaman, həm də imtahandan sonra valideynlərimdən
böyük dəstək gördüm. Onlar mənə çox inanır və deyirdilər ki, sən ali məktəbə yüksək balla qəbul
olacaqsan. Valideynlərimin mənə olan inamını doğrultduğum üçün çox xoşbəxtəm”. 
“Sınaq imtahanları vasitəsilə abituriyentlər əldə etdikləri biliyi yoxlamaq imkanı qazanırlar”
X. Feyzullayeva hazırlıq müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil
edilən sınaq imtahanlarının çoxunda iştirak etdiyini bildirir: “Hesab edirəm ki, abituriyentlər sınaq
imtahanları vasitəsilə öz bilik səviyyələrini yoxlamaq, bu biliklərin qəbul imtahanında neçə bal
toplamağa şans verdiyini müəyyənləşdirmək imkanı qazanırlar. Mən sonuncu  sınaqdan 690 bal
toplamışdım. Bu sınaqdan sonra artıq məndə 700 bal toplayacağıma inam yarandı”.  
“Abituriyentlərin biliyi qəbul imtahanında ədalətli şəkildə qiymətləndirilir”
X. Feyzullayeva vurğulayır ki, ali məktəblərə qəbul imtahanında tətbiq olunan test üsulu savadlı,
bilikli və bacarıqlı abituriyentlərin seçilməsinə imkan yaradır. Hər bir abituriyent əmindir ki, onun
biliyi qəbul imtahanında ədalətli şəkildə qiymətləndirilir. Buna görə də tələbə olmaq arzusunda olan
hər kəs bütün diqqətini oxumağa yönəldir. 
Onu da qeyd etmək istəyirəm ki, yalnız imtahan prosesi deyil, sənəd qəbulu mərhələsi də TQDK
tərəfindən yüksək səviyyədə keçirilir. Elektron ərizə verən abituriyentlər üçün “Abituriyentin elektron
ərizəsi”nin doldurulma qaydasının çap edilməsi, bu mərhələdə səhvlərə yol verməmək üçün nələrə
diqqət yetirməli olduğunun izahı abituriyentlərin işini xeyli asanlaşdırır”.
Cahandar Camallı: 
“Yüksək nəticə göstərmək üçün abituriyent qarşısına
məqsəd qoymalı və bu istiqamət‑də davamlı, sistemli
çalışmalıdır”
Bu il maksimum nəticəyə imza ataraq 700 bal toplayan abituriyentlərdən biri də
Cahandar Camallıdır. C.Camallı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun
Çomaxtur kəndində anadan olub. 1997‑ci ildə ailələri Bakı şəhərinə köçüb. 2000‑ci ildə
Bakının Xətai rayonundakı 263 saylı məktəbin birinci sinfinə daxil olub. Məktəbi yüksək
qiymətlərlə bitirən Cahandar rekord nəticə ilə “Qafqaz” Universitetinin “Kompyuter
mühəndisliyi” ixtisasına daxil olub. 


12
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
“Hazırlıq müddətində vaxtı düzgün və səmərəli şəkildə bölmək, təkrar çalışmalara və test
tapşırıqlarının həllinə də vaxt ayırmaq lazımdır” 
C.Camallı deyir ki, qəbul imtahanına hazırlaşan abituriyentin özünə və biliyinə güclü inamı
olmalıdır: “Mən özümə, biliyimə inanırdım və əmin idim ki, yüksək bal toplayacağam. İmtahandan
çıxanda 680‑dən yuxarı bal gözləyirdim. Ancaq cavabları yoxlayandan sonra əmin oldum ki, balım
700‑dür. Belə yüksək nəticə əldə etməyin xüsusi bir formulu yoxdur. Bunun üçün abituriyent
qarşısına məqsəd qoymalı və bu yöndə davamlı, sistemli şəkildə çalışmalıdır. Hazırlıq müddətində
vaxtı düzgün və səmərəli şəkildə bölmək, təkrar çalışmalara, test tapşırıqlarının həllinə də vaxt
ayırmaq lazımdır. İmtahana psixoloji baxımdan da hazır olmaq vacibdir. Belə bir hazırlığı olmayan
abituriyent imtahan vaxtı çox həyəcanlı olur. Bu isə onun diqqətinə, yaddaşına təsir edir, sualları
cavablandırmasında səhvlərə yol verməsinə səbəb olur. Mən imtahanda çalışdım ki,
həyəcanlanmayım. Düzdür, əvvəlcə həyəcanım var idi, ancaq sualların asanlığını görəndən sonra
həyəcanım azaldı. Yüksək bal toplamağımın əsas səbəblərindən biri də valideynlərimin və
yaxınlarımın mənə əvvəldən olan inamı idi ki, bu da məsuliyyətimi daha da artırırdı”. 
“Hazırlıq kursunda dərslər sistemli şəkildə keçirilirdi” 
Cahandar deyir  ki, “ixtisas qrupunu seçdikdən sonra mənim qəbul imtahanına necə və kimlə
hazırlaşacağım sualı gündəmə gəldi. Seçim bir neçə variant arasında ola bilərdi:  müstəqil
hazırlaşma, repetitorla hazırlaşma və ya hazırlıq kursu xətti ilə hazırlaşma. Mən üçüncünü seçdim.
Əlbəttə, bütün xidmət sahələrinə şamil olunan keyfiyyətli və keyfiyyətsiz anlayışları hazırlıq
kurslarına da aid ola bilər. Xöşbəxtlikdən mənim getdiyim hazırlıq kursunda məşğələlər keyfiyyətli
təşkil olunmuşdu.
Məlumdur ki, aşağı siniflərdə keçilən dərslərin hamısı olduğu kimi yadda qalmır. Ona görə də
öyrəndiklərini təkrarlamaq, yada salmaq üçün ya müstəqil çalışmaq, ya hazırlıq kursuna, ya da
repetitor yanına getmək lazım gəlir. Mən iki il hazırlıq kursunun dinləyicisi oldum.    
Kursda vaxt cəhətdən çox itki olmurdu. Müəllimlər də işlərinə məsuliyyətlə yanaşır, dərslər
sistemli şəkildə keçirilirdi. Bir neçə fənn üzrə dərslər eyni bir gündə keçildiyindən beyin
yorulmurdu”. 
“Qəbula hazırlaşan abituriyent sınağa nə qədər çox gedərsə, imtahanda bir o qədər az həyəcan
keçirər”
C.Camallı 11‑ci sinifdən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi bütün
sınaqlarda iştirak etdiyini bildirir: “Məncə, imtahanda həyəcanlanmamaq, özünü itirməmək üçün
sınaq imtahanlarında mütəmadi iştirak etmək lazımdır. Qəbula hazırlaşan abituriyent sınaqlara nə
qədər çox gedərsə, imtahanda bir o qədər az həyəcan keçirər, qorxu, stress halları azalar, nəticədə
qəbul imtahanında biliyini daha dolğun nümayiş etdirər. Sınaq imtahanları abituriyentin bilik
səviyyəsinin müəyyən edilməsində, bütövlükdə onun qəbul imtahanına hazırlığında mühüm rol
oynayır. Mən 11‑ci sinifdən etibarən TQDK‑nın bütün sınaqlarında iştirak etmişəm. Son sınaqda 663
bal toplamışdım”. 
“Test sisteminin tətbiqi zamanı biliyi yoxlanılanların hamısı üçün eyni şərait yaradılır”
Cahandar imtahanın təşkili və keçirilmə prosesindən də razılıq edir: “Hər şey yaxşı təşkil
olunmuşdu. Heç bir neqativ halla rastlaşmadım. Qəbul imtahanlarında tətbiq edilən mövcud test
sistemi biliyin qiymətləndirilməsinin ədalətli meyarıdır. Bu sistemin tətbiqi zamanı biliyi
yoxlanılanların hamısı üçün eyni şərait yaradılır. Bu amil gənclərdə biliyin obyektiv
qiymətləndirilməsinə, hər kəsin ali məktəbə öz bilik və bacarığı ilə qəbul ola bilməsinə dərin inam
yaradır.
İmtahanda təklif olunan test tapşırıqları tədris və qəbul proqramlarına, həmçinin dərsliklərə
uygun idi. Odur ki, abituriyentlər keçilən dərsləri diqqətlə oxusalar, yüksək nəticə əldə edə bilərlər.
Ancaq onu da nəzərə almaq lazımdır ki, imtahanda sualların hamısı eyni dərəcədə çətin və ya asan
ola bilməz. Onların arasında çətin, məntiqli, düşündürücü suallar da olmalıdır. Mən bütün bunların
imtahan prosesində şahidi oldum. Bütövlükdə imtahanların gedişindən razı qaldım».


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə