N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   2   3   4   5   6   7   8   9   10   ...   42

13
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
“Peşəkar bir kompyuter mütəxəssisi kimi cəmiyyətdə öz yerimi tutacağam”
Cahandarın ən böyük arzusu mükəmməl bir kompyuter mühəndisi olmaqdır: «İndiki dövr
kompyuter dövrüdür. Mən də bu ixtisası seçmişəm. Peşəkar bir kompyuter mütəxəssisi kimi
yetişmək üçün əlimdən gələni edəcəyəm. Potensialıma və bilik səviyyəmə güvənirəm. İnanıram ki,
peşəkar bir kompyuter mütəxəssisi kimi cəmiyyətdə öz yerimi tutacağam”.    
Əli Əliyev:
«İmtahanda yüksək nəticə göstərmək üçün əzmli olmaq,
öyrənməkdən, bilik əldə etməkdən zövq almaq, vaxtdan səmərəli
istifadə etmək lazımdır»
Əli Əliyevi “Ağıl dəryası” teleyarışmasının qalibi kimi çoxları tanıyır. Bu yarışmanın
şərtlərinə görə, burada iştirak edib finala çıxan şagirdə tam orta təhsil haqqında attestat
verilir. O da bu yarışmanın qalibi olduğundan buraxılış imtahanını vermədən, tam orta
təhsil haqqında attestat alıb. 
Ə.Əliyev qəbul imtahanında 125 sualın hamısına düzgün cavab verərək 700 bal
toplayıb. O, “Qafqaz” Universitetinin “İnformasiya texnologiyaları və sistemləri
mühəndisliyi” ixtisasına daxil olub. Əli 287 saylı “Zəkalar” liseyinin məzunudur. 8‑ci
sinfə qədər Xətai rayonundakı ingilis dili təmayüllü 27 saylı orta məktəbdə təhsil alıb,
sonra təhsilini “ Zəkalar” liseyində davam etdirib. Respublika üzrə keçirilən müxtəlif
olimpiada və müsabiqələrdə iştirak edərək ilk yerləri tutub. Əli “Ağıl dəryası” yarışması ilə yanaşı müxtəlif
televiziya kanallarında yayımlanan “Virtual rinq”, “Xəmsə”  yarışmalarında da iştirak edib. 
Ə.Əliyev deyir ki, imtahanda yüksək bal toplayıb arzusunda olduğu ali məktəbə qəbul olacağına inanırmış:
“Yaxınlarım məndən 700 bal gözləyirdi. Ancaq mən ilk sınaqlarda ən yüksək nəticə göstərəcəyimə yüz faiz əmin
deyildim. Çünki imtahanöncəsi heç bir abituriyent deyə bilməz ki, o, verilən sualların hamısına düzgün cavab
verəcək. Mən yalnız test suallarının hamısına düzgün cavab yazdıqdan sonra 700 bal toplayacağıma əmin
oldum”.  
“Abituriyentdə özünə və biliyinə güclü inam olmalıdır”
Ə.Əliyevin sözlərinə görə, tələbə adını qazanmaq üçün abituriyentdə, hər şeydən öncə, özünə və
biliyinə inamı olmalıdır. Bu inam məqsədə çatmaq uğrunda mübarizədə insana mənəvi qüvvət verir.
Özünəinamın yüksək səviyyədə hazırlıqla tamamlanması mütləq müsbət nəticəsini göstərir. Mən bir
il sistemli şəkildə çalışdım. Bütün diqqətimi, vaxtımı həm dərslərimə, həm də qəbul imtahanına
hazırlığa yönəltdim. 
Əlavə məşğuliyyət və əyləncələrə müəyyən qədər ara verdim. Ümumiyyətlə, qəbul imtahanlarına
hazırlaşan abituriyentlərin dərsdən başqa digər işlərə çox vaxt ayırmalarını doğru hesab etmirəm.
Hazırlıq prosesi zamanı məsuliyyətsizlik, səhlənkarlıq abituriyenti tələbə olmaq şansından məhrum
edə bilər. İmtahanda yüksək nəticə göstərmək üçün əzmli olmaq, öyrənməkdən, bilik əldə etməkdən
zövq almaq, vaxtdan səmərəli istifadə etmək lazımdır».
“Abituriyent həm hazırlığa, həm də istirahətə vaxt ayırmalıdır”
Ə.Əliyev qeyd edir ki, imtahana hazırlaşan abituriyentin cəmiyyətdən, əlavə məşğuliyyətlərdən
tamamilə təcrid olunması da doğru deyil: “Mən vaxtımın çoxunu hazırlığa, az bir qismini isə
istirahətə ayırırdım. Televizora baxırdım, kompyuterdə işləyirdim, yoldaşlarımla ünsiyyətdə
olurdum. Hətta arada vaxt tapıb dostlarımla futbol da oynayırdım. Hazırlıq zamanı vaxtı düzgün
böldüyüm üçün tam şəkildə hazırlaşmağa, öyrəndiklərimi bir daha təkrarlamağa və istirahət
etməyə kifayət qədər vaxtım olurdu. Bəzən həddən artıq yükləndiyimi, yorulduğumu hiss edəndə
dərhal ara verir və maraqlı bir kinoya baxmaqla yorğunluğumu çıxarırdım. Ancaq heç vaxt
hazırlığa məsuliyyətsiz yanaşmırdım. Çünki ali məktəbə yüksək nəticələrlə qəbul olmağı qarşıma
məqsəd qoyduğumdan hər zaman birinci planda hazırlıq dayanırdı. Əyləncə isə ikinci plana
keçirdi”.          


14
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
“Repetitor yanına getmədən də qəbul imtahanında yüksək nəticə əldə etmək olar” 
Ə.Əliyev deyir ki, imtahana hazırlaşan abituriyentin ona düzgün istiqamət verən, yüksək
səviyyədə hazırlaşmasına yardımçı olan repetitora ehtiyacı olur: “Heç bir repetitor yanına getmədən
məktəb dərsliklərini dərindən mənimsəyib qəbul imtahanlarından uğurlu nəticə əldə etmək
mümkündür. Ancaq yüksək nəticə göstərmək üçün repetitor xidmətindən istifadə etmək lazım gəlir.
Mən 11‑ci sinifdən başlayaraq 5 fəndən repetitor yanına getmişəm. Əgər repetitor xidmətindən
istifadə etməsəydim, maksimum 600‑650 bal toplayardım. Repetitor abituriyentdə məsuliyyət hissi
yaradır, ona düzgün istiqamət verir”. 
“Sınaq imtahanları abituriyentlərin imtahana psixoloji cəhətdən alışmalarına böyük kömək
olur” 
Məlumdur ki, qəbul imtahanlarına hazırlaşan abituriyentlərin öz hazırlıq səviyyələrini
yoxlamaları, test imtahanının texnologiyasına bələd olmaları üçün TQDK hər il həm paytaxtda, həm
də bölgələrdə sınaq imtahanları təşkil edir. Ə.Əliyev qeyd edir ki, mən də hazırlıq prosesi boyunca
TQDK tərəfindən təşkil edilən sınaqlarda iştirak etmişəm. Fikrimcə, sınaqlar abituriyentin qəbul
imtahanına hazırlığında çox mühüm rol oynayır. İştirak etdiyim sınaqlarda həmişə 600‑dən yuxarı
bal toplayırdım. Ən yüksək nəticəni isə axırıncı sınaqdan əldə etmişdim: 696 bal. Sınaq imtahanları
maksimum bal toplamağıma yardımçı oldu, mənə çox şey qazandırdı. Bu imtahanlarda xeyli təcrübə
topladığım üçün qəbul imtahanı zamanı gərginlik keçirmədim. Ümumiyyətlə, qəbul imtahanı öncəsi
abituriyentlər, adətən, stress və həyəcan keçirirlər. Bu da, təbii ki, imtahanın nəticələrinə öz təsirini
göstərir. Zənnimcə, imtahana psixoloji baxımdan hazır olan abituriyentlər imtahan prosesində daha
sərbəst və rahat olur, psixoloji gərginlik keçirmirlər. Eləcə də texniki səhvlərə və vaxt itkisinə yol
vermirlər. Hesab edirəm ki, imtahandan əvvəl psixoloji hazırlıq vacib şərtdir. TQDK‑nın keçirdiyi
sınaqlar abituriyentlərin imtahana psixoloji cəhətdən alışmalarına böyük kömək olur. Çünki sınaq
imtahanları zamanı sual kitabçaları, cavab kartları, imtahan müddəti və digər amillər eynilə qəbul
imtahanlarının metod və texnologiyalarına uyğun təşkil olunur. Abituriyentlər də özlərini qəbul
imtahanında olduğu kimi hiss edirlər. Bu, bir neçə sınaq imtahanından sonra abituriyentlərdə adi hal
alır və nəticədə stress, həyəcan da aradan qalxır”. 
“TQDK‑nın nəşr etdiyi vəsaitlər abituriyentlərin məktəb dərsliklərindən öyrəndikləri bilikləri
tamamlayır” 
Ə.Əliyev göstərir ki, hazırlıq prosesi zamanı o, dərslik materialları ilə yanaşı, TQDK‑nın nəşr
etdiyi əlavə materiallardan, test tapşırıqlarından da istifadə edib: “TQDK hər il fənlər üzrə qəbul
proqramlarının məzmun və tələbinə uyğun olan vəsaitlər hazırlayıb nəşr edir. Bu vəsaitlər
abituriyentlərin orta məktəb dərsliklərindən öyrəndikləri bilikləri tamamlayır, sistemləşdirir və
biliklərinin möhkəmləndirilməsi üçün əhəmiyyətli rol oynayır. Mən mütəmadi olaraq “Abituriyent”
jurnalını izləyir, TQDK‑nın nəşr etdiyi vəsaitləri alıb oxuyurdum. Bu gün abituriyentlərin qəbul
imtahanlarına səmərəli hazırlaşması üçün hər cür şərait yaradılıb: elmi‑metodiki materiallar, dərs
vəsaitləri, test tapşırıqları, elektron vəsaitlər və s. hazırlanıb. Hər bir abituriyent bu imkanlardan
maksimum səmərəli istifadə etməlidir”. 
Peşə seçimində özəl universiteti dövlət ali məktəblərindən üstün tutmasına gəlincə isə Ə.Əliyev
bildirir ki, “Qafqaz” Universitetində təhsil alan tanış tələbələrdən eşitmişdim ki, burada yüksək
səviyyədə təhsil almaq üçün hər cür şərait var. Üstəlik bu universitetdə ingilis dili daha yüksək
səviyyədə tədris edilir. Mən də burada seçdiyim ixtisas üzrə bir peşəkar kimi yetişəcəyimə əminəm. 
“Ali məktəblərə qəbul üçün test üsulundan daha optimal variant yoxdur”  
Ə.Əliyev bildirir ki, qəbul imtahanlarının test üsulu ilə keçirilməsi biliyi, savadı olan
abituriyentlərə ali məktəb tələbəsi olmaq imkanı yaradır: “Qəbul imtahanları çox yüksək səviyyədə
təşkil olunmuşdu. Suallar bütünlüklə məktəb dərsliklərinə əsaslanırdı. Abituriyentlərə öz bilik
səviyyələrini nümayiş etdirə bilmək üçün hər cür şərait yaradılmışdı. Mən həm sənəd qəbulu
prosesindən, həm də qəbul imtahanlarının təşkili və keçirilməsi səviyyəsindən çox razı qaldım.
Fikrimcə, ali məktəblərə qəbul üçün test üsulundan daha optimal variant yoxdur”.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə