N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix04.07.2018
ölçüsü7,01 Mb.
#53166
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

15
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Aytac Xəlilli:
“Hər bir abituriyent vaxtdan səmərəli istifadə etməli, sistemli
hazırlaşmalı, oxumağı vərdişə çevirməlidir”
Aytac Xəlilli II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ən yüksək bal – 695 bal
toplayaraq, Azərbaycan Diplomatik Akademiyasının “Biznesin idarə edilməsi” ixtisasına
daxil olub. Bakı Türk Liseyinin məzunudur.
A.Xəlillinin orta məktəbdə oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75
faizi, illik qiymətlərinin isə hamısı “əla” olub və bununla yanaşı, nümunəvi davranışı ilə
fərqlənib, müxtəlif fənn olimpiadalarında, bilik yarışlarında, müsabiqə və layihələrdə
iştirak edib. Bütün bunlar nəzərə alınaraq Aytac buraxılış sinfinin məzunu kimi qızıl
medala layiq görülüb. Anası paytaxtda fəaliyyət göstərən bağçalardan birində tərbiyəçi
işləyir. Atası isə ixtisasca mühəndisdir. 
“Qəbul imtahanına yüksək bal taplayacağıma əmin idim”
A.Xəlilli deyir ki, təhsil aldığı liseyin nümunəvi, bilik və intellektual səviyyəsinə görə fərqlənən
şagirdlərindən olub. Bütün bunlara görə müəllimlərim, ailəm, tanışlarım məndən yüksək nəticə
gözləyirdi. Belə münasibət mənim üzərimə böyük məsuliyyət qoyurdu. Mən qəbul imtahanında
yüksək bal toplayacağıma əmin idim. Biliyimə və hazırlıq səviyyəmə güvənirdim. 
“Müvəffəqiyyət əldə etmək üçün abituriyent, ilk növbədə məqsədini dəqiq
müəyyənləşdirməlidir”
Aytacın fikrincə, hansı ixtisası seçəcəyinə qərar verməyən şagirdin qəbula hazırlıq səyləri uğurla
nəticələnməyə bilər: “Müvəffəqiyyət əldə etmək üçün abituriyent, ilk növbədə məqsədini açıq
müəyyənləşdirməlidir. Hansı universitetdə oxumaq istəyir? İxtisası nə olacaq? İddiası, istəyi
imkanlarına uyğundumu? Abituriyent öz vəziyyətini bu sualların işığında dəyərləndirməlidir. “Bu
hazırlıq məni məqsədimə çatdıracaqmı?”– deyə soruşmalıdır. İmkanlarına uyğun olmayan iddialar
abituriyenti uğursuzluğa apara, inamını itirməsinə, ruhdan düşməsinə, dərslərdən uzaqlaşmasına
səbəb ola bilər. Real məqsəd isə abituriyenti uğura aparar». 
“Sistemli hazırlaşmaqla bərabər əyləncə və istirahətə də vaxt ayırmaq mümkündür” 
A.Xəlillinin fikrincə, həftəlik dərs oxuma proqramını hazırlayarkən, abituriyent fəaliyyətini
həftənin günləri üzrə bölməlidir. Uğur əldə etmək üçün fəaliyyətini “Sistemli, səmərəli və planlı
şəkildə hazırlaşmaq” prinsipi üzrə qurmalıdır. Bu prinsipə əsaslanan hazırlıq proqramında əyləncə və
istirahətə də vaxt ayırmaq mümkündür. Ən yüksək nəticələri əldə etməyi bacaran insan yalnız böyük
istedad sahibi olan deyil, həm də özündə olan gücü böyük bir çalışqanlıqla gerçəkləşdirməyi bacaran
insandır».
“Oxumaq istəyi olmadan müvəfəqqiyyət əldə etmək çətindir”
Aytac göstərir ki, qəbul imtahanına hazırlaşan abituriyentdə hazırlıq vərdişi formalaşmalıdır. Bir
də onda oxumağa, öyrənməyə ürəkdən istək olmalıdır: “Oxumaq istəyi olmadan müvəfəqqiyyət
əldə etmək çətindir. Bəzi şagirdlər oxumalı olduğu səhifələrə dəqiqələrcə baxır, amma, elə bil ki,
ayıqkən yuxuda olurlar. Bu, diqqətin dərsdə olmaması deməkdir və hazırlığa mənfi təsir göstərən
amildir. Buna yol vermək olmaz.
Bir də yersiz problemlərlə beyni yükləmək lazım deyil. Hər şeyin öz vaxtı var. Səni narahat edən
problemi o an həll etmək mümkündürsə, onu dərsə başlamazdan əvvəl həll et, mümkün deyilsə, bu
problemin həllini təxirə salmaq lazımdır”. 
“Abituriyent sınaqdan‑sınağa püxtələşir”
A.Xəlilli qeyd edir ki, qəbul imtahanına hazırlaşarkən TQDK‑nın keçirdiyi bütün sınaqlarda iştirak
etmək lazımdır: “Əvvəla, abituriyent sınaqdan‑sınağa püxtələşir. Ən əsası, imtahan həyəcanı yoxa
çıxır. İkincisi, bu və ya digər sualla qarşılaşanda hansı mövzunu yaxşı, hansını zəif mənimsədiyini


16
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
aşkar edirsən. Sınaqlar abituriyentdə vaxtdan səmərəli istifadə etmək bacarığı da formalaşdırır.
Abituriyentin imtahanda ən böyük rəqibi vaxtdır. Vaxtdan səmərəli istifadə etməyin ən effektli yolu
isə imtahanda bildiyin testdən başlamaqdır. Bu, həm də abituriyentin imtahanın əvvəlində olan
həyəcanını aradan qaldırır. Ali məktəbə imtahan verdiyi gün abituriyent üçün ən yaddaqalan, ən
maraqlı, ən həyəcanlı, bəziləri üçünsə qorxulu və narahatçılıqla müşayiət olunan gündür. İmtahan
insan həyatı üçün önəmli bir mərhələdir. Bu mərhələni uğurla keçməyin bir yolu var: imtahana yaxşı
hazırlaşmaq, ona həm intellektual, həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq lazımdır”.
“İstirahət etmədən, aramsız oxuyanda, yuxu ehtiyacı ödənilməyəndə abituriyentdə yorğunluq,
əzginlik halları baş qaldırır”
Aytac öz təcrübəsindən çıxış edərək qəbula hazırlaşan gələcək abituriyentlərə məsləhət və
tövsiyələrini verir. “İmtahana sistemli şəkildə hazırlaşmaq lazımdır, istirahət etmədən, aramsız
çalışanda, yuxu ehtiyacı ödənilməyəndə abituriyentdə yorğunluq, əzginlik halları baş qaldırır.
Yuxusuz gecələr üst‑üstə gələrsə, qavrama qabiliyyəti də zəifləyər.Yuxunuzu azaltmaq istəyirsinizsə,
bunu birdən‑birə etməyin. 3‑4 gündən bir 25‑30 dəqiqə daha az yata bilər, həftədə orta hesabla 1 saat
daha tez oyana bilərsiniz. Oxumaq bir vərdişdir. Səhər və ya günortadan sonra oxumaq daha çox
səmərə verir. Bu saatları lazımsız şeylərə sərf etmək düzgün deyil. Ümumiyyətlə, oxumağı vərdiş
halına gətirmək və bu vərdişi ömrü boyu davam etdirmək lazımdır.
Öyrənmədə təkrarlama da vacib şərtdir. Oxuduqlarınızı vaxtaşırı təkrar edin. Həftəlik və aylıq
təkrarlar daha çox səmərə verir. Bu yolla nələri nə dərəcədə yadda saxladığınızı və ya unutduğunuzu
asanlıqla müəyyən edə bilərsiniz. Yaxşı olar ki, sistemli təkrarlar üzrə xüsusi proqram hazırlayasınız”.
Elgiz Muradbəyli: 
«Abituriyentin biliyi onun imtahanda əldə etdiyi nəticəyə
əsasən müəyyən olunur»
Bu il ali və orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə keçirilən qəbul
imtahanında ən yüksək balı Elgiz Muradbəyli toplayıb: 695 bal. O, Bakı Dövlət
Universitetinin hüquq fakültəsinə daxil olub və Prezident təqaüdünə layiq görülüb. Elgiz
1993‑cü ildə Tovuz rayonunda anadan olub. Binəqədi rayonunda yerləşən 276 nömrəli
orta məktəbi yüksək qiymətlərlə bitirib. Respublika üzrə keçirilən müxtəlif olimpiada və
müsabiqələrdə iştirak edərək ilk yerləri qazanıb. Atası ixtisasca mühəndis, anası isə evdar
qadındır. E.Muradbəylinin ən böyük arzusu mükəmməl təhsil alıb, yüksək səviyyəli
hüquqşünas olmaqdır. 
“Heç bir oxuyub, zəhmət çəkən şagirdin əməyi hədər getmir” 
Elgiz qeyd edir ki, qəbul imtahanında yüksək nəticə əldə etmək üçün ayrı‑ayrı mövzulara,
məsələlərə yaradıcı surətdə yanaşmaq lazımdır: “Dərsləri həvəslə, maraqla, dərk etməklə oxumaq
lazımdır. Bu zaman oxuduğun mövzu adamın yadında daha yaxşı qalır. Mən qəbul imtahanına lap aşağı
siniflərdən hazırlaşmağa başlamışam. Özü də bu işə həvəslə qoşulmuşam. Son iki ildə isə hazırlığa daha
çox vaxt ayırırdım. Diqqətimi, vaxtımı tam şəkildə oxumağa yönəltmişdim. Bütün qohumlar, dostlar,
yoldaşlar məndən yüksək nəticə gözləyirdilər. Özüm də potensialıma bələd olduğum üçün yüksək bal
toplayacağıma inanırdım. İmtahanda da gözlənilən nəticəni göstərdim. Tamamilə əminəm ki, heç bir
oxuyub, zəhmət çəkən şagirdin əməyi hədər getmir. Əgər abituriyent hazırlaşıb, tələb olunan səviyyədə
bilik‑bacarıq əldə edirsə, imtahanda mütləq uğurlu nəticə əldə edəcəkdir”.
“İmtahan abituriyentin öz qabiliyyətini nümayiş etdirə bilməsi üçün yaxşı bir şansdır”
E.Muradbəyli deyir ki, imtahan nəyi hansı dərəcədə bildiyini müəyyən etmək üçün yaxşı bir
imkandır, qabiliyyətini nümayiş etdirmək üçün bir şansdır: “Abituriyentin biliyi onun imtahanda
əldə etdiyi nəticəyə əsasən müəyyən olunur. O, bunun üçün  üzərinə düşən vəzifəni bacardığı qədər
yüksək səviyyədə yerinə yetirməlidir. Təbii ki, imtahanda yeganə meyar bilikdir. Abituriyent
imtahana yaxşı hazırlaşmaq üçün özünə ciddi rejim yaratmalıdır. Vaxtını düzgün bölməli, gərgin
zehni əməyi qidalanma, yuxu və istirahətlə düzgün əlaqələndirməlidir. Mən qəbula hazırlıq zamanı
bütün bunlara əməl etdim. Böyük inamla, tükənməz enerji ilə çalışdım və tələbə adını qazandı”.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə