N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

20
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Aytən Yadigarlı (IV qrup, 636 bal) – Hazırlıqlı abituriyent bildiyi mövzulara yalnız
tələsdiyi və ya gərgin olduğu halda səhv cavab verə bilər. Odur ki, imtahana psixoloji hazırlıq
da unudulmamalıdır. Bunun üçünsə sınaq imtahanlarında mümkün qədər çox iştirtak etmək
və təcrübə qazanmaq lazımdır.
Vaqif Kazımov (IV qrup, 635bal) – Gecə‑gündüz oxumaq şərt deyil. Başlıca şərt mövzuları
başa düşərək və dərk edərək öyrənməkdir.
Ramin Mirzəyev (IV qrup, 629 bal) – İxtisas qrupu mümkün qədər diqqətlə seçilməli və
hər bir şəxsin hazırlıq səviyyəsinə uyğun olmalıdır. Səylə oxumaq, oxuduqlarını dərk etmək
və öyrənilənləri yadda möhkəm saxlamaq lazımdır. 
Sara Mahmudlu (IV qrup, 619 bal) – Məktəbdə yaxşı oxuyarsansa, verilən tapşırıqları
vaxtlı‑vaxtında yerinə yetirərsənsə, heç bir kursa, repetitor yanına getmədən, müstəqil
hazırlaşmaqla da tələbə adını qazanmaq olar. 
Oqtay Cəfərov (III qrup, 628 bal) – Əziz abituriyentlər, siz ali məktəbə daxil olmaqla
gələcək karyeranızın təməlini qoyursunuz. Qəbula hazırlıq işinizi öncədən elə qurun ki,
nəticəniz uğurlu olsun.
Rəylər, təkliflər, arzular
Nicat İsazadə (I qrup, 657 bal) ‑ Fikrimcə, əsas fənlər üzrə bütün test tapşırıqları açıq tipli
olsa yaxşı olar. Bu halda test tapşırıqlarının ümumi sayını 125‑dən 100‑ə endirmək olar. Belə
təklif edərdim: I qrup üçün riyaziyyat və fizika fənlərinin hər birindən 25 açıq tipli test
tapşırığı, Azərbaycan dili üzrə ‑ 20, digər 2 fənnin (kimya və xarici dil) hər biri üzrə ‑ 15
tapşırıq. Belə olarsa, imtahan üçün ayrılan 3 saat vaxt kifayət edər. İkinci təklifim Azərbaycan
dili fənni üzrə tapşırıqların tərtibi ilə bağlıdır. Bəzən dialekt, şivə və arxaik sözlərlə bağlı elə
tapşırıqlara rast gəlirsən ki, onlara yalnız həmin bölgələrdə yaşayan insanlar cavab verə bilər.
Yaxud, bəzən elə müəlliflərdən sitat gətirilir ki, həmin müəlliflər o qədər də tanınmır.
Nihad Əsədli (I qrup, 653 bal) – Qəbul imtahanlarının bölgələrdə də yüksək səviyyədə,
obyektiv və şəffaf keçirilməsindən çox razı qaldım.
Rəvan Adilov (I qrup, 653 bal) – Açıq tipli test tapşırıqları haqqında müəyyən
təsəvvürlərimiz var idi və imtahanda belə tapşırıqlardan istifadə ediləcəyi məlum idi. Bu, bizi
daha diqqətli olmağa, daha ciddi hazırlaşmağa sövq etdi. Bütün tapşırıqların açıq tipli olması
məqsədəuyğundur.
Gülnar Hüseynli (I qrup, 647 bal) – Hər şeydən əvvəl, imtahanları ədalətli və şəffaf
keçirdiyi üçün TQDK rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Buna qarşılıq olaraq
şəxsən gələcəkdə yüksəkixtisaslı mütəxəssis olacağıma söz verirəm. 
Bir də istərdim ki, bütün qruplarda eyni fənlərdən açıq tipli test tapşırıqları eyni çəki
əmsallı olsun.
Tərlan Ramazanlı (I qrup, 635 bal) – Mənim fikrimcə, əsas fənlərin üstünlük dərəcəsi
artırılmalı, düşündürücü və məntiqi testlərə daha çox yer verilməlidir. 
İlkin Aslanlı (I qrup, 635 bal) – Açıq tipli test tapşırıqları məni qane etdi. Belə tapşırıqlar
qiymətləndirmədə yüksək hazırlıqlı gənclərin fərqləndirilməsi üçün imkanlar yaratmaqla
yanaşı, bütövlükdə abituriyentləri keyfiyyətli bilik axtarışna səfərbər edir.
Aynaz Mirzəzadə (I qrup, 627 bal) – Açıq tipli test tapşırıqları abituriyentlərin müvafiq
mövzu üzrə ətraflı biliyə malik olub‑olmamasını obyektiv şəkildə üzə çıxarır. Təklif edərdim
ki, belə test tapşırıqları bütün qruplarda digər fənlərin test blokuna da daxil edilsin.


21
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Sevinc Əliyeva (II qrup, 680 bal) ‑ Qəbul imtahanlarına hazırlığın ən yaxşı yollarından biri
sınaq imtahanlarıdır. Sınaq imtahanlarının sayca artırılmasına ehtiyac vardır.
Tural Əhmədov (II qrup, 652 bal) ‑ Qazandığım uğurlarda rolu olan müəllimlərimə,
valideynlərimə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, gələcək abituriyentlərin
psixoloji durumuna yaxınlarının dəstəyinin müstəsna təsiri vardır. Abituriyentlər bilsin ki,
onların müvəffəqiyyətini gözləyənlər və sevinənlər var.
Mədinə Əmiraslanova (II qrup, 646 bal) – Yaxşı olardı ki, test tapşırıqları yalnız məntiq və
hesablama xarakterli olmasın, test blokuna ümumi dünyagörüşü səviyyəsini yoxlayan
tapşırıqlar da daxil edilsin.
Kamran Abdullayev (II qrup, 630 bal) ‑ Fikrimcə, açıq tipli test tapşırıqları bütün fənlərə
daxil edilməlidir. Bu, abituriyentlərin biliyini qiymətləndirmək üçün daha etibarlı üsuldur.
Pərvin Əzimzadə (II qrup, 629 bal) –Açıq tipli test tapşırıqlarına münasibətim müsbətdir.
Belə tapşırıqlar abituriyentləri imtahanlara daha ciddi, daha məsuliyyətli hazırlaşmağa sövq
edir.
Zahid Oruczadə (II qrup, 626 bal) – Açıq tipli test tapşırıqları digər fənn bloklarına da
salına bilər, bir şərtlə ki, hər fənn üzrə belə sualların sayı 5‑dən artıq olmasın.
Eşqin İbrahimov (II qrup, 614 bal) – Təcrübə göstərir ki, lisey şagirdləri qəbulda daha
yüksək nəticə göstərirlər. Çünki liseylərdə şagirdlərin test tapşırıqları ilə işləmək vərdişlərinə
yiyələnməsinə, onlarla müntəzəm olaraq sınaq imtahanlarının keçirilməsinə xüsusi diqqət
göstərilir. Digər ümumtəhsil məktəblərində də buna şərait yaratmaq lazımdır. Bir də təklif
edirəm ki, TQDK hər bir fənn üzrə min və daha çox sualdan ibarət test topluları buraxsın və
abituriyentlər də bu testlərlə öz biliklərini müstəqil şəkildə sınağa çəksinlər.
Fatimə Zərbiyeva (III qrup, 670 bal) –Bu gün şagirdlərin biliyini obyektiv
qiymətləndirmək və onların arasından ən layiqlilərini seçmək TQDK‑nın əsas qayğılarından
biridir. TQDK həmişə olduğu kimi, bu il də üzərinə düşən həmin vəzifəni şərəflə yerinə
yetirdi. 
Reyhan Ramazanova (III qrup, 668 bal) – Mən TQDK‑ nı ən ədalətli və obyektiv
qurumlardan biri hesab edirəm. İnanıram ki, TQDK ölkəmizdə təhsilin qiymətləndirilməsi
sahəsində fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək. Arzu edərdim ki, sınaq
imtahanlarının sayı artırılsın. Çünki sınaq imtahanları qəbul imtahanlarına hazırlıq üçün çox
əhəmiyyətli vasitədir.
Ləman Həsənzadə  (III qrup, 660 bal) – Gələcəkdə buraxılış imtahanlarının ali təhsil
müəssisələrinə qəbul imtahanları ilə birləşdirilməsini arzu edərdim. Bu, ümumtəhsil
məktəblərində təhsilin keyfiyyətinə olduqca güclü təkan verər.
Lalə Güləliyeva (IV qrup, 671 bal) – Mən qəbul imtahanlarının təşkili və keçirilməsindən
çox razı qaldım. Bununla belə, bəzi təkliflərim də vardır. İstərdim ki, açıq tipli test tapşırıqları
bütün fənlərə daxil edilsin və sualların sayı artırılsın. Faktoloji biliklərə və daha çox əzbərçilik
tələb edən sullar test blokundan çıxarılsın, məntiqi təfəkkürü üzə çıxaran sualların sayı isə
artırılsın. Bir də arzu edərdim ki, 650‑dən yuxarı bal toplayan tələbələrin hamısına Prezident
təqaüdü verilsin.
Türkan Əliyeva (IV qrup, 668 bal) – Yaxşı olardı ki, sınaq imtahanlarının sayı artırılsın və
qəbul imtahanlarına iyun ayından başlanılsın.
Rəvan Bağırlı (IV qrup, 665 bal) – Dərsliklərdə və ayrı‑ayrı vəsaitlərdə müəyyən elmi‑
metodiki səhvlər olur. “Abituriyent” jurnalının ayrı‑ayrı saylarında bu səhvlərin düzəlişi dərc
olunur. Ancaq bütün abituriyentlərin həmin jurnalları almağa imkanı olmur və ya onu tapa


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə