N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə3/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   2   3   4   5   6   7   8   9   ...   41

6
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Kamil Oruczadə 1994‑cü ildə Lənkəran şəhərində anadan olub. Bakı şəhəri 91
saylı tam orta məktəbi bitirib. Aşağı siniflərdən dərslərini əla və yaxşı
qiymətlərlə oxuyub. Kimya fənni üzrə olimpiada qalibi olub. Uşaqlıqdan dəqiq
elmlərə, texnikaya böyük həvəsi olduğu üçün I ixtisas qrupunu seçib və qəbul
imtahanında 690 bal toplayaraq bu qrupun öncüllərindən biri olub. Kamil
"Qafqaz" Universitetinin “Kompyuter mühəndisliyi” ixtisasına qəbul olub.
‑ Kamil, necə oldu ki, imtahanda belə yüksək nəticə əldə edə bil di n?
‑ İlk növbədə onu deyim ki, qəbula hazırlaşarkən bütün vaxtımı, enerjimi dərslərə sərf edirdim.
Mənim üçün boş vaxt anlayışı yox idi. Əgər boş vaxtım qalırdısa, yenə də əlavə suallar tapıb onları
həll etməyə çalışırdım və ya nəsə əlavə bir şey oxuyurdum. Bilmədiyim, çətin qavradığım
mövzuların üzərinə qayıdır və ya öyrəndiklərimi yenidən təkrarlayırdım. Fənlər arasında vaxt
bölgüsü fərqli idi. Özümdən asılı olmayaraq daha çox fizikanı oxuyurdum. Digər fənlərin hərəsinə
isə eyni qədər vaxt ayırırdım. Əsas fənlər üzrə hazırlıqdan sonra günümün 5 saatını əlavə kitablar
oxumağa sərf edirdim. Yuxu və istirahət rejimim normal idi. Özümü zehni və fiziki cəhətdən
yormamağa çalışırdım.
‑ Fikrincə, qəbul imtahanında yüksək nəticə əldə etmək üçün abituriyent nə etməlidir?
‑ Ən əsası iradəli olmalı, qarşısına konkret məqsəd qoyaraq hazırlaşmalıdır. Hansısa mövzunu
bilmirsə, “mən bunu bilmirəm” – deyib keçməməlidir. Bilmədiklərini öyrənməyə, araşdırmağa
çalışmalıdır. Özünə inamlı və iradəli olmalıdır ki, belə maneələri dəf edə bilsin.
‑ Yüksək bal toplayacağın nə dərəcədə gözlənilən idi?
‑ Məndən əvvəl də qohumlarımızdan yüksək nəticə göstərənlər olmuşdu. Yəni, yaxın ətrafımızda
belə təcrübə, nümunə var idi. Odur ki, məndən də yüksək nəticə gözləyirdilər. Sınaqlarda ən yüksək
683, ən az 594 bal toplamışdım. Odur ki, özüm, qohumlarım, yaxınlarım yüksək bal toplayacağıma
inanırdıq. Mən də onların mənə bəslədikləri ümidləri doğrultdum, hətta daha yüksək nəticə əldə
etdim.

Hazırlıq müddətində TQDK‑nın vəsaitlərindən istifadə edirdin?
‑ TQDK‑nın vəsaitlərindən hər zaman istifadə etmişəm. Bu vəsaitlərdə materiallar yığcam və
konkret verilir. Bəzi vəsaitlərdə isə həm də test tapşırıqları təqdim olunur. Bütün bunlar mənim
qəbul imtahanına hazırlığıma çox böyük fayda verib.

Nə əcəb, ixtisas seçimində dövlət təhsil müəssisəsini deyil, “Qafqaz” Universitetini seçdin?
‑ Məni ali məktəbdə təhsil mühitinin səviyyəsi həmişə maraqlandırıb. Həmişə də düşünmüşəm
ki, ixtisas seçimində bu cəhətə önəm verim. Mən əvvəldən qarşıma məqsəd qoymuşdum ki,
“Qafqaz” Universitetinin “Kompyuter mühəndisliyi” ixtisasına qəbul olum, belə də oldu. Bu təhsil
müəssisəsi bəzi xüsusiyyətləri ilə məni özünə daha çox cəlb edir. Birincisi, ingilis dilli təhsilin olması,
ikincisi, burada xarici əlaqələrin yaxşı qurulması və təhsili xaricdə davam etdirmək imkanının
olması.
‑ 
İmtahan şəraitindən razı qaldınmı? Ümumiyyətlə, bu sahədə nələrin dəyişməsini istərdin?
‑ İmtahanlar yüksək səviyyədə təşkil olunmuşdu. Açıq tipli test tapşırıqlarının cavablandırılması
daha artıq vaxt aparsa da, elə də çətin deyildi. Lakin imtahanların vaxtı dəyişdirilsə yaxşı olar, çünki
isti havada imtahana hazırlaşmaq çətin olur. Bundan əlavə, istərdim ki, abituriyentlərə xaricdə
təhsillə bağlı daha çox məlumat verilsin. Xaricdə təhsil üçün hansı ölkədə daha çox yer ayrılır, hansı
sənədlər tələb olunur və s. məsələlər barədə ictimaiyyətə geniş şəkildə açıqlamalar verilməsinə
ehtiyac var.


7
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
‑ Qəbul imtahanına repetitorla hazırlaşmısan. Məktəbdə yaxşı oxuyan şagirdin repetitora nə
dərəcədə ehtiyacı var?
‑ Repetitor öyrəndiklərimizi təkrarlamaqda bizə köməklik edir. Bir sıra mövzular üzrə əlavə
məlumat verir. Dərsləri xüsusi proqram və qrafik əsasında öyrədir. Məktəbdə nə qədər yaxşı oxusan
da, qəbula hazırlıqla bağlı müəyyən problemlər yaranır. Bunları isə repetitor xidmətindən istifadə
etməklə həll etmək olur. Repetitor xidməti abituriyentin daha yaxşı hazırlaşmasına şərait yaradır.
‑ Aşağı siniflərdə yaxşı oxumadan, yalnız son siniflərdə hazırlaşmaqla yüksək nəticə əldə etmək
mümkündürmü?
‑ Mümkün deyil. Aşağı siniflərdə mütləq yaxşı oxumaq lazımdır ki, sonradan çətinliklər olmasın.
Bundan əlavə, dərsləri, mövzuları sadəcə əzbərləmək düzgün deyil. Onları başa düşərək, dərk
edərək öyrənmək lazımdır. Şagirdin bilik bazası əvvəldən yaxşı olduqda, son siniflərdə də, qəbul
imtahanında da yaxşı nəticə əldə edə bilər. 
‑ Gələcək abituriyentlərə məsləhətlərin...
‑ Son iki il ərzində dərsdən kənar işlərə vaxt sərf etməsinlər. Valideynlər isə övladları üçün normal
şərait yaratsınlar. Yeməklərinə, istirahətlərinə, sağlamlıqlarına fikir versinlər. Valideyn uşağa daima
“oxu, oxu” deməməlidir, onu danlamamalıdır, qorxutmamalıdır, əksinə, ruhlandırmalıdır, ona hər
cür qayğı göstərməlidir. Abituriyent də bu qayğı və köməyin müqabilində var gücü ilə çalışmalı,
valideynlərinin etimadını doğrultmalıdır.
Haşiyə: 
Nərgiz Məzahir 1995‑ci ildə Bakı şəhərində anadan olub. 2001‑ci ildə 192
saylı tam orta məktəbin I sinfinə gedib. Sonradan təhsilini Türkiyə Dəyanət
Vəqfi Bakı Türk Liseyində davam etdirib. Dərs əlaçısı olub, liseyi qızıl medalla
bitirib. Bir çox olimpiadalarda iştirak edərək yüksək nailiyyətlər əldə edib.
Qəbul imtahanında 700 bal toplayaraq maksimal nəticə göstərib. “Qafqaz”
Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul olub.
‑ Qəbulda yüksək nəticə əldə etmək üçün insanda hansı keyfiyyətlər
olmalıdır?
‑ Fikrimcə, əvvəla, insanda ona irsən keçən istedad olmalıdır. Ancaq yüksək
nəticə qazanmaq üçün yalnız istedad kifayət deyil. Bundan əlavə, abituriyent çalışqan, zəhmətkeş,
iradəli, səbirli, dözümlü olmalı və ən əsası özünə inanmalıdır.
‑ Sənin hansı keyfiyyətlərin 700 ballıq nəticə göstərməyinə imkan verdi?
‑ Təvazökarlıqdan kənar da olsa deməliyəm: istedadım var, ən başlıcası isə atamdan irsən keçmiş
güclü yaddaşım var. Bir dərsi bir neçə dəfə oxumağıma ehtiyac olmur. Onu bir dəfə oxumaqla yadda
Kamil bir sıra fərdi xüsusiyyətləri ilə başqalarından seçilir. Qeyd edir ki, uşaqlıqdan fizikaya
böyük həvəsi olub, elektrik enerjisi ilə bağlı işlərə maraq göstərib. Evdə bu sahədə görülən təmir
işlərinə kömək edib, yenilikləri öyrənməyə çalışıb. Futbola maraq göstərib. Futbolu izləməkdən çox
oynamağa  üstünlük  verib.  Ölkədə  futbolun  yaxşı  inkişaf  etmədiyindən  narazı  olduğunu,  buna
təəssüfləndiyini vurğulayır. Kitab oxumağı sevdiyini bildirir. Son vaxtlarda Qurban Səidin “Əli
və  Nino”  və  Orxan  Pamukun  “Mənim  adım  qırmızı”  romanlarını  oxuduğunu  deyir.  Dedektiv
əsərləri daha çox xoşladığını söyləyir. 
Müsahibə  zamanı  Kamil  öz  gələcək  planlarından  da  danışdı.  Bildirdi  ki,  kompyuter
mühəndisliyi ixtisası üzrə dünya əmək bazarında rəqabətqabiliyyətli proqramlar hazırlamaq onun
ən  böyük  istəyidir.  Ancaq  bunun  üçün  hələ  çox  oxumağın,  çox  öyrənməyin  vacib  olduğunu  da
etiraf edir: “Hələ mən bu yolun başlanğıcındayam. Çünki bu sahə üzrə ilk addımlarımı atıram. Bu
gün  ölkəmizə  kompyuter  proqramlarının  bir  çoxu  xarici  ölkələrdən  sifariş  verilərək  gətirilir.  Bu
sahədə  öz  proqramlarımız  olsa  daha  yaxşı  olar.  Mən  gələcəkdə  ölkəmizə  bu  istiqamətdə  fayda
vermək istərdim”. 


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə