N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə4/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   2   3   4   5   6   7   8   9   ...   41

8
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
saxlayıram. Eyni vaxtda diqqətimi bir neçə yerə yönəldə bilirəm. Məsələn, dərsdə həm test işləyir,
həm də müəllimin keçdiyi dərsə qulaq asıram. Üstəlik də çalışqanam, zəhmətkeşəm,
məsuliyyətliyəm. 
‑ Qəbul imtahanında yüksək nəticə göstərəcəyinə əvvəldən inanırdınmı?
‑ Əvvəllər inanmırdım, çünki ilk sınaqlarda 620‑650 arası bal toplayırdım. Sınaq imtahanlarında
açıq tipli suallar mənə müəyyən qədər çətin görünürdü. Sonuncu sınaqdan 2 ay keçdi və bu
müddətdə mən çox hazırlaşdım. Çalışdım ki, proqram üzrə bilmədiyim mövzular, suallar qalmasın.
Bu da mənim qəbul imtahanına inamla getməyimə səbəb oldu. 
‑ Sənin fikrincə, qəbula hazırlıqda repetitor xidmətindən istifadə etmək önəmlidir, yoxsa hansısa
hazırlıq kursuna getmək?
‑ Repetitorla hazırlaşmadığımdan bunun önəmi haqqında bir şey deyə bilmirəm. Fikrimcə, hər bir
şagirdin, ən başlıcası, yaxşı baza təhsili olmalıdır. Belə olduqda, fərqi olmur hazırlığın hansı
formasından istifadə edirsən: repetitor xidmətindən, yoxsa hazırlıq kursundan. Mən hazırlıq
kursuna getməsəydim belə, məktəbdə oxuduğum biliklərə əsasən yüksək nəticə əldə edə bilərdim.
Çünki baza təhsilim əvvəldən güclü idi. Ona görə də qəbula hazırlıq prosesində çətinlik
çəkməmişəm, hər gün mənə 2‑3 saat oxumaq kifayət edirdi. Qarşıma qoyduğum məqsədə çatmaq
üçün son 1‑2 ay ərzində daha çox çalışır və dərslərə əlavə vaxt ayırırdım. Onu da deyim ki, hazırlıq
dövründə ailəmizdə mənim üçün hər cür şərait yaradılmışdı.
‑ Bitirdiyin liseyin məzunlarının nəticələri yüksək olub. Bu, nə ilə bağlıdır?
‑ Liseyimizdə nizam‑intizam güclüdür, müəllimlər də dərslərə tələbkar yanaşırlar. Çalışırlar ki,
şagirdlər yaxşı təhsil alsınlar.
‑ Qəbul imtahanının məzmunu, test tapşırıqlarının çətinlik dərəcəsi barədə nə deyə bilərsən?
‑ İki ildir tətbiq olunan açıq tipli test tapşırıqları dərslərin keyfiyyətli öyrənilməsinə mühüm təsir
göstərir. Bununla belə, bu sualların həlli imtahanda çox vaxt aparır. Əgər gələcəkdə daha bir neçə
fəndən açıq tipli suallar tətbiq edilərsə, bu zaman imtahan vaxtının uzadılmasına ehtiyac olacaq.
Uşaqların müəyyən hissəsi mövcud vaxt daxilində sualları cavablandırmağı çatdırmırlar. Mən bunu
bu il imtahanların gedişatında hiss etdim. 
‑ Gələcək abituriyentlərə deyiləsi sözlərin...
‑ Hər kəs özünün çatışmayan cəhətlərini və daha çox nəyin üzərində çalışmalı olduğunu yaxşı
bilməlidir. Bu yolla o, bilmədikləri üzərində daha çox çalışmalıdır. Abituriyent çalışqan olmaqla
yanaşı, səbirli və iradəli olmalıdır. Özünü çox yormamalı, dərslərə fikir verməklə bərabər,
sağlamlığının da qeydinə qalmalıdır.
Nərgizin fərdi xüsusiyyətləri barədə…
Nərgiz musiqi təhsili də alıb və 7 illik musiqi məktəbini qırmızı diplomla bitirib, boş vaxtlarında
pianino çalır. Maraq dairəsi genişdir. Düzdür, ali məktəbə hazırlıq dövründə maraq və istəklərini bir
qədər məhdudlaşdırıb. Ancaq həmin mərhələ artıq geridə qaldığı üçün bundan sonra yəqin musiqi
ilə bağlı maraqlarının da ardınca getmək imkanı olacaq.
Maraqlıdır ki, Nərgiz ara‑sıra özü də musiqi bəstələməyə həvəs göstərir. Klassik musiqiyə daha
çox marağı var. 
Nərgiz öz gələcək karyerası barədə
Mən gələcək karyeramı iqtisadiyyat sahəsi üzrə bir özəl şirkət yaratmaqda və ona rəhbərlik
etməkdə görürəm.


9
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Orxan Səfərov 1994‑cü ildə anadan olub. 2002‑ci ildə Sumqayıt şəhərində I sinfə
gedib. Sonuncu siniflərdə təhsilini Qazax rayonunun Ürkməzli kənd tam orta
məktəbində davam etdirib. Əlaçı olub, məktəbi fərqlənmə ilə bitirib. II ixtisas
qrupu üzrə qəbul imtahanında 700 ballıq nəticə əldə edib. “Qafqaz”
Universitetinin “Sənayenin təşkili və idarəolunması” ixtisasına qəbul olub.
‑ Təhsilini kənd məktəbində aldığın halda, necə oldu ki, belə yüksək nəticə əldə
etdin?
Mənim fikrimcə, şagirdin rayonda və ya şəhərdə oxumasının elə bir fərqi yoxdur. Əsas odur ki,
istəyin və məqsədin olsun. İstək olarsa, rayon məktəbində oxumaqla da yüksək nəticə əldə etmək
mümkündür. Qazax rayonunda savadlı, bilikli, hətta “İlin müəllimi” adına layiq görülmüş
müəllimlər çoxdur. Belə müəllimlərin şagirdləri qəbul imtahanında da yüksək nəticə əldə edirlər.
‑ Qəbul imtahanına hazırlıqda səni başqalarından fərqləndirən cəhətlər nələr idi?
‑ Başqalarından elə də fərqli cəhətlərim olmayıb. Dərs rejimim də ümumi qaydalara uyğun olub.
Hamı kimi mən də hər gün məktəbə gedirdim. Dərslərimi yaxşı oxuyurdum. Dərsdən sonra
hazırlıqlar başlayırdı və saat 6‑ya kimi davam edirdi. Yorulduğumu hiss edəndə dincəlirdim. Qısa
istirahətdən sonra oxumağa davam edirdim. Dərs oxuyarkən çalışırdım ki, məndə zehni yorğunluq
yaranmasın. Hətta bəzən yorulanda televizora baxır, futbol izləyirdim. Yuxu və istirahət rejimini
düzgün qurmağa çalışırdım. 
‑ Günün təxminən neçə saatını dərslərə sərf edirdin?
‑ Bu, gün ərzində dərslərin az və ya çoxluğundan asılı idi. Normalda dərsə 3‑4 saat vaxt ayırmaq
kifayət edirdi. II qrupda coğrafiya və riyaziyyat əsas fənlər olduğundan, bu fənlərə daha çox vaxt
ayırırdım. Digər fənlərlə müqayisədə üstünlüyü onlara verirdim. 
‑ Bəzi abituriyentlər hesab edirlər ki, yüksək nəticə əldə etmək üçün hazırlıq zamanı gərək özünü
çox şeydən təcrid edəsən. Səndə vəziyyət necə idi?
‑ Elə uşaqlar tanıyıram ki, bütün günlərini dərsə sərf etsələr də, yüksək nəticə əldə edə
bilməyiblər. Mənim, necə deyərlər, kitabla yatıb, kitabla durmağım olmayıb. Boş vaxtlarımda
musiqiyə də qulaq asmışam. Çünki musiqi dinləmək həm mənəvi rahatlıq gətirir, həm də beynin
dincəlməsinə imkan yaradır. Dərs oxuyarkən arada fasilə vermək lazımdır ki, fiziki və zehni
yorğunluqdan azad olasan.
‑ Özün əvvəlcədən belə yüksək nəticə gözləyirdinmi?
‑ Sınaqlarda 620‑ 650 arası bal toplayırdım. Amma heç vaxt 650 baldan yüksəyə qalxa bilmirdim.
Bunun səbəbkarı özüm idim. Hər dəfə sınağa gedəndə düşünürdüm ki, sınaqda 650‑dən yuxarı bal
toplamaq problem olmayacaq. Amma hər dəfə də diqqətsizliyə yol verir, hətta ən asan suallara belə
səhv cavab yazırdım. Qəbulda isə vəziyyət başqa cür idi. Ciddi məsuliyyət hissi vardı. Sınaqlarda bu
dərəcədə məsuliyyət hiss etmirdim, bu da istər‑istəməz nəticəmə təsir edirdi. Hətta valideynlərim də
qəbulda texniki səhvlər edəcəyimdən qorxurdular. Ancaq qardaşım hər zaman deyirdi ki, sınaqlar
sadəcə hazırlıq mərhələsidir. O, mənim qəbulda yüksək nəticə qazanacağıma inanır və mənə dəstək
olurdu. Belə psixoloji dəstək olanda isə insanda özünə inam güclənir və imtahanda daha diqqətlə
işləyirsən. Qardaşımın məsələhətlərinin mənə çox köməyi oldu.
‑ Abituriyent qəbula hazırlaşarkən daha çox nələrə fikir verməlidir?
‑İlk növbədə məktəbdə yaxşı oxumalıdır. 9‑10‑11‑ci siniflərdə daha ciddi çalışmalıdır. Elə
etməlidir ki, hazırlığın gedişində fənlər arasında boşluq yaranmasın. Sınaqlarda aşağı nəticə göstərsə
də, ruhdan düşməməlidir. Çünki əsas qəbul imtahanıdır. Bir də ki, sınaqlarla qəbul arasında xeyli


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə