Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
  1   2   3   4   5   6   7   8   9   ...   40


 

NAĞI 



 

 

 

 

 

QARABAĞ 

MÜHARĠBƏSĠ 

 

(Qısa tarix) 

 

 

 

 

 

 

 

 


 

Bakı-2009 



 

 

 

 

 

 

Qarabağ Azadlıq Təşkilatı 

Akif Nağı. Qarabağ müharibəsi. (Qısa tarix), 

Bakı, «MBM-R», 2009.-112 səh. 

 

 

 

 

 

 

 

 

Bu  kitabda  Qarabağ  müharibəsinin  kökləri,  səbəbləri,  gedişi, 



müharibənin  nəticələrinin  aradan  qaldırılması  ilə  bağlı  məsələlər  populyar 

şəkildə şərh olunur, işğalçı  Ermənistanın Azərbaycan  xalqına qarşı törətdiyi 

vəhşiliklər,  talanlar,  terror  hərəkətləri  konkret  faktlar  əsasında  göstərilir. 

Kitabda  şərh  edilən  faktlar  qədim  dövrdən  bu  günə  qədərki  erməni  xisləti, 

qəsbkarlığı və işğalçılığına qarşı Azərbaycan xalqının mübarizə yolunu əhatə 

edir. 

Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. 

 

ISBN: 078-9952-29-045-3 



 

 

 

 

 

 

© A.Nağı Bakı, 



 «MBM-R» 

 


 

ÖN SÖZ 



 

Allah... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən 

kimsələrlə dostluq etmənizi qadağan edər. 

(Qurani-Kərim, əl-Mumtəhinə surəsi, ayə 9) 

 

Ermənilərin  Dağlıq  Qarabağı  ələ  keçirmək  cəhdləri  gəlmə  və  torpaqsız 



xalqın  ərazi  iddialarının  təkib  hissəsidir.  Müxtəlif  ölkələr  gəlmə  xalqların  bu  cür 

iddiaları  ilə  dəfələrlə  rastlaşmışlar.  Bu  tarix  üçün  yeni  bir  hadisə  deyildir. 

Ermənilər  də  Cənubi  Qafqazda,  o  cümlədən    Azərbaycanda    yaşamamış,    bu  

ərazilərə    sonradan      və  tədricən  başqa  ölkələrdən  gəlmiş  və  yaxud  gətirilmişlər. 

Qarabağda  həmişə    Azərbaycan    tayfaları    yaşamış    və  bu    ərazi    Azərbaycan 

dövlətlərinin təkibində olmuşdur. Qarabağ hər dövrdə bütöv ərazi vahidi olmuşdur. 

"Dağlıq Qarabağ" ifadəsi isə XX yüzillikdə Sovet Rusiyasının rəhbərliyi tərəfindən 

uydurulmuşdur.  Qarabağ  əraziləri  qədim  dövrdə  "Arsax"  adı  ilə  ("Arsax"  sözü 

qədim türk tayfası olan sakların  adı  ilə bağlıdır və "igid sak", "ər sak", "sak kişisi" 

mənalarını  verir).  Albaniya  dövlətinin  (e.ə.lV-e.VIII  əsrlər)  təkibində  olmuşdur. 

Albaniya dövləti müasir Azərbaycan Respublikasının ərazisi də daxil olmaqla daha 

geniş  torpaqlara  malik  idi.  Albaniyanın    qərb  sərhədləri      Göyçə      gölündən  

keçməklə  indiki  Ermənistan  deyilən  ərazilərin  böyük  hissəsini  əhatə  edirdi.  O 

dövrdə  bu  ərazilərdə  erməni  elementləri  yox  idi.  Arsax-Qarabağ  əraziləri  daha 

sonra  Ərəb  Xilafətinin,  bu  dövlətin  süquta  uğramasından  sonra  isə  Azərbaycan 

dövlətlərinin-Sacilər,  Rəvvadilər,  Eldəgizlər,  Qaraqoyunlu,      Ağqoyunlu,   

Səfəvilərin   və   Qarabağ   xanlığının təkibində olmuşdur. Qarabağ xanlığı 1805-ci 

il may ayında Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Bu işğal kiçik fasilə ilə 

(1918-1920-ci  illər  Azərbaycan  Demokratik  Respublikası  dövrü  istisna  olmaqla) 

1991-ci  ilə  qədər  davam  etmişdir.  1918-ci  ildə  yaranmış  Azərbaycan  Demokratik 

Respublikasının  müstəqilliyi,  Qarabağ  da  daxil  olmaqla  ərazi  bütövlüyü  və 

süverenliyi  dünya  birliyi,  konkret  olaraq,  Paris  Sülh  Konfransı  tərəfindən 

tanınmışdır.  O  dövrdə  Qarabağ  bəzi  mübahisəli  ərazilərin    içərisinə    daxil 

olmamışdır.  Həmin  vaxt  Azərbaycanın  beynəlxalq  birlik  tərəfindən  tanınan  qərb 

sərhədləri  2300  il  əvvəl  Albaniya  dövlətinin  dönəmində  olduğu  kimi  yenə  də 

Göyçə  gölündən  keçirdi.  İndi  ermənilər  Azərbaycanın  tarixi  torpaqlarını  zəbt 

edərək Göyçəni daxili göllərinə çevirmiş, adını da dəyişərək "Sevan" qoymuşlar. 

Ermənilərin  Cənubi  Qafqaza  gətirilməsi  tədricən  baş  vermiş  və    Kiçik 

Asiyadan  keçmişdir. İlk   erməni   (onlar   özlərini   hay adlandırırlar)   dəstələri   

e.ə.VII-VI  əsrlərdə  Balkanlardan      Kiçik  Asiyaya,  müasir  Türkiyənin  şərq 

vilayətlərindən  birinə  az  miqdarda  gətirilmiş  və  onlardan  bir  sıra  təsərrüfat 



 

işlərində, əsasən də tikintidə qul kimi istifadə olunmuşdur. Tanınmış ermənişünas 



alim  H.Adons  yazırdı:  "Kimmeri  tayfaları  b.e.ə.  VIII  əsrdə  Balkanlara,  Frakiya 

vilayətinə gəldilər. Burada onlar ermənilərin əcdadları ilə rastlaşdılar və özləri ilə 

götürüb Kiçik Asiyaya apardılar". Tədricən çoxalan ermənilər həmin ərazilərdə bir 

neçə  dəfə  xırda  dövlət qurumları  yaratmağa cəhd etmiş, lakin davamlı bir qurum 

yarada  bilməmişlər.  Ermənilər  nisbətən  yaxın  və  uzaq  ərazilərdə  Manna,  Urartu, 

Midiya, Assuriya kimi dövlətləri görür, onlara uyğun bir qurum yaratmağa çalışır,  

lakin    heç    nəyə  nail  ola  bilmirdilər.    Ermənilərin  gəlilə  məskunlaşdığı  ərazilər 

müxtəlif vaxtlarda həmin dövlətlərin bu və ya digərinin   təkibinə   daxil   edilirdi.   

Azərbaycan   Albaniyası   və Atropatena dövlətlərinin meydana gəlməsindən (e.ə. 

IV  əsr)  xeyli  sonra,  e.ə.  II  əsrdə  ermənilər  də  Kiçik  Asiyada,  Van  gölünün 

sahillərində  özlərinin  kiçik  bir  dövlətlərini  qura  bildilər.  Bu  dövlət  heç  bir  ciddi 

rola malik olmamış, yalnız e.ə. I əsrin 80-ci illərində güclənmiş və bir sıra qonşu 

əraziləri, o cümlədən, Atropatenanı və Azərbaycan Albaniyasının bir hissəsini zəbt 

etmişdir. Bu vəziyyət təxminən 10 il davam etmişdir. Bu erməni dövləti e.ə. 66-cı 

ildə Roma qoşunlarının zərbələri altında darmadağın oldu. Ermənilər zəbt etdikləri 

əraziləri tərk edərək yenidən Van gölünün ətrafına qayıtdılar. Sonradan ermənilər 

bu  on  illik  işğal  mərhələsini  "Böyük  Ermənistan"        dövrü        adlandırmağa    

başladılar.  Bu    məntiqlə  Azərbaycan  varisi  olduğu  Manna,  Midiya,  Albaniya, 

Atropatena  dövlətlərinin  on  il  yox,  yüzillərlə  əldə  saxladığı  geniş  ərazilərə  indi 

iddia irəli sürə bilər. Və yaxud həmin dövrdə dövlətləri olan hər hansı xalq da bu 

cür  iddialarla  çıxış  edə  bilər.  Xoşbəxtlikdən  xəstə  təxəyyüllü  ermənilərdən  başqa 

bu  heç  kəsin  ağlına  gəlmir.  Bu  hadisələrdən  sonra  ermənilərin  öz  dövlətlərini 

yaratmaq  cəhdlərinə  son  qoyulur.  Ermənilərin  yaşadıqları  ərazilər  bu  və  ya  digər 

dövlətlərin  nəzarəti  altında  olur.  Lakin  bu  müharibələrin  digər  nəticəsi  olaraq 

erməni  tayfaları  qonşu  ərazilərə  yayılmağa  və  həmin  yerlərdə  məskunlaşmağa 

başlayırlar.  Konkret  tarixi  faktlar  olmasa  da,  istisna  deyil  ki,  həmin  dövrlərdə  az 

sayda  erməni  ünsürləri  Azərbaycanda  da  məskunlaşmışlar.  Yerli  türk  əhalisi 

onlardan inşaat və digər işlərdə istifadə edirdilər. 

Ərəb    Xilafəti    dövrünə,    İslamın    Azərbaycana    gəlişinə    qədər  Arsax-

Qarabağ ərazilərində yalnız yerli əhali-Alban-Azərbaycan tayfaları yaşamışlar. VII 

əsrdə  Arsax-Qarabağ  əhalisinin  böyük  əksəriyyəti  islamı  qəbul  etmişdir.  O  vaxta 

qədər  burada  xristianlıq  və  atəşpərəstlik  mövcud  idi.  Xristian  əhalisinin  cüzi  bir 

hissəsi  dağlara    çəkilərək    öz    dinini      saxlamışdır.      Onlar    alban    və      digər 

tayfaların nümayəndələri  idilər. Həmin dövrdə erməni  dövləti mövcud   deyildi,   

lakin   xristianlığın   qriqorian   məzhəbində  olan erməni kilsəsi fəaliyyətini davam 

etdirirdi.  Arsax-Qarabağın  dağlara  çəkilmiş  yerli  alban-xristian  əhalisi  ilk  vaxtlar 

yalnız  öz  kilsələrində  iləadət  edir,  dini  baxımdan  alban  kilsə  ənənələrini  davam 

etdirirdilər.  Lakin  qonşu  xristian  gürcülərlə  məzhəb  fərqləri  olduğuna  və 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə