Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

29 

 

Ermənistan  yaranmış  vəziyyətdən tam  yararlandı.  1989-cu il dekabrın 1-



də Ermənistan Ali Soveti və  Dağlıq Qarabağda  yaradılmış qondarma "milli şura" 

birgə qətnamə qəbul etdilər. Qətnamədə göstərilirdi ki, onlar   "Ermənistan   SSR   

və   Dağlıq   Qarabağın birləşməsini elan edirlər və həmin andan başlayaraq Dağlıq 

Qarabağ əhalisi Ermənistan SSR vətəndaşlarının bütün hüquqlarına malik olurlar". 

Ermənistan işğalçı və ilhaqçı niyyətlərini gizlətmir və geniş hazırlıq  işlərini davam 

etdirirdi.    Fövqəladə vəziyyət rejim Ermənistana tətbiq olunmamışdı. Ona görə də 

erməni  hərbi  dəstələri  bu  vəziyyətdən  istifadə  edərək,  DİN,  Mühafizə, 

Yanğınsöndürmə, doluya qarşı artilleriya parkları, ali məktəblərin hərbi kafedraları 

və digər müəssisələrin hamısında olan  silah və sursatı  dərhal  ələ keçirdilər. Onlar 

1990-cı  ilin  yanvar-fevral  ayları  ərzində  cəmi  6.17  atıcı  silah,    19  ədəd  zirehli 

texnika,  133 doluvuran və  17 raket qurğusu, 3 minomyot, 13 min mərmi və raket, 

1.921  ton  partlayıcı  maddə,  çoxlu  sayda  nəqliyyat  və  rabitə  vasitələri  zəbt 

etmişdilər.  Erməni      hərbi      dəstələri  yerli    hakimiyyət      orqanlarının      birbaşa 

himayəsi    ilə    mart    ayından    etibarən  Moskvaya  tabe    olan  hərbi  hissələrə  də 

hücumlar  edir,  silah  və  sursatı  götürürdülər.  Onlar  dəmir  yolu    stansiyalarının   

birində   hətta   15   ədəd   T-72   tankını   ələ keçirmişdilər.  Bu hərbi  birləşmələr 

mart  ayında  Qazax,  Tovuz,  Gədəbəy,    Naxçıvan      və      digər      sərhədboyu   

bölgələrə   dağıdıcı hücumlar etdilər.   1990-cı  ilin ortalarında Ermənistanda  15 

min nəfərin  daxil   olduğu  silahlı qruplaşmalar fəaliyyət   göstərirdi. Onlardan 10 

min  nəfərlik  erməni  milli  ordusu  (EMO)  əsasən  sərhəd  bölgələrində  və  Dağlıq 

Qarabağda  yerləşirdi.  Həmçinin  bəzi  siyasi  qurumların,  o  cümlədən  Erməni 

Ümumilli  Hərəkatının, Daşnaksütyunun hərbləşdirilmiş birləşmələri var idi.  Muş, 

NART, Adana, Aydat, Tiqran Mes kimi  nisbətən kiçik qruplaşmalar 50-dən 700-

dək döyüşçünü birləşdirirdi. Bu hərbi qüvvələr 30-a qədər zirehli texnikaya, 150-yə 

qədər doluvuran qurğu, onlarla minomyot, 20-dən artıq Mi-4 və Mi-8 vertolyotuna 

malik  idilər.  Silahlı  qüvvələr  əsasən  müxalifətin  nəzarəti  altında  idi,  lakin 

hakimiyyət tərəfindən onların  formalaşdırılmasına  maneçilik törədilmirdi. 1990-cı 

ilin  yayında  müxalifət  hakimiyyəti  ələ  keçirdikdən  sonra  həmin  silahlı 

qruplaşmalara qanuni status verildi, yəni Ermənistanın rəsmi silahlı qüvvələri kimi 

fəaliyyətlərini davam etdirdilər. 

L.Ter-Petrosyanın  rəhbərlik  etdiyi  yeni  hakimiyyət  Azərbaycana  qarşı 

işğalçı  və  ilhaqçı  niyyətlərini  artıq  gizlətmirdi.  1990-cı  ildə  Erməni  milli  ordusu 

Azərbaycanla  sərhədin  şimal-qərb  hissəsində  hərbi  əməliyyatları  genişləndirdi. 

Həmin  il  martın  24-də  və  avqustun  20-də  erməni  silahlıları  2  dəfə  Qazax 

rayonunun  Bağanis  Ayrım  kəndinə  girdilər  və  evlərin  əksəriyyətini  yandırdılar. 

Kənd sakini Dadaş  Əsliyevin   5   nəfərlik   ailə  üzvləri   öz  evlərində  diri-diri 

yandırıldılar.  Bununla  Qazax  rayonunun  ilk  kəndi  işğal  olundu.  Ermənilər  eyni 

zamanda  Qazax  və  Tovuz  rayonlarının  sərhədboyu  digər  yaşayış  məntəqələrini 




30 

 

güclü top atəşinə tutdular. Ermənilərin bu cür genişmiqyaslı əməliyyatı Moskvanın 



regionda  olan  hərbi  qüvvələrinin  rəhbərliyini  də  ciddi  narahat  etdi.  Ona  görə  də 

dərhal  bəzi  əks  əməliyyatlar  həyata  keçirildi  və  erməni  silahlı  birləşmələri  ağır 

itkilərə məruz qaldılar. Bu məğlubiyyətən sonra Erməni milli ordusunda yaranmış 

ruh  düşgünlüyündən  prezident  L.Ter-Petrosyan  istifadə  etdi.  Bu  ordu  bir  çox 

məqamlarda  müstəqillik  nümayiş  etdirir,  hətta  prezidentin  hakimiyyəti  üçün 

təhlükə  təşkil  edirdi.  L.Ter-Petrosyan  EMO-nun  məğlubiyyətini  bəhanə    

gətirərək,  İrəvanda  fövqəladə  vəziyyət  elan  etdi,  hərbi  birləşmələri  buraxdı, 

rəhbərlərini  neytrallaşdırdı,  sıravi  heyəti  isə  özünün  rəhbərlik  etdiyi  Erməni 

Ümummilli Hərəkatının silahlı qüvvələrinin tərkibinə daxil etdi. Ermənistan formal 

olaraq Sovet imperiyasının tərkibində qalır, lakin artıq tam müstəqil siyasət yeridir 

və müstəqil silahlı qüvvələrini formalaşdırırdı. 

Bu  dövrdə  erməni  tərəfi  Dağlıq  Qarabağda  geniş  hərbi  əməliyyatlar 

keçirmir,  daha  çox  silahlı  dəstələrin  tərkibinin  komplektləşdirilməsinə  diqqət 

yetirirdi.  Onlar  Azərbaycanın  Dağlıqı  Qarabağdan  kənar  ərazilərində,  həmçinin 

Şimali  Qafqazın  yaxın  regionlarında  terror  aktlarının  törədilməsinə  üstünlük 

verirdilər. 1990-1991-ci illərdə erməni terrorçuları Azərbaycanın daxili avtomobil 

yollarında,  Rostov-Bakı  domir  yolunda,  Krasnovodsk-

 

Bakı  bərə  marşurutunda 



dəfələrlə  qanlı  terror  aktları  törətdilər.  Bütün  bu  hadisələrdən  sonra  Azərbaycan 

rəhbərliyi yalnız 1990-cı ilin sonlarında müəyyən addımlar atmağa başladı. Həmin 

ilin  payızında  DİN  nəzdində  Xüsusi  Təyinatlı  Milis  Dəstəsi  (XTMD)  yaradıldı. 

Bacarıqlı və cəsarətli komandir Rövşən Cavadovun rəhbərlik etdiyi bu dəstəyə ilk 

dövrdə 3 min nəfərə qədər döyüşçü daxil idi. XTMD dərhal döyüşlərə başlayaraq, 

1990-cı  il  noyabrın  17-də  Dağlıq  Qarabağın  bir  sıra  mühüm  məntəqələrini,  o 

cümlədən  Xocalı  aeroportunu  erməni  silahlılarından  təmizlədi.  Qarabağ 

müharibəsinin sonrakı illərində də XTMD və onun komandirinin xüsusi xidmətləri 

olmuşdur. 

1991-ci ilin  yanvarında ermənilər Dağlıq Qarabağda  yenidən fəallaşdılar. 

Bu  fəallıq  Qarabağın  şimal  hissəsində  daha  çox  müşahidə  olunurdu.  Şaumyan-

Gülüstan-Aterk  möhkəmləndirilmiş  rayonunda  düşmən  5  min  nəfərə  qədər  canlı 

qüvvə  cəmləşdirmişdi.  Buradakı  hərbi  birləşmələrin  canlı  qüvvə  və  texnika  ilə 

təminatı  Ermənistan  ərazilərindən  hava  ilə  həyata  keçirilirdi.  Digər  baza  rayonu 

Qarabağın cənubunda Hadrutdan qərbə doğru ərazilərdə yaradılmışdı. 

1991-ci ilin əvvəlində Ermənistan rəhbərliyi Moskva ilə razılaşdırılmamış 

bir  neçə  siyasi  qərar  qəbul  etdi.  1991-ci  il  martın  17-də  SSRİ-nin  yeni  ittifaq 

müqaviləsi  əsasında  saxlanılmasına  dair  referendumun  keçirilməsi  nəzərdə 

tutulurdu.  Azərbaycan  rəhbərliyi  referendumun  keçirilməsinə  razılıq  verdi, 

Ermənistan  isə  5  digər  müttəfiq  respublika  ilə  birlikdə  boykot  yolunu  tutdu.  Ona 

görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq və yenidən öz təsir dairəsinə 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə