Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   ...   40

 

bütövlükdə   xristian   dünyası   ilə   əlaqələri   kəsildiyinə   görə   bu Azərbaycan-



alban  tayfaları  tədricən  erməni  kilsəsinin  təsiri  altına  düşür,  əvvəl  qriqorianlaşır, 

sonra  isə  erməniləşirlər.  Bütün  bunlara  baxmayaraq,  Qarabağın  dağlıq  hissəsinə 

çəkilmiş  Azərbaycan-alban  tayfaları  uzun  müddət    özlərinin    etnik   

mənsubiyyətini, dini müstəqilliyini qoruyub saxlamış və XIX əsrin ortalarına qədər 

rəsmi  sənədlərdə  özlərini  alban  milləti  və  alban  kilsəsinin  nümayəndələri  kimi 

təqdim  etmişlər.  Arsax-Qarabağ  (XIII  əsrdən  Qarabağ  adı  işlədilir)  əhalisinin 

böyük  əksəriyyəti  yerli  türklərdən  ibarət  olmuş  və  müxtəlif  Azərbaycan 

dövlətlərinin  təkibində  bu  əyalət  yerli  nəsillərə  mənsub  hakimlər  tərəfindən  idarə 

olunmuşdur. Dağlara  çəkilmiş xristian əhali isə  həmişə  bu hakimlərə  tabe  olmuş, 

lakin  dini  əlahəddəliklərini  qoruyub  saxlamaq  üçün  müəyyən  özünüidarə 

qurumlarına  malik  olmağa  çalışmışlar.  Azərbaycanın    Sacilər  və  Atabəylər 

dövlətləri  IX-XIII  əsrin  əvvəllərində  faktiki  olaraq  ölkəni  siyasi  cəhətdən   

birləşdirmişdilər. Lakin eyni zamanda  xristian  albanlara öz dini fərqlərini qoruyub 

saxlamaq  üçün  özünü  idarə  qurumları  yaratmağa  da  imkan  verirdilər.  Bu  vaxt 

ərzində  xristian  albanların  yaratdıqları  qurumlar  alban  Mehranilər  nəslindən  olan 

Həsən  Cəlalın      (müsəlman    ölkəsində    yaşadıqlarına    və    bir    çox  müsəlman 

adətlərini qəbul etdiklərinə  görə, onlar xristian olmalarına  baxmayaraq  müsəlman 

adları da götürürdülər) dövründə (1215-1261-ci illər) daha yüksək inkişaf həddinə 

çatdı.  Xaçın  knyazlığı  adlandırılan  bu  qurum  mərkəzi  Azərbaycan  hakimiyyətinə 

tabe  idi.  Həsən  Cəlalın  nəsli  Azərbaycan  hakimiyyətinə  həmişə  sədaqətlə  xidmət 

etmişdir.  Bu  xidmətlərinə  görə  Azərbaycan  Qaraqoyunlu  hökmdarı  Cahan  şah 

onlara "məlik" (türk dilində "mülk sahibi" deməkdir) titulu vermişdir. Azərbaycan 

Səfəvi dövlətinin dövründə (1501-1736-cı   illər) yerli  özünüidarə   qurumları ləğv 

edilmiş,  bəylərbəylik    inzibati-ərazi    sistemi  yaradılmışdır.  Belə    ərazi 

vahidlərindən    biri  Qarabağ  bəylərbəyliyi  adlanırdı.  Qarabağ  bəylərbəyliyi  7 

sancaq və 36 nahiyədən ibarət idi, yəni hər hansı özünü idarəetmə qurumu nəzərdə 

tutulmurdu.  Bu  vəziyyət  XVIII  əsrin  birinci  yarısına  qədər  davam  etmişdir.  Bu 

dövrdən başlayaraq Rusiya hökuməti   Azərbaycanda   yaşayan   xristian   əhalidən   

öz  məqsədləri  üçün  istifadə  etməyə  başlayır.  Bu  siyasətin  əsasını  işğalçı 

niyyətlərini  gizlətməyən  I  Pyotr  qoyur  və  ondan  sonra  həmin  siyasət  davam 

etdirilir.  Rusiya  hökmdarları  Qarabağın  dağlıq  hissəsindəki  qriqorianlaşmış 

albanları  erməni  kimi  təqdim  etməyə  çalışır  və  onları  bu  adı  öz  üzərlərinə 

götürməyə şirnikləndirirdi. Lakin bu qədim Azərbaycan əhalisi öz adını dəyişməyə 

həvəs göstərmirdi. 

Səfəvi  dövlətinin  süqutundan  (1736-cı  il)  və  Nadir  şahın  qısa  müddətli 

hakimiyyətindən sonra Azərbaycanda gərgin və mürəkkəb siyasi vəziyyət yarandı. 

Nadir şah özü siyasi məqsədlər üçün alban məliklərindən istifadə etməyə başladı. 

Qarabağın  dağlıq  hissəsindəki  özünüidarə  qurumlarının  fəaliyyəti  yenidən 




 

canlandırıldı.  Vaxtilə  Həsən  Cəlalın  nəslinin  davam  etdirdiyi  Xaçın  knyazlığının 



yerində  5  yeni  özünüidarə  qurumu-məlikliklər  yaradıldı.  Nadir  şah  Qarabağın 

tanınmış  türk  nəsillərinin  nüfuzunu  zəiflətmək  və  onu  şah  kimi  tanımaq 

istəməyənlərin  müqavimətini  sındırmaq  üçün  bu  məliklərdən  istifadə  etmək 

istəyirdi. Bu beş yeni özünüidarə qurumlarından Dizaq məlikliyi indiki Ermənistan 

ərazisindən gəlmiş  Məlik Yeqanın, Vərəndə indiki Ermənistan deyilən ərazilərdən 

gəlmiş Məlik Şahnəzərin, Xaçın yerli alban olan Həsən Cəlalın, Çiləbörd yenə də 

indiki Ermənistan deyilən ərazidən gəlmiş Məlik Allahqulunun və Talış Şirvandan, 

indiki  Qəbələ  rayonunun  Nic  kəndindən  (hazırda  həmin  kənddə  alban-udinlər 

yaşayırlar) gəlmiş Məlik Usubun nəsilləri tərəfindən yaradılmışdır. Bu məliklərdən 

yalnız  Xaçının  yaradıcıları  yerli  alban  nəslinə  mənsub  idilər,  qalanları  Qarabağa 

kənardan gəlmişdilər. Kənardan gələnlərin də heç biri erməni deyildi, alban idilər. 

Onların  heç  biri  erməni  deyil,  müsəlman  adları  daşıyır,  yalnız  müsəlman-türk 

mühiti  ilə  qaynayıb-qarışır  və  çoxlu  sayda  müsəlman-türk  adət  və  ənənələrinə 

riayət edirdilər. 

Nadir şahın vəfatından sonra məlikliklərin fəaliyyəti xeyli zəiflədi. Lakin 

bir  sıra  xarici  və  daxili  qüvvələr  onlardan  yenə  də  Qarabağ  hakimi  Pənah  xana, 

ondan  sonra  isə  İbrahim  xana  qarşı  istifadə  etməyə  başladı.  Rusiya  hökumətinin 

Tiflisdə  oturan  nümayəndələri  məlikləri  oraya  çağırır,  onlara  Qarabağ  xanlığını 

zəiflətmək üçün təlimatlar və tapşırıqlar verirdilər. Rusiya hökuməti məlikləri guya 

onların  alban-türk  deyil,  erməni-xristian  olmalarına  inandırmaq  üçün  bütün 

vasitələrdən istifadə edirdi. Rusiya məliklərin əli ilə Qarabağın xristianlaşdırılması 

və  burada  xristian  dövlət  qurumunun  yaradılması  məqsədlərini  də  güdürdü.  Bu 

ideya  məliklər  üçün  də  cəlbedici  idi,  ona  görə  də  rusların  tapşırıqlarını  həvəslə 

yerinə yetirirdilər. Onlar bir neçə dəfə İbrahim xana qarşı sui-qəsd də təşkil etdilər, 

lakin məqsədlərinə nail ola bilmədilər. İbrahim xan məliklərin hamısını və onların 

katolikosunu həbs etdirməyə məcbur oldu. Sonradan onların bəziləri həbsxanadan 

qaçaraq Tiflisə getdilər və Qarabağ xanlığına qarşı açıq düşmənçilik mübarizəsinə 

başladılar. 

Beləliklə,  XVIII  əsrin  əvvəllərindən  etibarən  bir  tərəfdən  Qarabağın 

dağlıq  hissəsindəki  qriqorianlaşdırılmış  albanların  öz  dinlərinə  uyğun  güclü 

himayədar  axtarmaq  istəkləri,  digər  tərəfdən  isə,  Rusiyanın  Cənubi  Qafqaz 

regionunu ələ keçirmək planları üst-üstə düşürdü. Rusiya Azərbaycan, Türkiyə və 

İrana qarşı istifadə etmək məqsədilə Qarabağın bir hissəsində kiçik də olsa xristian 

dövləti,  forpost  yaratmaq  niyyətini  gizlətmirdi.  Özlərinin  müstəqil  qurumlarına   

malik   olmaq   perspektivi   isə    Qarabağ    məliklərini şirnikləndirir və onların 

separatçı meyllərini gücləndirirdi. Əslində isə burada hər hansı müstəqil qurumun 

yaradılması  real  deyildi.  Ona  görə  də  Rusiya  məliklərə  yalnız  vədlər  verməklə 

kifayətlənir  və  onların separatçı hərəkətlərindən Qarabağ xanlığının  mövqelərinin 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə