Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   ...   40

 

ilk statistik məlumatlara qriqorianlaşmış albanlarla yanaşı artıq ermənilər də daxil 



edilirdi.  Rus  hərbi komandanlığının 1823-cü  ildə  tərtib  etdiyi  statistik topluda  bu 

hal özünü ilk dəfə  göstərdi. Bu sənədə görə həmin dövrdə indiki Dağlıq Qarabağ 

ərazisində  yaşayan  18563  ailədən  yalnız  1559-u  erməni  və  qriqorianlaşmış  alban 

idi.  Rəqəmlər  bir  daha  təsdiq  edir  ki,  ermənilərin  "böyük  köçü"  ərəfəsində  bu 

ərazilərdə  əhalinin  böyük  əksəriyyətini  Azərbaycan  türkləri  təşkil  edirdi.  Bu 

statistik    məlumatların    qeydə    alındığı      vaxtdan  az  sonra  Rusiya  hökuməti 

erməniləri Azərbaycana, o cümlədən Qarabağa kütləvi şəkildə köçürməyə başladı. 

Rəsmi  məlumatlara  görə,  1828-1830-cu  illərdə,  yəni  cəmi  2  il  ərzində, 

Azərbaycana,  o  cümlədən  Qarabağa  İrandan  40  min,  Türkiyədən  84  min  erməni 

köçürülmüşdür. Bu, yalnız rəsmi məlumatlardır. O dövrün müxtəlif  mənbələrində 

ermənilərin  qeyri-rəsmi  qaydada,  gizli  şəkildə  köçmələri  haqda  da  kifayət  qədər 

məlumatlar  vardır.  Mütəxəssislərin  hesablamalarına  görə,  həmin  2  il  ərzində  200 

mindən artıq erməni Azərbaycan ərazilərinə keçmişdir. Qarabağa ermənilər əsasən 

İrandan  köçüb  gəlirdilər.  Bu,  sərhədin  bilavasitə  yaxınlığı  və  o  qədər  də  ciddi 

qorunmaması  ilə  bağlı  idi. Digər  tərəfdən  sərhəd də  olan  rus hərbçiləri qeyri-

rəsmi  qaydada  köçüb  gələn  ermənilərə  ciddi  maneə  törətmirdilər.  Ermənilər  çox 

vaxt  bütöv  kəndlərlə  gəlir  və  yeni  məskunlaşdıqları  yerlərə  İrandakı  kəndlərinin 

adlarını  verirdilər.  Sonradan  "səhv"  lərini  düzəltməyə  çalışsalar  da,  yenə  bir  sıra 

kəndlərinin adları onların İrandan köçdüklərinə şahidlik edir. 

Ermənilərin  Qarabağa  köçürülməsi  qədimdən  burada  yaşayan  xristian 

albanların  erməniləşdirilməsini  sürətləndirdi  və  dönməz  prosesə  çevirdi.  O  vaxta 

qədər müstəqil fəaliyyət göstərən alban kilsəsi də 1836-cı ildə Rusiya hökumətinin 

qərarı ilə erməni kilsəsinə tabe etdirildi. Rusiya bir sıra məntəqələrdə, o cümlədən 

Qarabağın dağlıq hissəsində erməni-xristian mövqelərini gücləndirmək üçün bütün 

XIX əsr ərzində köçürmə siyasətini davam etdirmişdir. XIX əsrin sonunda Cənubi 

Qafqazda ermənilərin sayı artıq 1 milyon 300 min nəfərə çatmışdı. Rusiyanın rəsmi 

mənbələrinin  etiraf  etdiyinə  görə,  onlardan  1  milyon  nəfər  "erməni  köçü" 

nəticəsində gələnlər idi. Bu cür kütləvi axına baxmayaraq, Rusiya yenə də Qarabağ 

əyalətində  ermənilərin çoxluğuna nail ola  bilməmişdir. Ermənilər hələ  də  azlıqda 

qalırdılar. 

XIX əsrin ikinci yarısında dünyada ciddi hadisələr baş verir, dövlətlər bir-

birinə  qarşı  ərazi  iddiaları  qaldırır,  dövlətlərarası  ittifaqlar  yaranırdı.  Bu  şəraitdə 

dövlətlər  müxtəlif  məsələləri  ortaya  ataraq,  öz  məqsədləri  üçün  istifadə  etməyə 

çalışırdılar.  "Erməni  məsələsi"  deyilən  amil  də  ortaya  bu  dövrdə  Rusiya  və 

İngiltərə  tərəfindən  atılmışdır.  Erməni  kilsəsinin  təşkilatçılığı  ilə  müxtəlif  erməni   

heyətləri  Avropa   dövlətlərinə    səfərlər   edir,   müxtəlif  səviyyələrdə görüşlər 

keçirir, Türkiyə ərazisində hər hansı statusda qurumlarının yaradılması üçün dəstək 

qazanmağa  çalışırdılar  Maraqlısı  odur  ki,  onlar  Türkiyənin  heç  bir  vilayətində 




10 

 

əksəriyyət  təşkil etmədikləri halda  belə  bir istəyə  düşmüşdülər. İlk olaraq  Rusiya 



və  İngiltərə  "erməni  məsələsi"ndən  istifadə  etməyə  başladılar  və  faktiki  olaraq 

"erməni  məsələsi"nin  müəllifləri  də  onlar  oldular.  Böyük  dövlətlərin  Berlin 

konqresində  (1878-ci  il),  İngiltərə  və  Rusiyanın  təşəbbüsü  ilə  "erməni  məsələsi" 

gündəmə  gətirildi və  Türkiyənin  üzərinə  ermənilər  yaşayan ərazilərdə  islahatların 

keçirilməsi,  onların  kürdlər  və  çərkəzlərin  hücumlarından  müdafiə  olunması  ilə 

bağlı öhdəliklər qoyuldu. Ermənilərin öz məsələlərini hansı həyasızlıqla gündəmə 

gətirdikləri  haqda  təsəvvür  yaranması  üçün  iki  epizodu  diqqətə  çatdırmalıyıq. 

Berlin  konqresinin  gedişində  erməni  heyəti  dəfələrlə  ən  müxtəlif,  şərəfsiz 

vasitələrdən istifadə etdikdən sonra konqresə sədrlik edən Almaniya kansleri Otto 

Bismarkın qəbuluna düşürlər. Bismark onların təkidli cəhdlərindən yorularaq qəbul 

etməyə  razılıq  verir.  O,  qəbul  zamanı  onların  çox  danışmasına  imkan  vermir  və 

sonda onların hərbi köməklə bağlı xahişlərini rədd edərək bildirir: "Pomeranlı tək 

bir  əsgərin  sümüyünü  bütün  ermənilərə  dəyişmərəm".  İkinci  epizod  ermənilərin 

Bismarkdan sərt cavab aldıqdan sonra Almaniya imperatoru və yaxud onun xanımı 

ilə görüşmək cəhdi ilə bağlıdır. Nümayəndələrdən biri Minas Çeraz bu cəhdi belə 

təsvir  edir:  "Olduqca  ciddi  təlaş  içində  imperatriçaya  müraciət  etmək  istəyirdik... 

Qapının  ağzında  bizi  rəsmi  geyimli  yekəpər  bir  kişi  qarşıladı.  Dedik  ki, 

imperatriçanı  görmək  istəyirik.  O  zorba  kişi  bunu  eşidən  kimi  bizi  söyməyə 

başladı. Yaxınlaşıb Mkrtıç Xrimyana bir şillə çəkdi... Ümüdlərimiz üzülmüş halda 

qayıdıb  Konstantinopola  gəldik".  Ermənilər  bu  cür  həyasızlıqla  istədiklərinə  nail 

olmağa çalışırdılar. 

Berlin konqresindən  sonra  İngiltərə  və  Rusiyanın rəsmi dairələri "erməni 

məsələsi"ndən  geniş şəkildə  yararlanmağa, Türkiyənin zəiflədilməsi üçün bir alət 

kimi  istifadə  etməyə  başladılar.  Onların  planlarına  uyğun  olaraq  ermənilər 

Türkiyənin  içərisində  təşkilatlar  qurur,  üsyanlar  təşkil  edirdilər.  "Hnçak"  və 

"Daşnaksütyun"  erməni  terrorçu  təşkilatlarının  yaradılması  və  ilk  qanlı  olaylar 

törətmələri  bu  dövrə  təsadüf  edir.  Onlar  İngiltərə,  Rusiya  hökümətləri  tərəfindən 

silahlandırılır və Türkiyənin müxtəlif vilayətlərində üsyanlar təşkil edir, yerli dinc 

əhaliyə  divan  tuturdular.  XIX  əsrin  sonlarında  Fransa  da  erməniləri  fəal  müdafiə 

kompaniyasına  qoşuldu.  Böyük  dövlətlər  "erməni  məsələsi"ndən  kifayət  qədər 

yararlandılar, ermənilər isə heç nəyə   nail   ola   bilmədilər.   Türkiyə    hökuməti  

milli   maraqlarını müdafiə edərək erməni niyyətlərinin həyata keçirilməsinə imkan 

vermədi, bütün üsyanlar  yatırıldı, günahkarlar cəzalandırıldı. Türkiyə hökumətinin 

ciddi  müqaviməti  ilə  rastlaşan  erməni  kilsəsi  və  terrorçu  təşkilatları  nəzərlərini 

Cənubi  Qafqaza,  Azərbaycana,  o  cümlədən  Qarabağa  yönəltdilər.  Bir  az  əvvəl 

buralara köçürülmüş erməni əhalisi artıq ərazi iddiaları üçün zəmin ola bilərdi. Bu 

vaxta  qədər  yerli  əhali  ilə  dinc  şəraitdə  yaşayan,  "qonaq  statusu"na  riayət  edən,   



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə