Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə40/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   32   33   34   35   36   37   38   39   40

81 

 

18 yanvar 2002-ci il. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə Qarabağ mitinqi 

keçirilir, yenə də torpaqların yalnız hərbi yolla azad edilə biləcəyi ilə bağlı tələblər 

qoyulur. 



22 fevral 2003-cü il. Qarabağ Azadhq Təşkilatının təşəbbüsü ilə Xocalı soyqırımın 

ildönümünə həsr edilmiş mitinq keçirilir. 



13 avqust 2003-cü il. Qarabağda partizan hərəkatını başlamaq üçün dəstə yaratmış 

bir qrup gənc həbs edilir. 



Aprel   2004-cü   il.   Qarabağ   danışıqlarının   "Praqa   prosesi" başlanır. 

08 may 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı Qarabağa dinc yürüş həyata keçirir, 

yürüş iştirakçıları Azərbaycan əsgərlərinin səngərlərinə qədər çatır və orada mitinq 

keçirirlər. 

22 iyun 2004-cü il. Qarabağ Azadlıq Təşkilatı erməni zabitlərinin Bakıda keçirilən 

NATO  konfransına  dəvət  olunmasına  etiraz  olaraq,  həmin  konfransın  keçirildiyi 

"Avropa" otelinin qarşısında etiraz mitinqi keçirir, mitinq iştirakçılarından bir qrup 

otelə daxil olur, konfransın işi dayandırılır. QAT üzvlərindən 6 nəfər həbs olunur. 

NATO  rəhbərliyi  Bakıda  Ermənistan  hərbçilərinin  iştirakı  ilə  keçirilməsi  nəzərdə 

tutulan hərbi təlimləri ləğv etmək məcburiyyətində qalır. 



25 yanvar 2005-ci il. Avropa Şurası Parlament Assambleyası qətnamə qəbul edir, 

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu təsdiq edir. 



08  may  2005-ci  il.  Qarabağ  Azadlıq  Təşkilatı  Şuşanın  işğalının  ildönümü  ilə 

əlaqədar Bakının bir neçə yerində dinc yürüşlər keçirir. 



Sentyabr  2005-ci  il.  Minsk  qrupu  həmsədrləri  tərəflərə  "keçid  statusu"  deyilən 

variantı təklif edirlər. 



30  noyabr  2005-ci  il.  Qarabağ  Azadlıq  Təşkilatı  Rusiya,  ABŞ  və  Fransanın 

Azərbaycandakı  səfirlikləri  qarşısında  etiraz  aksiyaları  keçirir,  Minsk  qrupunun 

fəaliyyətinə son qoyulmasını tələb edir. 

16  dekabr  2005-ci  il.  Qarabağ  Azadlıq  Təşkilatı  Minsk  qrupu  həmsədrlərinin 

Bakıya səfərinə etiraz olaraq hava limanında, Xarici İşlər Nazirliyinin  qarşısında, 

həmsədrlərin mətbuat konfransı keçirdikləri "Hiyat park" otelinin qarşısında etiraz 

aksiyaları  keçirir,  QAT  fəalları  mətbuat,  konfransı  keçirilən  zala  daxil  olaraq 

mətbuat konfransını dayandırır və həmsədrlərin ölkəni tərk etmələrini tələb edirlər. 

13-17  aprel  2006-cı  il.  Qarabağ  Azadlıq  Təşkilatı  Azərbaycan  Ordusunun  zabiti 

Ramil Səfərov haqda Budapeşt şəhər məhkəməsinin ədalətsiz qərarına etiraz olaraq 

Bakı, Şəki, Mingəçevir, Ağsu, Lənkəran, Bərdə və digər şəhərlərdə, həmçinin çadır 

düşərgələrində yürüş-mitinqlər keçirir. 



22  iyun  2006-cı  ü.  Minsk  qrupu  həmsədrləri  birgə  bəyanatla  çıxış  edərək 

"nizamasalmanın təməl prinsipləri"ni açıqlayırlar. 



13-19  oktyabr  2006-cı  il.  Qarabağ  Azadlıq  Təşkilatı  Fransa  parlamentinin  saxta 

"erməni soyqırımı"ını tanımamağa görə  cəza  haqqında  qəbul etdiyi qanuna  etiraz 




82 

 

olaraq  həmin  ölkənin  Azərbaycandakı  səfirliyinin  qarşısında  silsilə  aksiyalar 



keçirir. 

29  dekabr  2006-c  il.  Minsk  qrupu  həmsədrləri  2006-cı  ildə  heç  nəyə  nail  ola 

bilmədiklərini etiraf edirlər. 



29  noyabr-01  dekabr  2007-ci  il.  Minsk  qrupu  həmsədrləri  Madriddə  tərəflərə 

"yeni təməl prinsipləri"ni təqdim edirlər. 



14  mart 2008-ci il. BMT Baş  Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın 

işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olunur. 



08 avqust 2008-ci il. Rusiya Gürcüstana hərbi müdaxilə edir, regionda hərbi-siyasi 

vəziyyət dəyişir. 



Avqust-sentyabr  2008-ci  il.  Türkiyə  və  İran  Qarabağ  məsələsi  ilə  bağlı  yeni 

vasitəçilik təşəbbüsü ilə çıxış edirlər. Rusiya və ABŞ-ın diplomatik fəallığı artır. 



02 noyabr 2008-ci il. Azərbaycan,  Rusiya və Ermənistan prezidentləri Moskvada 

birgə Bəyannamə imzalayıblar.  

 

 

Tarixi arayışlar 



 

Xocalı 

 

Xocalı  şəhəri    1992-ci  il  fevralın  26-da  işğal  edilmiş,  şəhər  xarabılığa 



çevrilmişdir.  İşğalçılar  şəhərin  yaxınlığındakı  aeroportu  bərpa  etmişlər, 

vertolyotların enməsi  üçün istifadə edirlər. İşğala qədər şəhərdə 7 min  nəfər əhali 

yaşayırdı. İşğal zamanı 613 nəfər, o cümlədən, 106 qadın, 63 uşaq, 70 qoca qətlə 

yetirilmiş,  487  nəfər,  o  cümlədən  76  uşaq  yaralanmış,  1275  nəfər  əsir 

götürülmüşdür, onlardan 150 nəfərin taleyi haqda heç bir məlumat yoxdur. 8 ailə 

tamamilə  məhv  edilmiş,  25  uşaq  hər  iki  valideynini,  130  uşaq  valideyinlərindən 

birini itirmişdir. 

Xocalı soyqırımın  çox vaxt Xatın, Sonqmi faciələri ilə  müqayisə  edirlər. 

Hətta bu dəhşətli hadisələr də Xocalı ilə müqayisəyə gəlmir, Alman faşistləri 1943-

cü il martın 22-də Belorusun Xatın kəndində əhalini bir binaya yığaraq yandırdılar.  

Nəticədə      149    nəfər,    o  cümlədən,  76  uşaq  məhv  edildi,  yalnız  bir  nəfər  sağ 

qalmışdı. Digər faciə 1968-ci il martın 16-da ABŞ əsgərləri tərəfindən Vyetnamın 

Sonqmi  kəndində  törədildi.  Burada  dinc  əhali  qətlə  yetirildi.  Kənddə  qoyulmuş 

abidənin üzərində 504 nəfərin (1 yaşından 82 yaşa qədər) adları çəkilir. 

 

 

 



83 

 

Şuşa 



 

Şuşa  şəhəri  1992-ci  il  mayın  8-də  işğal  olunmuşdur.  Müharibənin 

gedişində 196 şuşalı həlak olmuşdur. Şuşa rayonunun ərazisi 290 km

2

, əhalisi 24,9 



min nəfər olmuşdur. Şuşanın  104 mədəniyyət və tarix abidəsi, 20 kitabxanası, 12 

klubu,  6  mədəniyyət  evi,  22  məktəbi,  7    uşaq  baxçası    işğal    altında  qalmışdır.  

Mədəniyyət və  tarixi abidələrindən   Qala   divarları,   Gəncə   qapısı, Pənahxan 

qəsri, Pənahxan kitabxanası, Gövhər ağa məscidi, Saatlı məscidi, Ağabəyim ağanın 

qəsri, Karvansara, Xan evi və digərləri qeyd olunur. 

 

Laçın 



 

1992-ci  il  mayın  18-də  işğal  olunmuşdur.  Müharibənin  gedişində  262 

nəfər  Laçınlı  həlak  olmuşdur.  İşğala  qədər  Laçın  rayonunun  ərazisi  1835  km

2



əhalisi 64 min nəfər olmuşdur. İşğalçılar Laçının adını dəyişərək Kaşataq qoymuş, 

xeyli hissəsini bərpa etmiş və kənardan gələn 10 min nəfərə qədər ermənini buraya 

köçürmüşlər.  Laçın  rayonu  120  kənd,  1  qəsəbə,  1  şəhərdən  ibarət  olmuşdur. 

Rayonun  217  mədəniyyət  müəssisəsi,  133  iri  və  orta  təsərrüfat  obyekti,  20  tiləb 

ocağı işğal altında qalmışdır. Tarix və mədəniyyət abidələrinə Ağoğlan məbədi (IX 

əsr), Məlik Əjdər türbəsi (XV  əsr), Minkənd körpüsü (XV  əsr), Uşaq qalası (XV 

əsr),  Qoç  abidələri  (XVI  əsr),  Həmzə  Soltan  sarayı  (XVIII  əsr)  və  digərləri  aid 

edilir. 


 

Kəlbəcər 

 

1993-cü  il  aprelin  2-də  işğal  olunmuşdur.  Müharibənin  gedişində  511 



nəfər  kəlbəcərli  həlak  olmuşdur.  İşğala  qədər  Kəlbəcər  rayonunda  58  min  nəfər 

əhali yaşamış, ərazisi 1936 km

2

,  119  kənd,  1  şəhər,  1  qəsəbə  olmuşdur.  Rayonun 



işğal  altında  13  min  yaşayış  evi,  500  ictimai  bina,  96  məktəb,  76  səhiyyə  ocağı, 

37852  ha  meşə  sahəsi,  172  mədəniyyət  müəssisəsi  qalmışdır.  Kəlbəcər  rayonu 

ərazisində  7  arxeoloji,  36  memarlıq,  87  tarix  abidələri,  o  cümlədən,  Xudəvənd 

məbədi (XIII əsr), Gəncəsar məbədi (XIII əsr) olmuşdur. Tarix muzeyindən 13 min 

qiymətli eksponat işğalçılar tərəfindən talan edilmişdir. 

 

Ağdam 



 

1993-cü  il  iyulun  23-də  işğal  edilmişdir.  Müharibənin  gedişində  5823 

nəfər  ağdamlı  həlak  olmuşdur.  İşğala  qədər  Ağdam  rayonunda  160  min  nəfər 

yaşamış,  ərazisi  1094  kv.km,  1  şəhər,  121  kənd  olmuşdur.  44  kəndi-Qaradağlı, 




84 

 

Rzalar,  Evoğlu,  Mahrızlı,  Zəngişalı,  Əhmədağalı,  Quzanlı,  Eyvazlı,  Çullu, 



İmamqulubəyli, Sarıcalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, İsalar, Qəhrəmanbəyli, 

Küdürlü,  Məmmədbağırlı,  Üçoğlan,  Ağalarbəyli,  Alıbəyli,  Orta  Qışlaq,  Yusifli, 

Kiriklu,  Böyük  Bəyli,  Baharlı,  Ballar,  Xındırıstan,  Sarıçoban,  Bəybabalar, 

Kəlbəhüseynli,  Dadaşlı,  Paşabəyli,  Birinci  Yüzbaşlı,  İkinci  Yüzbaşlı,  Baharlı 

(İtbaharlı),  Çəmənli,  Sarıcalı,  Şükürağalı,  Çıraqlı  kəndləri  işğal  altında  deyil. 

Ağdamın 27 tarixi, 40 memarlıq, 103 arxeoloji abidəsi işğal altında qalmışdır. Bu 

abidələrdən  Qutlu  Musa  türbəsi  (XIV  əsr),  Kəngərli  kəndindəki  Məqbərə  (XIV 

əsr),  Şahbulaq  qalası,  Pənah  xanın  İmarəti,  Şəhər  Məscidi  (XIX  əsr),  Papravənd 

kəndindəki Başıkəsik məscid, bir çox kəndlərdəki türbələr xüsusi əhəmiyyət kəsb 

edirlər. 

 

Füzuli 

 

1993-cü   il   avqustun   23-də   işğal   edilmişdir.   Müharibənin gedişində 



rayonun 873 sakini həlak olmuşdur. İşğala qədər Füzuli rayonunda 139 min nəfər 

əhali  yaşamış,  ərazisi  1386  kv.km,  1  şəhər,  1    qəsəbə,  70  kənd  olmuşdur.  72 

məktəb,  26  uşaq  baxçası,  69  kitabxana,  45  klub,  1  tarix-diyarşünaslıq  muzeyi,  9 

musiqi  məktəbi,  7  xəstəxana  işğal  altında  qalmışdır.  1994-cü  ildə  rayonun  23 

yaşayış  məntəqəsi  işğaldan  azad  edilmişdir.  İşğaldan  azad  edilmiş  ərazilərdə  54 

min  nəfər  əhali  yaşayır.  Bu  ərazilərdə  köçkünlər  üçün  13  qəsəbə  salınmışdır. 

Rayonun    Mirzənağılı,    Mollaməhərrəmli,    Əhmədallar,  Böyük  Bəhmənli,  Bala 

Bəhmənli, Araz Dilağarda, Kürdmahmudlu, Arayatlı,   Əhmədbəyli,   Kərimbəyli, 

Alxanlı  kəndləri,      Horadiz  qəsəbəsi  və  daha  11  yaşayış  məntəqəsi  işğal  altında 

deyil.  Füzulinin  87  memarlıq  və  arxeoloji,    15  tarixi  abidəsi,  o  cümlədən  Azıx 

mağarası,  Mirzəli  türbəsi,  Hacı  Qiyasəddin  məscidi  (XVII  əsr),  Hacı  Ələkbər 

məscidi (XIX) işğal altında qalmışdır. 

 

 

Cəbrayıl 



 

1993-cü  il  avqustun  23-də  işğal  edilmişdir.  Müharibənin  gedişində  351 

cəbrayıllı  həlak  olmuşdur.  İşğala  qədər  bu  rayonda  61  min  nəfər  əhali  yaşamış, 

ərazisi  1050  kv.km,  1  şəhər,  76  kənd  olmuşdur.  Hazırda  yalnız  bir  kəndi-Cocuq 

Mərcanlı işğal altında deyil. Rayonun 73 məktəbi, 132 tarixi abidəsi, 2 muzeyi, 149 

mədəniyyət  ocağı,  8  xəstəxanası işğal altında  qalmışdır. Xüsusi əhəmiyyətli tarix 

və mədəniyyət abidələrindən Xudafərin körpüsü (XII), Qız qalası, Hacı Qaraman, 

Cəbrayıl ata, Mazannənə ziyarətgahları qeyd olunur. 

 



85 

 

 



 

 

Qubadlı 

 

 

1993-cü  il  avqustun  31-də  işğal  olunmuşdur.  Müharibənin  gedişində  238 



nəfər Qubadlı sakini həlak olmuşdur. İşğala qədər Qubadlı rayonunda 34 min nəfər 

əhali yaşamış, ərazisi 826 kv.km, 1 şəhər,  93 kənd və qəsəbə olmuşdur. Rayonun 

61    məktəbi,  60  kitabxanası,  10  mədəniyyət  evi,  28  klubu,  205  mədəni-məişət 

müəssisəsi,  12  tarix,  5  memarlıq,  11  arxeoloji  abidəsi  işğal  altında  qalmışdır. 

Tarix-diyarşünaslıq  muzeyinin  5  mindən  çox  qiymətli  eksponatı  işğalçılar 

tərəfindən talan edilmişdir. Gavur dərəsi ibadətgahı (IV əsr), Qalalı abidəsi (V əsr), 

Dəmirçilər  türbəsi  (XIV  əsr),  Hacı  Bədəl  körpüsü  kimi  tarix  və  mədəniyyət 

abidələri düşmən tapdağında qalmışdır. 



Zəngilan 

 

1993-cü  il  oktyabrın  29-da  işğal  edilmişdir.  Müharibənin  gedişində  188 



nəfər  zəngilanlı  həlak  olmuşdur.  İşğala  qədər  Zəngilan  rayonunda  35  min  nəfər 

əhali  yaşamış,  707  kv.km-lik  ərazidə,  1  şəhər,  1qəsəbə,  83  kənd  olmuşdur. 

Rayonun  3  sənaye,  12  tikinti,  142  ictimai-iaşə,  38  məişət  müəssisəsi,  255  sosial 

bina, 24 məktəb, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub, 11 memarlıq, 13 tarix, 7 

arxeoloji abidəsi işğal altında qalmışdır. Rayonun ərazisində XIII-XIV əsrlərə aid 

türbə və sərdabələr, tarixi   abidələri   olmuşdur.   Dünyada   analoqu olmayan  100 

hektarlıq Çinar meşələri işğalçılar tərəfindən məhv edilmişdir. 

 

 



Ġrəvan 

 

İrəvan  qalası  XVI  əsrin  əvvəlində  Şah  İsmayıl  Səfəvinin  sərkərdəsi 



Rəvanqulu  xan  tərəfindən  salınmışdır.  Bir  müddət  sonra      qala      böyüyərək      iri   

yaşayış      məntəqəsinə,    şəhərə  çevrilmişdir.  Şəhər    Rəvanqulu    xanın      adı  ilə    

"Rəvan"  adlandırılmış,  sonralar  isə  danışıq  ənənəsinə  uyğun  olaraq,  "İrəvan" 

formasını almışdır. Şəhər müxtəlif dövrlərdə İrəvan mahalının,  İrəvan  xanlığının,   

1827-ci  ildə  rus  imperiyası  tərəfindən  işğal  olunduqdan  sonra  isə  İrəvan   

quberniyasının  mərkəzi  olmuşdur.  Şəhər      və      quberniya      əhalisinin      böyük 

əksəriyyətini  həmişə  Azərbaycan  türkləri  təşkil  etmişlər.  Çünki  bu  ərazilər 

Azərbaycan  türklərinin  qədim  torpaqları  olmuşdur.  Böyük  dövlətlərin  təzyiqləri 

qarşısında Azərbaycan parlamenti 29  may 1918-ci  il  tarixli  qərarı   ilə  İrəvanı  



86 

 

Ermənistana verməyə  məcbur olmuşdur.  1932-ci ildə Ermənistanda çap olunmuş 



"Sovet  Ermənistanının  əhalisi.  1831-1931"  statistik  məlumatlar  kitabında  erməni 

müəlliflər  özləri  göstərirlər  ki,  XIX  əsrin  əvvəllərində  indi  Ermənistan    

adlandırılan  ərazilərdəki  2310  kənddən  2  mindən  çoxunda  azərbaycanlılar 

yaşayırdı. Yenə həmin kitabda bildirilir ki, həmin vaxt İrəvan şəhərində yaşayan 10 

min  nəfərdən  7  min  nəfəri  azərbaycanlı  idi.  Tanınmış  tarixçi  M.  Neymanın 

yazdığına görə,  1828-1896-cı illər ərzində ruslar tərəfindən Qafqaza,  1,2 milyon 

nəfər    erməni      köçürülmüş,  onlardan    985460  nəfəri    indi  Ermənistan  deyilən 

ərazilərə, qalanları isə Qarabağ və Gəncə ərazilərinə yerləşdirilmişlər. Ermənistan   

Mərkəzi  Statistika  İdarəsinin    1962-ci    ildə  çap  etdiyi    “Statistik  toplu"da  isə 

göstərilir  ki,  1831-ci  ildə  İrəvan  şəhərində  yaşayan  18766  nəfər  əhalinin  15992 

nəfəri,  1866-cı  ildəki  27246  nəfərin  isə  23627  nəfəri    azərbaycanlı  olmuşdur.    

Azərbaycan  Demokratik Respublikasının Baş naziri Fətəlixan Xoylunun 1919-cu 

ilin  avqustunda  Paris    Sülh    Konfransına  göndərdiyi    məktubda  göstərilirdi  ki, 

həmin  vaxt  üçün  Naxçıvanda  azərbaycanlılar  62,5  %,  ermənilər  36,7%,  Şərur-

Dərələyəzdə müvafiq olaraq 72,3 və 27,3%, Sürməlidə 66 və 31,4%, İravanda isə 

60,2 və 37,4% təşkil edirdilər. 

 

 

Erməni vəhşilikləri 

 

 

Qarabağ    müharibəsinin   gedişində    ermənilər    çoxlu sayda vəhşiliklər 

törətmişlər.  Onları  sadalayıb  qurtarmaq  mümkün  deyil.  Bir  neçə  konkret  faktı 

diqqətə  çatdırırıq.  Şuşanın  işğalı  zamanı  Nübar  Zeynalovanın  gözləri  qarşısında 

oğlu Niyaz və bacısı Səriyyə diri-diri yandırılmışlar. Yeganə Mədətova da Şuşanın 

işğalı zamanı diri-diri yandırılmışdır. Xocalının işğalı zamanı Sərvinaz Əhmədova 

oğlu  Məhəmmədlə  birlikdə girov götürülmüş, əsirlikdə məruz qaldığı işgəncələrin 

nəticəsi olaraq 70 yaşlı bu qadın azad edildikdən bir ay sonra ölmüşdür. 60 yaşlı 

Şərqiyyə Şirinova Ağdam işğal edilərkən girov götürülmüş, əsirlikdə rezin və ağac 

dəyənəklərlə döyülmüş, 8 qızıl dişi kəlbətinlə çıxarılmışdır. Girov kimi Xankəndi 

uşaq bağçasında saxlanılan 25 qadın və qız uşaqları zorlanmışlar. Qadınlardan biri 

qızının  zorlanmasına  dözməyərək  özünü  öldürmüşdür.  10  yaşlı  Xəzəngül 

Əmirovanın  gözləri  qarşısında  atasını  diri-diri  yandırmışlar.  Səmayə  Kərimova  2 

yaşlı qızı Nurlanə ilə birlikdə Füzulinin işğalı zamanı əsir götürülmüş, özünün və 

qızının  başına  gətirilən  müsibətlərə  dözməyərək,  intihar  etmişdir,  qızı  isə  başına 

vurulan  zərbələrdən  kor  olmuşdur.  Xocalıda  əsir  düşmüş  Qənahət  Hacıyevin 

dediyinə  görə,  Xankəndi  polis  şöbəsində  bir  oğlanın  əvvəlcə  qollarını  kəsmiş, 

sonra  öldürmüşlər,  bir  qadının  qarnını  yararaq  oraya  pişik  qoymuş  və  yaram 




87 

 

bağlamışlar.  Kətik  meşəsində  əsir  düşmüş  Kübra  Paşayeva  bildirir  ki,  Əsgəran 



polis  şöbəsinin  qarşısında  30-dan  artıq  kəsilmiş  baş  payalara  keçirilmişdi.  Başqa 

bir  dəhşətli  edam  hadisəsi  xeyli  sonra  baş  vermişdir.  1999-cu  il  noyabrın  21-də 

Eçmiədzində  Ermənilər  azərbaycanlı  qadını  Roza  Bəktaşini  və  2  qızını  orta  əsr 

vəhşiliklərinə  uyğun  edam  etmişlər.  Onların  hər  üçünü  çoxlu  sayda  ilanların 

olduğu  xəndəyə  atmış  və  xəndəyin  kənarlarında  dayanaraq  onların  ilanlar 

tərəfindən hansı dəhşətlərlə öldürülməsini müşahidə etmişlər. 

 

 

Erməni terroru 



 

Ermənistan  Azərbaycanın  torpaqlarını  işğal  edərkən  terror  aktlarından 

geniş  şəkildə  istifadə  etmişdir.  1988-1994-cü  illər  ərzində  Ermənistan  Xüsusi 

Xidmət  orqanları  və  terror  təşkilatları  tərəfindən  Azərbaycan  ərazisində  32  terror 

aktı törədilmiş, o cümlədən, 1 təyyarə, 5 şəhərlərarası qatar, 3 metro qatarı, 1 gəmi-

bərə,  6  avtobus,  3  vertolyot  partladılmışdır.  Bu  terror  aktları  nəticəsində  2  min 

nəfərdən  artıq  dinc  əhali,  o  cümlədən,  qadınlar  və  uşaqlar  öldürülmüşdür. 

Azərbaycan  hüquq-mühafizə  orqanları  100-dən  artıq  erməni  terrorçusunu 

zərərsizləşdirib  və  cinayət  məsuliyyətinə  cəlb  edib.  Ermənistan  bu  hərəkətləri 

törətməklə  Beynəlxalq  müdafiə  hüququndan  istifadə  edən  şəxslərə,  həmçinin 

diplomatik  agentlərə  qarşı  cinayətlərin  qarşısının  alınması  və  cəzalandırılması 

haqqında  BMT-nin  14  dekabr  1973-cü  il  tarixli  Konvensiyası,  Mülki  aviasiyanın 

təhlükəsizliyinə  qarşı  qeyri-qanuni  aktlarla  mübarizə  haqqında  BMT-nin  23 

sentyabr  1973-cü  il  tarixli  Konvensiyası,  12  dekabr  1949-cu  il  tarixli  Cenevrə 

Konvensiyasına 8 iyun 1977-ci il tarixli Əlavə Protokolu, Beynəlxalq terrorizmin 

ləğv  edilməsinə  dair  tədbirlər  haqqında  BMT-nin  9  dekabr  1994-cü  il  tarixli 

Bəyannaməsini və digər normativ aktları kobud şəkildə pozmuşdur. 



88 

 

 



Kitabdakılar 

 

 

 

Ön söz.........................................................................................................3 



Ermənilərin ilk ərazi iddiaları ...............................................................13 

Erməni iddialarının "Sovet dövrü" ......................................................20 

Qarabağ müharibəsinin başlanması......................................................28 

Sovet imperiyasının süqutu və işğalın yeni mərhələsi..........................40 

Ġşğalçı Ermənistanın irimiqyaslı hərbi yürüşləri .................................52 

Atəşkəs dövrü və danışıqların davam etdirilməsi ................................63 

Danışıqların "Praqa prosesi" mərhələsi...............................................70 

Nəticə .......................................................................................................80 

Xronologiya..............................................................................................87 

Tarixi arayışlar......................................................................................105 


89 

 

 



AKĠF NAĞI 

 

 



 

QARABAĞ  

MÜHARĠBƏSĠ 

 

 

 

(Qısa tarix) 



 

 

Naşir: Rafİq Xan-Sayad oğlu 



Texniki redaktor: Namiq Həbibov 

Dizaynerlər: 

İradə Əhmədova, Ceyhun Əliyev 

Kompüterdə yığdı: Gülnar Məmmədli 

 

 

 



Yığılmağa verilmişdir: 28.11.2008 

Çapa imzalanmışdır: 05.01.2009 

Tiraj 500; Sifariş  № 188 

Şərti çap vərəqi 7 

«MBM-R» mətbəəsində 

çap olunmuşdur 



 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə