Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   ...   40

11 

 

gəlmə olduqlarını bildiklərinə görə dillərini qısa edən ermənilər birdən-birə sərt və 



barışmaz sifətlərini göstərərək, iddialı tərəfə çevrildilər. 

 

Ermənilərin ilk ərazi iddiaları 



 

Rusiya  hökuməti  Azərbaycan  türklərinin  tarixi  torpaqlarında,  ayrı-ayrı 

yaşayış  məntəqələrində,  o  cümlədən  Bakıda,  İrəvanda,  Zəngəzurda,  Qarabağda 

ermənilərin sayını artırmağa, onların hakim mövqeyini təmin etməyə çalışırdı. Bu 

siyasət onsuz da müstəmləkə əsarətində olan azərbaycanlıların gələcəkdə hər hansı 

müstəqillik meyllərinin qarşısının alınması və yerli əhalinin sıxışdırılıb çıxarılaraq 

yerində  erməni-xristian  bölgəsinin  yaradılmasına  yönəlmişdi.  Ona    görə    də 

ermənilərin   təşkilatlanması və silahlanmasına hərtərəfli yardım göstərilir, onların 

Azərbaycan  türklərinə  qarşı  təcavüzkar  hərəkətlərinə  dəstək  verilirdi.  XX  əsrin 

əvvəllərində  ermənilər  ilk  dəfə  Azərbaycanın  tarixi  torpaqlarından  yerli  əhalini 

sıxışdırıb   çıxartmağa    başladılar. Bu    məqsədlə    ermənilərin Azərbaycanda 

fəaliyyət  göstərən  terror  təşkilatları  1905-ci    ildə  Bakıda,  İrəvanda,  Zəngəzurda, 

Qarabağda  və  digər  yerlərdə  kütləvi  qırğınlar  törətdilər.  1905-ci  ilin  fevralında 

Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etdi. Bu qırğınlar nəticəsində 50 

mindən artıq azərbaycanlı qətlə yetirildi, yüzlərlə yaşayış məntəqəsi dağıldı. Təkcə 

Qarabağ  və  Zəngəzurda  200-dən  artıq  kənd  yandırılıb  məhv  edilmişdi.  Bu 

kəndlərin  yarıdan  çoxu sonralar   da   dağıdılmış vəziyyətdə qaldı, az bir hissəsinə 

azərbaycanlılar  qayıda  bildilər,  qalanlarında  isə  ermənilər  məskunlaşdılar.  Bu,  

azərbaycanlıları  yaşayış  məntəqələrinin  davamlı  şəkildə  ələ  keçirilməsi  xətti  idi. 

Ermənilər  Şuşa  şəhəri  ilə  bağlı  xüsusi  planlar  qurur,  azərbaycanlıları  oradan 

tamamilə  çıxarmaq  istəyirdilər.  Erməni  silahlı  dəstələri  1905-ci  ilin  avqustunda 

Şuşada azərbaycanlıların yaşadıqları məhəllələrə hücuma  keçdilər.   Elə  bir  ciddi  

silahı  olmayan    azərbaycanlılar  ermənilərin    hücumlarını    çətinliklə    dəf  edə  

bildilər.  Bu  hücum  zamanı  100-ə  qədər  azərbaycanlı  öldürüldü,  20-dək  ev 

yandırıldı. Ermənilərin Şuşaya ikinci  hücumu 1906-cı ilin yayında baş verdi. Beş   

gün  davam edən döyüşlərdə  ermənilər  şəhəri   ələ   keçirə bilmədilər, lakin Şuşa 

böyük dağıntılara məruz qaldı. 1905-1906-cı il qırğınları zamanı Ermənilər qismən 

öz  məqsədlərinə  nail  oldular.  Belə  ki,  100-ə  qədər    yaşayış  məntəqəsini  ələ 

keçirərək  məskunlaşdılar,  bəzi  yaşayış  məntəqələrində,  o  cümlədən,  İrəvan  va 

Bakıda  azərbaycanlıların  sayının  azalmasına  nail  oldular.  Bu  azalma  əhalinin  bir 

hissəsinin  qətlə  yetirilməsi,  bəzilərinin  isə  yeni  qırğınlar  təhlükəsi    qarşısında 

köçüb    getmələri ilə əldə olunmuşdu. Ermənilərin məkrli niyyətlərinin daha geniş 

miqyasda  reallaşmasına  Əhməd  bəy  Ağaoğlunun      başçılığı      altında      "Difai"   

(Müdafiə)  təşkilatının  yaradılması  mane  oldu.  1905-ci  ilin  sonu  1906-cı  ilin 

əvvəlində  az  vaxt  ərzində  formalaşan  "Difai"  təşkilatı  erməni  silahlı  dəstələrinin 



12 

 

qarşısını  ala,  müqaviməti  təşkil  edə  bildi.  Ermənilər  müvəqqəti  geri  çəkilərək 



təşkilatlarını  gücləndirməyə,  daha  radikal  təşkilatlar  yaratmağa, dəstələrini    daha  

geniş      miqyasda  silahlandırmağa,    yeni      hücumlara  hazırlaşmağa          başladılar. 

Azərbaycanlılar isə erməni hücumlarının bir daha təkrar olunacağına inanmayaraq 

arxayınlaşdılar,  tələsik  yaranmış  silahlı  dəstələri  ləğv  etdilər,  "Difai"  təşkilatını 

buraxdılar və ermənilərlə əvvəlki xoş münasibətləri bərpa etdilər. 

"Balkan böhranı"nın yaranması, Birinci Dünya müharibəsinin başlanması 

ilə  erməni  terror  təşkilatları  yenidən  nəzərlərini  Türkiyə  ərazilərinə  yönəltdilər. 

Onlar  Türkiyədə  pozuculuq  fəaliyyətinə,  silahlı  qiyamlara,  dinc  əhaliyə  qarşı 

qırğınlara  başladılar. Ermənilər Türkiyənin içərilərində  yeni  hərəkata başlayarkən 

həm  öz  planlarını  həyata  keçirməyə,  burada  özlərinin  "dövlət  qurumu"nu 

yaratmağa  çalışır,  həm  də  Rusiya,  İngiltərə,  az  sonra  isə  ABŞ-ın  maraqlarına 

xidmət  göstərirdilər.  Erməni    silahlı        dəstələrinin    "fəaliyyəti"  nəticəsində  200 

mindən  artıq  dinc  əhali  qətlə  yetirildi,  ölkənin  bir  sıra  əyalətlərində  gərgin   

qarşıdurma və vətəndaş   itaətsizliyi vəziyyəti yarandı, mərkəzdən qaçma meylləri 

gücləndi. Türkiyə hökuməti  vəziyyətdən çıxış yolu olaraq, 1915-ci ilin  aprelində 

erməni  silahlı  dəstələri  və  terror  təşkilatlarının,  qızışdırıcı  fəaliyyətlə  məşğul  olan 

bəzi  din  xadimlərinin  həbsi  ilə,  az  sonra  isə  erməni  əhalisinin  ölkənin  digər 

ərazilərinə köçürülməsi ilə bağlı qərarlar verməli  oldu.  Bu  qətiyyətli  addımlarla 

Ermənilərin pozucu və xəyanətkar hərəkətlərinə son qoyuldu. Türkiyə hökumətinin 

qəti  mövqeyi  ilə  üzləşən  erməni  terror  təşkilatları  öz  niyyətlərinə  nail  ola 

bilmədilər. Onların qazandıqları saxta "erməni soyqırım"ı deyilən məsələ oldu. Bu 

məsələdən də bu günə qədər yararlanmağa çalışır, lakin  ciddi nəticələrə  nail ola 

bilmirlər.   Ermənilərin  saxta "soyqırım"ı   dünyada   tanıtdırmaq   cəhdləri   artıq   

bayağı  təbliğat  kompaniyasına    çevrilmişdir  və  heç    bir    dövlət  tərəfindən    ciddi 

qarşılanmır.  Son  40  il  ərzində  bu  məsələ  vaxtaşırı  ayrı-ayrı  dövlətlər  tərəfindən 

gündəmə gətirilir, ötəri maraqlar üçün istifadə olunur, sonra da yenidən unudulur. 

Xəstə  erməni  düşüncəsi  hələ  də  bu  həqiqəti  dərk  edib  başa  düşə  bilmir.  Öz 

həyatında  baş  vermiş  hər  hansı  kədərli  hadisəni  dünyanın  ümumi  istifadəsinə 

vermiş ikinci bir xalqı tarix tanımır. 

Birinci   dünya  müharibəsinin  sonlarına  doğru  erməni  terror təşkilatları 

Cənubi  Qafqazda  və  ilk  növbədə  Azərbaycanda  yenidən  fəallaşdılar.  Rusiya 

imperiyasının dərin siyasi və iqtisadi böhran içərisində olması, hər yerdə, xüsusi ilə 

də  ucqarlarda  hərc-mərcliyin  hökm  sürməsi  ermənilərin  əl-qol  açmasına,  qanlı 

olaylar  törətməsinə  şərait  yaradırdı.    Rusiyada  hakimiyyət  uğrunda  mübarizə 

aparan siyasi qüvvələrin hamısı xristian amilini əsas götürərək ermənilərə siyasi və 

hərbi  dəstək  verirdilər.  Yaxşı  silahlanmış  erməni  terror  təşkilatları  bir  sıra 

ərazilərdə,  xüsusilə  də  Bakı,  İrəvan,  Zəngəzur,  Qarabağ,  Naxçıvanda  türk-

müsəlman  əhalisini  sıxışdırıb  çıxartmağa,  həmin  əraziləri  nəzarətə  götürməyə 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə