Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   2   3   4   5   6   7   8   9   10   ...   40

15 

 

Onlar  Sisyan  bölgəsini  ələ  keçirdilər  və  Şuşaya  yaxınlaşdılar.    Zəngəzurun  qəza 



rəisi    1918-ci  ilin    sentyabrında  Azərbaycan  hökumətinə  göndərdiyi  hesabatda 

bildirirdi ki, Andronikin quldur  dəstələri tez-tez kəndlərə hücum edir, dinc əhalini 

qətlə  yetirirlər.  Azərbaycanlıların  erməni  quldurlarına  qarşı  mübarizəsinə  yardım 

etmək məqsədi ilə Türkiyə hökuməti 1918-ci ilin payızında Qarabağa, o cümlədən 

Şuşaya  400,  Xankəndinə  2  min  nəfərlik  hərbi  qüvvə  göndərdi.  Həmin  dövrdə 

Qarabağda  böyük  dövlətlərin  də  maraqları  kəsişirdi.  1918-ci  ilin  dekabrında  iki 

zirehli  maşın  və  bir  neçə  bölükdən  ibarət  ingilis  hərbi  qüvvələri  Şuşaya  gəldi. 

Şuşada  eyni  zamanda  ingilis  hərbi  missiyası  yerləşdirilmişdi.  Bir  qədər  sonra 

Şuşada "Yaxın Şərqə Amerika Köməyi Komitəsi"nin də şöbəsi yaradıldı. Bu şöbə 

regionda  Amerika  təsirini  gücləndirməyə  çalışırdı.  Erməni  quldur  dəstələrinin 

aramsız  hücumları  ilə  yanaşı  böyük    dövlətlərin    də    Qarabağda  hadisələrin 

gedişinə müdaxilə etmələri Azərbaycan hökumətinin işini daha da çətinləşdirdi. Bu 

şəraitdə  Azərbaycan  hökuməti  düzgün  qərar  qəbul  edərək  ayrıca  ərazi-inzibati 

vahid-Qarabağ general qubernatorluğu yaratdı.  Bu qərar 1919-cu il yanvarın 29-da 

verildi  və  mərkəzi  Şuşa  şəhəri  olmaqla  general-qubernatorluğa  Şuşa,  Cavanşir, 

Cəbrayıl  və  Zəngəzur  qəzaları  daxil  edildi.  Xosrov  bəy  Sultanov  general-

qubernator  təyin  edildi.  Xosrov  bəy  Sultanovun  səyləri  nəticəsində  ermənilərin 

aramsız  hücumlarının,  terror  aktlarının  qarşısı  alındı.  Xosrov  bəyin  təşkil    etdiyi  

müdafiə    dəstələri    erməniləri    bir  neçə    istiqamətdə  məğlubiyyətə  uğratdılar  və   

ermənilər   Zəngəzura   doğru   geri çəkilməli oldular. Ermənistanın nizami ordusu 

və  yerli ermənilərdən təşkil olunmuş dəstələr  1919-cu il   ərzində    Azərbaycanın 

hərbi  hissələrinin  ciddi  müqaviməti  ilə  rastlaşaraq  heç  bir  nəticəyə  nail  ola 

bilmədilər.  Azərbaycan  ordusunun  əsas  hərbi  qüvvələri  Xankəndi,  Şuşa,  Xocalı, 

Əsgəran, Cəbrayıl, Ağdam və bir sıra digər yerlərdə  yerləşdirilmişdi.    Ermənilər   

vaxtaşırı   hərbi   hissələrin   olmadığı yaşayış məntəqələrinə quldur basqınları edir, 

dinc əhalini qətlə yetirir, var-dövlətlərini talan edirdilər. 

Azərbaycan hökumətinin daxildə və xaricdə apardığı uğurlu siyasət, həm 

hərbi,  həm  də  diplomatiya  sahələrində  əldə  etdiyi  nəticələr  ermənilərin  məkrli 

niyyətlərini  həyata  keçirməsinə  imkan  vermədi.  Azərbaycan  ərazi  bütövlüyünü 

qorumağa  qadir  olduğunu  nümayiş  etdirdi.  Dünya  birliyi  isə  öz  müstəqilliyini 

qorumağa qadir olan dövlətin iradəsi ilə hesablaşmalı oldu. 1920-ci il yanvarın 11-

də  dünyanın  yeni  xəritəsinin  müəyyən  edildiyi  Paris  sülh  konfransında 

Azərbaycanın    ərazi      bütövlüyü,      süveren    hüquqları,      müstəqilliyi  tanındı. 

Ermənistanın  əsassız      iddialarının      qurbanına      çevrilmiş  Qarabağ,  Naxçıvan, 

Zəngəzur dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz əraziləri kimi tanındılar.  

Azərbaycanın  qərb sərhədləri  2300 il əvvəl olduğu  kimi  yenə  də  indi Ermənistan 

deyilən ərazilərin mərkəzində yerləşən Göyçə gölünün üzərindən keçirdi. 



16 

 

1920-ci ilin əvvəlində ermənilər yenidən fəallaşdılar. Bu, birinci növbədə 



Sovet  Rusiyasının  regiona  doğru  irimiqyaslı  yürüşlərinin  bərpa  edilməsi  ilə  bağlı 

idi.  Rusiya  Azərbaycanı,  xüsusilə  də  Bakı  neft  rayonunu  az  vaxt  ərzində  ələ 

keçirmək  niyyətlərini  gizlətmirdi.  Azərbaycan  ciddi  təhlükə  qarşısında  idi. 

Ermənistan  höküməti  Rusiyanın  yalnız  Azərbaycan  və  Bakı  nefti  ilə 

kifayətlənəcəyinə ümid edərək yaranmış gərgin vəziyyətdən yararlanmaq qərarına 

gəldi  və  növbəti  dəfə  region  xalqlarına  qarşı  xəyanət  etdi.  Rusiya  və    Ermənistan 

Azərbaycana  qarşı  eyni  vaxta  müharibəyə  başlama  haqda  razılığa  gəldilər.  Bu 

razılaşmaya əsasən Ermənistan silahlı qüvvələri 1920-ci il martın 22-də Zəngəzur, 

Naxçıvan  və  Qarabağ  istiqamətində  işğalçı  yürüşə  başladılar. Eyni zamanda  yerli 

ermənilər  Şuşada  silahlı  qiyam  təşkil  etdilər.  Qiyam  tədricən  digər  ərazilərə  də 

yayıldı.  Qarabağ  general-qubernatorluğunun  hərbi  qüvvələri  Şuşada  və  digər 

yerlərdə  qiyamı  yatırdılar.  Yalnız  Əsgəran  qalasını  Ermənilər  ələ  keçirə  bildilər. 

Ermənistanın silahlı qüvvələrinin bölgəyə daxil olması ilə vəziyyət təhlükəli həddə 

çatırdı.  Azərbaycan  höküməti  erməni  işğalını  dəf  etmək  üçün  40  minlik  silahlı 

qüvvələrinin  85-90%-ni  Qarabağa  göndərmək  məcburiyyətində  qaldı.  Qarabağda 

bir ay ərzində davam edən qanlı döyüşlərdən sonra erməni işğalçıları tam məğlub 

edildi  və  Azərbaycanın  sərhədlərindən  kənara  qovuldular.  Lakin  ermənilərin  bu 

yürüşləri  həm  də  Rusiyanın  sifarişi  ilə  həyata  keçirilmişdi.  Rusiya  qoşunları 

Azərbaycan Ordusunun əsas hissəsinin Qarabağda döyüşlərdə olmasından istifadə 

edərək  1920-ci  il  aprelin  27-də  şimaldan  Azərbaycan  sərhədlərini  keçdi,  sürətlə 

Bakıya  doğru  irəlilədi  və  ertəsi  gün  Bakı  XI  Qırmızı  Ordu  tərəfindən  zəbt  edildi. 

Bununla Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyuldu. 

 

 

 



Erməni iddialarının "Sovet dövrü" 

 

Cənubi  Qafqazın  yenidən  Rusiyanın  nəzarəti  altına  qayıtması  regionda 



siyasi  vəziyyəti  dəyişdirdi.  Yeni  şərait  aldadıcı  ad  altında  Rusiya  imperiyasının 

bərpa  olunması,  müstəqillik  atributlarının  aradan  qaldırılması  ilə  səciyyələnirdi. 

Moskva rəhbərliyi Cənubi Qafqaz respublikalarını formal  muxtariyyət hüququ ilə 

imperiyanın tərkibinə daxil edirdi. Bu şəraitdə "müttəfiq respublikalar" üçün daha 

çox ərazinin faktiki nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edirdi. Rusiya 

Cənubi  Qafqazda  xristian  Ermənistan  və  Gürcüstanın  daha  çox  ərazilərə  nəzarət 

etməsində,  həmin  ərazilərin  erməniləşdirilməsi  və  gürcüləşdirilməsində  maraqlı 

idi. Ona görə də Rusiya regionda möhkəmləndikdən sonra Azərbaycan-Ermənistan 

və  Azərbaycan-Gürcüstan  arasındakı  "mübahisəli  ərazilər"  deyilən  məsələləri 

dərhal  ikincilərin  xeyrinə  həll  etdi.  Beləki  əhalisi  yalnız  Azərbaycan  türklərindən 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə