Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

17 

 

ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana,  Borçalı   mahalı  



isə  Gürcüstana  verildi. 

Ermənistan bununla kifayətlənməyərək yaranmış   vəziyyətdən, Rusiyanın 

uyğun mövqeyindən daha geniş şəkildə yararlanmağa çalışırdı. Ermənistan   sovet   

rəhbərliyi      tərəfindən      Azərbaycanın  Qarabağ,  Naxçıvan,  Zəngəzur  bölgələrinə 

iddialar irəli sürüdü. 

Moskva  dərhal  bu  iddiaları  dəstəklədi  və  Azərbaycanın  kommunist  

rəhbərlərinə  təzyiqləri  güclənirdi.  Azərbaycan  rəhbərliyi  Moskvanın  təzyiqləri  

qarşısında  davam  gətirməyərək  1920-ci  il  noyabrın  30-da  və      dekabrın    1-də   

Zəngəzurun      Ermənistana      verilməsi      haqda  bəyanatlarla  çıxış  etdi.    Moskva 

Azərbaycanı    güzəştlərə  məcbur    etmək  üçün  "proletar  beynəlmiləlçiliyi"  deyilən 

gülünc  təbliğat  vasitələrindən  istifadə  edirdi.  Azərbaycan  rəhbərliyində  

Zəngəzurun Ermənistana verilməsinə qarşı çıxan xeyli qüvvə var idi. Bu məsələ bir 

neçə  dəfə  müxtəlif  səviyələrdə  müzakirə  olundu.  Lakin  bu  bölgəni  xilas  etmək 

mümkün  olmadı.  Zəngəzur  mahalı  iki  hissəyə  bölünərək,  4505  kv.km  ərazisi 

Ermənistana  verildi.  Başdan-başa  Azərbaycanlıların  yaşadığı  Naxçıvanla 

Azərbaycanın digər ərazilərinin    arasında    yalnız  azərbaycanlıların    yaşadığı    

Zəngəzur Ermənistan ərazisi elan olundu. Bu, tarixdə görünməmiş absurd bir qərar 

idi.  Digər  tərəfdən  isə,  ermənilər  Zəngəzurdan  sonra  Naxçıvanı  da  ələ 

keçirəcəklərinə  ümid  edirdilər.  Naxçıvanın  da  taleyi  ciddi  təhlükə  qarşısında  idi. 

Rusiya  Naxçıvanın  Ermənistana  verilməsini  təkidlə  tələb  edirdi.  Azərbaycan 

Zəngəzuru güzəştə getdikdən sonra Naxçıvana erməni iddialarını qəti şəkildə rədd 

etdi. Ermənistan Zəngəzur məsələsi ətrafında hələ də mübahisələrin davam etdiyini 

nəzərə alaraq Naxçıvanla bağlı ilkin mərhələdə təkid etmədi və 1920-ci il dekabrın 

28-də  Naxçıvana  heç  bir  iddiasının  olmaması  ilə  əlaqədar  rəsmi  bəyanat  verdi. 

Lakin  ermənilər  az  sonra  Naxçıvan  məsələsini    yenidən      gündəmə      gətirdilər.   

Yalnız    işə    Türkiyənin  qarışması  ilə  məsələ  ədalətli  həllini  tapdı.    1921-ci  ildə 

Türkiyə,  Rusiya,  Azərbaycan  və  Ermənistan  arasında  imzalanmış  dördtərəfli 

Moskva və Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. 

Qarabağın  dağlıq  hissəsi  ilə  bağlı  daha  kəskin  mübarizə  getdi.  Moskva  

yenə    "proletar  beynəlmiləlçiliyi"    prinsipini  işə    salaraq  "millətlərarası  sülh" 

naminə  "daş-kəsəkdən"  ibarət  kiçik  bir  ərazinin  Ermənistana  verilməsinə  nail 

olmağa çalışır, Azərbaycana təzyiqlər edirdi. Sovet imperiyasının "Qafqaz bürosu" 

deyilən  qurumu  hətta  1921-ci  il  iyulun  4-də  Dağlıq  Qarabağın  Ermənistana 

verilməsi  haqda    qərar   qəbul   etdi.    Lakin    Azərbaycan  rəhbərliyinin   qəti 

etirazından  sonra  səhərisi  gün  həmin  qurum  tərəfindən  məsələyə  yenidən  baxıldı,    

Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində  saxlanılması  qərara  alındı.  Digər 

tərəfdən,  ermənilərin  iddialarının  qismən  ödənilməsi  məqsədi  ilə  həmin  ərazidə 

erməni muxtariyyatının yaradılması təklif olundu. Azərbaycan bu təklifi də etirazla 




18 

 

qarşıladı.  Qarabağın  iki  hissəyə  bölünməsi,  süni  şəkildə  ermənilərin  və  yaxud 



azərbaycanlılarla  ermənilərin  birgə  yaşadıqları  məntəqələrin  hansısa  ərazi  vahidi 

şəklində  ayrılması,  Azərbaycanın  ərazisində  yaşayan  digər  azsaylı  xalqlarla 

müqayisədə  ermənilərin  bu  şəkildə  fərqləndirilməsi  heç  bir  məntiqə  sığmırdı. 

Həmin dövrdə Qarabağın dağlıq hissəsində cəmi 128 min nəfər erməni yaşayırdı, 

onların  da    böyük  əksəriyyəti  XIX-XX  əsrin  əvvəllərində  buraya  köçürülmüşdü. 

Dünya praktikasında muxtariyyət adətən yerli və həmin ərazidə qədimdən yaşayan 

xalqlara və yaxud hər hansı diskriminasiyalara məruz qalan xalqlara, milli azlıqlara 

şamil  edilir.  Bu  baxımdan  muxtariyyat  minillərlə  yaşadıqları  ərazilərlə  birlikdə 

Ermənistanın  tərkibinə  daxil  edilmiş  250  mindən  artıq  Azərbaycan  türkünə 

verilməli idi. Təəssüf ki, o vaxt bu məsələ heç kəs tərəfindən qaldırılmadı. 

Azərbaycan  rəhbərliyi  Dağlıq  Qarabağa  qondarma  muxtariyyətin 

verilməsinə  qarşı  1923-cü  ilə  qədər  müqavimət  göstərdi.  Moskva  dəfələrlə  yerli 

kommunistlərdən Qarabağ məsələsini sürətləndirməyi tələb edir, hətta hədələyirdi. 

Sovet  imperiyasının  "Zaqafqaziya  ölkə  komitəsi"  deyilən  qurumu  1923-cü  ilin 

iyununda muxtariyyət məsələsinin həll olunması ilə bağlı Azərbaycan rəhbərliyinin 

qarşısında tələb qoydu. Bu təkidli tələblərdən sonra "Azərbaycan Mərkəzi İcraiyyə 

Komitəsi"  deyilən  qurum  1923-cü  il  iyulun  7-də  "Dağlıq  Qarabağ  Muxtar 

Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin 

mərkəzi  elan  olunurdu.  Az  sonra  şəhər  Azərbaycanlılara  qarşı  soyqırımın 

təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Bu 

qərardan on gün sonra Şuşa şəhəri də vilayətin tərkibinə daxil edildi. 

Ermənilərin  bu  istəyi  də  yerinə  yetirildi.  Onlar  Şuşanı  erməniləşdirmək  

niyyətində  idilər.  Ona      görə      də  Azərbaycan    rəhbərliyi  Şuşanın  vilayətə  daxil 

edilməsini  istəmirdi,  lakin  sonda  razılaşmalı  oldu.  Muxtar  vilayətin  yaradılması 

yanlış, qeyri-legitim və heç nə ilə əsaslandırılmayan bir qərar idi. Hətta Moskvanın  

Azərbaycana  göndərdiyi  canişinlərin  özləri  də  bu  qərarın  düzgünlüyünü  dərhal 

şübhə altına almağa başladılar. Bəzi məlumatlara görə həmin qərarın ləğv edilməsi 

ilə bağlı ötən əsrin 20-30-cu illərində bir neçə dəfə məsələ qaldırılmışdı. 

Beləliklə,  bu    dövrdə    Rusiya  rəhbərliyi  tərəfindən  yürüdülən  siyasət 

nəticəsində  həmişə    tam    olmuş    Qarabağ  bir    neçə    yerə  parçalandı.  Onun  bir 

hissəsi  ayrılaraq  Ermənistana  verildi.  Digər  bir  hissəsində  isə  "Dağlıq  Qarabağ 

Muxtar  Vilayəti"  deyilən  qondarma  qurum  yaradıldı.  Qarabağın  tarixi   

torpaqlarından   Azərbaycana Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16 

min  kv.km  ərazi    qaldı.  Qarabağın      tarixi      torpaqlarına     aid     olan      Zəngəzur 

qəzasının  Azərbaycana  qalmış  hissəsində  az  sonra  Zəngilan,  Qubadlı,  Laçın 

rayonları  yaradıldı.  Ağdam  və  Cəbrayıl  qəzalarının  ərazisində  isə  Ağdam, 

Cəbrayıl,  Bərdə, Tərtər, Ağcabədi rayonları təşkil edildi.  Dağlıq  Qarabağ Muxtar 

Vilayətinin    ərazisi    yaradılarkən    4.160  kv.km    (sonradan    bəzi      inzibati   




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə