Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

19 

 

dəyişikliklər  etməklə  vilayətin  ərazisini  4.400  kv.km  çatdırmışlar)  olmuşdur. 



Vilayətə  Cavanşir,  Cəbrayıl,  Qubadlı  qəzalarının  kəndləri  daxil  edilmişdir.  İlk 

dövrdə beş rayondan-Dizaq (48 kənd), Vərəndə (46 kənd), Şuşa (12 kənd), Xaçın 

(53  kənd),  Ceraberd  (53  kənd)  rayonlarından  ibarət  olmuşdur.  1930-cu  illərdə 

ermənilər rayonların adlarını dəyişdirdilər: Vərəndə Martuni, Ceraberd Mardakert, 

Dizaq  Hadrut  adlandırılır,  Xaçın  rayonu  ləğv  edilir,  onun  əraziləri  Stepanakert 

rayonuna  daxil  edilir.  1963-cü  ildə  Şuşa  rayonu  ləğv  edilir,  onun  ərazisi 

Stepanakert rayonuna verilir. Lakin 2 il sonra Şuşa rayonu yenidən bərpa olunur. 

1978-ci ildə Stepanakert rayonu əsasında Əsgəran rayonu yaradılır. 

Qarabağın  2  hissəyə  bölünməsi  və  onun  Dağlıq  hissəsinə  erməni 

muxtariyyətinin verilməsi Ermənistanın, erməni diasporası və terror təşkilatlarının 

qəsbkarlıq  və  ilhaqçılıq  siyasətinin  tərkib  hissəsi  idi.  Ermənilər  muxtariyyət 

statusunun  ardınca  bu  ərazini  tamamilə  zəbt  etmək  planlarını  gizlətmirdilər. 

Məsələnin  mahiyyətini  bilməyən  xarici    ölkə  tədqiqatçıları  hərdən  belə  bir  fıkir 

səsləndirirlər ki, ermənilər Azərbaycanın bu və ya digər ərazisinə davamlı şəkildə 

iddialarını  irəli  sürürlərsə,  bəlkə  buna  onların  doğrudan  da  haqqı  var.  Burada 

məlum   fəlsəfi  həqiqətin   praktikada   təsdiqini   tapdığını görürük: dəfələrlə və 

təkidlə təkrar olunan yalan müəyyən müddətdən sonra ətrafdakılar və hətta yalanı 

deyənin  özü  üçün  həqiqət  kimi  görünür.  Ermənilərin  iddialarını  tərbiyəli  uşağın 

əlindəki oyuncağı almaq istəyən tərbiyəsiz uşağın hərəkəti ilə də müqayisə etmək 

olar;  onun  inadlı  çığır-bağırından  sonra  istəyini  yerinə  yetirirlər  ki,  səsini  kəssin, 

insanların  baş-beynini  xarab  etməsin.  Erməni  iddialarının  və  bu  iddiaların,  o  o 

cümlədən  ərazi  və  qondarma  "soyqırım"la  bağlı  iddialarının  vaxtaşırı  bu  və  ya 

digər formalarda təmin edilməsinin mümkün izahlarından biri də budur. 

Ermənistan  Sovet  imperiyası  dövründə  də  öz  niyyətlərindən  gerı 

çəkilmədi  və  Moskva  rəhbərliyindəki  erməni  əsilli  şəxslərin  köməyi  ilə  ilhaqçı 

siyasətini  davam  etdirdi.  1922-ci  ildə  Göyçə  və  Dilican  əraziləri,  1923-cü  ildə 

Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri. 1938-ci ildə Sədərək və Kərki kəndlərinin 

bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun 

Çayzəmi  ərazilərinin,  Qazax  rayonunun  Kəmərli  kənd  ərazisinin,  Kəlbəcər 

ayonunun  Zod  qızıl  yatağı  ərazisinin  bir  hissəsi,  1982-ci  ildə  Qazax  rayonunun 

İncədərə  yaylağı,  Kəmərli,  Aslanbəyli  və  Qayınaqlı  kəndlərinin  ərazilərinin 

hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan 

tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir. Hər dəfə azərbaycanlıların etiraz 

etmək  cəhdlərinin  qarşısı  Moskva  rəhbərliyi  tərəfindən  qəti  şəkildə  alınmışdır. 

Torpaqlarını  müdafiə  etməyə  çalışan  azərbaycanlıları  millətçilikdə,  "proletar 

beynəlmilləlçilyi"nə zidd olmaqda ittiham edir, bir dövlətin tərkibində, yeni Sovet 

imperiyasının  sərhədləri  daxilində  ərazilərin  kimin  nəzarətində  olmasının 

əhəmiyyət kəsb etmədiyini bildirirdilər. Bu, çar Rusiyasının açıq şəkildə apardığı 




20 

 

"erməniləşmə və  xristianlaşma" siyasətinin "proletar beynəlmiləlçiliyi" adı altında 



davam etdirilməsi idi. 

1920-1930-cu  illərdə  ermənilər  Dağlıq  Qarabağda  ehtiyatlı  davranır, 

qıcıqlandırıcı  addımlar  atmaqdan  çəkinirdilər.  Çünki  "Dağlıq  Qarabağın  

muxtariyyəti"   məsələsi   hələ   də   cəmiyyət tərəfindən qəbul olunmur, bu qərarın 

düzgülüyü  hətta  Azərbaycanın  kommunist  rəhbərliyi  tərəfindən  vaxtaşırı  şübhə 

altına alınırdı. Ona görə də ermənilər bu dövrdə baş vermiş "muxtariyyət faktı"nın, 

bu  əsassız  qərarın  ictimai  rəydə  möhkəmləndirilməsinə  daha  çox  fikir  verir, 

həmçinin erməni əhalisinin sayının artırmağa çalışırdılar. 30-cu illərin əvvəllərində 

Moskva  rəhbərliyi  xaricdən,  birinci  növbədə  Yaxın  Şərq  və  Balkanlardan 

ermənilərin  Cənubi  Qafqaza  köçüb  gəlməsinə  şərait  yaratmışdı.  Erməni  diaspor 

təşkilatları  bu  köçləri  təşkil  edir  və  ermənilərin  bu  ərazilərdə  toplum  şəklində 

cəmləşmələrinə  çalışırdılar.  Moskva  isə  bu  kompaniyadan  təbliğat  vasitəsi  kimi 

istifadə edirdi. Bu köç o qədər də geniş miqyas almadı və bir neçə on min nəfərlə 

məhdudlaşdı.  Onların  bir  hissəsi  Azərbaycana,  o  cümlədən  Qarabağa  gələrək 

məskunlaşdılar.  Xaricdən  gələn  ermənilər  Dağlıq  Qarabağda  separatçı  meylləri 

gücləndirir və geniş təşkilati işlər aparırdılar. 

Dağlıq  Qarabağla  bağlı  ermənilər  İkinci  dünya  müharibəsindən  sonra 

yenidən  fəallaşdılar.  Uzun  fasilədən  sonra  erməni  kilsəsi  təşəbbüsü  ələ  götürdü. 

1945-ci  ilin  iyun  ayında  Eçmiədzində  (qədim  Azərbaycan  yaşayış  məntəqəsi  Üç 

kilsə) dünyanın bir çox ölkələrindən gəlmiş din xadimləri, iş adamları, sənətçilərin 

iştirakı ilə kilsə  məclisi  keçirildi.  Moskva  erməni kilsəsindən öz  məqsədləri üçün 

istifadə  etmək  niyyətində  idi.  Konkret  olaraq  bu  məclisdə  Sovet  Ermənistanı  ilə 

"Türkiyə Ermənistanı"nın birləşdirilməsi məsələsi də qoyulmuşdu. Ermənilər daha 

ciddi  maraqlar  güdür,  həmişə  erməni  iddialarının  ideya  rəhbəri  və  təşkilatçısı 

olmuş  kilsənin  fəaliyyətini  tam  şəkildə  bərpa  etməyə  çalışırdılar.  Onlar  bu 

məqsədlərinə  nail  oldular.  Həmin  məclisdə  bütün  dünyadakı  ermənilərin 

fəaliyyətini  əlaqələndirən  mərkəz  yarandı,  kilsənin  hesabına  dərhal  iri  məbləğdə 

pullar  keçirildi  və  bu  proses  sonralar  da  davam  etdirildi.  Bu  dövrdən  etibarən 

ermənilərin  ərazi  iddiaları,  qondarma  "soyqırım"la  bağlı  proseslərə  Eçmiədzin 

kilsəsi  rəhbərlik  edirdi.  Erməni  kilsəsinin  fəaliyyətinin  canlandırılmasından  az 

sonra  Ermənistanın  kommunist  rəhbərliyinin  Dağlıq  Qarabağa  ərazi  iddiası  ilə 

çıxış etməsi təsadüfi deyildi. 

Ermənistan  rəhbərliyi  eyni  vaxtda  Türkiyənin  Qars  və  Ərdahan 

vilayətlərinə,  həmçinin  Azərbaycanın  Dağlıq  Qarabağ  vilayətinə  ərazi      iddiaları   

irəli   sürdü.    1945-ci   il   noyabr   ayının   28-də Ermənistanın kommunist rəhbəri 

Q.Arutinov  Moskva  rəhbərliyin  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi 

təklifi ilə müraciət göndərdi.   Stalinin   hakimiyyəti   dövründə   belə  bir müraciəti 

əvvəlcədən  razılaşdırılmadan  ortaya  çıxması  mümkünsüz  idi.  Azərbaycan 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə