Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

37 

 

ədəd digər zirehli texnika, 8 "Qrad" qurğusu, 12 döyüş vertolyotu, 6 mindən artıq 



tank mərmiləri və s. zəbt etdilər. 

Ermənistan  1992-ci  ilin  yazında  hərbi  qüvvələrini  Şuşa  istiqamətində 

cəmləşdirdi. İşğalçı qüvvələrə peşəkar zabit A.Ter-Tatevosyan başçılıq edirdi. 

Ermənilər  Azərbaycanın  paytaxtında  baş  verən  siyasi  hadisələrdən  öz 

məqsədləri  üçün  istifadə  etməyə  çalışırdılar.  Mərkəzdəki  hakimiyyət  böhranı 

Azərbaycan silahlı qüvvələrinin durumuna mənfi təsir göstərir, döyüş qabiliyyətini 

aşağı  salırdı.  1992-ci  ilin  aprelində  polkovnik-leytenant  Elbrus  Orucov  Şuşaya 

göndərildi,  o,  qüvvələri  bir  araya  gətirərək  yeni  "Şuşa  briqadası”nın 

formalaşdırmalı  idi.  O,  həmçinin  Şuşa,  Laçın,  Qubadlı,  Zəngilanın  komendantı 

təyin olunmuşdu. Onun səyləri heç bir nəticə vermədi. 1992-ci il mayın əvvəlində 

Şuşa  qarnizonunun  şəxsi  heyəti  1500  nəfərdən  ibarət  olmalı  idi,  lakin  onların 

yarıdan  çoxu  Müdafiə  naziri  R.Qazıyevin  əmri  ilə  ezamiyyət  və  məzuniyyətə 

göndərilmişdi. Şəhərdə yalnız Şuşa briqadasının qərargahı, reyd dəstəsi, "Səbayıl" 

tank taburu, 5 rayondan gəlmiş könüllülərin dəstələri, yerli milis (polis) qüvvələri 

qalmışdı.  Ermənistan  böyük  canlı  qüvvə  və  texnika  ilə  mayın  7-də  axşam  Şuşa 

üzərinə  hücuma  başladı.  Şəhərin  az  saylı  müdafiəçiləri  ağır  döyüşlərdən  sonra 

səhərisi gün Lıseqor aşırımından Laçına doğru geri çəkilməli oldular. Şuşa döyüşü 

bir  gün  davam  etdi  və  hər  iki  tərəfdən  250-ə  qədər  adam  öldü.  Ermənilər  öz 

itgilərinin  58  nəfər  olduğunu  bildirirdilər.  Azərbaycan  tərəfindən  isə  159  nəfər 

həlak olmuş, 22 nəfər itgin düşmüşdü. Şuşanı son tərk edənlərin içərisində sonralar 

məşhur  çeçen  səhra  komandiri  olmuş  Şamil  Basayev  də  var  idi.  O,  ANS 

telekanalına  verdiyi  müsahibəsində  bildirirdi:  "Şuşanı  taleyin  hökmünə 

buraxmışdılar.  700-ə  yaxın  erməni  hücuma  keçmişdi.  O  cür  güclü  qarnizon  və  o 

qədər  silahla,  həmçinin  şəhərin  strateji  mövqeyini  nəzərə  almaqla  100  nəfərlik 

qüvvə şəhəri ən azından bir il müdafiə edə bilərdi. Amma təşkilatçılıq yox idi...". 

Sonrakı günlər ərzində ermənilər hücumu davam etdirərək mayın 18-də Laçını ələ 

keçirdilər.  Laçın  üzərinə  hücum  həm  Şuşa,  həm  də  Ermənistanın  Gorus  rayonu 

tərəfdən  təşkil edilmişdi.  Laçının  3  min  nəfərdən artıq  müdafiəçisi var idi.  Lakin 

müdafiə  təşkil  olunmadığına  görə  heç  bir  müqavimət  göstərilmədi,  heç  itgi  də 

olmadı. Ermənilər Laçını tutmaqla Dağlıq Qarabağdan Ermənistana 20 km enində 

dəhliz  əldə  etdi.  Ermənistan  eyni  zamanda  Naxçıvanın  Sədərək  rayonunda 

Azərbaycan-Türkiyə  sərhədinin bir hissəsinə hücum etdi. Hücumun qarşısı dərhal 

alındı, lakin bu hadisə   Türkiyə-Rusiya  münasibətlərini   gərginləşdirdi.   Şuşa  və 

Laçında döyüşlərin davam etdiyi bir dövrdə, mayın 15-də Rusiyanın təşəbbüsü ilə 

Daşkənddə  MDB  dövlət  başçılarının  zirvə  toplantısı  keçirildi.    Burada    Rusiya  

işğal    faktları  ilə  manipulyasiya  edir,  hadisələrin  onun  nəzarətində  olduğunu 

göstərməyə,  hər  iki  tərəfə  öz  şərtlərini  qəbul  etdirməyə  çalışırdı.  Toplantı 

iştirakçıları  həmçinin  "Adi  silahlara  dair"  müqavilənin  prinsipləri  və  həyata 




38 

 

keçirilmə  qaydaları  haqda  saziş  də  imzaladılar.  Sazişə  görə,  Azərbaycan  və 



Ermənistanın hər biri 220 tank, 220 zirehli maşın, 285 artileriya qurğusu, 100 hərbi 

təyyarə,  50  döyüş  vertolyotuna  malik  ola  bilərdi.  Cəbhədəki  uğursuzluqlar  və 

Azərbaycan  rəhbərliyinin  MDB  çərçivəsindəki  proseslərə  qoşulmasına  qarşı  olan 

etirazlar  Bakıda  böhranı  dərinləşdirdi,  hakimiyyət  dəyişikliyi  baş  verdi.  AXC 

hakimiyyətə nəzarəti öz üzərinə götürdü. İsa Qəmbər parlamentinin sədri, Əbülfəz 

Elçibəy prezident seçildi. 

1992-ci    ilin  yayında  Ermənistan    Dağlıq    Qarabağda    20    min  nəfərlik 

canlı qüvvə və 100-dən artıq zirehli texnika cəmləşdirərək geniş miqyaslı hücuma 

hazırlaşırdı.  Erməni  komandanlığı  Ağcakəndi  tərəfdən  Xanlar      istiqamətində   

irəliləməyi      nəzərdə      tuturdu.      Bu  məqsədlə      həmin      istiqamətdə      yolların   

minadan      təmizlənməsinə  başlanılmışdı.  Azərbaycan  tərəfi  düşmənin  planları 

haqda  məlumat alaraq, qabaqlayıcı addımlar atdı.  Düşmənə  qarşı hərbi  əməliyyat 

planının hazırlanması və həyata keçirilməsinə Baş Qərargah rəisi general-leytenant  

Valeh   Bərşadlı  rəhbərlik   edirdi.    İyun  ayının  əvvəlində  Milli Ordunun xeyli 

qüvvəsi (3-cü Əlahiddə motoatıcı briqadası, 4-cü tank briqadası, Tərtər, Goranboy, 

Xanlar,  Mingəçevir,  Lənkəran,  Yevlax  ərazi  taburları,  "Qurtuluş"  taburu,  daxili 

qoşunlar) gizli şəkildə cəbhə xəttinə yeridildi. 

İyunun  12-də  Azərbaycanın  hərbi  hissələri  geniş  miqyaslı  döyüş 

əməliyyatlarına  başladılar.  Xanlar  və  Naftalan  rayonlarının  ərazisindən  Şaumyan 

məntəqəsi  istiqamətində  güclü  zərbə  vuruldu.  Eyni  vaxtda  Ağdərə,  Əsgəran, 

Hadrut  istiqamətlərində  düşmənə  zərbələr  endirildi.  Azərbaycan  Ordusu  sürət 

amilindən bacarıqla istifadə edərək 48 saat ərzində işğalçıları cənub istiqamətində 

geri  oturdaraq  Şaumyan  bazasını  ləğv  etdi,  həmçinin  Əsgəran  şəhərini  iki 

istiqamətdən mühasirəyə aldı. İyunun 15-də ermənilər qüvvələrini səfərbər edərək 

əks-hücuma  keçməyə  cəhd  göstərdilər.  Əsgəran  istiqamətində  ağır  döyüşlərdən 

sonra  düşmən  Azərbaycan  Ordusunun  hücumunu  dayandıra  bildi.  Azərbaycanın 

hərbi  hissələri  bu  istqamətdə  yalnız  6  kəndi  azad  edə  bildilər.  Cəbhənin  şimal 

hissəsində  Azərbaycan  Ordusu  Ağdərə  rayonunun  içərilərinə  doğru  irəlilədi. 

İyunun  17-dən  iyulun  9-a  qədər  Ağdərə  (4  iyul),  Marquşevan,  Aterk  kimi  iri 

yaşayış  məntəqələri  azad  edildi,  Sərsəng  su  anbarının  şimal  sahili  nəzarətə 

götürüldü.  Azərbaycan  rəhbərliyi  beynəlxalq  danışıqların  yeni  mərhələsinin 

başlanması ilə əlaqədar iyulun 9-da hərbi əməliyyatları dayandırdı. 

Azərbaycan  beynəlxalq  vasitəçilərin  tələblərini  dərhal  yerinə  yetirirdi.   

Ermənilər   isə,   əksinə,   yaranmış   qısa fasilədən əlavə qüvvələr cəlb etmək üçün 

yararlandılar  və  iyulun  15-də  əks-hücuma  keçdilər.  Nəticədə  onlar  itirilmiş 

ərazilərin  bir  hissəsini  qaytardılar.  Ağdərəyə    yaxınlaşdılar.    Avqust  ayında  

Azərbaycan  Ordusu yenidən güclü zərbə vuraraq düşməni geri çəkilməyə məcbur 

etdi, Sərsəng su anbarı tam nəzarətə götürüldü, 121 km məsafədə Ağdərə-Kəlbəcər 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə