Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

57 

 

qəsrində prezidentlər arasında keçirilən göruş nəticəsiz başa çatdı. R. Koçaryan heç 



bir  ciddi  səbəb  gətirmədən  danışıqları  yarımçıq  tərk  etdi.  Onun  bu  addımı 

Rusiyanın  diqtəsi  ilə  atdığı  aydın  oldu.  Rambuyedə  də  Azərbaycanın  maraqlarına 

uyğun olmayan sənəd müzakirə olunurdu. Ekspertlərin fikrinə görə, həmin sənəddə 

Laçın  və  Kəlbəcər  istisna  olmaqla  Dağlıq  Qarabağ  ətrafındakı  digər  ərazilərin 

boşaldılması  həmin  ərazilərə  sülhməramlı  qüvvələrin  yerləşdirilməsi,  15  ildən 

sonra  statusla  bağlı  referendumun  keçirilməsi,  bu  dövr  ərzində  isə  Dağlıq 

Qarabağın  mübahisəli  ərazi  olaraq  qalması  nəzərdə  tutulurdu.  Rusiya  bir  daha 

münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında  maraqlı olduğunu  nümayiş   

etdirərək Ermənistanın  təklif olunan varianta razılaşmasına imkan vermədi. 

ABŞ yaranmış böhran vəziyyətindən çıxmaq üçün ciddi addımlar atmağa 

başladı. Bu ölkənin yüksək səviyyəli rəsmilərinin bölgəyə dalbadal səfərləri təşkil 

edildi.  İyun  ayının  ortalarında  isə  ABŞ  administrasiyasına  yaxınlığı  ilə      tanınan 

Metyu  Brayza  Minsk  qrupuna  yeni  həmsədr  təyin  edildi.  Bu  dövrdə  ABŞ-ın 

Qarabağ  məsələsinin  həlli  ilə  bağlı  mövqeyinə  kifayət  qədər  aydınlıq  gətirildi. 

Rusiya        münaqişənin      dondurulmuş      şəkildə  saxlanılmasından  bəhrələnməyə 

çalışdığı halda, ABŞ məsələnin Ermənistanın maraqlarına uyğun həll edilməsində 

maraqlı  olduğunu  nümayiş  etdirdi.  ABŞ  administrasiyası  bu  yolla  Ermənistanı 

Rusiyanın  təsir  dairəsindən  çıxarmağa  çalışırdı.  Təsadüfi  deyil  ki,  yenicə  təyin 

olunmuş  Amerikalı  həmsədr  M.Brayzanın  fəal  iştirakı  ilə  hazırlanan  bəyanat 

iyunun  22-də  qəbul  edildi.  Həmsədrlər  bu  sənədlə  2001-ci  ildən  sonra  ilk  dəfə 

birgə rəsmi açıqlama ilə çıxış edərək, müzakirəyə təklif etdikləri son variant haqda 

məlumat  verdilər.  Bu  sənəddə  göstərilirdi  ki,  Azərbaycan  və  Ermənistan 

prezidentlərinə "nizama salmanın  təməl  prinsipləri"  təqdim olunmuşdur.  Həmin 

prinsiplər  "Laçın  və  Kəlbəcərin  xüsusi  rolu  nəzərə  alınmaqla  Dağlıq  Qarabağ 

ətrafındakı  ərazilərdən  erməni  qoşunlarının  çıxarılmasını  Laçın  və  Kəlbəcərin 

boşaldılmasının      sonraya  saxlanılmasını",  gələcəkdə  Dağlıq  Qarabağın  hüququ 

statusu  ilə  bağlı  referendumun  və  yaxud    səsvermənin    keçirilməsini  münaqişə 

zonasına  sülhməramlı    qüvvələrin  yerləşdirilməsini  nəzərdə  tuturdu.  Ermənistan 

dərhal bu prinsiplər əsasında danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. 

Azərbaycan  hakimiyyəti  isə  təklif  olunan  varianta  konkret  mövqe  nümayiş 

etdirmədi.  Bir  sıra  qeyri-hökümət  təşkilatları  və  partiyalar  bu  variantın  

Azərbaycan  cəmiyyətinə  sırınması,  rəğbətlə  qarşılanması  üçün  geniş  fəaliyyətə 

başladılar,  lakin  ciddi  nəticəyə  nail  ola  bilmədilər.  Obyektivlikdən  uzaq  olan  bu 

variant da işğalçı Ermənistanın maraqlarına xidmət edirdi. 

Həmsədrlər  22  iyun  bəyanatı  ilə  öz  mövqelərini  açıqladıqdan  sonra 

Azərbaycan  hakimiyyətinə  təzyiqləri  artırdılar.  Bu  təzyiqlər  qarşısında 

Azərbaycanın güzəştə getmək istədiyi hiss olunurdu. Təsadüfi deyil ki, xarici işlər 

naziri  E.Məmmədyarov  2006-cı  ilin  ikinci  yarısında  azərbaycanlılar  Dağlıq 




58 

 

Qarabağa  qayıtdıqdan  sonra  orada  referendumun  keçirilməsinin  mümkünlüyü 



haqda  bəyanatlarla  çıxış  etdi.  O,  hətta  referendumun  müddəti  ilə  bağlı  fərqli 

fikirlərin  olduğunu  da  dilə  gətirdi:  "ermənilər  referendumun  5,  biz  isə  15  ildən 

sonra  keçirilməsini  istəyirik".  Lakin  az  sonra  Azərbaycan  daha  qətiyyətli  mövqe 

nümayiş etdirə bildi. 

Minsk  qrupu  həmsədrlərinin  vasitəçiliyi  ilə  2007-ci  ilin  yanvarında 

Moskvada, martında Cenevrədə, aprelində   Belqradda Azərbaycan və Ermənistan 

xarici  işlər  nazirlərinin  görüşləri  keçirildi.  Bu  görüşlərin  nəticələri    və    müzakirə 

olunan  məsələlərlə bağlı həmsədrlərin  ayrı-ayrılıqda açıqlamaları oldu. Cenevrədə 

təməl  prinsiplərinin,  o  cümlədən,  Dağlıq  Qarabağ  ətrafındakı  rayonların  azad 

edilməsi,  Qarabağdakı  qondarma  rejim  üçün  aralıq  statusu  verilməsi  ilə  bağlı 

məsələlərin müzakirə olunduğu bildirildi. Belqrad danışıqlarından sonra amerikalı 

həmsədr M.Brayza tərəflərin ötən il verilən əsas prinsiplərin bazasında razılaşmaya 

yaxın  olduqlarını  bəyan  etdi.  O,  bu  prinsiplərin  Dağlıq  Qarabağ  ətrafındakı  beş 

rayonun  azad  edilməsi,    iki  rayonla  (Laçın    və    Kəlbəcər)  bağlı  müzakirələrin 

davam  etdirilməsi,  Dağlıq  Qarabağ  və  Ermənistan  arasında  dəhlizin  təmin 

olunması,  statusla  bağlı  referendum  deyil,  səsvermənin  keçirilməsindən  ibarət 

olduğu haqda  məlumat verdi. Rusiyalı həmsədr Y.Merzlyakov  isə "tərəflərin əsas  

prinsipləri razılaşdırmağa yaxın olduqlarını" təsdiq etdi. Y.Merzlyakovun az sonra 

verdiyi  açıqlama  həmsədrlərin  bu  nikbinliyinə  və  danışıqların  hansı  istiqamətdə   

getdiyinə      aydınlıq      gətirdi:      "Rusiya  Dağlıq  Qarabağı  müstəqil  dövlət  tayınır, 

lakin  bu  o  demək  deyil  ki,  Rusiya  onu  Azərbaycanın  hissəsi  hesab  edir...  Bizim 

ölkə  Azərbaycanın  ərazi  bütölüyünü  tanıyır.  Lakin  bu  o  demək  deyil  ki,  biz 

Qarabağı  Azərbaycanın  hissəsi  kimi  tanıyırıq".  Azərbaycan  hakimiyyətinin 

danışıqların  məzmunu  ilə  bağlı  eyni  vaxtda  verdiyi  açıqlamalar  həmsədrlərin 

mövqeyi  ilə  ziddiyət  təşkil  edirdi.  Prezident  İ.Əliyev  2007-ci  ilin  may  ayında 

Azərbaycanın  konkret  mövqeyi  ilə  bağlı  ilk  dəfə  açıqlama  verdi:  "Əvvəlki 

danışıqlarda  5  rayonun  boşaldılması  məsələsi  qoyulurdusa,  son  danışıqlarda  7 

rayonun  dərhal  boşaldılması  məsələsi  müzakirə  edilir...  Laçın  və  Kəlbəcərin 

qaytarılması ilə   bağlı   heç   bir   şərt   qoyula   bilməz...   Yalnız   qaçqınlar   öz 

torpaqlarına,  o  cümlədən  Şuşa  və  digər  yerlərə  qayıtdıqdan  sonra  Qarabağın 

statusu məsələsi həll oluna bilər". Ermənistan rejimi də eyni vaxtda əks mövqedən 

çıxış  edərək,      danışıqlarda  Dağlıq  Qarabağ  ermənilərinin  "öz  müqəddaratını 

təyinetmə hüququnun" əsas məsələ kimi müzakirə olunduğunu bildirdi. Tərəflərin 

tamamilə zidd mövqelərdən çıxış etdiyi bir şəraitdə həmsədrlər yenidən xarici işlər 

nazirlərini  bir  araya  gətirdilər.  Bu  görüş  2007-ci  il  noyabrın  sonu  dekabrın 

əvvəlində  Madriddə  təşkil      edildi.  Həmsədrlər  müzakirələrdən    sonra    tərəflərə  

yeni      təməl  prinsiplərini  təqdim  etdilər.  Yeni  təməl      prinsiplərinə  münasibəti 



Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə