NaiLƏ baxşƏLİ qizi əSKƏR



Yüklə 355,5 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.02.2018
ölçüsü355,5 Kb.
#22970
  1   2   3   4   5   6   7   8   9   ...   12


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

FOLKLOR İNSTİTUTU 

 

 



 

Əlyazması hüququnda 

 

 

 

NAİLƏ BAXŞƏLİ QIZI ƏSKƏR 

 

 

 

AŞIQ NƏSİBİN  DÖVRÜ, MÜHİTİ 

VƏ YARADICILIQ YOLU 

 

 

 

10.01.09 –

 Folklorşünaslıq

 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün  

təqdim edilmiş dissertasiyanın 

 

 

 

 

A V T O R E F E R A T I 

 

 

 

BAKI - 2012 

 

 



 


 

 



              Dissertasiya AMEA Folklor İnstitutunun  

      “Aşıq yaradıcılığı“ şöbəsində yerinə yetirilmişdir. 

 

 



 

Elmi rəhbər:                                      Hüseyn Ələsgər oğlu İsmayılov 

                                             Filologiya üzrə elmlər doktoru, professor 



 

 

         Rəsmi opponentlər:                      Qəzənfər Məhəmməd oğlu Paşayev 



                                            Filologiya üzrə elmlər doktoru, professor 

                                                                Əsgərov Əfzələddin Dağbəyi oğlu 

                                             Filologiya üzrə fəlsəfə doktoru, professor 



 

 

Aparıcı  müəssisə:  Bakı  Dövlət  Universitetinin  «Azərbaycan  şifahi 

xalq ədəbiyyatı» kafedrası. 

 

 



Müdafiə “_12__“  11___2012-ci il saat “___“- da Azərbaycan MEA 

Folklor  İnstitutunun  nəzdində  fəaliyyət  göstərən  FD.01.201  Dissertasiya 

Şurasının iclasında keçiriləcəkdir. 

 

 



Ünvan: Az1001, Bakı şəhəri, 8-ci Kiçik Qala döngəsi, 31 

 

 



Dissertasiya  ilə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  tanış 

olmaq mümkündür. 

 

 

Avtoreferat “___”___________ 2012-ci il tarixdə göndərilmişdir. 



 

 

 



Dissertasiya Şurasının elmi katibi,  

filologiya üzrə fəlsəfə doktoru, 

dosent:                                              Rza  Zeynal oğlu Xəlilov 

                                                                         


 

 



TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 

Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra əsrlər boyu ya-

ratdığı  zəngin  milli-mənəvi  sərvətlərə  tamamilə  başqa  prizmadan  yanaşır.  Bu  ya-

naşma humanitar və sosial elmlər sahəsində ciddi deformasiyaya, ideoloji təxribata, 

marksist-leninçi səciyyə daşıyan əyintilərə məruz qalmış mədəni irsin, o cümlədən 

ədəbiyyatın əsl mahiyyətini üzə çıxarmaq, onun həqiqi elmi və tarixi qiymətini ver-

mək  arzusu  ilə  bağlıdır.  Həmin  fikir  ədəbiyyatımızın  ən  qabaqcıl  qollarından  biri 

olan aşıq sənətinə də aiddir. Heç kəsə sirr deyil ki, aşıq yaradıcılığı sovet dövründə 

sinfi  nöqteyi-nəzərdən  tədqiq  edilmiş,  kommunist  partiyasını  və  şura  quruluşunu, 

xalqlar dostluğunu və beynəlmiləlçiliyi, sosializm yarışını və «kolxozun işıqlı lam-

palarını»  vəsf  edən  bir  sənət  kimi  təqdim  və  qəbul  edilmişdir.  Sovet  ədəbiyyatşü-

naslıq  elmində  yaşadığı  dövrdən  asılı  olmayaraq  bütün  yaradıcı  şəxsiyyətlərə  uc-

dantutma  tətbiq  edilən  sinfi  yanaşma,  bolşevik  inqilabından  əvvəlki  sənətkarlara 

«tənqidi realizm», sovet dövründə yaşayanlara isə «formaca milli, məzmunca sosi-

alist tipli»  ədəbiyyat  doktrini  çərçivəsində  qiymət  verilməsi nəticəsində  əsil  ədəbi 

meyarlar pozulmuş, milli-mənəvi və etnik-dini dəyərlər bilərəkdən, sistemli şəkildə 

təhrif edilmişdir. Ona görə də aşıq sənətinin tamamilə yeni prizmadan həm regio-

nal, həm də lokal kontekstdə tədqiqi folklorşünaslıq elmi qarşısında duran ən vacib 

məsələlərdən biridir. Aşıq mühitlərinin və məktəblərinin küll halında, ayrı-ayrı sə-

nətkarların yaradıcılığının isə fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni 

sisteminin  mükəmməl  öyrənilməsi  üçün  birinci  dərəcəli  əhəmiyyətə  malikdir.  Bu 

mənada  Ağbaba-Çıldır  aşıq  mühitinin  və  bu  mühitin  görkəmli  nümayəndələrinin 

yaradıcılığının  tədqiqi  konkret  olaraq  aşıq  ədəbiyyatının  gerçək  elmi  mənzərəsini 

yaratmaq üçün vacibdir. Bütün bunları nəzərə aldıqda milli-mənəvi sərvətlərimizə 

yeni prizmadan yanaşmanın nə qədər aktual və vacib olduğu aşkara çıxır.       

Mövzunun  aktuallığı.  Azərbaycan  aşıq  sənətinin  inkişafında  Ağbaba-Çıldır 

aşıq mühitinin mühüm rolu vardır. Bu mühit zəngin folkloru, özünəməxsus ənənə-

ləri və görkəmli saz-söz ustaları ilə seçilir. XIX əsrin sonu - XX əsrin birinci yarı-

sında yaşayıb yaradan Aşıq Nəsib öz dövrünün böyük sənətkarları ilə birlikdə saz-

söz  sənətinin  tərəqqisi  üçün  yorulmadan  çalışmışdır.  Bu  mühitin  zirvəsi  sayılan 

Aşıq Şenliyin ən layiqli yetirməsi olan Aşıq Nəsibin adı yalnız ötəri şəkildə ümumi 

icmallarda  çəkilmiş,  onun  sənəti  ilə  bağlı  xüsusi  tədqiqat  işləri  aparılmamışdır. 

Halbuki  Aşıq  Nəsibin  dövrü, mühiti  və  yaradıcılığının  çağdaş  elmi-nəzəri  tələblər 

səviyyəsində araşdırılması folklorşünaslıq elmi üçün zəruri və aktualdır. Bu tədqi-

qat işi həmin boşluğu qismən də olsa doldurmaq məqsədilə yazılmışdır. 

 Tədqiqatın mənbələri. Aşıq Nəsibin yeganə kitabı onun vəfatından 60 il son-

ra nəşr edilmişdir. Bayatı, gəraylı, qoşma, təcnis, divani, müxəmməs və aşıq rəva-

yətlərindən ibarət  olan  bu  kitab  aşığın  yaradıcılığı  barədə dolğun  təsəvvür  yaratsa 

da, onun zəngin irsinin az bir qismini əhatə edir. Aşıq Nəsibin yetirmələrinin, onun 

irsini sevən ziyalıların və el ağsaqqallarının dilindən yazıya alınmış, habelə disser-

tant  tərəfindən  toplanmış  şeirlər  və  məlumatlar,  aşığın  həyatı  və  yaradıcılıq  yolu 

haqqında yazılmış elmi və publisistik yazılar tədqiqatın mənbələrini təşkil edir. 



Yüklə 355,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə