Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
  1   2   3   4   5   6   7   8   9   ...   34


Azərbaycan Milli Elmlər Akademiyası 

Azərbaycan Tarixi Muzeyi 



 

 

Nailə Vəlixanlı 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan – 

ərəblərdən monqollaradək 

(VII – XII əsrlər) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bakı – 2005 




 

 



 

 

Elmi redaktoru: 



Yaqub Mahmudov – 

əməkdar elm xadimi, tarix elmləri doktoru, professor. 

 

 

 



 

Nailə Vəlixanlı. Naxçıvan – ərəblərdən monqollaradək (VII – XII).  

Bakı, “Elm”, 152 s. 



 

 

 

 

 

AMEA Azərbaycan Tarixi Muzeyinin 

Elmi Şurasının qərarı ilə çap olunur 

 

 

 

 

ISBN 5-8066-1712-2 

 

 

 

 

 

 

 

 

 

 

 

 

0503020907 Qrifli nəşr 

655(07)-2005  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

© “Elm”, 2005 

 


 

MÜNDƏRİCAT



 

 

 



Ön söz............................................................................................................ 

 

s. 4  

§ 1. Naxçıvan Ərəb Xilafəti dövründə (VlI-IXəsrlər)............................... 

s. 5  

§ 2. Azərbaycan feodal dövlətləri dövründə Naxçıvanın siyasi durumu 

(IX əsrin II yarısı - XI əsr).......................................................................... 

 

s. 22 

§ 3. Naxçıvan Azərbaycan atabəyləri dövləti dövründə  (XII-XIII  

əsrin I rübü)   ............................................................................................. 

 

s. 33 

Adlar göstəricisi............................................................................................ s. 

49 

 

 


 

 



Oğul qalam - Elgünümün  

unudulmaz xatirəsinə 

 

On söz 

 

Əziz  oxucum! Vətən torpağımızın doğma guşələrindən biri, Azərbaycanımızın canparəsi Naxçıvan 

haqqında çox yazılıb, çox deyilib. Özü də onun haqqında elə özümüz qədər də özgələri yazıblar. Çox vaxt da 

haqqı, ədaləti, düzlüyü kənara ataraq ya özlərinin, ya da qulluq etdiklərinin mənafeyini güdüblər. 

Dəfələrlə  işğala məruz qalıb  Şərqi Qərblə,  Şimalı  Cənubla birləşdirən ucsuz-bucaqsız yolların 

qovşağında yerləşən bu qədim diyar. Zaman-zaman daşı-daş üstündə qalmayıb babalarımızın ağır zəhmət 

bahasına qurduğu, gələnin-görənin "Nəqşi cahan" adlandırdıqları bu gözəl  şəhərin. Lakin dövran keçib, 

xarabazara döndərilmiş Naxçıvan xarabalıqlar içindən dönə-dönə baş qaldırıb, yenidən dirçələrək,  əvvəlki 

görkəmini qaytarıb. Hətta əvvəlkindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən olduğu 

kimi bu gün də üstündən çəkilməyib. 

Əziz oxucum! İlk səhifəsini açdığın bu kitab qədim tariximizin çox qəliz, keşməkeşli bir dövrü 

haqqındadır. Orta 

[5 - 6] 

əsrlər dünyasını köklü surətdə  dəyişdirən iki taleyüklü hadisənin - ərəb işğalı ilə 

monqol işğalının arasında qalan bu dövr bütöv Azərbaycan,  о cümlədən onun ayrılmaz hissəsi Naxçıvanın 

tarixində silinməz izlər qoymuşdur. VII əsrin ortalarında  ərəblərin Azərbaycana gəlməsi ilə özünün əlverişli 

geosiyasi və strateji mövqeyinə görə  ərəb ordusunun dayaq məntəqələrindən biri olan Naxçıvan sonrakı 

dövrlərdə siyasi-iqtisadi-mədəni mərkəz kimi əhəmiyyətini artırmış, yüzillərdən bəri fəaliyyət göstərən Böyük 

İpək Yolunun şaxələri vasitəsilə  о vaxtkı dünyanın məşhur ölkə  və  şəhərləri ilə  əlaqə saxlamış, Azərbaycan 

atabəyləri dövründə isə "Nəqşi cahana" çevrilərək regionun bənzərsiz şəhəri olmuşdur. Müxtəlifdilli neçə-neçə 

tarixi qaynağın müqayisəli-tənqidi araşdırılması, mövzuya dair onlarla tədqiqat işlərinin öyrənilməsi, elmi 

süzgəcdən keçirilməsi nəticəsində ərsəyə gəlmiş bu əsərdə siyasi tarixə daha çox üstünlük verilmişdir. Bu təkcə 

ona görə deyil ki, alimlərimiz istər Naxçıvanın arxeoloji tədqiqi, istər mədəni həyatı  və s. haqqında kifayət 

qədər yazmışlar. Bu həmçinin ona görədir ki, mədəniyyət tarixi ilə yanaşı  məhz siyasi tarixin addımbaaddım 

izlənilməsi bu gün blokadada olan Naxçıvan diyarının ümumazərbaycan tarixində tutduğu mövqeni daha aşkar 

aydınlaşdıra, onun adını ta qədimdən başlayaraq "erməni  şəhərləri" sırasında çəkən bədxah qonşularımız və 

onların havadarlarının əsassız iddialarını alt-üst edə bilir. 

Vətən tariximizin təqribən 600 illik dövrünü əhatə edən bu əsər oxucunu Naxçıvanın Ərəb Xilafəti və 

yerli feodal Şəddadilər dövləti tərkibində, Səlcuqilərin və Azərbaycan atabəylərinin hakimiyyətləri illərində olan 

tarixi ilə tanış edir. Bu zaman yerli və digər (ərəb, fars və s.) mənbələrin,  əsas etibarilə, böyük əhəmiyyət 

daşıyan məlumatında bəzən 

[6 - 7]


  tədqiqatçıların özlərini də dolaşdıran bir sıra ziddiyyətli məqam təhlil 

edilmiş, Naxçıvana hücumların (ərəb, gürcü və s.) dəqiq tarixi müəyyənləşdirilmiş, yerli feodal-mülk sahibləri 

olan Naxçıvanşahların və b.-nın mövqeyi açıqlanmışdır və s. 

Mövzu üzərində  işlərkən yazdıqları  əsərlərindən elmi baxımdan bəhrələndiyim bütün tədqiqatçıları, o 

cümlədən əvəzolunmaz alim, ustadım akademik Ziya müəllim Bünyadovu, istedadlı tarixçi Rauf Məmmədovu 

minnətdarlıq hissi ilə yad etməyi, Naxçıvan haqqında məlumat vermis orta əsr müəlliflərinə  rəhmət oxumağı 

özümə borc bilirəm. 

Əziz oxucum! Tarix yazmaq obyektivlik, düzlük, diqqət tələb edir. Düşmən gözü qalmış torpaqlarımızın 

tarixini yazarkən xüsusilə diqqətli olmaq, emosiyadan, sözçülükdən uzaq, elmi dəlillərə, ilkin mənbələrə 

söykənən obyektiv materialla çıxış etmək vacibdir. Sözün əsl mənasında həqiqət lazımdır. 

Mən də çalışmışam ki, yazdıqlarıma heç bir əlavə rəng qatılmasın. Bəzək vurulmasın. Bəlkə ona görə 

yazımın dili sənə bir qədər ağır gəlsin,  əziz oxucum. Qoy adların çoxluğu, hadisələrin mürəkkəbliyi də  səni 

çaşdırmasın. 

Bu - bizim tariximizdir. 

Biz bu tarixi bilməliyik. 

Bilməliyik ki, dostumuzu düşməndən ayıraq. 

Bilməliyik ki, hər bir iddiaya cavabımız hazır olsun. 

Bilməliyik ki, haqq səsimizi daha ürəklə, daha əminliklə ucaldaq, əzəli torpaqlarımıza, babalarımızın 

yurduna yiyə duraq. 

[7 - 8]


  

Nailə Vəlixanlı 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə