Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

20 

 

95. Gevond, s. 15, 139, qeyd 84. 



96.  Əl-Bəlazuri, s. 242. Maraqlıdır ki, əl-Bəlazurinin  əsərinin  əlyazmasında "yandırmaq" 

əvəzinə "qorxutmaq" sözü işlədilmişdir. Yazı tərzinə görə-nöqtələrsiz, demək olar eyni olan bu 

sözə  əsərin naşiri  əl-Yəqubidə olduğu kimi (yandırmaq) düzəliş vermişdir. Onu da qeyd 

etməliyik ki, eyni hadisə haqqında məlumat verən Gevond (s.22-23) kilsəyə doldurulmuş 

erməni əsirlərindən bir qisminin - knyazların, oradan çıxarılaraq həbsxanaya keçirilməsi, onların 

bəzilərinin sonradan qətlə yetirilməsi haqqında məlumat verir. 

97. Əl-Yəqubi. Tarix, с. II, s. 324-325. 

[53 - 54]

 

98. Əl-Kufi, s. 13. 



99. Gevond, s. 22; Asogik, s. 92-93; Albaniya tarixi, s. 190; Bax, həmçinin: Z. Bünyadov, s. 

131; R. Məmmədov, s.38; A. Ter-Gevondyan, s. 77. 

100. З. М. Буниятов Государство  Атабеков  Азербайджана (bundan sonra Atabəylər), Bakı, 

1978, s. 195-196; 

101. Gevond, s. 24-25; Əl-Bəlazuri, s. 242. 

102. Əl-Bəlazuri, s. 242. 

103. Gevond, s. 25. 

104. Əl-Bəlazuri, s. 242. 

105. Bu haqda bax: Azərbaycan tarixi, с. II, s. 179-181. 

106. Bax: İbn Xordadbeh, s. 108, s. 48-52; Müq. et: Əl-Bəlazuri, s. 231; İbn əl-Fəqih. Müxtəsər 

kitab  əl-buldən. M.de Quyeninnəşri.-Leyden, 1880, s. V, s. 267. Bax: H. M. Beлиханова. 

Изменение  исторической  географии  Азербайджана  в  результате  арабского  завоевания. 

"Историческая  география  Азербайджана" (Bakı, 1987), s.55-56; Azərbaycan tarixi, с.II, s. 

180-181. 

107. Əl-Bəlazuri, s. 232. 108.Yenə orada, s. 231. 

109. A. Ter-Gevondyan. Göstərilən əsəri, s. 168. 

110. Bax: Azərbaycan tarixi, с. II, s. 180. 

111. Minorski, Şəddadilər, s. 7, ərəb mətni, s. 2. 

112. Azərbaycan tarixi, с. II, s. 170-178. 

113. Bax: Gevond, s. 71-72, 92-93. 

114. Albaniya tarixi, s. 194. 

115. Bax: Azərbaycan tarixi, с. II, s. 222-223; əl-Yəqubi, с. II, s. 515. 

116. Əl-Bəlazuri, s. 247. 

117. Əl-Yəqubi. с. II, s. 515; Baxhəmçinin: əl-Kufı, s. 65-66. 

118. Gevond, s. 112-114. 119.Əl-Bəlazuri, s. 247. 

120. Gevond, s. 115. 

121. Bax: Z. Bünyadov, s. 149-151; Azərbaycan tarixi, с. II, s.224. 

[54 - 55]

 

122. В. Ф. Минорски. История Ширвана и Дербенда X-XI 



веков, М., 1963, s. 43. 123.Əl-Yəqubi, с. II, s. 519. 

124. Bax: Aş-Şaxrastani. Kniqa о reliqiəx i sektax, M, 1984, s. 209. 

125.  Əl-Kufi, s. 62-63; əl-Yəqubi, II, 515; Azərbaycan tarixi, с. II, s. 235; Həmçinin bax: 

Z. Bünyadov, s. 220-221. 

126. Əl-Kufı, s. 62. 

127. Azərbaycan tarixi. с. II, s. 244. 

128. Əbdülhəmidin atası, xəlifə Harun ər-Rəşidin hakimiyyətinin ilk illərində Cənubi Qafqaza 

gələn və görünür, əs-Suləmi nəslindən olan Cəhhaf erməni knyazı Muşel Mamikoneanın qızına 

evlənir və bundan bütün ölkəni  ələ keçirmək üçün istifadə etməyə çalışır. Onun oğlu 

Əbdülməlik ibn əl-Cəhhaf əs-Suləmi beyləqanlılarla birlikdə mərkəzi hakimiyyətə qarşı çıxaraq, 

valinin iqamətgahı yerləşən Bərdə  şəhərini bir neçə ay mühasirədə saxlayır. Mühasirə 

yarıldıqdan sonra xəlifə  tərəfindən aman almış  Əbdulməlik, tarixçi əl-Yəqubinin numizmatik 

materialla təsdiq edilən məlumatına görə,  Ərminiyə vilayətinin valisi də olür. Üsyan etmiş 

dvinlilər tərəfindən öldürülüb (bax: əl-Yəqubi, с. II, s. 504-560; A. N. Ter-Gevondyan, s. 126-

128.) Savadaya erməni mənbələrində verilən "avaranşan" ləqəbini tarixçi St. Orbelian "quldur" 

kimi şərh edir (A. N. Ter-Gevondyan, 126). Əbdülhəmid Savada haqqında bax: Albaniya tarixi, 

s. 194; Z.Bünyadov, s.274; A. N. Ter-Gevondyan, s. 134,135. 

129. Əl-Yəqubi, с. II, s. 564. 

130. Yenə orada. 



21 

 

131. Yenə orada. 



132. Yenə orada. 

133. R. Məmmədov da (Göst əsəri, s. 39) - Yəzid ibn Hüseyn. 

134. A. N. Ter-Gevondyan. Göstərilən əsəri, s. 134. 

135. Əl-Yəqubi, с. II, s. 564. 

136. V. F. Minorski. Gösterilən əsəri, s. 44, 45. 

[55 - 56]

 

137. Əl-Yəqubi, с. II, s. 580. 



138. Minorski. Şirvan, s. 46. 

139.  A. N. Ter-Gevondyan.  Göstərilən  əsəri, s. 147-148; Burada müəllif Tovma Arsruniyə (s. 

195-196) istinad edir. 

[56 - 57]

 



22 

 

 



 

§ 2. Azərbaycan feodal dövlətləri dövründə Naxçıvanın 

siyasi durumu (IX əsrin II yarısı - XI əsr) 

 

IX  əsrin II yarısından sonra bütün Xilafət  ərazisində olduğu kimi tarixi Azərbaycan torpaqlarında da 



yerli hakim və canişinlərin separatizminin güclənməsi nəticəsində  mərkəzi hakimiyyətdən ayrılmaq prosesi 

başlandı.  Ərəb üsul-idarəsinin verdiyi güzəştlərə görə öz mülklərini qoruyub saxlaya bilmiş  bəzi yerli və 

mənşəcə  gəlmə olsalar da artıq yerliləşmiş feodal hakimlər də ayrılmağa, heç olmazsa.yarımmüstəqil olmağa 

can atırdılar. 

861-ci ildə  xəlifə  əl-Mütəvəkkil öldürüldükdən sonra Xürrəmilər-Babəkilər hərəkatının təsirilə artıq 

tamam zəifləmiş Xilafətin parçalanması prosesi güclənir. Məğribdən Məşriqədək geniş bir ərazini  əhatə edən 

Ərəb İmperiyasının ayrı-ayrı vilayətlərində mərkəzdən asılılıqlarını bu və ya digər dərəcədə üzə bilmiş dövlətlər 

yaranmağa başlayır. Buna ağır vergi siyasətindən cana doymuş yerli əhalinin fəal çıxışları ilə yanaşı  həmin 

çıxışların yatırılmasında az rolu olmayan və xəlifə əl-Mütəsimin hakimiyyəti dövründən (833-842) başlayaraq 

ərəb ordusunun özəyini təşkil edən türklərin mərkəzdəki hakimiyyətlərinin yüksəlməsi də  səbəb oldu. 

Tədqiqatçıların dövrün mənbələrinə (əl-Yəqubi, 

[57 - 58]

 ət-Təbəri, əl-Məsudi və b.) əsaslanan ümumı rəyinə 

gorə türklərin ağalığının güclənməsi xəlifə  ağalığının süqutunun başlanğıcı oldu (1). Mərkəzin işğalçılıq 

siyasətinin davamı olaraq Cənubi Qafqazda zor tətbiq edən, mənşəcə türk olan ərəb sərkərdəsi Böyük Buğanın 

(əl-Kəbir) fəaliyyəti nəticəsində yerli hakimlərin  əsir alınaraq imperiyanın paytaxtına aparılması Xilafətin bu 

vilayətində də ərəb canişinlərinin və feodallarının mövqeyinin müvəqqəti də olsa möhkəmlənməsinə səbəb oldu. 

Elə bu zaman xəlifə əl-Mütəvəkkilin sərəncamı ilə Şeybanilərdən olan Məhəmməd ibn Xalid ibn Məzyəd ikinci 

dəfə, 242 (856-857)-ci ildə  Cənubi Qafqaz vilayətlərinin valisi təyin edildi. Əl-Yəqubinin məlumatına görə, 

Məhəmmədin gəlişi ilə "üsyançılar sakitləşdilər, о da, onlara verilən amanı təzələdi" (2). 

Mənbələrdəki məlumatın müqayisəli təhlilindən hələ də ərəblər üçün hərbi dayaq məntəqəsi kimi strateji 

əhəmiyyətini saxlayan Naxçıvanda da, bu zaman bölgənin hər yerində olduğu kimi, siyasi vəziyyətin nisbətən 

sabitləşdiyi nəzərə çarpır. Yeni vali təyin edilən Məhəmməd ibn Xalid özünün əvvəlki, birinci valiliyi dövründə 

(851)  əl-Babdan - Dərbənddən başlayaraq bütün regionu fəallıqla idarə etməyə çalışırdısa, ikinci valiliyi 

dövründə, əsas etibarilə, yenidən bərpa edərək özünə iqamətgah etdiyi Gəncədə qərarlaşır (3). 

861-ci ildə  mərkəzdə yaranmış qarışıqlıqdan istifadə edən Məzyədilər xanədanı nümayəndələri 

(Məhəmməd ibn Xalidin qardaşları Heysəm və Yəzid) Azərbaycanın şimal-şərq torpaqlarını özündə birləşdirən 

Şirvan və Layzanda Xilafətdən təcrid olunduqlarını, "şirvanşah" və "layzanşah" titullarını  qəbul etdiklərini 

bildirdilər. 

[58 - 59]

 

Naxçıvanla  əlaqədar bu dövrün mənbələrində xüsusi əhəmiyyətli məlumat olmasa da, burada həyatın 



əvvəlkindən fərqli olmadığı,  şəhərin siyasi baxımdan hələ  də  ərəb üsul-idarəsinə tabe olduğu, bununla yanaşı 

iqtisadi inkişafdan da qalmadığı görünür. IX yüzil ərəb mənbələrində adı az çəkilən bu şəhər haqqında çox qısa 

xəbər İbn Rustanın (IX əsr) əsərində "V iqlimin məşhur şəhərləri", ticarət mərkəzləri sırasında verilir (4). Həmin 

əsrin nümayəndəsi Qudama ibn Cəfər sonrakı yüzildə yaşamış digər coğrafi-yaşünaslar kimi (əl-İstəxri,  İbn 

Havqəl,  əl-Müqəddəsi) Nəşavə-Naxçıvanın Marağa-Dəbil karvan-ticarət yolunun üstündə yerləşdiyini bildirir 

(5). 


IX  əsrin sonlarına yaxın bütün Xilafət  ərazisində parçalanma prosesinin daha da genişlənməsi, tarixi 

Azərbaycan ərazisinin ayrı-ayrı hissələrində real hakimiyyəti ələ ala bilmiş Şirvanşahların, Dərbənd məliklərinin 

və  bəzi yerli feodalların mərkəzdən asılı olmayan siyasət yürütmələri və müstəqil dövlət yaratmaq cəhdləri 

Xilafətin Azərbaycan və  əslində ancaq adı qalan ərəb "Ərminiyə"si vilayətlərinə yeni canişin təyin edilmiş 

Məhəmməd Afşin ibn Əbu-s-Sacı da mərkəzdən ayrılmağa sövq edir. Bununla belə ilk vaxtlar Xilafətin 

bölgədəki möhkəm dayağı olan Məhəmməd Afşin yerli hakimlərin çıxışlarını yatırmaqla özünün xəlifəyə olan 

sədaqətini nümayiş etdirirdi(6). Mənbələrdə  Məhəmməd  İbn  Əbu-s-Sacın  ərəb həmdanilər nəslindən olan 

Marağa hakimi Abdullaha qarşı döyüşməsi,  şəhəri mühasirə edərək, onu ələ keçirməsi və, nəhayət,  şəhərin 

hakimini qətlə yetirməsi haqqında məlumat verilir. Müqayisəli təhlil Marağada möhkəmlənməklə Azərbaycan 

vilayətinin idarəsini əlinə alan Məhəmmədin bundan sonra ərəb canişininin Bərdədəki sarayında bölgənin valisi 

[59 - 60]

 vəzifəsini icra etməyə başladığını göstərir. Onun xadimi Vasif isə, İbn əl-Əsirin də təsdiq etdiyi kimi

281 (894-895)-ci ildə ərəb əmiri, sonralar Naxçıvana da sahib olan Əbu Duləfilərdən Ömər ibn Əbdüləziz ibn 

Duləflə döyüşərək, onu məğlubiyyətə uğradır. Bununla belə xəlifə əl-Mütədid bu ərəb əmirinin və ondan əvvəl 

onun xələflərinin sahiblik etdiyi Isfahan, Nihavənd və Kərəçin həmin xanədanın ixtiyarında qaldığını təsdiq edir 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə