Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   ...   34

 

xəbərinə istinadlanan əl-Bəlazuri Həbibin buradan əl-Qırmız kəndi adlanan Əzdişata gəlməsi, sonra isə 



Kürdlərin çayını (Nəhr əl-əkrad) keçərək, Dəbil yanındakı çəməndə düşərgə salması, ilk dəfə hələ 640-cı ildə 

işğal edilmiş bu şəhəri yenidən tutması haqqında məlumat verir (29). Təslim olan və aman istəyən Dəbil əhalisi 

ilə sülh müqaviləsi bağlayan Həbib öz atlı  dəstəsini ölkənin içərilərinə (Curni, Aşuş, Zat al-Lucum və s.) 

göndərərək, Dəbilin bütün kəndlərini  ələ keçirir. Sirac Tayr və Bağravəndin batriki ərəblərə vergi ödəmək, 

müsəlmanlara qarşı dostcasına münasibətdə olmaq, onları azuqə ilə  təmin etmək, düşmənlərinə qarşı 

mübarizədə onlara arxa olmaq şərtlərilə sülh istəyir. Beləliklə, Qaliqaladan Dəbilədək 

[14 - 15]

 bütün torpaqları 

ələ keçirən ərəblər yalnız bundan sonra Naxçıvana hücum edirlər (30). 

Maraqlıdır ki, ərəblərin bu yürüşünün  əvvəlində onlara qarşı  sərkərdə Mavrianın başçılığı ilə 

bizanslıların vuruşduğunu qeyd edən əl-Bəlazuri tarixçi əl-Vakidiyə istinad edən Məhəmməd ibn Sədin xəbərinə 

əsaslanaraq, Dəbilin mühasirəsi zamanı Bizans sərkərdəsinin düşərgəsinə hücum edilməsi, onun öldürülməsi, 

düşərgədə bizanslılara məxsus hər  şeyin  ələ keçirilməsi haqqında məlumat verir (31). Tarixçi Sebeosun isə 

həmin hadisə haqqında məlumatı bir qədər fərqlidir. Onun yazdığına görə,  ərəblərə qarşı  sərkərdə Mavrianın 

başçılığı ilə vuruşan bizanslılar sərt qış günündə ərəblərin belə havada irəli gedə bilməyəcəyini güman edərək, 

onları sıxışdırmağa başlamış, Zarehavanda (Albak nahiyəsində) möhkəmlənmiş ərəblərə əhəmiyyət verməyərək, 

Dvin qalasını qarət etmiş, oradan Naxçıvana doğru irəliləyərək, onu da qarət etmək məqsədilə Naxçıvan qalası 

ilə döyüşə girmişlər. Yazın gəlməsi ilə ərəblərlə vuruşa hazırlaşan Mavrian Naxçıvanı tutmaq məqsədindən əl 

çəkməyərək, mühasirədə saxladığı bu şəhərə qarşı hücumları davam etdirmişdi. Bu zaman ərəblər Naxçıvan 

qalası ilə vuruşan bizanslılara hücum etmiş, onları  məğlubiyyətə  uğratmış, bir çoxunu qılıncdan keçirmiş, 

qalanlarını qaçmağa məcbur etmişdilər. Mavrianın özü isə  İberiyaya (Gürcüstana) qaçmaqla canını qurtara 

bilmişdi (32). Sebeosun məlumatından görünür ki, ərəblər Naxçıvana daxil olmamış, geri qayıdaraq Karini 

(Feodosiopol) mühasirəyə almış  və  nəhayət həmin  şəhəri  ələ keçirə bilmişlər. Yalnız bundan sonra onlar 

Ermənistanı, Ağvanı (Albaniyanı), Süniki də işğal etmişlər (33). 

[15 - 16]

 

Naxçıvanla müqavilə  və onun şərtləri.



  Beləlıklə,  ərəblərin Naxçıvana hücumu Dəbilin (Dvinin) 

yenidən tabe edilməsindən sonra baş vermişdi. Əl-Bəlazuri və başqa ərəb müəllifləri bu şəhərin işğalı prosesini 

geniş şərh etməsələr də, Həbibin mənbədə ən-Nəşavə adlandırılan Naxçıvanı tutması, şəhər əhalisi ilə Dəbillə 

bağlanılan müqaviləyə oxşar müqavilə bağlaması haqqında məlumat verirlər. Həmin müqavilələrin oxşarlığını 

nəzərə alaraq, ərəblərin Dəbil əhalisi ilə bağladığı müqaviləni təqdim edirik: 

"Mərhəmətli və rəhm edən Allahın adı ilə. Bu kağız Həbib ibn Məsləmədən Dəbilin həm [burada] olan, 

həm də olmayan xristian əhalisinə, onun atəşpərəstlərinə (məcus) və  yəhudilərinədir. Mən sizin özünüzün, 

malınızın, kilsələrinizin, sinaqoqlarınızın  (biyaikum),  şəhərlərinizin divarlarının [toxunmazlığına] təminat 

verirəm. Siz aman olunursunuz. Biz sizinlə [bağlanılan] müqaviləyə əməl edəcəyik, nə qədər ki, Siz ona riayət 

edəcək, cizyəni və  xəracı ödəyəcəksiniz. Allah şahiddir, Allahın  şahidliyi kifayətdir. Möhürlədi Həbib ibn 

Məsləmə" (34). 

Naxçıvanla bağlanılan müqavilənin mətninin dövrümüzə çatmadığına baxmayaraq, əl-Bəlazurinin Dəbil 

və Naxçıvan müqavilələrinin oxşarlığı (sözsüz ki, eyniliyi yox; belə ki, hər  şəhərin özünəməxsusluğu 

müqavilələrdə  nəzərə alınmaya bilməzdi) haqqında qeydi ərəblərə zor gücünə  təslim edilən bütün yerlərin 

əhalisi kimi naxçıvanlıların da Xilafətin siyasi tabeliyini qəbul etmək şərtilə razılaşdıqlarını  təsdiqləyir. Dəbil 

müqaviləsində  şəhərin xristian, atəşpərəst və  yəhudi etiqadlı sakinlərinə  və onların  əmlak və  məbədlərinə aid 

edilən güzəştlər, gərək ki, Naxçıvan müqaviləsində də olmuşdur. Belə ki, erkən orta 

[16 - 17] 

əsrlərə dair yerli 

mənbələrdə regionun başqa şəhərlərində (o cümlədən Moisey Kalankatukluya görə  Bərdədə-Partavda) olduğu 

kimi Naxçıvanda da xristian və atəşpərəst  əhali ilə yanaşı bu yerlərdə  hələ b.e.ə. məskunlaşan yəhudilərin də 

olması haqqında məlumat vardır (35). B.e. IV əsrində baş verən hadisələrdən yazan Favstos Buzand Naxçıvanı 

işğal edən sasani ordusunun buradan başqa əsirlərlə yanaşı on altı min yəhudi ailəsi apardığını da xəbər verir 

(36). Naxçıvanda  ərəb işğalı  ərəfəsində  yəhudi etiqadlı  əhalinin yaşamasına mənbələrin bu dövrdə "Arran, 

Curzan və Sisəcanın" milliyyətcə türk olsalar da dini etiqad baxımından  əksərən yəhudi olan xəzərlərin 

tabeliyində olması da təsir edə bilərdi (37).



 

Naxçıvan ilk ərəb inzibati idarə sistemində.  Ərəb  əl-Busfurrucanı

.  Tarixçi  əl-Bəlazurinin 

məlumatına görə, ən-Nəşavə-Naxçıvan işğal olunduqdan və ərəb sərkərdəsi ilə naxçıvanlılar arasında müqavilə 

bağlandıqdan sonra əl-Busfurrucanın batriki Həbibin yanına gələrək, onunla özünün bütün ölkəsi, eləcə  də 

mətndəki yazılışına görə oxunuşları gümanlı olan (Həsailə?, Afərastə?) iki yerin adından hər il xərc 

ödəyəcəkləri vədiylə sülh bağlayır (38). Naxçıvanın işğalı ilə bağlı hadisələri və  həmin hadisələrin baş 

verdikləri dövrün reallıqlarını düzgün başa düşmək üçün mövzudan çox da uzaqlaşmadan digər tarixi 

məqamlara da yer vermək lazım gəlir. 

Burada adı  çəkilən  əl-Busfurrucan,  əl-Bəlazurinin qeydinə görə,  əsas  şəhəri  ən-Nəşavə olan vilayətin 

adıdır (39). IX yüzil ərəb tarixçisinin bu məlumatını XIII əsrdə yazıb-yaradan və özündən əvvəlki müəlliflərin 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə