Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   ...   34

 

əsərlərindən geniş iqtibaslar verən məşhur Yaqut əl-Həməvi də məhz ona isnad edərək təkrarlayır və bununla 



yanaşı  əl-Busfurrucani 

[17 - 18]

 Arran ölkəsinin (Albaniya) vilayəti adlandırır. O, həmçinin, Nəşavənin sadə 

xalq arasında Naxcuvan və ya Nakcuvan kimi tanındığını, onun Azərbaycanda böyük şəhər olduğunu, Ərminiyə 

ilə sərhəddə yerləşdiyini, bəzilərinin isə onu Arrana aid etdiklərini də qeyd edir (40). 

Haşiyə

 - Ərəb mənbələrində əl-Busfurrucan, əl-Busfurracan və ya əl-Basfurcan kimi işlənilən bu yer 

adının antik Basoropeda və erkən orta əsrlər Vaspurakanı coğrafı adları ilə eyniliyi şəksiz olsa da, onların ərazi 

baxımından tam üst-üstə düşdüyünü iddia etmək səhv olardı. Belə ki, regionda baş verən siyasi dəyişikliklər 

inzibati-ərazi dəyişikliklərinə  də  səbəb olur, bu və ya digər  ərazinin hüdudlarını daraldır və ya, əksinə, 

genişləndirirdi. 

Tarixən məlumdur ki, hələ b.e.ə. II əsrdə Ermənistan yaylasında  əmələ  gəlmiş erməni padşahlıqları 

özlərinin apardıqları  işğalçılıq siyasəti nəticəsində qonşu xalqların torpaqları hesabına sərhədlərini 

genişləndirmiş, Atropatenaya (Kiçik Midiyaya) məxsus Kaspiana, Favnitida, о cümlədən Basoropedanı  ələ 

keçirə bilmişdilər (41). Yenə antik müəlliflərin məlumatına görə, həmin ərazilər artıq b.e. 2-ci ilində baş verən 

hadisələr nəticəsində Atropatena hökmdarı tərəfındən geri qaytarılmışdı (42). Strabona əsaslanan İ. Əliyev elə 

bu zaman Vaspurakanın bir hissəsi olan, sonralar M. Xorenski tərəfindən Böyük Ermənistana aid edilən və iki 

qonşu dövlət arasında nifaqa səbəb olan dağlıq Albakanın (Strabonda səhvən Simbaka) da Atropatenaya 

qaytarıldığını bildirir (43). "VII əsr erməni coğrafiyası "na görə о zaman "Böyük Ermənistan "ın 15 əyalətindən 

biri olan Vaspurakan özü-özlüyündə 36 vilayətə bölünürdü (44). Moisey Xorenskiyə aid edilən bu əsərdə həmin 

vilayətlər sırasında "şərabla bol olan Qoxtn" (№ 34), 

[18 - 19] 



"Naxçuan, eyniadlı şəhərlə"(№ 35) və "Mərənd" 

(№36) də sadalanır (45). 

Burada mənbədən irəli gələn çox maraqlı bir məqama diqqət yetirməklə  işğal dövrü Naxçıvan - əl-

Busfurrucan  əlaqəsinə müəyyən aydınlıq gətirmək mümkündür. Belə ki, mənbədəki məlumatdan görünür ki, 

ərəblər işğal prosesində hər bir vilayətin (məsələn, Sürac Tayr və Bağravand), şəhər və уa qalanın bilavasitə öz 

hakimi ilə müqavilə bağlayırdılar. Nəşavə-Naxçıvanın mənbədə adı  çəkilməyən hakimi ilə müqavilə 

bağlandıqdan sonra artıq ərəblərin əlinə keçmiş bu şəhərə gələn al-Busfurrucan hakimi (mətndə batriki) ilə də 

(sözsüz ki, bu zaman Vaspurakanda hakimlik edən Arsrunilər sülaləsinin nümayəndəsi ilə) ayrıca bir müqavilə 

bağlanılmışdı; əl-Bəlazuri həmin hakimin müqaviləni "özünün bütün ölkəsi" (yəni, əl-Busfurrucan-Vaspurakan) 

və yuxarıda adı  çəkilən iki vilayəti adından bağladığını vurğulayır.  Ərəb müəllifinin bu məlumatını, yəni 

Nəşavə  və  əl-Busfurrucanla ayrı-ayrılıqda müqavilə bağlanılmasını, bu dövrdə Naxçıvanın Arsrunilərə 

tabeliyini inkar edən, şəhərin özünün ayrıca yerli hakimi olduğunu təsdiqləyən qiymətli fakt kimi qeyd etmək 

olar. 


Beləliklə, Naxçıvanın müxtəlif tarixi məqamlarda Basoropeda, Vaspurakan və ya əl-Busfurrucan 

adlanan vilayətlə  əlaqəsi haqqında danışarkən aşağıdakılar nəzərə alınmalıdır: Naxçıvan  ərazisinin hələ b.e.ə. 

Atropatenaya (antik Azərbaycana) aid Basoropedaya daxil olduğu; hətta erməni müəlliflərinin də (M. Xorenski 

və b.) burada marların-midiyalıların yaşadıqlarını qeyd etdikləri (46); "Böyük Ermənistan" adlı dövlətin artıq 

b.e.ə. I əsrdə dünya xəritəsindən silindiyi; b.e. 387-ci ilində Ermənistanın Bizans və  İran arasında 

bölüşdürüldüyü; 428-ci ildə  İrana tabe 

[19 - 20]

 hissədə  də erməni dövlətçiliyinə son qoyulduğu; 591-ci ildə 

tarixi Ermənistan torpaqlarının Bizansla Iran arasında bağlanan müqaviləyə  əsasən yenidən bölüşdürüldüyü; 

Iran Ermənistanının (Persarmeniyanın) çox hissəsinin Bizansa ötürüldüyü; bütün bu yüzillər ərzində (b.e. I-VI 

əsrləri) Naxçıvanın istər yerli Qafqaz (о cümlədən erməni), istərsə də digər mənbələrdə adı çəkilsə də, erməni 

alimlərinin iddiasına baxmayaraq, bilavasitə ermənilərə aidliyinə  işarət verən heç bir dəlilin olmadığı (47); 

ərəblərin, görünür, Sasanilərə tabe olan yerli hakimin idarə etdiyi Naxçıvan şəhəri və erməni Arsrunilərin idarə 

etdiyi Vaspurakan vilayəti ilə ayrı-aynlıqda müqavilə bağlamaları; 

Bütün bunlarla yanaşı, onu da deməliyik ki, sünikli müəllif Stepannos Orbelyan (XIII əsr) Naxçıvanı 

hələ b.e. I-II əsrlərində Sünik vilayəti tərkibində, hətta onun mərkəzi hesab edir (48). 



Haşiyə

 - Mənbələrdə çox vaxt müstəqil təqdim edilən Sünik (Sisəcan, Sisakan) (49), tədqiqatçıların 

fikrincə, M. Xorenskinin onu VII əsrdə "Böyük Ermənistana " daxil 12 vilayətli əyalət kimi verməsinə rəğmən 

"etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniya və Atropatena ilə bağlı idi" (50). 387-ci 

ildəErmənistanın romalılar ilə Sasanilər arasında bölüşdürülməsindən sonra Sünikgah Albaniya, gah 

Atropatena ilə bağlı olsa da müəyyən dövrlərdə öz müstəqilliyini saxlaya bilmişdi. 591-ci ildə bağlanılan İran-

Bizans müqaviləsinə görə Sünik, Vaspurakan və Dvin vilayətləri Sasanilərə tabe inzibati bölgə kimi İran 

torpaqlarına qatılır. F. Məmmədovanın rəyinə görə, Sasanilərin vassalı olan Sünik bu zaman, yəqin ki, siyasi 

baxımdan alban Mihranilərə də tabe idi (51). Ərəblərəqədərki dövrdə Sünikin Albaniyadakı Mihranilər, о 

[20 -


21] 

cümlədən Cavanşirlə yaxın  əlaqəsini, artıq qeyd etdiyimiz kimi, Cavanşirin Sünik knyazının qızı ilə 

evlənməsi də təsdiq edir (52). 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə