Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   ...   34

10 

 

çox keçmədən, (görünür, elə həmin 654-cü ildə) yeni vali ilə əvəz edir (65). Artıq bu dövrdə ərəblərin Cənubi 



Qafqazdakı işğal dairələri xeyli genişlənərək, şimal-qərbdə Tiflis və şimal-şərqdə Dərbənd daxil olmaqla Xəzər 

sahillərinədək bütün tarixi Azərbaycan və qonşu torpaqlarını əhatə etdiyinə görə Xilafət nümayəndəsinin 640-cı 

ildən Dəbildə (Dvində) qərarlaşdırılmış iqamətgahı işğal zonasının içərilərinə - hələ də mövcud olan Albaniya 

dövlətinin əsas şəhəri Bərdəyə köçürüldü. Xəlifə Osmanın qərarı ilə Həbibi vali vəzifəsində əvəz edən Huzayfa 

ibn əl-Yəmən əl-Əbsi oldu. Əl-Bəlazuri Bərdəyə gələn Huzeyfənin ərəb müəlliflərinin bir qədər sonra "Arranın 

anası" adlandırdıqları bu şəhərdən Qaliqalayadək bütün yerlərə, о cümlədən, Naxçıvana öz vergi məmurlarını 



(ummal)  göndərməsi haqqında məlumat verir (66). Lakin, az sonra, xəlifənin yeni əmri ilə Huzeyfə  Mədinə 

şəhərinə qaytarılır. Onun yerini müvəqqəti olaraq Huzeyfənin işlərini aparan "əmisinin qohumlarından" (67) 

Sıla ben Zufar tutur (68). Əl-Kufınin məlumatına 

[24 - 25]

 görə, rəsmi vali vəzifəsini daşımayan bu şəxs bir il 

müddətində ölkədə ağalıq edir: "... yerli hakimləri elə alçaldıb biabır edir ki, onların tabe olub boyun əyməkdən 

başqa çarələri qalmır" (69)... Yerli mənbə ərəb işğalına qarşı mübarizənin səngimədiyi bu qarışıq dövrdə Şərqi 

Ermənistan hakimi Teodoros Rştuninin ərəblərlə sazişə girdiyi və bunun müqabilində Xəlifə Osmandan "Qafqaz 

dağları və Çora (Çoqa) qapısınadək Ermənistan, İberiya, Aqvaniya və Sünikin" idarəsinin ona verilməsinə nail 

olduğunu da qeyd edir (70). Lakin həmin məlumatdan bilavasitə sonra verilən "O isə (yəni T. Rştuni - N.V.), 

həmin ölkələri [xəlifənin] təbəəliyinə keçirmək üçün işğal edəcəyinə söz verdi", cümləsi Cənubi Qafqaz 

ölkələrinin, sözsüz ki, nəinki Teodoros Rştuniyə tabe olmadığını, eləcə də ərəb hücumlarının başlanmasından on 

il keçməsinə baxmayaraq hətta Xilafətin də bu yerlərdə möhkəmlənə bilmədiyini sübut edir (71). 

İdarə etdiyi torpaqlarının hüdudları Araz çayının sahillərinədək olan yerləri (72), о cümlədən, görünür, 

Naxçıvanı da əhatə edən Albaniya hökmdarı Cavanşirin bu zaman apardığı çevik siyasəti də ərəblərin işğalçı 

planlarının tam həyata keçməsinə mane olur. İki "bəladan" (Bizansla Xilafətdən) birini, yəni ərəbləri seçərək, 

həyatı bahasına onlara arxalanan Teodoros Rştunidən fərqli olaraq, Cavanşir, bu dövrdə Bizansla yaxınlaşmağa 

çalışırdı. Buna bir səbəb Xilafətdə Osmanın hakimiyyətinin son illərində xəlifəyə müxalif qüvvələrin meydana 

çıxması nəticəsində yaranan qarışıqlıq olmuşdu. 

Görünür, Bizansın özü də bu zaman Xilafətin mərkəzində yaranmış vəziyyətdən və ərəb hücumlarının 

səngiməsindən istifadə edərək, Cənubi Qafqazda əlindən çıxmaqda 

[25 - 26]

 olan üstünlüyü qaytarmağa cəhd 

göstərirdi; bu bölgədəki vilayətlərin hakimlərinin  ərəblərin təbəəliyini qəbul etmiş Teodoros Rştuni ilə

 

ittifaqının qarşısını almaq məqsədilə,



 

Sebeosun bir qədər dolaşıq məlumatına görə, II Konstant öz ordusunu 

"İveriya, Ağvan və Sünikə" göndərir. Lakin bu yürüş yalnız həmin yerlərin, əlbəttə ki, Naxçıvan ərazisinin də, 

bir daha, bu dəfə Bizans ordusu tərəfindən talan edilməsilə nəticələnir (73). 

Ağır seçim qarşısında qalmış Cavanşir, sözsüz ki, ölkəsinin bizanslılar tərəfındən də darmadağın 

edilməsinə yol verməmək üçün II Konstantla sazişə gedir. Moisey Kalankatuklunun məlumatına görə, o, 

Midiyanın, "K’unqr" (Cənubi Azərbaycanın Kinkivar) kəndində Bizans imperatoru ilə görüşür və onun 

təbəəliyini qəbul edir (74). 

Ərəb mənbəyi (əl-Bəlazuri) məhz bu zaman, yəni Osmanın xəlifəliyi dövründə, Azərbaycan və 

Ərminiyədə Huzeyfədən sonra rəsmi surətdə valilik edən məşhur sərkərdə Muğirə ibn Şubənin, ondan sonra isə 

daha iki şəxsin adlarını çəkir. Xəlifə Əlinin hakimiyyəti illərində (656-661) isə onun Cənubi Qafqazdakı valisi 

əl-Əşas ibn Qeys olmuşdur (75). 

VII əsrin II yarısının ilk illərində Xilafətin mərkəzində müxalif qüvvələrin vətəndaş döyüşü səviyyəsinə 

gəlib çatan qarşıdurmaları bir qədər əvvəl basılmaz hesab edilən ərəblərin Cənubi Qafqazdakı mövqelərini, təbii 

ki, sarsıtmış, təkcə bizanslıların deyil, şimaldan ara-sıra basqınlar törədən xəzərlərin də bu yerlərə olan 

iddialarını artırmışdı. 

Artıq 661-ci ildə, Əməvilər sülaləsi hakimiyyətə gəldikdən sonra, bu sülalənin ilk xəlifəsi Müaviyənin 

(661-680) yürütdüyü siyasət Xilafət-Bizans münasibətlərini bir qədər də  gərginləşdirmiş, bu imperiyalarla 

bilavasitə 

[26 - 27]

  əlaqədə olan Cənubi Qafqaz xalqlarını,  о cümlədən azərbaycanlıları, münaqişənin 

nəticələrindən asılı  vəziyyətdə qoymuşdu. Bütün çətinliklərə baxmayaraq, Qafqazdakı mövqelərini 

möhkəmlətmək fıkrindən dönməyən hər iki imperiyanın başının biri-birinə qatışması 662-ci ildə xəzərlərin yeni 

hücumlarına rəvac vermişdi. Belə ki, onlar bu zaman Dərbənddə yerləşmiş ərəb qoşun hissəsini məğlub edərək, 

ölkənin içərilərinə irəliləmiş, lakin Kür çayını keçərək onların qarşısını  kəsən Cavanşirin ordusu tərəfındən 

basılmışdılar (76). İki il sonra-664-cü ildə, "qış gecə-gündüz bərabərliyi günündə" yenidən hücuma keçən 

xəzərlər bu dəfə Kürü keçərək, Araz sahillərinədək gedib çıxmış, yerli mənbənin məlumatına görə, Ağvanın, 

Sünikin və başqa yerlərin nəinki əhalisini əsir almış, hətta qış olduğu üçün arana endirilmiş malqaranı da süriib 

aparmışdılar (77). Sözsüz ki, bu soyğunçu basqınlar zamanı Naxçıvan əhalisi də xeyli zərər çəkmişdi. 

Xəzər hücumlarının arası yalnız 664-cü ildə, Araz sahillərinədək hər yerə basqınlar etmiş "hunların 

hökmdarı" ilə Cavanşir arasında dostluq sazişi bağlanandan, alban hökmdarı onun qızı ilə evlənəndən sonra 

kəsildi (78). 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə