Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   2   3   4   5   6   7   8   9   10   ...   34

11 

 

Əlbəttə, xəzərlərlə yaranmış ittifaq nəticəsində onların Cənubi Qafqaza qarşı iddialarının gerçəkləşməsi 



hələ də burada ayrı-ayrı qoşun hissələri və canişin saxlayan Xilafəti narahat etməyə bilməzdi. Siyasi vəziyyəti 

böyük səriştə ilə  dərk edən Cavanşir də  ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü, qohumluq 

əlaqələri və dostluq sazişi isə bağlandığı  xəzərlərə isə, görünür, etibar etmədiyi üçün siyasi xəttini dəyişmək, 

ərəblərlə yaxınlaşmaq məcburiyyətində qalır. 

[27 - 28]

 

Qeyd etməliyik ki, hələ xəlifə Osmanın göndərdıyı qoşunlar Cənubi Qafqazda işğal etdikləri yerlərdə, о 



cümlədən, Naxçıvanda, möhkəmləndikdən sonra da siyasi hakimiyyəti saxlamağı bacarmış Cavanşir, bütün 

cidd-cəhdlərinə baxmayaraq ərəblərin təbəəliyindən tam çıxa bilməmiş, hətta Bərdədə iqamət qurmuş  ərəb 

valisinə  (amilinə)  müəyyən qədər vergi də ödəməli olmuşdu. Bunu, bir qədər sonra, artıq  Əməvilərin 

hakimiyyətə  gəldikləri ilk illərdə (667 və 670), Cavanşirin məhz verginin miqdarının azaldılması xahişi ilə 

Dəməşqə - xəlifə Müaviyənin (661-680) görüşünə getməsi də  təsdiq edir (79). Maraqlıdır ki, məhz bu görüş 

zamanı Cavanşiri yüksək qonaqlara məxsus böyük hörmət və  hədiyyələrlə qarşılamış  xəlifə, görünür, ərəb 

işğalından sonra müstəqil siyasi hakimiyyətə meyil göstərən Sünikin idarəsini də bilavasitə ona həvalə edir. 

Müaviyənin Cavanşirin ixtiyarına vermək istədiyi "Atrpatakanın" - Cənubi Azərbaycanın idarəsindən isə, o, 

imtina edir (80); tarixi Azərbaycan torpaqlarının Moisey Kalankatuklunun "Atrpatakan çayının (Arazın,- N. V. ) 

о biri sahili" adlandırdığı (81) cənub hissəsi ərəb canişininin idarəsində qalır. 

Beləliklə, siyasi müstəqilliyin saxlanılmasına cəhd göstərilsə  də, Xilafətin vassalı kimi vergi ödəmək 

şərti ilə asılı vəziyyətə salınmış şimal torpaqları bütövlüklə Cavanşirin idarəsində qalsa da, xəlifə Müaviyənin 

təyin etdiyi valilər də burada öz vəzifələrini icra etməkdə davam edir, ərəblərin Cənubi Qafqazda yürütdükləri 

vergi siyasətini həyata keçirməyə çalışırdılar. Əl-Bəlazuri bu valilərdən ölkədə vəfat etmiş Abdallah ibn Hatim 

ibn  ən-Nu’manın adını  çəkir (82). Gevondun məlumatına görə, bu bölgədən 

[28 - 29]

  hər il əldə edilən 500 

qızılın müqabilində yerli əhali "öz evlərində qorxusuz qala bilirdi" (83). 

Xilafət-Bizans qarşıdurmasının xüsusilə kəskinləşdiyi, xəzər təhlükəsinin hər an gözlənildiyi bu illərdə 

(əl-Yəqubinin məlumatına görə h.43-59/663-679-cu illərdə Müaviyənin qoşunları 16 dəfə Bizansa yürüş 

etmişdi) (84) Cənubi Qafqazdan əsasən vergi almaqla kifayətlənən  ərəblər yerli hakimlərin,  о cümlədən, 

Cavanşirin müstəqil hökmranlığına imkan versələr də, ölkənin, xüsusilə, xəzərlərin və bizanslıların hücumlarına 

daha çox məruz qala biləcək bölgələrində,  о cümlədən, Dərbənddə  və Naxçıvanda qoşun hissələri 

yerləşdirmişdilər. Cavanşirin xəzər xaqanının qızı ilə evlənməsi  şimaldan olan basqınların kəsilməsinə  səbəb 

olsa da, onun açıq-aşkar  ərəblərə meyil göstərməsi bizanspərəst yerli hakimlərin kəskin etirazına, son nəticə 

olaraq alban hökmdarının 680-cı ilin payızında öldürülməsinə gətirib çıxartdı (85). 

Xəzərlərin Azərbaycana yeni və daha şiddətli hücumlarına səbəb olmuş bu qətldən sonra yerli 

hakimlərlə  xəzərlər arasında çox qısa müddətli barışıq  əldə edilsə  də, bu, uzun sürmür; Xəlifə Müaviyənin 

ölümündən sonra Xilafətin mərkəzində yaranan qeyri-sabitlikdən istifadə edən xəzərlər Cənubi Qafqaza yenidən 

hücum edərək, artıq 685-ci ildə, yerli qaynaqların məlumatına görə, bölgənin dərinliklərinə,  о cümlədən, 

Naxçıvan  ərazisinə soxulur, bir çox yerləri, eləcə  də  əsir və  qənimətləri  ələ keçirir, yerli knyaz və  əyanları 

tuturlar (86). 

Elə  həmin il, Xilafətin mərkəzində baş verən müvəqqəti qarışıqlıqdan istifadə edən Cənubi Qafqaz 

xalqları  əsasən verginin ödənilməsi ilə ifadə olunan "30 illik itaətdən sonra" ərəblərə verilən vergini kəsdilər 

(87). Lakin bu vəziyyət 

[29 - 30]

 də çox çəkmədi. Heç iki il keçməmiş Bizans ımperatoru II Yustinian sərkərdə 

Leontinin başçılığı ilə böyük bır ordunu Cənubi Qafqaza göndərdi. Bizans müəllifı Feofanın məlumatı ilə 

təsdiqlənən yerli sinxron mənbələrə görə hər üç Qafqaz ölkəsinin 25 vilayətini darmadağın və qarət edərək, 8 

min əsir götürən Bizans sərkərdəsi yerli əhalinin üzərinə ağır vergilər qoydu (88). 

Bir il sonra (689/90) iri döyüş səhnəsinə çevrilən Cənubi Qafqaz bu dəfə yenidən ərəblərin hücumuna 

məruz qalır. Yeni xəlifə, Əməvilər sülaləsinin Mərvanilər qoluna mənsub Əbdülməlik (685-705), Azərbaycana 

və Ermənistana qoşun göndərir; Xilafət xəzinəsinə verilən vergilərin ödənilməsini bərpa etmək məqsədilə

Naxçıvan  ərazisində (indiki Culfa və Ordubad tərəflərdə) olmazın özbaşınalıqlar törədilir (89). Gevondun 

məlumatına görə, ərəblərin bu basqınları çətinliklə də olsa dəf edilir. Lakin, elə həmin il II Yustinianın başçılıq 

etdiyi ordu Cənubi Qafqaz ölkələrinə hücum edərək, Bizansın buradakı siyasi üstünlüyünü bərpa etməyə çalışır. 

Bu məqsədlə hər üç ölkənin knyazları imperatorun hüzurana çağırılır; bəziləri özləri, bəzilərinin oğulları girov 

götürülür. Cavanşirdən sonra Albaniyaya başçılıq edən Varaz Tiridat (Varazdat) Albaniyanın,  Şirak hakimi 

Nerseh Kamsarakan Ermənistanın işxanları  təsdiq edilirlər. Yustinian 30 minlik qoşununu da ölkədə qoyaraq 

girovlarla birgə Konstantinopola qayıdır (90). 

Dövrün iki böyük rəqib dövlətinin, eləcə də xəzərlərin Cənubi Qafqaz ölkələrini tabe etmək məqsədilə 

yürütdükləri işğalçılıq siyasəti ümumi məqsədə çatmaq naminə bağlanılan barışıq sazişi ilə  nəticələnir;  şərtə 

görə Qafqaz ölkələrindən alınan bütün vergilər Bizansla Xilafət arasında bərabər bölünməli idi (91). Lakin bu 

barışıq da uzun 

[30 - 31]

 sürmədi. 692-ci ildə  ərəblərlə sülhü pozaraq Şam üzərinə hücum edən Bizans 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə