Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

12 

 

imperatorunun qoşunu qəti məğlubiyyətə  uğradıldı.  Əldə edilmiş  qələbə  ərəblərin Qafqazdakı mövqelərinə 



müsbət təsir göstərsə  də, bu mövqeni hələ  də möhkəm hesab etmək olmazdı. Lakin bununla belə, Moisey 

Kalankatuklunun sözləri ilə desək, Varaz Tiridat bu dövrdə üç xalqın - "xəzərlərin, taciklərin (ərəblərin, - N. V. ) 

və rumilərin (bizanslıların, - N. V) hökmdarlarına vergi ödəyirdi" (92). 

693-cü ildə  xəlifə  Əbdülməlik öz qardaşı  Məhəmməd ibn Mərvanı  "əl-Cəzirə, Azərbaycan və 

Ərminiyənin valisi" təyin edir (93). Məhz onun valiliyi dövründə (693-709) ərəblərin Cənubi Qafqazda 

möhkəmlənməsi prosesi özünün həlledici mərhələsinə daxil olur. Ərəb-xəzər,  ərəb-Bizans, eləcə  də  ərəblərlə 

yerli əhali arasında gah bu, gah digər tərəfin üstünlüyü ilə baş verən vuruşmalar nəticə etibarı ilə VIII yüzilin 

əvvəllərində  işğalçı  ərəb hakimiyyətinin xeyli güclənməsinə, bölgənin bir çox yerlərində olduğu kimi strateji 

əhəmiyyətli Naxçıvanda da yeni ərəb qoşun hissələrinin yerləşdirilməsinə  gətirib çıxarır. Maraqlıdır ki, öz 

geosiyasi mövqeyinə görə həmin bölgədə Bizansa qarşı əsas dayaq məntəqəsi olan bu şəhərdə saxlanılan ərəb 

qoşun hissələrindən  ərəblərə tabe ətraf yerlərdə onlara qarşı baş verən çıxışların yatırılmasında da istifadə 

olunurdu (94). Gevondun əsərində Naxçıvanda yerləşdirilmiş 5000-lik (naşirin qeydinə görə,  əsərin Paris 

nəşrində 8000, Vardana görə-8000, Asogikə görə 5000) ərəb qoşun dəstə-sinin 703-cü ildə baş vermis çıxışların 

birinin yatırılmasında istifadə edilməsi haqqında məlumat vardır (95). 



VIII əsrin əvvəlində ərəblərin zor siyasəti

İstər ərəb, istərsə də yerli Qafqaz mənbələrində VIII 

yüzilin ilk 

[31 - 32]

 illərində  xəlifə  Əbdülməlik və onun oğlu  əl-Valıdın (705-715) hakimiyyətləri dövründə 

regionda baş verən siyasi hərc-mərclik nəticəsində yaranmış olduqca ağır şərait, bizanspərəst yerli qüvvələrin, 

xüsusilə erməni knyazlarının ərəblərə qarşı çıxışları, Məhəmməd ibn Mərvanın burada apardığı zor siyasəti, gah 

bu, gah da digər tərəfın məğlubiyyəti ilə  nəticələnən qanlı döyüşlər haqqında məlumat verilir. Əl-Bəlazurinin 

yazdığına görə, Məhəmməd ibn Mərvan vali təyin olunduqda, o, ərəb üsul-idarəsi ilə bağlanılan müqavilənin 

şərtlərini pozaraq, üsyan etmiş  Ərminiyə  əhalisinə-ölkənin azadlarına  (əhrar)  və onların təbəələrinə qarşı 

müharibə etdi, "zəfər çaldı, onları  qətlə yetirdi, əsir tutdu və ölkəni [yenidən] tabe etdi. Sonra onlardan [sağ] 

qalanları  şərəfləndirəcəyini vəd etdi. Bu məqsədlə onlar Xilat vilayətindəki  (amal)  kilsələrə  yığıldılar;  о 

(Məhəmməd), bu [kilsələri] bağlatdırdı, qapılarını [öz adamlarına] tapşırtdırdı və onlara od vurdurdu (96)". Əl-

Yəqubi də bu hadisənin "Xilat vilayətinin kilsələrində" (fi-l-kənaisi fı amali Xilat) baş verdiyini qeyd edir (97). 

Daha  ətraflı  məlumatı ilə müasirlərindən fərqlənən  əl-Kufi isə  Məhəmməd ibn Mərvanın birləşmiş Bizans 

(rumlu) -erməni qüvvələrini məğlub edərək, onların "əyan və  əsilzadələrini" bağlanılan sülhə sadiq 

qalacaqlarına and içmək adı ilə kilsələrə yığdırması və bu kilsələrə od vurdurması haqqında yazsa da hadisənin 

baş verdiyi yeri dəqiq göstərmir, Məhəmməd ibn Mərvanın öz qoşunu ilə "Ərminiyənin ortasına" çatdığını və 

burada döyüşə girdiyini bildirir (98). Onu da qeyd etməliyik ki, dövrün ərəb müəllifləri üçün baş verən 

hadisənin Naxçıvanda, Xilatda və ya başqa bir yerdə olmasının fərqi yox idi. Onlar, sadəcə olaraq, olan 

hadisələri qeydə alırdılar; Naxçıvanı (əgər doğrudan da bu  

[32 - 33] 

fakt olmuşdusa) onlar tərəfindən Xilatla 

dəyişməyin məntiqi əsası da yoxdur. Yalnız yerli qaynaqlar (Moisey Kalankatuklı, Gevond, Vardan və b.) bu 

hadisənin Naxçıvan kilsəsində törədilməsi haqqında məlumat verir (99). Akademik Z. Bünyadov özünün son 

tədqiqatlarında haqqında danışılan hadisələrin Türkiyənin Qars vilayətindəki eyni adlı Naxçıvan şəhərində baş 

verdiyini sübut etməyə çalışır və bu məqsədlə erməni akademiki İ. A. Orbelinin  həmin  şəhərdə aparılan 

arxeoloji qazıntılar zamanı öyrənilən dövrə aid yandırılmış kilsə qalıqlarını  aşkarlaşdırdığını, Azərbaycanın 

Naxçıvan  şəhəri  ərazisində isə  о dövrə dair heç bir kilsə  və xristianlığa məxsus digər tikililərin qalıqlarının 

tapılmadığını da qeyd edir (100). 

Müxtəlifdilli sinxron mənbələrin eyni məlumatı müxtəlif  şərh etmələrinə  və buna görə  də baş verən 

konkret hadisənin bilavasitə Naxçıvan  ərazisinə aidliyini təsdiq edən dəlillərin kifayət qədər qənaətbəxş 

olmadığına baxmayaraq, sözsüz ki, şəhərin özü və ətraf yerlər dağıdıcı döyüşlər nəticəsində böyük zərər çəkmiş

kəndlər, obalar dağıdılmış, yerli əhali böyük müsibətlərə düçar olmuşdu. 

Naxçıvan ərəblərin yeni inzibati-idarə sistemində. Xilafətin mövqeyinin möhkəmlənməsi nəticəsində 

bütün tarixi Azərbaycan  ərazisinin qəti  şəkildə  ərəblərin tabeliyinə keçməsi ilə imperiyanın Cənubi Qafqazda 

apardığı siyasi kursda da dəyişikliklər baş verir. İstər yerli, istərsə  də  ərəb mənbələri yeni vali təyin edilmiş 

Əbdüləziz ibn Hatim ibn ən-Numan əl-Bəhilinin ilk novbədə quruculuq işləri ilə məşğul olduğunu bildirir (101). 

Əl-Bəlazuri valinin ən-Nəşavə (Naxçıvan) şəhərini tikdiyi, Bərdə şəhərini bərpa etdiyi, bəzilərinin dediyinə görə 

isə, onu yenidən qurduğu və ətrafını dərin xəndəklə möhkəmləndirdiyi, 

[33 - 34]

 Beyləqan şəhərini abadlaşdırdığı 

haqqında məlumat verır. Bu quruculuq işlərini o, həmin  şəhərlərin,  о cümlədən Naxçıvanın, tamamilə 

dağıdılması ilə  əlaqələndirir (102). Ərəb müəllifinin bu məlumatı Gevondun yazdıqları ilə  də  təsdiq olunur. 

Doğrudur, burada Əbduləzizin quruculuq işlərinə misal olaraq Dvin şəhərinin  əvvəlkindən də gözəl  şəkildə 

bərpa edilməsi, şəhər divarlarına möhkəm bağlanılan darvazalar qoyulması və onun su ilə doldurulan xəndəklə 

əhatə edilməsi gətirilir (103). Lakin əl-Bəlazurinin  əsərində yuxarıda adları  çəkilən Naxçıvan və digər 

Azərbaycan  şəhərlərinin bərpası haqqında verilmiş  məlumatdan  əvvəl  Əbduləzizin Dəbil (Dvin) şəhərini 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə