Nailə Vəlixanlı



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix24.12.2017
ölçüsü0,64 Mb.
#17947
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

13 

 

qurması, onun məscidini böyütməsi (104) haqqındakı xəbərinin olması və hər iki müəllifin məlumatlarının biri 



digərini tamamlaması Naxçıvanın VIII əsrin birinci onilliyində yaşadığı  gərgin mühitdən xəbər verir. Dövrün 

Bərdə, Beyləqan kimi böyük şəhərləri ilə yanaşı Naxçıvanın da yenidən dirçəldilməsi, sözsüz ki, mühüm ticarət 

yolu üzərində yerləşən bu şəhərin ərəb işğalının ilk illərindən başlayaraq biri digərini əvəz edən ərəb-Bizans-

xəzər hücumları nəticəsində böyük zərər çəkdiyini təsdiqləməklə yanaşı onun strateji əhəmiyyətindən də xəbər 

verir. 

Bu dövrdə Xilafətin Cənubi Qafqazda apardığı qətiyyətli siyasəti özünün yeni böyük bəhrələrini verir. 



Albaniyada Mihranilərin son nümayəndəsi I Varaz Tiridatın artıq bir neçə il davam edən nominal hakimiyyətinə 

son qoyduqdan sonra ərəblər şimallı-cənublu tarixi Azərbaycan ərazisini qəti şəkildə tabe edə bilirlər. Bölgədə 

xəlifə  Əbdülməlik ibn Mərvanın həyata keçirdiyi yeni inzibati islahatın nəticəsi olan inzibati-bölgü sistemi 

yaradılır. Sasanilər dövründə  Xəzəryanı  İran vilayətləri ilə birgə bütün Cənubi 

[34 - 35]

 Qafqaz vilayətlərini 

özündə birləşdirən inzibati Azərbaycan adı Xilafətin hakimiyyəti dövründə  ərəblərin yalnız Cənubi Qafqazda 

(Albaniya,  İberiya və Ermənistanda) işğal etdikləri yerlərə aid edilən inzibati Ərminiyə adı ilə  əvəz olunur 

(105). 

IX  əsrdə yaşamış  ərəb coğrafiyaşünas-səyyahı  İbn Xordadbeh Nəşavə adlandırdığı Naxçıvanı  əl-



Busfurrucan, Dəbil, Sirac Tayr, Bağravənd ilə birlikdə Ərəb Ərminiyəsinin III bölgəsinə (III Ərminiyəyə) aid 

edir (106). Yerli (Bərdə, Xilat, Dəbil və s.) əhalinin məlumatına isnad edən  əl-Bəlazuri isə  Nəşavəni  əl-

Busfurrucan vilayətinin  əsas  şəhəri  (mədinə)  adlandırsa da İbn Xordadbehdən (eləcə  də  İbn  əl-Fəqih və 

Yaqutdan) fərqli olaraq Ərəb  Ərminiyəsinin heç bir inzibati bölgəsində onun adını çəkmir (107). Əl-Bəlazuri 

isnad etdiyi yerli müxbirlərə  əsaslanaraq, hətta iki variantlı  rəvayətlə  çıxış edir. Birinci rəvayətə görə,  əl-

Busfurrucan Dəbil, Sirac Tayr və Bağravənd ilə birlikdə III Ərminiyəyə, ikinci rəvayətə görə, isə II Ərminiyəyə 

aid edilir (108). Müəllifin Nəşavə-Naxçıvan şəhərini bu bölgələrin heç birinin tərkibinə daxil etməməsi, güman 

ki, həmin  şəhəri bölgənin vilayətlərindən biri adlandırdığı  əl-Busfurrucana aid hesab etməsindən də irəli gələ 

bilərdi. 

İşğal edilən  ərazilərin idarəsini təşkil etmək məqsədilə köhnə inzibati-idarə sistemində yalnız işğal 

prosesindən irəli gələn cüzi dəyişikliklər etmiş Xilafət üsul-idarəsinin yaratdığı süni inzibati bölgülərdən biri 

olan və  əsas inzibati şəhəri Nəşavə-Naxçıvan sayılan  Ərəb  əl-Busfurrucanı vilayətindən fərqli olaraq tarixi 

Vaspurakan vilayəti ərazisi əslində Van gölündən cənub-şərqdə yerləşirdi, əsas inzibati mərkəzi də Van şəhəri 

idi (109). Hələ VI əsrin ortalarında yaranmış Bizans Ermənistanı inzibati adı ilə bağlı olan 

[35 - 36]

  və  о 


dövrdən miras qalan "Ərəb Ərminiyəsi" anlayışı da (I-IV Ərminiyə) ərəblərin Cənubi Qafqazda işğal etdikləri 

bütün yerləri,  о cümlədən, ermənilərə aid olmayan Azərbaycan, Gürcüstan və b. qonşu torpaqları da özündə 

birləşdirirdi. Qeyd edilməlidir ki, sinxron erməni mənbələri (Sebeos, Gevond və b.) bu qondarma bölgülər 

haqqında bixəbərlik nümayiş etdirirlər (110). Dövrün tarixi coğrafıyasının real vəziyyətini, yəqin ki, daha yaxşı 

bilən bu müəlliflər öz əsərlərində  nə  ərəb  Ərminiyəsi, nə  də ki, ərəb müəlliflərinin onun tərkibi haqqında 

verdikləri məlumatı  təsdiq edir, daha doğrusu, bu məsələyə  qətiyyən toxunmurdular. Maraqlıdır ki, erməni 

müəlliflərindən fərqli olaraq, ərəb mənbələrində təqdim edilən "Ərminiyə" inzibati qurumu haqqında məlumatı 

olan yerli ərəbdilli anonim Dərbənd mənbəyi (XI əsr) ərəblərin Cənubi Qafqazda yaratdıqları Ərminiyə inzibati 

dairəsinin  əhatə etdiyi yerlər sırasında başqa Qafqaz ölkələri ilə yanaşı "ermənilərin ölkəsi"nin ("biləd  əl-

Ərmən") də adını çəkir. Onu da deməliyik ki, bu inzibati bölgü haqqında məlumat verən ərəb mü-əllifləri (İbn 

Xordadbeh,  əl-Yəqubi,  İbn  əl-Fəqih və b.) Ərminiyənin tərkibində Arranın, Curzanın və onların  şəhərlərinin, 

eləcə  də erməni  şəhərlərinin siyahısını versələr də  "əl-Ərmən ölkəsi"ni yada salmırlar. Ona görə  də, yerli 

müsəlman müəllifinin dövrün real tarixi coğrafiyasını  əks etdirən bu məlumatı olduqca əhəmiyyətlidir 

("Ərminiyənin hüdudları: qərbdən əl-Ərmən ölkəsi, şərqdən və cənubdan Arran və Azərbaycan hüdudları və əl-

Cəzirənin bir hissəsi, şimaldan Arran ölkəsinin bir hissəsi...") (111). 

Mənbələrdəki məlumatın müqayisəli öyrənilməsi istər  Ərəb  əl-Busfurrucanının, istərsə  də  Ərəb 

Ərminiyəsinin işğalın gedişi prosesində süni şəkildə yarandığnı, bu adda 

[36 - 37] 

olan ərəblərəqədərki inzibati 

ərazilərin - Ərminiyə  və Vas-urakanın,  ərəb dövrü Ərminiyə  və  əl-Busfurrucanı ilə üst-üstə düşmədiklərini, 

Naxçıvanın adı  çəkilən sonuncu vilayətin tərkibinə yalnız işğalın gedişi prosesində qatıldığını, müasir erməni 

müəlliflərinin iddiasına rəğmən bu şəhərin erməni vilayəti Vaspurakanla heç bir əlaqəsi olmadığını (bax: 

yuxarıda, s. 8-10), onun IX əsr  ərəb müəllifləri tərəfindən aid edildiyi Ərəb  əl-Busfurrucanı vilayətinin Van 

gölünün cənub-şərq sahillərini əhatə edən erməni Vaspurakan vilayəti hüdudlarından xeyli uzaqda yerləşdiyini 

təsdiq edir. 

Naxçıvan Abbasilər sülaləsinin hakimiyyəti dövründə.  Mövcud hərbi siyasi durumla əlaqədar 

Qafqazdakı mövqelərini demək olar əldən vermis bizanslılara qarşı Kiçik Asiya ərazisində  qızğın döyüşlərin 

hələ də davam etdiyi bu dövrdə Xilafət özünün ikinci böyük rəqibi-xəzərlərə qarşı cihad elan edir. VIII əsrin 

axırınadək uzun bir dövrü əhatə edən, gah bu, gah da digər tərəfın uğuru ilə  nəticələnən, qanlı döyüşlərlə 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə