Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   6   7   8   9   10   11   12   13   ...   83

 
 
Qocaldın 
 na

qızır, düşür əldən at [93, s.415]. 
«İskəndərnamə»  poemasında  böyük  Nizaminin  xarakteri 
daha aydın görünür, zəngin daxili aləmi duyulub hiss edilir: 
 Kims
ənin dalınca demərəm yaman, 
 
Utanım üz-üzə gəldiyim zaman. 
 Yamanlar sözünü almaram dil
ə, 
 
Peşiman edərəm mükafat ilə. 
 
Düşmənə kinli söz demərəm, inan, 
 O sözl
ə özümə olaram düşman. 
 Pisd
ən yaxşılıqla qorunmaq mümkün, 
 
Dünyada yaxşılıq hər şeyə üstün. 
 
Yaxşılığım üçün hər bir diyardan 
 
Salamdır hey gəlir namidarlardan. 
 
Yaxşılıqla atsam mən bu dəzgahı, 
 
Olaraq yaxşılar ziyarətgahı. 
 Bir dirh
əm verənə inci ataram, 
 
Dikbaşlıq edənə qürur sataram [93, s.38]. 
Nizami G
əncəvi «İskəndərnamə»ni yazarkən ulu Tanrıdan 
köm
ək diləyir. Arzu edir ki, əsər ən ağır dərdliyə əl tutsun, hər 
x
əstə  ürəyə  şəfqət göstərsin, hər  bağlı  qapını  açsın,  xülasə, 
əsəri oxuyanlara zövq versin və şöhrət qazansın. Poemanın ya-
zılma  tarixinə  gəldikdə  isə  qeyd  olunmalıdır  ki,  bunu  müəy-
y
ənləşdirmək araşdırıcılara bir qədər çətinlik törətmişdir. Çün-
ki «X
əmsə»nin əvvəlki hissələrindən fəqli olaraq «İskəndərna-
m
ə»nin yazılma tarixini müəllif göstərməmişdir. Bu da tədqi-
qatçı alimləri maneələrlə qarşılaşdırmışdır. Buna baxmayaraq, 
xatir
ə  əlamətlərinə  əsasən müəyyənləşdirilmişdir  ki,  «İskən-
d
ərnamə» əsərinin birinci hissəsi 
 «Ş
ərəfnamə» 1199-cu ildə, 
ikinci hiss
əsi 
 «Ş
qbalnam
ə» 1201-ci ildə qələmə alınmışdır. 
Klassik 
ədəbiyyatda tərcümeyi-hal örnəklərinin əksi Niza-
mi poemalarında daha çox görünür. Demək olar ki, bütün poe-
ma
larında Nizami şəxsiyyəti ön plandadır.  O, hadisələrə mü-
daxil
ə edir, öz sözünü, öz fikrini bildirir. Oxucu onu əsas qəh-
r
əman kimi duyur və hiss edir. Deməli, Azərbaycan memuar 
 
30 


 
ədəbiyyatının kökləri daha qədimlərə gedib çıxır. Bu cəhətdən 
Niza
mi poemaları xeyli maraqlı və dəyərlidir. Onu da nəzərə 
çat
dırmaq lazımdır ki, özbək ədəbiyyatında XV əsrin görkəmli 
söz ustadı Əlişir Nəvai (1441-1501) əsərlərində tərcümeyi-hal 
əlamətləri ayrıca araşdırılsa da, Azərbaycan klassik ədəbiyya-
tında bu mövzu indiyədək tədqiqat obeyktinə cəlb olunmamış-
dır. 
Əlişir Nəvai ilə təxminən eyni dövrdə yaşamış, Teymurilər 
n
əslindən olan Qazi Zəhirəddin Məhəmməd Baburun (1483-
1530)  xatiratı  dünya  ədəbiyyatının  qiymətli nümunələrindən-
dir. 
Əsər həyatı macəralarla keçən Baburun sadə, təbii, səmimi 
ifad
ə ilə yazdığı böyük bir səyahət və xatirat kitabıdır. Cığatay 
dilind
ə yazılmış əsərin türkcə tərcüməsi fransız və ingilis dillə-
rind
ə olan tərcümələrdən xeyli üstündür. Əsər fars, alman və 
rus  dill
ərinə də tərcümə olunmuşdur. Babur xatirələrində heç 
bir şeyi gizlətməmiş, heç nəyi uydurmamışdır. «Baburun xati-
ra
tı ilə, eyni olayları yazan o dövrü yaşamış tarixçilərin yazı-
ları qarşılaşdırılarsa, Baburun özünün etdiklərini yaxşı göstər-
m
ək, bir pisliyini gizləmək və ya digərini şişirtmək üçün yazı-
larında  olayları  dəyişdirmiş  olduğu  görünmür»  [275,  s.7]. O, 
yaşadığı illərin tarixi gerçəklərinə mümkün olduğu qədər sadiq 
qalmışdır.  Babur  dövrünün  böyük  şəxsiyyətlərindən biri ol-
muşdur. Xatirələrdə  onun hər bir xarakterik xüsusiyyəti göz 
önünd
ə canlanır. Digər tərəfdən Babur dəyərli olan hər şeyi öz 
iti z
əkası ilə qavramış və ifadə etmişdir. O, hərbi səfərlər edər-
k
ən olduğu ölkələrin 
 O rta A siyanŞ
n, 
 
-
nın coğrafiyası və iqlimini, flora və faunasını, xalqın adət və 
ənənələrini çox anlayışlı, açıq-aydın təsvir etmişdir. Bir sözlə, 
bu 
əsərdə Baburun olduğu ölkələrin o dövrdəki vəziyyəti hər 
baxımdan  canlandırılmışdır.  Böyük  bir  dövlət  adamı  tərəfin-
d
ən yazılmış xatirələr dövrün insanlarının anlayış və düşüncə-
l
ərini, müxtəlif ölkələrin sosial və siyasi durumunu öyrənmək 
baxımından  dəyərli bir abidədir.  Əsərdə  «böyük  hökmdarın 
idari, 
əskəri, fikri və ədəbi həyatı anlatılmış, fəqət oxucuya bir 
 
31 


 
hökmdardan ziyad
ə  səmimi  bir  arkadaşla  qarşılaşma  hissini 
ver
ən, təbii və  mütəvazi bir dil istifadə  edilmişdir.  Bu  arada 
Babur b
əzi  şeirlərini və  mətlələrini nə  münasibətlə  və  hansı 
hadis
ələrlə  duyub söylədiyini də  xatirələrinə  əlavə  etmişdir» 
[271, s.520]. Q
ədim əlyazma nüsxələrində əsərin adı yazılma-
dığı  üçün  Babura  aid  olmasını  bildirmək məqsədilə  sonralar 
xatir
ələri «Baburnamə» adlandırmışlar. 
Dünya şöhrətli Azərbaycan şairi Məhəmməd Füzuli (1494-
1556) 
əsərlərində  onun təxəllüsü,  yaşayıb-yaratdığı  ölkə,  şə-
h
ər, təhsili,  şeirə  olan məhəbbəti, dövrünün ədalətsizliyi və 
başqa bu kimi məsələlər açıqlanır ki, bunları da xatirə ədəbiy-
ya
tının ilkin qaynaqları hesab etmək olar. Şair farsca divanının 
müq
əddiməsində
 
«Füzuli» t
əxəllüsünü seçdiyini belə izah edir: 
«Nec
ə ki, şeirə başladığım zamanlar hər gün bir təxəllüs bəyə-
nir, bir müdd
ət sonra eyni təxəllüsü işlədən bir şairə rast gəlir 
v
ə aldığım təxəllüsü dəyişdirirdim. Sonra anlaşıldı ki, məndən 
əvvəl gələn dostlar ibarələrdən çox təxəllüsləri götürmüşlər. 

şündüm, əgər şeirdə başqaları ilə müştərək təxəllüs götürər-
s
əm, müvəffəq olmadığım təqdirdə mənə zülm olar, müvəffəq 
olarsam  ortağıma  zülm  etmiş  olaram.  Bu  ləhzərliyi ortadan 
qaldırmaq  üçün  «Füzuli»  təxəllüsünü  aldım  və  ortaqlarımın 
m
ənə  zülm edib, məni iztirab içində  qoymaqlarından qurtar-
maq üçün t
əxəllüsümün himayəsinə sığındım» [91, c.3, s.21]. 
M
əhəmməd Füzuli ana dilinin türk dili olduğuna işarə edir, 
lirik  şeirdə  ən çox qəsidə  növünə  meyl göstərdiyini bildirir
q
əzəlin isə özünəməxsus bir dili və müəyyən kəlmə aləmi ol-
du
ğunu göstərir. Bir sözlə,  lirik  şeiri  yüksəldərək bu janrda 
söz
ə diqqətlə yanaşdığını, mənaya xüsusi diqqət yetirdiyini ay-
dınlaşdırır.  Söz  üzərində  necə  işlədiyini də  farsca  divanının 
müq
əddiməsində  qeyd edir. Burada deyilir: «Elə  vaxtlar ol-
muşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağ-
rımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda baş-
qa şairlərlə uyğun  gəldiyini  görüb  yazdığımı pozmuşam, ona 
sa
hib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxt-
 
32 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə